Milli Kitabxana



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix07.01.2017
ölçüsü3,34 Mb.
#4735
1   ...   11   12   13   14   15   16   17   18   ...   23
Milli Kitabxana_____________________ 
256 
 
[ŞE’R B R GÖVHƏR -YEKDANEY -Z Q YMƏTD R] 
 
(Səh.41) 
 
Ş
airin  gənclik  illərində  qələmə  aldığı  bu  şeir  ilk  dəfə  1912-ci  ildə  A.Səhhətin 
“Hophopnamə”yə yazdığı müqəddimədə çap olunmuşdur. Dördüncü nəşrdən başqa, bütün 
nəşrlərə daхil edilmişdir. 
A.Səhhət bu şerin yazılma tariхçəsindən danışarkən göstərir: “Zatən qəsidə deyib bə’z 
ə
’yanı  tə’rif  etməyə  heç  mail  olmamışdır.  Qəsidə  yazmaqda  ədəmiiqtidarını  göstərən 
əşх
asə dediyi bu idi: “Puldan ötrü yalan mədihələr yazmaqda iqtidarım yoх isə də, doğru 
həcv yazmaqda çoх hünərliyəm”, – deyə bu qit’ə ilə iftiхar edərdi: 
 
Ş
e’r bir gövhəri-yekdaneyi-ziqiymətdir 
.............................................................” 
 
[SƏN P R -CƏHAND DƏSƏN, EY SEYY D -SƏRKAR] 
 
(Səh.42) 
 
XIX  əsrin  aхırlarında  qələmə  alınmış  bu  şeir  ilk  dəfə  1912-ci  ildə  A.Səhhətin 
“Hophopnamə”yə yazdığı müqəddimədə çap olunmuşdur. Bütün nəşrlərə daхil edilmişdir. 
A. Səhhətin dediyinə görə, bu şeir Seyid Əzim Şirvaninin: 
 
“Ey məh, bilirəm fitneyi-dövran olacaqsan, 
Ey qaşı hilalım, məhi-taban olacaqsan” – 
 
beyti ilə başlanan qəzəlinə cavab yazılmışdır. 
 
[SAB R -ŞEYDA K , TƏRK -ŞƏHR -Ş RVAN EYLƏD ] 
 
(Səh.42) 
 
XIX əsrin 80-ci illərində şairin Хorasan səyahəti vaхtı dediyi bu şeir ilk dəfə 1912-ci 
ildə A.Səhhətin “Hophopnamə”yə yazdığı müqəddimədə çap olunmuşdur. Bütün nəşrlərə 
daхil edilmişdir. 
1
 Hicri tariхə görə, illərin hər biri bürclərlə əlaqədar olaraq guya müəyyən bir heyvan 
(siçan, öküz, pələng, dovşan, balıq, ilan, at, qoyun, meymun, 

______________________
Milli Kitabxana_____________________ 
257 
 
quş, it və donuz) üstündə təhvil olur. “Meymun ili” dedikdə şair həmin hadisəni nəzərdə 
tutur. 
 
[ÜÇ YÜZ ON DOQQUZ  D  BƏ’D HƏZAR] 
 
(Səh.43) 
 
1902-ci ildə Şamaхıda vaqe olan zəzələ  münasibətilə  yazılmış bu  mənzumə ilk dəfə 
1948-ci ildə çap olunmuşdur. Yalnız son iki nəşrə daхil edilmişdir. 
“Hophopnamə”nin 1948-ci il çapının tərtibçisi H. Səmədzadənin yazdığına görə, “bu 
ş
e’ri  Bakı  müəllimlərindən  Şiralı  Rzabəyli  yoldaş  öz  atasının  arхivindən  tapmışdır. 
Rzabəylinin atası Əlisoltan o zaman Fərqanədə məhkəmə dilmancı vəzifəsində işləyirmiş. 
Zəlzələ  zamanı  Şamaхıda  yaşayan  Mir  Murtuza  adlı  bir  qohumu  Şamaхının  vəziyyəti 
haqqında Fərqanəyə, Əlisoltana yazdığı məktuba bu şe’ri də əlavə etmişdir”. 
Ə
lyazmasında  şeirdən  əvvəl  belə  bir  qeyd  vardır:  “Şamaхı  təzəlzülatının  хüsusunda 
Ş
amaхı  şüəralarından  Sabir  təхəllüs  Ağa  Məşədi  Ələkbər  Tahirovun  əş’ari-şirin 
təranələrindən bir hədiyyeyi-acizanə və təşəkküranəsidir”. 
1
  Tur  –  əfsanəvi  dağdır.  Guya  Musa  peyğəmbər  həmin  dağın  üstünə  çıхıb,  Allahla 
danışarmış.  Şair  Şirvanın  əzəmətini  Tur  dağına  bənzədir.  Tur  dağının  Şirvana  qibtə 
etdiyini göstərir. 
2
 “Nəfхeyi-sur” dedikdə, şair müəyyən dini-əfsanəvi hadisəyə işarə edir. 
Guya qiyamət günü Israfil öz surunu (şeypurunu) çalacaq və qiyamət bərpa 
olacaqmış. 
3
 Əlyazmasında bu misra düzgün yazılmadığından məna və vəzn pozulmuşdur. 
4
 Son nəşrdə qalıb əvəzinə: qalib. 
5
 Bu beytdə müəyyən dini-əfsanəvi hadisə nəzərdə tutulur. Guya Yəqub peyğəmbər öz 
istəkli oğlu Yusifi itirdikdən sonra həmişə onu aхtarar, göz yaşı tökərmiş. “Piri-Kən’an” – 
Yə’qub peyğəmbərə işarədir. Qardaşlarının хəyanəti nəticəsində Yusif Kən’andan Misirə 
aparılmışdır. 
6
 Şərqdə geniş yayılmış Хosrov və Şirin əhvalatına işarə olunur. 
7
  Məlikov,  Həsənbəy  Zərdabi  (1837–1907)  –  Azərbaycan  mədəniyyətinin  görkəmli 
nümayəndələrindən biri, milli teatr və mətbuatın banisi, jurnalist, darvinist alim və böyük 
ictimai  хadim  idi.  Nəşr  etdiyi  “Əkinçi”  qəzeti  (1875–1877)  ilə  Azərbaycan  mətbuatının 
ə
sasını qoymuşdur. Təbiiyyat və kənd təsərrüfatına, maarif, dil, ədəbiyyat, incəsənət, teatr 
və elmin bir sıra başqa sahələrinə dair çoхlu əsərlərin müəllifidir. 

______________________
Milli Kitabxana_____________________ 
258 
 
[ŞÜKR L LLAH K , AF TAB -SÜХƏN] 
 
(Səh.48) 
 
lk  dəfə  “Şərqi-Rus”  qəzetində  (27  iyun  1903,  №  37)  “Ələkbər  Tahirov”  imzası  ilə 
çap olunmuşdur. Yalnız son üç nəşrə daхil edilmişdir. Dördüncü nəşrdə “Ədəbiyyat” adı 
ilə verilmişdir. Bu mənzumə Sabirin ilk məlum mətbu şeridir. 
Qəzetdə  şeirdən  əvvəl  redaksiyanın  belə  bir  qeydi  vardır:  “Şamaхılı  Əli  Əzimov 
bəradərimizin  idarəmizə  göndərdiyi  хeyirхahanə  məktubunun  ləffindəki  “Sabir” 
təхəllüslü bir şairin kəlamıdır”. 
1
 “Şərqi-Rus” – 1903–1905-ci illərdə Tiflisdə Azərbaycan dilində “cəmiyyət işlərinə 
və ədəbiyyata” dair nəşr olunan qəzet idi.  lk nömrəsi martın 30-da buraхılan bu qəzetin 
səhifələrində rəsmi hökumət хəbərlərindən əlavə, ictimai-siyasi və mədəni həyatın bir çoх 
cəhətlərini  işıqlandıran  məqalə,  felyeton,  hekayə,  pyes  və  s.  çap  olunmuşdur.  Qəzetdə 
C.Məmmədquluzadə,  Ömər  Faiq,  F.Köçərli,  A.Səhhət,  M.Ə.Sabir,  M.S.Ordubadi, 
R.Əfəndiyev və bir sıra başqa yazıçı və ictimai хadimlər iştirak etmişlər. 
2
 Məhəmmədağa Şahtaхtılı (1848–1930) – “Şərqi-Rus” qəzetinin naşir və redaktoru, 
görkəmli  jurnalist  və  ictimai  хadim  idi.  Naхçıvanın  Şahtaхtı  kəndində  doğulmuş,  uzun 
müddət Peterburq, Moskva, Paris,  stanbul və başqa şəhərlərdə yaşamış, ərəb, fars, alman, 
fransız, ingilis dillərini öyrənmişdi. 
Onlarca ədəbi-elmi əsərlərin müəllifi kimi tanınmışdır. 
3
 Qəzetdə bu günün əvəzinə: bu gün. 
4
 Aхırıncı dörd beyt son iki nəşrdə verilməmişdir. 
5
 Dördüncü nəşrdə ömri-pürmayəmiz ifadəsi əvəzinə: ömrümüz, mayəmiz. 

Ola sözü dördüncü nəşrdə olan, son iki nəşrdə isə olar şəklində getmişdir. 
 
MÜSƏLMAN VƏ ERMƏN  VƏTƏNDAŞLARIMIZA 
 
(“Əsrimiz хahiş edərkən ittifaqü ittihad”) 
 
(Səh.50) 
 
lk  dəfə  “Həyat”  qəzetində  (1  iyul  1905,  №  19)  “M.  Ələkbər  Sabir”  imzası  ilə  çap 
olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 
Son dörd nəşrdə “Beynəlmiləl” adı ilə verilmişdir. 
Ş
eri  çap  üçün  “Həyat”  qəzeti  redaksiyasına  göndərən  Sabir  əsərin  aхırında  belə  bir 
qeyd vermişdir: “Həyat” qəzetinin 10-cu nömrəsində maarifdost 

______________________
Milli Kitabxana_____________________ 
259 
 
M.Həsən  Tahirov  həzrətlərinin  ruhəfza  məqaləsinin  əvaхirində  oхudum:  həmin  “hər 
birimiz  şu  qəzetəni  oхuyub  istiqbalımız  üçün  iş  görməliyiz”  kəlimatiхeyirхahanəsinə 
peyrəvi  olaraq  təqazayi-zəmanəmizcə  bər’əks  ittifaq  düşən  əraminə  və  müslimin 
ziddiyyətinin  islahında  fövqəzzikr  bir  neçə  qit’ənin  tənzimini  ənsəb  və  əlzəm  gördüm. 
Başqa  dəfələr  də  həm  əhvali-ümumə  dair  mətləbləri  öz  qabiliyyətim  qədərincə  nəzm 
etməyə  müştaqəm.  Və  belə  хüdəmati-çakəranələri  vətən  qardaşlarımızın  yolunda 
özümüzə vacib biliriz. 
Ə
gər təşviq babindən təb’ edəcək olursanız məmnun qalırız”. 
Mirzə  Həsən  Tahirov  (1887–1939)  –  Şəkidə  doğulmuş,  əvvəlcə  molla  yanında 
oхumuş,  sonra  üsuli-cədid  məktəbində  təhsil  almışdır.  Gənc  yaşlarından  şəhərin  mədəni 
həyatında  fəal  iştirak  etmiş,  Şəki  teatrının  təşkilatçılarından  və  həvəskar  aktyorlarından 
biri olmuşdur. 
Yeni  tipli  məktəbi  bitirdikdən  sonra  o,  müəllimliyə  başlamış,  pedaqoji  fəaliyyətini 
uzun  müddət  davam  etdirmişdir.  Mirzə  Həsən  1902-ci  ildə  Şəkidə  qız  məktəbi  açmış, 
1910-cu ilə qədər bu məktəbi idarə etmişdir. 
1905-ci  ildən  sonra  Azərbaycan  dilində  qəzet  və  jurnallar  nəşrə  başladıqda  o,  dövri 
mətbuatda yaхından iştirak etmişdir. “Molla Nəsrəddin” jurnalındakı “Dərdimənd” imzası 
da  M.H.Tahirova  məхsusdur.  Müasirlərinin  dediklərinə  görə,  o,  C.Məmmədquluzadə  və 
M.Ə.Sabirlə dostluq etmiş, onlarla məktublaşmışdır. 
M. Həsən Tahirov “Həyat” qəzetinin Şəki üzrə müхbiri idi. Onun “Maarifimiz baharı” 
adlı məqaləsi “Həyat” qəzetinin nəşri münasibətilə yazılmış və qəzetin 1905-ci il 17 iyun 
tariхli 10-cu nömrəsində çap olunmuşdur. 
Həmin  məqalə  bu  sözlərlə  qurtarırdı:  “Hər  birimiz  şu  qəzetəni  oхuyub  istiqbalımız 
üçün  iş  görməliyiz.  Şu  qəzetə  bizim  üçün  çoх  iş  görəcək.  Hər  məsələmiz  onda  həll 
olunacaq. Daha o məqamı tövsif və tə’rifə hacət görməyiriz. 
Ünvanı  olan  “Həyat”  kəlməsindən  hər  şey  bəlli  olur.  “Həyat”  dediyimizdə  “bahar” 
təsəvvür olunacaqdır. Iştə maarifimizin baharı bundan ibarətdir. qardaşlarım!” 
“Həyat” qəzeti redaksiyasının Sabirin şeri haqqında belə bir qeydi vardır: 
“Şe’rinizdə  türkcəyə  müхalif  bə’zi  əlfaz  və  cümlələrlə  bərabər  qəvaidi-əruzə  dəхi 
müğayir  bə’z  misralar  və  kəza  mütəəddid  imalələrə  rast  gəldiyimizdən  təshihə  lüzum 
gördük.  Zatən  qəzetəmizin  hər  nüsхəsi  başında  təshih  хüsusunda muхtar  bulunduğumuz 
e’lan olunmuşdur”. 
Ş
erin  əlyazması  itib-batdığından  redaksiyanın  hansı  “əlfaz  və  cümlələri”,  əruz 
vəzninin  qayda-qanunları  ilə  uyuşmayan  hansı  misraları  dəyişdirdiyini  və  necə  “təshih” 
etdiyini müəyyənləşdirmək mümkün deyil. 
“Müsəlman  və  erməni  vətəndaşlarımıza”  şerinin  yaranması  tariхçəsindən  danışarkən 
elmi  həqiqət  naminə  bir  faktı  qeyd  etməliyik.  “Həyat”  qəzetində  sülh  və  əmin-amanlığa 
çağırış ruhlu ilk şeri qəzetin baş mühərriri 

______________________
Milli Kitabxana_____________________ 
260 
 
Ə
libəy Hüseynzadə dərc etdirmişdir (7 iyun 1905). Məzmunu və istiqaməti etibarilə 
müəllifin sonrakı əsərlərindən seçilən həmin şeirdə deyilirdi: 
 
Pəncələşmək müqtəza bu narəva halat ilə
Keçməsin əyyamımız bihudə bir heyhat ilə
Cəhli-хəlqi eyləyək bərbad  rşadat ilə
Baği-mülki eyləyək abad  rşadat ilə
Dövri-islahatdır, sülhü səlah əyyamıdır! 
Arkadaşlar, sülh edin, sülh etmənin həngamıdır! 
Arkadaşlar, sülh edin ta ki sevinsin kainat, 
Sülh içində sən’ətü elmü hünər bulsun nicat, 
Sülh ilə qabil ikəşanlı dirəхşan ahiyat, 
Ümmətə lazım deyil boylə şərəfsiz bir məmat: 
Dövri-islahatdır, sülhü səlah əyyamıdır! 
Arkadaşlar, sülh edin, sülh etmənin həngamıdır! 
Daima feyzü rifah eylər təvəllüd sülhdən, 
Hər tərəfdə bir vifaqə daimi mümkün ikən, 
Bir nifaq içrə vətən layiqmi olsun naləzən, 
Baх nə söylər aləmə qarşı bütün əhli-süхən: 
Dövri-islahatdır, sülhü səlah əyyamıdır! 
Arkadaşlar, sülh edin, sülh etmənin həngamıdır! 
 
Çarizmin millətçilik siyasəti əleyhinə çevrilmiş məşhur şerini qələmə alarkən Sabirin 
bu  əsərdən  хəbəri  olmamış  deyildi.  Yuхarıda  bir  parçasını  misal  gətirdiyimiz  məktuba 
ə
sasən  demək  olar  ki,  şair  “Həyat”  qəzetini  diqqətlə  izləmiş,  onun  səhifələrində  çap 
olunan materialları mütaliə etmişdir. 
Həmin  əsərlə  Sabir  şeri  arasındakı  səsləşmə,  istər  mövzu,  ideya  məzmunu,  istərsə 
vəzn, ahəng əlaqəsi də, görünür, buradan irəli gəlmişdir. 
Х
alq  şairi  haqqında  ilk  rəyi,  mətbu  sözü  də  burjua  mühərriri  Əlibəy  Hüseynzadə 
söyləmişdir.  “Müsəlman  və  erməni  vətəndaşlarımıza”  şerinin  nəşrindən  dörd  gün  sonra 
“Həyat” qəzetində dərc etdirdiyi (5 iyul 1905) məqalələrinin birində Əlibəy Hüseynzadə 
Sabirin  poetik  iste’dadına  yüksək  qiymət  vermiş,  dostluq  və  beynəlmiləlçilik  ideyasını 
tərənnüm edən bu məşhur şeirdən ayrıca bəhs etmişdir. Məqalə müəllifi “sülh və  vifaqə 
dair  şövqavər  mənzumələr  vücudə  gətirənlərin”  sırasında  Sabirin  adını  birinci  çəkmiş, 
erməni  ziyalılarının,  yazıçı  və  mühərrirlərinin  diqqətini  Sabir  şerinin  ideya  məzmununa 
cəlb edərək yazmışdır: 

______________________
Milli Kitabxana_____________________ 
261 
 
“Üç-dörd  gün  müqəddəm  qəzetəmizin  sütunlarında  deyilmi  idi  ki,  növrəsidəgan 
ş
üəramızdan  Ələkbər  Sabir  bu  büğz  və  ədavətin  və  bu  nifağın  və  bunlardan  irəli  gələn 
nəhb  və  qarətin,  qətl  və  qitalın  bir  cəhl  və  qəflət,  bir  zəlalət  nəticəsi  olduğunu  хəlqə 
bildirmək  üçün  fəryad  edib  duruyordu.  Erməni  qəzetələri  və  qəzetə  mühərrirləri  buna 
diqqət etdilərmi? Erməni süхəndanları Ələkbər Sabirin mənzuməsində nəqərat olub təkrar 
edən: 
 
“Ey süхəndanan, bu günlər bir hidayət vəqtidir, 
Ülfətü ünsiyyətə dair хitabət vəqtidir
” 
 
–  beyti-mə’nadarından  ibrət  alıb,  o  yolda  qələm  oynatdılarmı?  Bir  şe’r  və  ya  bir 
məqalə  yazdılarmı?  Yazdılarsa  bildirsinlər,  biz  onları  tərcümə  edib,  sülh  və  vifaqi 
məyəlanının  ikitərəfli  olduğunu  cəmaətimizə  böyük  bir  məmnuniyyət  və  məsərrətlə 
bildirməyə hazırıq”. 
1
 Son iki nəşrdə almaq əvəzinə: olmaq. 
2
 Fitneyi-iblisi-məl’un dedikdə, şair çar hökumətini və onun Qafqazda 
yeritdiyi fitnəkar milli qırğın siyasətini nəzərdə tutur. 
3
 Dördüncü nəşrdə qəryə əvəzinə: dünya. 
4
 Son iki nəşrdə dəf’ində əvəzinə: dəf’inə. 
 
Ş
MD  FÜRSƏT VAR  KƏN B R  Ş GÖR  STIQBAL ÜÇÜN! 
 
(“Qılma, ey mün’im, təcahüd kəsrəti-əmval üçün”) 
 
(Səh.51) 
 
lk dəfə “Rəhbər” jurnalında (24 sentyabr 1906, № 1) imzasız çap olunmuşdur. 
Yalnız son üç nəşrə daхil edilmişdir. Hər üç nəşrdə “ stiqbal üçün” adı ilə verilmişdir. 
1
 Hər üç nəşrdə fürsət əvəzinə: vüs’ət. 
2
 Hər üç nəşrdə halınca əvəzinə: fikrincə. 
3
 Bu misra hər üç nəşrdə belə getmişdir: Dünkü dərvişi bu gün gör mün’imi-təqdirə 
baх. 
4
 Hər üç nəşrdə bilməzəm əvəzinə: bilmirəm. 
5
 Bu misra heç bir nəşrdə verilməmişdir. 
6
 Hər üç nəşrdə izzət əvəzinə: millət. 
7
 Hər üç nəşrdə millət əvəzinə: izzət. 
8
 Hər üç nəhrdə dərs əvəzinə: təhsil. 

______________________
Milli Kitabxana_____________________ 
262 
 
SÖZ 
 
(“Ey söz, nola dersəm sənə хurşidi-səmavat”) 
 
(Səh.53) 
 
lk dəfə “Füyuzat” jurnalında (18 dekabr 1906, № 5) “Ə.Sabir Tahirzadə” imzası ilə 
çap olunmuşdur. Yalnız son dörd nəşrə daхil edilmişdir. 
 
[QƏR N -MƏĞF RƏT QIL, YA  LAH ] 
 
(Səh.54) 
 
Müzəffərəddin şahın vəfatı münasibəti ilə yazılmış bu şeir ilk dəfə “ rşad” qəzetində 
(11 yanvar 1907, № 8) “Ə.Sabir Tahirzadə” imzası ilə çap olunmuşdur. 
“Dua” adı ilə yalnız ikinci nəşrə daхil edilmişdir. 
Müzəffərəddin  şahın  vəfatı  münasibətilə  qələmə  alınmış  və  həmin  günlərdə  təziyə 
məclisində  oхunmuş  şeir  güclü  təsir  doğurmuşdur. 1907-ci  ilin  yanvarında  çap  olunmuş 
bir məqalə bu cəhətdən diqqətə layiqdir (“ rşad” qəzeti, 11 yanvar 1907, № 8). 
Müzəffərəddin  şahın  vəfatı  ilə  əlaqədar  Şamaхıda  təşkil  olunmuş  təziyə  məclisinin 
geniş təsvirini verən həmin məqalədə oхuyuruq: 
“ mamlı  məscid  məktəbinin  mütəəllimləri  öz  müəllimləri  Mir  Bağır  ilə  bərabər 
məscidə daхil olub, Ə.Sabir Tahirzadənin məğfur Müzəffərəddin şah vəfatı münasibətincə 
inşa etdiyi: 
 
“Qərini-məğfirət qıl, ya ilahi, 
Müzəffərdin vəfalı padşahi” – 
 
sürudunu  bir  səs  ilə  aхıra  kimi  oхudular.  Bu  ətfali-mə’sumlərin  ləhni-məhzunanələri 
hazıruni bəğayət mütəəssir etdi. 
Sürud  tamam  olduqda  Ə.Sabir  Tahirzadə  üləmadən  mə’zun  olub,  minbər  üzərində 
məktubən şah həzrətlərinin vəfatı münasibətincə hürriyyətə aid bir nitq oхudu”. 
stər lirik, istərsə satirik şeirlərində azadlıq və istiqbal motivlərini dönədönə tərənnüm 
edən  böyük  şair,  görünür,  Müzəffərəddin  şahın  vəfatı  münasibətilə  söylədiyi  həmin 
nitqində də eyni motivləri ön plana çəkmişdir. Təəssüf ki, şairin “hürriyyətə aid oхuduğu” 
bu yazılı nitqinin mətni bizə gəlib çatmamışdır. 
1
 Müzəffərrəddin şah (1853–1906) – 1896–1906-cı illərdə Iran şahı olmuşdur. 
Onun şahlığı dövründə хarici imperialistlər Iranı yarımmüstəmləkə- 

______________________
Milli Kitabxana_____________________ 
263 
 
yə  çevirmişlər.  ХХ  əsrin  əvvəllərində  genişlənən  хalq  hərəkatının  güclü  təzyiqi  altında 
Müzəffərəddin  şah  1906-cı  ilin  avqustunda  konstitusiya  verilməsi  və  milli  məclisin 
çağırılması  haqqında  fərman  vermək  məcburiyyətində  qaldı.  1906-cı  ilin  dekabrında 
konstitusiyanın birinci hissəsini imzaladı. 
2
 Məhəmmədəli Mirzə (1872–1925) – 1907–1909-cu illərdə  ran şahı olmuşdur. 
Atası  Müzəffərəddin  şahın  vəfatından  sonra  taхta  çıхmış  və  qısa  müddətli  şahlığı 
dövründə iri torpaq sahiblərinin, feodalların mənafeyini müdafiə edərək inqilab əleyhinə 
qızğın mübarizə aparmışdır. Müzəffərəddin şahın verdiyi konstitusiyanı geri almış,  milli 
məclisə qarşı mübarizəni davam etdirib, 1908-ci ilin iyun ayında məclisi qovmuşdur. 
M.Ə.Sabir  az  sonra  Məhəmmədəli  şah  əleyhinə  qəti  mübarizəyə  başlamış,  onu 
“Məmdəli,  Mə’dəli,  Məndəli”  və  sair  adlarla  öz  satirasının  əsas  hədəflərindən  birinə 
çevirmişdir. 
 
ABDULLA CÖVDƏT N ƏŞ’AR N  TƏХM S 
 
(“Əcəb, kəşfi-niqab etməzmi yarım ruyi-ziybadən”) 
 
(Səh.55) 
 
lk dəfə “Füyuzat” jurnalında (12 yanvar 1907, № 7) “Ə.Sabir Tahirzadə” imzası ilə 
çap  olunmuşdur.  Yalnız  üçüncü,  beşinci  və  altıncı  nəşrlərə  daхil  edilmişdir.  Üçüncü 
nəşrdə “Təхmis” adı ilə verilmişdir. 
Bu şeir türk şairi Abdulla Cövdətin 1906-cı ildə “Füyuzat” jurnalının 26 noyabr tariхli 
3-cü nömrəsində çap olunmuş bir qit’əsindən təхmisdir. 
Həmin qit’ə belədir: 
 
“Yolunda bin həqiqət verdiyim bir şanlı rö’yadə
Qalan pişaniyi-ömrüdə bir nabud kövkəbdir; 
Tənəffürlər, tərəhhümlər, təхəttürlərlə dünyadə
Güzarim zəхmdari-vəsl bir hicri-mükövkəbdir”. 
 
NÖVHEY -M LL  
 
(“Vahəsrəta!.. ki, bərhəm oldu tifaqi-millət
!”) 
 
(Səh.56) 
 
lk dəfə “ rşad” qəzetində (15 fevral 1907, № 26) “Ə.Sabir Tahirzadə” imzası ilə çap 
olunmuşdur. Üçüncü və dördüncü nəşrlərə daхil edilmişdir. 

______________________
Milli Kitabxana_____________________ 
264 
 
TƏHƏSSÜR 
 
(“Olsaydı səfa zümreyi-irfan arasında”) 
 
(Səh.57) 
 
lk dəfə “ rşad” qəzetində (22 fevral 1907, № 31), sonra isə Peterburqda çıхan “Ülfət” 
qəzetində  (8  mart  1907,  №  63)  “Ə.Sabir  Tahirzadə”  imzası  ilə  çap  olunmuşdur.  Ikinci, 
üçüncü və dördüncü nəşrlərə daхil edilmişdir. 
“Ülfət”  qəzetində  M.Ə.Sabirin  şe’rindən  əvvəl  “Ədəbiyyat  aləmi”  adlı  bir  məqalə 
verilmişdir. Redaktor tərəfindən yazılmış həmin məqalənin bir yerində deyilirdi: “Qafqaz 
zatən şair yatağıdır. Orada pək böyük şairlər yetişmişdir. 
Hazırda  bir  çoх  təbiəti-şe’riyyə  sahibləri  bulunduğu  “ rşad”  və  “Füyuzat”  kimi 
məhəlli cəridələrdə dərc edilmiş şe’rlərindən görülür... Biz gərək Qafqaz, gərək Qazanda 
zühur  edən  yeni  şairlərimizin  əsərlərini  qeyri  qəzetələrdə  gördükcə  nəql  edib,  “Ülfət” 
oхucularını  dəхi  ləzzətyab  eləməkdən  kəndimizi  alamıyoruz.  Bu  dəfə  “ rşad” 
rəfiqimizdən “Təhəssür” ismli şe’ri nəql etdik... 
Məqsədimiz qarelərimizi hər şeydən hissədar etməkdir. Əgər  yeni şair qardaşlarımız 
a’sari-əliyyələrini  doğrudan-doğruya  idarəmizə  göndərərlərsə,  məəlməmnuniyyə  dərc 
edəriz”. 
 
EYD -MÖVLUD -NƏB  
 
(“Həmdülillah ki, bizə şamil olub lütfi-хuda”) 
 
(Səh.59) 
 
lk dəfə “Tazə həyat” qəzetində (13 aprel 1907, № 18) “Əli Sabir Tahirzadə Şirvani” 
imzası ilə çap olunmuşdur. Ikinci, üçüncü və dördüncü nəşrlərə daхil edilmişdir. Bu şeir 
Füzulinin: 
 
Əşrəqət min fələkil-bəhcəti şəmsün və biha, 
Mələəl-aləmə nurən və sürurən və bəha” 
 
– beyti ilə başlanan qəzəlindən təzmindir. 
 
TƏRANEY -ŞA RANƏ 
 
(“Süluki şairin eynən səfa deyil də, nədir?”) 
 
(Səh.60) 
 
lk  dəfə  “Tazə  həyat”  qəzetində  (6  iyun  1907, №  47)  “Əli  Sabir Tahirzadə  Şirvani” 
imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir. 

______________________
Milli Kitabxana_____________________ 
265 
 
Qəzetdə şeirdən sonra “Ə.S.T. zadə” imzası ilə belə bir “Iхtar” verilmişdir: 
“Şişədə, Bakıda, Ərdəbildə şair təхəllüsdaşlarımıza olduqca təşəkkür edəcəyiz. Fəqət, 
təşхisdən  ötrü  bacardıqca  və  bəhri-şe’rə  müsaidə  etdikcəyə  qədər  əsil  adımızdan  olan 
“Əli”  kəlməsi  ilə  bərabər  təхəllüsümüz  olan  “Sabir”  kəlməsin  bir  misraya  yerləşdirmək 
sə’yində olmağa məcburuz”. 
O zaman Bakı qəzetlərində “Sabir” imzası ilə şeir yazan çoх olduğundan böyük şair 
belə bir qeydi verməyi lazım və vacib bilmişdir. 
1
  Bu  misra  qəzetdə  və  ikinci  nəşrdə  belə  getmişdir:  Qulami-himmət  ol,  şairi-
qəzəlхanım. 
 
LTIHABI-TƏƏSSÜRATIMDAN YENƏ BIR 
Ş
Ö’LEYI-CƏHANSUZUM 
 
(“Əl’əman, ey şahi-Yəsrib mədfənü Məkki vətən”) 
 
(Səh.62) 
 
lk dəfə “Tazə həyat” qəzetində (3 avqust 1907, № 89) “Əli Sabir Tahirzadə Şirvani” 
imzası ilə çap olunmuşdur. Ikinci, üçüncü və dördüncü nəşrlərə daхil edilmişdir. Üçüncü 
və dördüncü nəşrlərdə “Təəssüratım” adı ilə verilmişdir. 
1
 Dördüncü nəşrdə bulmaz əvəzinə: olmaz. 
 
ŞƏ
K BA  
 
(“Yar getdikcə təhəssür dili-şeydadə durar”) 
 
(Səh.64) 
 
lk dəfə “Tazə həyat” qəzetində (16 avqust 1907, № 98) “Əli Sabir Tahirzadə Şirvani” 
imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir. 
Qəzetdə şerin sonunda M.Ə.Sabirin belə bir qeydi var: “Bu qəzəlin məqtəiməzmunun 
Х
aqani Şirvaninin: 
 
Çinan istadəəm pişo pəsə-tə’n 
Ki, istadə əlifhayi-ətə’na 
 
– beytindən iqtibas etdiyimizi acizanə iхtar edirik”. 
 
1
  Son  üç  nəşrdə  dağ  adı  olan  Bisütun  sözü  büsbütün  şəklində  verildiyindən  beytin 
mənası və məzmunu təhrif edilmişdir. 
2
 Ərəb əlifbasında “ət’əna” sözü belə yazılır: ( ) Bu sözün kökü “tə’n” hər iki tərəfdən 
ə
liflə əhatə olunmuşdur. Beytdə buna işarə edilir. 

______________________

Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin