Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə9/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   5   6   7   8   9   10   11   12   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

Təbiətin istifadə və ətraf mühitin mühafızəsinin dövlət tənzimlənməsinin 
formaları, ekoloji funksiyaları və metodları 
İ
darəetmə forması hüquq sahəsinə tənzimləmə fəaliyyətinin hüquqi və 
qeyri-hüquqi formaların tətbiq edilməsinin meydana çıxan xarici görünüşüdür. 
Tənzimləmənin qeyri-hüquqi formaları iki əsas növdə ifadə olunur: 
a) ətraf təbii mühitin mühafızəsi və təbiətdən istifadə məsələlərində həyata 
keçirilən, qəbul edilməsi hüquqi xarakter daşımayan, deməli hüquqi tənzimləmə 
həddindən kənarda qalan, təsərrüfatın operativ idarə edilməsi. Məsələn, torpağın bu 
və ya digər kateqoriyaya aid edilməsi iqtisadi məsələdir, əgər belə aidiyyat ətraf 
mühitin mühafızəsi və təbiətdən istifadə ilə əlaqədar qanunla müəyyən olunmuş 
qaydalara zidd deyilsə, onda bu məsələ ilə bağlı qəbul edilmiş qərar hüquqi əsasa 
malik deyil. Həmin qərarla razılaşmayanlar prokurorluğa müraciət edərsə, prokuror 
bu qərara protest verə bilməz, belə ki, bu qanundan kənardır; 
b) icraçılarm öz funksiyalarını yerinə yetirməsi üçün lazım olan vasitələrlə təmin 
edilməsi. Bu idarəetmə fəaliyyəti olmadan qanun həyata keçirilməsə də, məsələn, 
torpağın münbitliyi haqqmda qanun mineral gübrələrlə təmin olunması səbəbindən 
reallaşmasa belə, həmçinin hüquqi təbiətə malik deyildir. 
Ə
ksər hallarda tənzimləmə formaları öz təbiətinə görə qeyri-hüquqi olur, belə ki, 
hüquqi formalar o yerdə tətbiq olu-nur ki, orda meydana çıxan ziddiyyətlər yalnız 
hüquqi yolla aradan qaldırıla bilər. 
Hüquqi formalar 3 əsas növdə ifadə olunur: 
a) hüquq yaradıcıhğı; b) hüquq tətbiqetmə; c) hüquq mühafizə. 
Hüquqi tənzimləmə metodları aşağıdakılardır:


1) Məcburi göstəriş metodu, başqa sözlə imperativ metod. Həmin metodda 
idarəetmə üzrə qərarın doqiq və olduğu kimi yerinə yetirilməsi nəzərdə tutulur, ondan 
hər hansı bir kənarlaşmaya yol verilmir. Belə metod, qərarın yerinə yetirilməsi 
zamanı yerli şəraitin uçotu və xüsusiyyəti tələb olunmadan tətbiq olunur. Məsələn, 
yer quruluşu layihəsinin reallaşmasma görə müəllif nəzarətinin həyata keçirilməsi, 
yerli şəraitdən və xüsusiyyətdən asılı olmadan qanunun məcburi tələbidir. 
2)Tövsiyə metodunun reallaşması yerli şəraitin uçotu və xüsusiyyətinin nəzərə 
alınmasının yol verildiyi idarəetmə qərarlarının çıxanlmasında ifadə olunur. Belə ki, 
Azərbaycan Respublikasınm Torpaq Məcəlləsinə görə torpaq kateqoriyalarının rejimi 
azsayh xalqların və etnik qrupların yaşadığı ərazilərdə dəyişə bilər, yəni torpaq 
kateqoriyaları haqqmda ümumi qaydalar yerli şəraitdən və xüsusiyyətdən asılı olaraq 
dəyişdirilir, Torpaq Məcəlləsinin bu müddəası tövsiyəedici xarakter daşıyır. 
3)Sanksiyalaşdırma metodu və ya məhdud özünüidarəetmə metodu zamanı 
idarəetmə qərarını idarə olunan təşkilat qəbul edir, lakin onlar yalnız səlahiyyətli 
qurum bu qərarı təsdiq etdikdən sonra hüquqi qüvvəyə malik olur. Məsələn, təsərrüfat 
daxilində yerquruluşu haqqında qərarı kollektiv özü qəbul edir. Lakin bu layihənin 
təsdiq olunması torpaq ehtiyatIarı və yerquruluşu üzrə müvafıq qurum tərəfindən 
həyata keçirilir. 
4) İcazə metodu, orqanlarm tam özünü idarə etdiyini göstərir ki, bu zaman onlar 
özləri heç kəsdən asılı olmadan idarəetmə qərarı qəbul edirlər. 
Təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin dövlət tənzimləməsinin metod 
və formaları, müvafiq səlahiyyətli dövlət idarəetmə funksiyaları vasitələri ilə həyata 
keçirilir. İdarəetmə qurumlannın növündən və səlahiyyətindən asıh olmayaraq 
onlardan hər biri birbaşa və ya dolayısı aşağıda adları sadalanan yeddi funksiyanı 
yerinə yetirir və ya yerinə yetirilməsində iştirak edir: 
1.
Təbii ehtiyatlann və digər təbii obyektlərin uçotu və dövlət kadastrının 
aparılması. 
2.
Təbii obyektlərin istifadəsi və mühafizəsi üzrə tədbirlərin planlaşdırılması. 
3.
Təbii obyektlərin bölüşdürülməsi və yenidən bölüşdürülməsi. 
4.
Təbii obyetlərin artırılması. 


5.
Təbii obyektlərin məkan-ərazi quruluşu. 
6.
Təbii obyektlərin istifadəsi və mühafızəsinə nəzarət. 
7.
Təbiətdən istifadə hüququ haqqmda mübahisələrin həlli. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin