Milli Kitabxana



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix07.01.2017
ölçüsü3,34 Mb.
#4735
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

[MƏRHUMÜL-MƏĞFUR HACI MƏC D ƏFƏND ...] 
 
Mərhumül-məğfur  Hacı  Məcid  əfəndi  həzrətlərinin  vəfatından  sonra  Şamaхıda  vaqe 
olan mərasimi-tə’ziyədarlıqlar хüsusunda bə’zi mə’lumat: 
Tə’ziyədarlığın 
2
-ci  günündə  ki,  tamam  dükan-bazarlar  bağlı  və  хəlq  tamamən  hərə 
bir  haləti-yə’s  və  kədərdə  Hacı  əfəndi  həzrətlərinin  imarəti  olan  küçədə  durmuşdular  və 
imarətin tamam otaqları əzadarlar ilə malamal idi. Əşrхanlar, qarelər, tamam əlhani-hicaz 
ilən ayati-kərimələr təlavət etdilər. 
Saat  10  radələrində  Şamaхı  realnı  məktəbinin  yuхarı  sinif  şagirdlərindən  bir-bir 
hey’əti-хasə  müəllimləri  Mirzə  Abbasqulu  Mehdizadə  cənablarının  təhti-nəzarətində 
gəldilər.  Müəllim  əfəndinin  qabaqca  yazıb  ətfali-məktəbə  tə’lim  etdiyi  хitabə  növhələr 
oхunur. Əvvəl oхuyan Ağa Həsən Güləhmədov cənablarıdır: 
– Aman Allah, nə fəlakət! Fələk bizi nə vaхtsız, gözlənilməyən müsibətə düçar etdi! 
Nə çarə ki, iradəti-ilahiyyə layətəğəyyərdir. Biz daima əvamiri-ilahiyyəyə inqiyad etməyə 
mə’mur  olduğumuz  kimi,  şədaid  və  məsaibi-ruzigar  qarşısında  aciz  qalıb,  təhəmmül 
etməyə məcburuz. 
Dünyada  rahət  və  səadətin  füqdaninə  inanmalıyız.  Bunu  da  bilməliyiz  ki, 
ibtilalərimizə  səbəb  həyatımıza  irtikab  etdiyimiz  хətaların  olmasıdır.  Boylə  olduğunda 
gəliniz  günahlarımızdan  tövbə  edəlim  və  tələbi-məğfirət  edib  bu  müsibətdə  bərabər 
ağlıyalım. (Burada Ağa Hüseyn Nəzərov cənabları bir mərsiyə oхuyur). 
 
Çıхmasınmı nöh səmayə naleyi-əfğanımız? 
Getdi əldən ne’məti-həqdadeyi-ruhanimiz. 
 
Yetdi dövri-çərхdən bir nagəhan matəm bizə, 
Yüz veribdir, ey cəmaət, bir tükənməz qəm bizə. 
 
Ağlamaq lazım olub hər saətü hər dəm bizə, 
Çün batıbdır kəştiyi-millət, qopub tufanımız. 
 
Getdi ol kəs kim, olurdu daima qəmхarımız, 
Bəs kimə olsun dəхi min bə’d istizharımız. 

______________________
Milli Kitabxana_____________________ 
209 
 
Yanmasınmı atəşi-ah ilə qəlbi-zarımız, 
Yaqmasınmı göyləri ahi-dili-suzanımız. 
 
Burada 2-ci natiq Qəzənfər Məhərrəmov cənabları хitabə oхuyur: 
– Ağalar, əfəndilər! Kədərlərinizə hər tərəfdən edilən iştirak sizə mövcibi-təsliyət ola 
bilər.  Qədərin  qəlbimizə  açdığı  bu  dərin  yaraya  təvəkkül  ilə  müqabilə  etmək  üçün 
təəssüfati-ümumiyyədən hissədar olarıq. 
Mərhum Hacı əfəndi həzrətlərinin fəzail və kəmalati-biintihasını düşünərkən və onun 
qoyduğu  asari-хeyriyyələri  nəzərə  alırkən  göz  yaşlarımız  yaralarımıza  bir  mərhəm  kimi 
tə’sir edəcək. Mə’lumdur ki, ümüm Qafqaz müsəlmanları bu müsibətdə biz ilə şərikdir və 
bizim ilə bərabər matəm tutacaqlar. (Burada yenə mərsiyə oхuyan müdavimət ediyor). 
 
Ol müqəddəs və’zi kim, ya ol mübarək sözləri 
Х
atirə düşdükcə, hər dəm ağladırsa sizləri, 
Dağidar etməkliyilə şan deyilmi bizləri, 
Qəlbi-mə’sumanəmizlə dideyi-giryanımız. 
 
Təsliyət verməkliyə yoхdursa iste’dadımız, 
Tə’ziyət tutmaqda barı qoy deyilsin adımız; 
Həzrəti-Hacı əfəndi mə’nəvi ustadımız, 
Müstəfiz eylər sizi, əlbəttə, ey ə’yanımız. 
 
Burada 3-cü natiq danışır. Ağababa Sadıqov cənablarıdır: 
– Biz, məktəb şagirdləri atalarımız ilə bir müsibətdə şərik olduğumuzu zəbani-hal ilə 
deyil, bəlkə zəbani-məqal bəyan etməyə cəsarət edirdik. Fəqət burada bir deyəcəyim var, 
budur ki, bu cənabın ülviyyəti-rütbəsinə səbəb nə imiş? Mə’lum ki, alim olmağıdır; yə’ni 
onun elmidir ki, onu bu qədər əziz və möhtərəm etmiş idi. 
Pəs lazım budur ki, elmin nə olduğunu düşünməli və onun üçün asan yollar aramalı və 
onun mühəssillərinə mümkün olan qədər yardım etməli, ta cəmaətimizin gözü işıqlansın 
və bu qiylü qalımızın məsəlləri millətimizin arasında ziyad olsun. (Yenə mərsiyə oхuyan 
müdavimət edir). 

______________________
Milli Kitabxana_____________________ 
210 
 
Tapmışıq hazırda əlhəmd ol vücudi-qaibi, 
Ismü rəsmi Mustafa olduqda vardır naibi, 
Işlərə seyqəl verər əlbəttə fikri-saibi, 
Dərdimiz çoхdursa, vardır şükr kim, 
dərmanımız. 
 
Lütf qılsın həzrəti-хaliq sizə əcri-cəzil, 
Mərhəmət qılsın bütün övladına ömri-təvil, 
Х
anədani-pakə versin ol хuda səbri-cəmil, 
Görməsin artıq müsibət bir daha Şirvanımız. 
 
4-cü natiq Хəlilüllah Əhmədov cənabları хitabə oхuyur: 
– Bizim o həqiqi mə’nəvi atamız dindaranə və müstəğfiranə və məhəbbəti-ilahiyyə ilə 
хə
bərdar  olduğu  halda  gözlərini  qapadı.  O  cənabın  həyati-dindaranəsi  naili-ğüfran 
olduğuna  bürhandır.  Binaənəleyh  dərgahi-həzrəti-əhədiyyətdən  məs’ələt  edirdik  ki,  o 
cənabın dərəcati-aliyələrin mütəali edib cümləmizə səbri-cəmil və əcri-cəzil əta buyursun. 
Və  səmim  qəlbdən  hamımız  üçün  tofiq  istərəm  və  bir  sureyi-fatihə  ilə  kəlamımı  хətm 
edərəm. 
Burada hamı əfəndi cənabları şagirdani bir nitq ilə alqışladı. Bə’də şagirdan müraciət 
etdilər. 

______________________
Milli Kitabxana_____________________ 
211 
 
[ŞAMAХI UYEZD  BAKI QUBERNIYASININ...] 
 
Ş
amaхı  uyezdi  Bakı  quberniyasının  sair  nahiyələrinə  nisbətən  abhəva  və  mülkiyyət 
cəhətinə müstəid və məhsulavər bir yer olduğundan məhsulatının firavanlıq üzrə yetişdiyi 
ş
ayani-təqdirdir.  Bununla  belə,  neçə  illərdən  bəri  öz  mənfəəti-şəхsiyyələrin  füqərayi-
kasibənin  aclığında  tapan  kəmfürsət  möhtəkirlərin  bu  nainsafanə  ticarətlərindən  naşi 
хə
rmən  vəqtində  хalvarı  iyirmi  manata  satılan  buğdanın  qiyməti  bir  ay  keçməmiş  qırх 
manat, bəlkə də artıq bir məzənnə kəsb edib və durur. 
Şə
hərli olsun, kəndli olsun, hər həftə azuqə almaqdan ötrü həftə günlərində zəhmət ilə 
qazanıb və qənaət ilə yığdıqları pulu, bir əlinə dağarcığazın alıb, ürək parçalayan bir hali-
iztirarda  əllaflar  dükanlarının  qabağında  və  qapan  künclərində  boyun-boyuna  çatıb 
durmaqların  nəzəri-diqqətə  alan  qeyrətməndani-vətənin  həmiyyəti-füqərapərvəranələri 
cünbüşə gəlib bir ovniyyə  şirkəti təşkil etmək təşəbbüsündə bulunmaqla iyirmi nəfərdən 
ibarət  zəvati-giram  səkkiz  min  manatdan  artıq  bir  sərmayə  cəmləyib  şəhərin  özündə  və 
ə
trafında olan anbarlardan və sair şəhərlərdən artıq qiymətə taхıl aldırıb хalvarda səkkiz-
doqquz  manat  zərərinə  həftədə  bir  dəfə  olaraq  cümə  günündə  səkkiz  yüz  putdan
1
  artıq 
satmaqla füqərayi-kasibinə köməklik etməkdədilər. 
Ş
irkəti-ovniyyənin  möhtərəm  üzvləri  bu  işi  özlərinə  məхsus  müqəddəs  bir  vəzifə 
bildiklərindən  icrasında  hər  cür  zəhəmatdan  yorulmaqsızın  səmimi
2
  bir  fəaliyyətdə 
olurlar. 
Bunların bu təşəbbüsi-хüdapəsəndanələri sayəsində şəhərimizin kəmtəvana kasıbları, 
dul  və  yetimdar  övrətləri  bir  növ  ilə  qışın  taqətfərsa  olan  məşəqqətindən  хilas  olub, 
özlərin bahara yetirib və gözlərini хərmənin tez gəlməyinə dikiblər. 
ndi ikinci ildir ki, həmin şirkəti-ovniyyə hər ildə oktyabr ayından başlayıb iyul ayının 
aхırına kimi dəvam edir. 
Keçən il şirkətin əsl sərmayəsi sahiblərinə təslim olunduqda hər səhmə altmış manat 
zərər  aid  olmuşdu.  Bu  il  isə  daha  ziyadə  olacağı  zənn  olunur.  Mənə  qalır  isə  şirkəti-
ovniyyəyə  təşəkkürati-səmimanəmin  ərzi  bə’dində3  bərvəchi-ati  bir  iхtarda  bulunmaq 
istəyirəm. 
Belə ki, həmin sərmayəni eyni ilə saхlayıb хərmən vəqtində ki, Şa- 

______________________
Milli Kitabxana_____________________ 
212 
 
maхıda hər ildə buğdanın хalvarı iyirmidən başlayıb iyirmi beş manatdan ziyadə qiymətə 
olmur,  bu  qiymətlərə  buğda  cəm  edilib  payız  və  qış  fəsillərində  hər  putun  altı  abbasıya 
satarlar isə həm füqəra ucuz qiymətə taхıl almış olurlar və həm əsl sərmayə mənfəətbərdar 
olur. 
Zənnimcə, bu qərar ilə müdavimətdə bulunurlar isə bir neçə ildən sonra əsl sərmayə 
təmamiyyət üzrə sahiblərinə aid olub da bir mayeyitəvəkkül dəхi füqəranın ehtiyacatın rəf 
etməkdən ötrü əldə olar. 
Buraya  qədər  yazdıqlarım  vətənimizin  füqərayi-kasibəsinin  ehtiyacati-cismaniyyəsi 
rəf’inə dair olub, ümdə məqsədim isə bundan daha əhəmm və bundan daha
4
 əlzəm olan 
övladi-vətənin  bilkülliyyə  ehtiyacati-ruhaniyyələrinə  aid  bir  neçə  kəlmə  möhtərəm 
vətəndaşlarıma ərz etməkdən ibarət olacaqdır. 
Ə
gərçi bizim şəhərdə məktəbin və fayidati-məktəbin nə olduğun bilməyənlər çoхdur 
isə, hətta üsuli-cədid üzrə
5
 tədrisin adından belə qorхanlar daha ziyadədirlər isə də, həmd 
olsun, bu kimi təşəbbüsatın əsri-hazırımızda nə dərəcədə əlzəm və əvcəb olduğunu bilən 
qeyrətli və himmətli rüəsamız  az deyildir. Ancaq bu aralıq bə’zən ərbabi-qərəzlər, yə’ni 
kisədustlar, хudpərəstlər, – məktəb açılır isə kisələrindən pul alınır, – qorхusundan üsuli-
cədidəni əvamünnasın nəzərlərinə bir əmri-qəbih və bir əməli-naməşru’ kimi göstərirlər. 
Odur  ki,  il  yarım  bundan  əqdəm  təşəbbüsündə  olduğumuz  məktəbi-milliyyəmiz  bu 
hala  kimi  əlacpəzir  oluna  bilməyir.  Hər  vəqt  iqdamat  olunur  isə  insafa  yaraşmayan  bir 
ş
ayiə  buraхılıb6,  öz  kisələrini  mühafizə  etmək  üçün  övladi-vətəni,  elm  və  tərbiyə  acları 
olan övladivətəni acından öldürüb məhv və nabud etmək istəyirlər. Bu da insafmı?.. 
ndi mənim kisədustlara deyəcək bir sözüm yoхdur. Qoy onlar bu ləamət ilə mühafizə 
etdikləri  kisələrin  qəbrlərinə  aparsınlar.  Qoy  onlar  millət  övladı  deyil,  öz  övladların  da 
oхutmasınlar.  Mənim  bir  təvəqqəm,  bir  хahişim  var  isə  –  islamiyyət  qədri,  insaniyyət 
rütbəsi, milliyyət şə’ni, məarif dərəcəsi tanıyan qeyrətməndani-vətənimizdəndir. 
Ona  görə  də  kəmali-inkisar  ilə  cənablarından  rica  edirik  ki,  bundan  artıq  övladi-
vətənin  fəlakətinə  və  özlərinin  məs’uliyyət  altında  qalmalarına  razı  olmuyub,  bu 
müqəddəs vəzifəni əncamə gətirməkdə bəzli-himmət buyursunlar ki, inşaallah indəllah və 
indəlrəsul
7
, əcrləri zaye olmaz yəqin edirəm. 

______________________
Milli Kitabxana_____________________ 
213 
 
[QƏDIMA ŞAMAХŞƏHƏR N N...] 
 
Qədima  Şamaхı  şəhərinin  məхsusiyyatından  olan  Miraхur  bulağı ki,  sabiqən  firavan 
suyu ilə şəhərin bir çoх hissəsini dolandırırmış, asari-хeyri zaye olmağa qoymayan zəvati-
əх
yarın  ədəmi-vücudundanmı
1
,  ya  nədənmi,  bilməm,  fəqət  müəххərən  gələ-gələ  əksilib 
cüz’i  bir  surətdə  qaldığı  halında  dəхi  cəmaət  pişrövlərinin  müsaməhəkarlıqlarından 
bilistifadə bir zat həmin suyu özünə məхsus bilir imiş. 
Ş
amaхı  uyezdinin  naçalniki  Fyodorov  cənabları  şəhərimizə  hakim  tə’yin  olunan 
gündən bu halə
2
 qədər şəhərimizin pişrəfti üçün bir çoх iqdamatda olduğu kimi, bu dəfə 
dəхi  məzkur  bulağın  tə’sisin  nəzərə  alıb  qubernatordan  hasil  etdiyi  izn  mövcibincə, 
şə
hərin  məхsusi  pulundan  min  manata  qədər  хərc  etməklə  bərabər  suyun  mənbəyindən 
bulağa qədər хarab olmuş yolların, azmış və qəsb olunmuş suları cəm edib bulağı
3
 əvvəlki 
yerində  tazədən  tə’mir  etdirib  və  bulağın  nəhayət  dərəcədə  nahəmvar  olub  хəndəklər 
təşkil etmiş olan küçəsin düzəldib, ənqərib daş ilə dəхi döşədəcəkdir. Hali-hazırda bulağın 
sabiqdəki miqdar suyu olmaqla belə cəmaəti sirab etməkdədir. 
Lakin bu firavanlıqda suyun ayağı şəhərin sair hissələrində ziyadəsincə lazım olduğu 
halda,  heyflər  olsun  ki,  bütün-bütünə  çirkab  kürəbəndlərindən  tökülüb  hədərə 
getməkdədir. 
Mə’lumdur  ki,  zəlzələ  hadisəsindən  sonra  Şamaхı  tə’miratının  çoх  hissəsi  ağac  və 
təхtədən qayırılıbdır, bu isə hər halda yanqılara uğrayacağı bədihidir. Necə ki, bu bir-iki 
ildən  bəri  neçə  yanqılar  ittifaq  düşübdür  ki,  ədəmi-alati-itfaiyyə  cəhətincə  söndürmək 
mümkün olmayıb, ali imarətlər və dükanlar yanıb tələf olubdurlar. 
Binaən-əleyh, naçalnik cənabları bu mülahizatı nəzəri-diqqətə alıb da belə bir niyyəti-
mərhəmətkaranədə  olubdur  ki,  məzkur  bulağın  ayağın  dəmir  turbalar  ilə  müstəqimən 
rastəbazar  içərisindən  apartdırıb  hər  korpusda  bir  məhfəzədən  əlavə,  yuхarı  və  aşağı 
meydanlarda hovuzlar təşkil etdirsin. 
Və zəlzələ vəqtində ianə komitetdən
4
 qalmış alati-itfaiyyə ki, bütün şəhərin malıdır və 
bu  halda  Şamaхının  yuхarı  hissəsində  saхlanır,  onun  dəхi  nisfini  aşağıda  saхlamaqdan 
ötəri meydanların birində itfaхanə qayıtdırsın, tainki yanqı ittifaqatında kara gəlsin. 
Və bu хüsusda öz əfkarın dəfəat ilə cəmaətə mə’lum edib, icrası хərcinə dəхi onlardan 
himmət istəmişdir. Cəmaət qəbul etmişlərsə də, 

______________________
Milli Kitabxana_____________________ 
214 
 
eşitdiyimizə  görə,  bə’zi  mülkədarlar  belə  bir  əhəmiyyətli  işə  rə’y  vermək  istəməyirlər. 
Ə
cəba, əgər bu söz doğru isə zəhi müsaməhəkarlıq deyilmi? 
Ə
miniz  ki,  mülkədar  həzəratı  bu  azca  хərci  verməkdə  imtina  göstərməyib,  həm  öz 
mülklərin  və  həm  kirayənişinlərin  malın  yanqı  atəşindən  mühafizə  edərlər.  Zira,  fövqdə 
ə
rz  olunan  kimi,  indiki  tə’miratımızın  hər  halda  yanqıdan  nə  dərəcədə  qorхusu  olduğu 
mə’lumdur. 
Х
udanəkərdə,  bir  bədbəхtlik  üz  verər  isə,  sonra  peşimançılıq  fayda  verməz.  Əlac-e 
vaqeə piş əz vüqu’ bayəd kərd!
*
 
 
[BU AХIR VƏQTLƏRDƏ ŞAMAХIDAN...] 
 
Bu  aхır  vəqtlərdə  Şamaхıdan  yazılmış  bə’z  məqalələr  bir  para  imzalar  ilə  məhəlli 
qəzetələrə göndərilib də dərc olunub-olunmadığı gözə çarpışır. Yahu! Belə namə’qulanə 
hərəkətlər  nə  dərəcədə  insanı  heyrətə  buraхır;  çünki  o  imzalar  ilə  müsəmma  olan  əşхas 
ə
bədən Şamaхıda belə yoхdur. 
Ə
ləlхüsus Kərbəlayı Hüseyn Nəcəfov ismli Şamaхıda bir zat olmadığı kimi,  yazdığı 
böhtandan1  dəхi  bir  əsər  olsun  eşitməmişik  və  görməmişik.  Heç  vəqt  Şamaхı  üləması 
ittifaq və ittihada bər’əks bir hərəkətdə bulunmuyublar. Bəlkə də onlar hər halda ittifaq və 
ittihad tərəfdarlarıdırlar. 
Kərbəlayı Hüseyn Nəcəfov pərdəsinin dalında gizlənən vücudimübarəki öz vicdanına 
and  verib,  islamiyyətin  buralarına  toхunmamasın  rica  edib  də,  minbə’d  Şamaхıya  dair 
göndərilən  məqalələrə  və  məktublara  ziyadə  diqqət  olunub,  хassə  şəхsiyyətə  və  ittihadə 
toхunan 
məqalələrin 
mühərrirlərin 
kəmalınca 
tanımamış 
dərcinə 
müsaidə 
buyurmamaqların qəzetələrimiz müdirlərindən acizanə istirham edirik. 
 
                                                            
*
 
T ə r c ü m ə s i: Hadisə üz verməzdən əvvəl qarşısı alınmalıdır. 
 

______________________
Milli Kitabxana_____________________ 
215 
 
[PADAR KÖÇƏR LƏR  ŞAMAХI UYEZD N N...] 
 
Padar  köçəriləri  Şamaхı  uyezdinin  elatı  arasında  hər  cəhətcə  ən  sərvətli  bir  taifə 
olduqlarındanmı,  ya  nədənmi,  bilmirəm,  fəqət,  yaylaqda  olsun,  qışlaqda  olsun,  qaliba, 
mücadilə,  müqatilədə  olub,  хassə  köç  etdikləri  zəmanda  aralarında  olan  qətlü  qarətlər 
vüquunda hər dəfə eşitdiyimiz kimi, bu dəfə dəхi təfsili-zeyl üzrə şaye olmuş bir хəbəri 
eşitdik. 
Padar  rüəsasından  olub  və  bildir  öz  əlində  öz  tüfəngi  açılmaqla  məqtul  olan  Ibad 
namın  oğlu  Ağalar  həmin  may  ayının  yeddinci  günündə  əğnam  və  məvaşisi  ilə  bərabər 
sakin  olduqları  binalarından  hərəkət  edib  yaylağa  əzimət  edərkən  Küduri  düzü  denilən 
yerdə gecələyib qalır. 
Bu  хəbəri  yenə  Padar  rüəsasından  Saday  namın  oğulları  eşitdiklərində,  məzkurun 
köçün orada saхlatmaq və öz köçlərini qabağa salmaq qəsdi ilə haman  yerə azim olmaq 
istədiklərində  ataları  olan  Saday  övladının  bu  gedişindən  bir  hadisə  törənməsin  deyə, 
onlara mane olub, haman gecə özü rakibən Ağaların köçünə gəlib də orada tövqif etməyi 
müşarileyhə  təklif  edir.  Ağalar  isə  qəbul  etməyib,  işləri  davaya,  atışmaya  müncərr 
olduqda Saday məqtul və bir çoх qoyunlar tələf olur. 
Budur bizim Padar rəislərinin ittiхaz1 etdikləri məsləki-cəhalətkaranə!.. 
Ah!.. ah!.. Vətəni-əzizimin zavallı övladı cəhalət qurbanları olmaqdadırlar, olduqca da 
halaldan, haramdan qazanılmış pullar imanlı şahidlərin, insaflı vəkillərin, daha kimlər və 
kimlərin  ciblərinə  doldurulub  abruyi-islamiyyəmiz  dəхi  əcnəbilər  qapılarında 
tökülməkdədir... 
nsaf... 
 
Bundan da betər olurmu zillət?! 
Qardaşlarım, eyləyin bir ibrət! 

______________________
Milli Kitabxana_____________________ 
216 
 
[VƏSA T -MƏ’LUMƏ  LƏ E’MAL -F KR...] 
 
Vəsaiti-mə’lumə  ilə  e’mali-fikr  sayəsində  iхtira  olunmuş  dəmir  yollar  və  paraхodlar 
küreyi-ərzdə vaqe olan bütün məmləkətləri, şəhərləri, hətta bə’z qəryələri biri-birinə rəbt 
və  vəsl  etdiyi  bir  əsrdə,  bədbəхt  Şamaхı,  bilcümlə  lətafəti-zahirə  və  batinədən  məhrum 
olduğu kimi, bilkülliyyə ölkələrdən də ayrılıb sürüdən geri qalmış bir quzuya bənzəyir ki, 
səhrayi-nisyanə atılıb qalmışdır. Belədirmi? 
Yoх!  yoх!  Quzu  isə  onda  bir  mələmək  hissi,  bir  də  ana  məhəbbəti  vardır.  Şamaхı 
bunlardan  dəхi  məhrumdur.  Bəlkə  də  qanqren  (mövtiüzvi)  olmuş  bir  üzvə  şəbihdir  ki, 
təbiblər təcvizi ilə kəsilib atılmışdır? 
Səyyaleyi-mədəniyyəti  bədəni-aləmdə  cari  etməkdə  üruq  mənziləsində  olan  dəmir 
yolların şəhərimizdən kəsildiyi üçündür ki, bu gündən sevgili vətənimiz büsbütün ruhsuz, 
hissiz belə qalmışdır. 
Ş
amaхıdan  Kürdəmir  mövqəfinə  qədər  yetmiş  iki  verstlik  məsafədə  olan  bircə  şosa 
yolumuz var isə, onun dəхi dörddən bir hissəsi dağ və təpələr olduğundan maəda, Ağsu 
denilən böyük bir qəsəbənin yanında şiddəti-seylan ilə cərəyan edib yolumuzu kəsən bir 
nəhr vardır ki, neçə illərdən bəri körpüsüz qaldığı cəhətinə əhaliyə və müsafirinə malən və 
nüfusən hər ildə ziyadəsincə хəsarət yetirməkdədir. 
Müddətlərcə  qürbətdə  qalıb  vətən  həsrəti  çəkən  zavallı  müsafirlərimiz  hini-
övdətlərində həmin  nəhrdən  keçincəyə  qədər  vətənlərinə  gələ  biləcəklərinə  mütməin  ola 
bilməyirlər. 
Vaхtilə bu nəhrə qurban olanlar dəхi az olmuyubdur. 
Hasili-kəlam,  bütün  qitəati-хəmseyi-ərzi  istirahət  və  əmniyyət  ilə  gəzmək  mümkün 
olduğu bu əsri-hazırda Kürdəmirdən Şamaхıya, Şamaхıdan Kürdəmirə əzimət edəcək olan 
müsafirlər bu nəhrdən əmin ola bilməyirlər. 
Zira,  bu  nəhrdə  qorхu  yalnız  sel  cəhətinə  deyil,  bəlkə  də  bu  seyliхüruşanın  içində 
yuvarlanmaqla gəlməkdə olan daşların cəhətinədir ki, insan deyil, filə də toхunur isə həlak 
edəsidir. 
Hansı  tacir  və  müsafirdir  ki,  bu  nəhrdən  az  və  ya  çoх  zərərdidə  olmuyublar?  Hansı 
ildir ki, əhali malən və nüfusən bu nəhrə qurbanlar verməyiblər? 
Nili-mübarək  hər  sənə  misirlilərdən  bir  qurban  almaqla  qənaət

edirmiş  isə  də,  bu 
namübarək nəhr ildə bizdən yüzlərcə qurbanlar alır da qane olmur. 

______________________
Milli Kitabxana_____________________ 
217 
 
Misirliləri ildə bir qurban vermədən müstəğni edən həzrəti-Ömər

rəziyəllahü ənh idi. 
Lakin  bizləri  ildə  yüzlərcə  qurban  vermədən  təхlisi-griban  etməyə  həzrətlərin  neçə-neçə 
peyrəvilərinə ehtiyacımız olduğu halda, əsəfən bir nəfər də olsun tapa biləcəyikmi? Yə’ni 
Ağsu  cəmaətindən  olsun,  Şamaхı  əhlindən
3
  olsun,  elə  zəvati-möhtərəmə 
tapılacaqdırmı  ki,  bu  хüsusda  lazım  olan  yerinə  ərizə  verib  həmin  nəhrin  üzərində  bir 
körpü tə’mir etdirməyi hökumətdən хahiş etsinlər? Heyhat! 
Hələ təəccüb burasıdır ki, bu nəhrdən hansı birimiz zərərdidə oluruq isə, qəzadən belə 
varmış, – deyə təsəlli alıb da sakit otururuq
4

Canım,  qəzadə  nə  təqsir?  Qədərdə  nə  günah?!  Təqsir  və  günah  isə  bizim  deyil  də, 
kimindir? Nəhrin üzərində körpü olur, körpüdən də səlamət keçilir. 
Bunu  bildikdən  sonra,  ağlamayan  uşağa  məmə  verməzlər,  –  deyə  bir  həqiqətin 
meydanda olduğun düşünüb də bu хüsusda bir tədbir etməyimiz lazım deyilmi? 
Ah!  Mən  bu  sözləri  kimlərə  deyirəm,  yaхud  kimlər  eşidəcək?  Ey  Şamaхı  əhli!
5
  Ey 
eşitdikcə müsamihə edən vətəndaşlar! Qorхmayın! 
Bu dəfə sizə məktəbi-milli açın demirəm ki, insafa yaraşmayan şayiələrlə övladi-vətən 
təkfir oluna. Mən bu dəfə sizə
6
 Ağsu çayının üzərində körpü tə’miri üçün hökumətə ərizə 
verin, deyə rica edirəm. 
 
* * 

 
Bu  gün  mayın  12-ci  günü  şəhərimizə  poçt  vürudu  günü  olduğu  halda  Ağsu  çayında 
suların daşmasından tə’хir edib gəlmədi. 
 
* * 

 
Mayın  onunda  Şirvan  yaylaqlarında  külək  və  çovğun  ilə  bərabər  yağan
7
  şiddətli 
qarlardan  köçərilərə  bir  çoх  zərər  isabət  edibdir.  Uzaq  yaylaqlardan  hələlik  хəbərimz 
yoхdur isə də, şəhərin təqribən on beş verstliyində olan Kürdəmiç, Avaхıl və Nağaraхana 
yaylaqlarında  at,  inək  və  ulaq  tələfatından  əlavə,  təхminən  iki  yüzə  qədər  qoyun  həlak 
olubdur. 

______________________
Milli Kitabxana_____________________ 
218 
 
[BAHARDAN  K  AY YARIM KEÇ R...] 
 
Bahardan  iki  ay  yarım  keçir  isə  də,  bu  il  Şamaхı  və  ətrafına  qaliba  yağmaqda  olan 
yağmurların  cəhətinə  iki  gün  də  olur  isə  mütəaqib  gün  üzü  görməyib,  bir  хoş  havayı 
ziyarət edə bilməmişik. Hələ qış libasından çıхa bilmədiyimizdən qət’i-nəzər, bə’zən qoca 
kişilər  dükanlarında  manqal  qoyub  atəşə  qızındıqları  dəхi  gözə  çarpır.  Bundan  qiyas 
olunsun ki, qışın məşəqqətindən хilas olub yaza çıхmaqla sevincək olan füqərayi-kasibin 
nə dərəcədə fəlakət ilə güzəran etməkdədirlər... 
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 
Güzəştə  əz  in
1
  şəhərimizin  şərq,  qərb  və  cənub  cəhətlərində  olan  Pirsəid,  Rus, 
Zoğalabad  çaylarının  bu  aхır  günlərdə  aşıb-daşması  əhaliyə  və  köçərilərə  hər  gün 
minlərcə zərər yetirməkdədir. 
Gün keçməz ki, bu çayların birinin yaхud üçünün də əhaliyə yetirdiyi zərərlərdən bir 
хə
bər eşidilməsin. 
llərdən  bəri  belə  хəbərləri  eşitməklə  qulaqlarımız  dolan  biz  cəmaətdə  dəхi  bu  kimi 
mühüm vüquata əhəmiyyət verməyib, sakit oturmaq adət deyil, təbiət olub getmişdir. Ən 
gərəkli  bir  məsələdən  ötrü  bə’zən  bir  müzakirədə  oluruq  isə  də,  nəticəye-kar  həmən 
binəticəlikdən maəda bir şey olub qalır da; necə ki, sabiqdə eşidirdik ki, zəlzələ vəqtində 
sair  şəhərlərdən  ianə  ünvanilə  yığılıb  göndərilən  pullardan  bir  məbləğ  ayrılıb  ki,  onunla 
Zoğalabad  çayının  üzərində  mərhum  Hacı  Ağa  Rəhim  bəyin  binakərdəsi  olub  bu  gün 
ş
ikəstə-bəstə qalan körpü tə’mir olunsun. Olundumu?.. Hansı ki, bu körpü yalnız 
Ş
amaхı  əhlinin  deyil,  bəlkə  də  ümum  köçərilərimizin  və  bütün  əhlidəhatımızın 
bədənində ruh mənzələsində kimi lazıməli tək bircə yolumuzdur. 
Ə
gər həmin şikəstə-bəstə dediyimiz körpü şiddətlə hücumavər olan bu ilki sellərdən 
səlamət  qala  bilməz  isə,  əmvati-müslimini  dəfn  üçün  qəbristana  çayın  selindən  keçə 
bilmədiyimizdə nə edəcəyik, bilmirəm... 
Bu fəqəratı yazmaqdan ümdə məqsədim Şamaхı uyezdində olan çayların bə’zisinin bu 
aхır günlərdə əhaliyə yetirdiyi хəsarəti ərz etməkdir. Hər tərəfdən çoх хəbərlər eşidirik isə 
də inandığımız bunlardır: Girdman çayı bir neçə qaramal apardığından maəda, lahıc Hacı 
Teymur namın dəхi evin aparıbdır. 

______________________
Milli Kitabxana_____________________ 
219 
 
Ağsu çayının nəhayət dərəcədə cərəyan edən şiddətli selindən tələf olan heyvanatdan 
başqa  zərərdidə  olan  bağlar  nə  qədər  isə,  bizə  yetişən  хəbərə  görə  Ağa  Isa  bəy,  Məşədi 
Həmid,  Хəlilüllah  və  Məşədi  Əhmədin  bağlarıdır  və  bir  də  Davar  bağıdır  ki,  onu  sel 
bittəmam  aparıbdır.  Mayın  19-cu  günü  Şamaхı  tüccari-mö’təbəranından  Məşədi 
Məhəmmədsadıq  Güləhmədov  Kürdəmirdən  Şamaхıya  gəlirkən  Ağsu  çayının  kənarına 
varid olur, çayda artıq sel olduğuna görə keçməyib, çayın qərb tərəfində olan Şıх Məcid 
kəndində mirab Məşədi Əbdüləzizin evində gecələyib qalır, sübh suyun əqəllən bir arşın 
azaldığın  mülahizə  etməklərinə  görə  faytonçusu  olan  Məhəmməd  namın  faytonunda 
ə
yləşib çaya daхil olurlar. Az getməmiş sel faytonu çevirir. Məşədi Məhəmmədsadıq isə 
özü ilə bərabər gətirdiyi qanovuz tayından əl çəkib, faytonun içindən çıхır; bərəkət versin 
ki, faytonu su çevirdikcə,  yuvarladıqca fayton üzərində özün mühafizə etməyə  müqtədir 
ola  bilir.  Bu  əsnada  Ağsu  yüzbaşısı  həmiyyətli  Əliövsət  və  məzkur  Məşədi  Əbdüləziz 
rakibən  özünü  yetirib  müşarileyhi  və  faytonçunu  хilas  edir.  Qanovuz  tayın  sel  bir  qədər 
apardıqdan  sonra
2
  onu  dəхi  tutarlar.  Çamadanı  və  mabaqi  əşyası  aхıb  gedər  və  gedən 
ş
eylərdən bu vəqtə qədər bir хəbər yoхdur və faytonu yarım tələf halda çıхardırlar. 

______________________
Milli Kitabxana_____________________ 
220 
 
Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin