Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə10/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   6   7   8   9   10   11   12   13   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

TƏBİƏTDƏİSTİFADƏNİİDARƏ EDİLMƏSİ 
Təbiətdən istifadənin idarə edilməsinin dövlət orqanları sistemi 
Qarşıya qoyulmuş nəticələrə, məqsədlərə aparan proses kimi idarəetmə, 
idarəçilik sisteminin strukturları arasında qarşılıqh əlaqələrin təşkili üzrə 
məqsədyönlü bir fəaliyyətdir. Təbiətdən istifadənin idarə edilməsi ətraf mühitdə baş 
verən proseslərin axınını dəyişməyə məcbur edən və cəmiyyətin xeyrinə 
istiqamətləndirən əməli hərəkətlər sistemi kimi qəbul edilmişdir. Müasir dövrdə 
təbiətdən istifadənin idarə edilməsi, ilk öncə, təbiəti bərpa və mühafizə ilə həyata 
keçirilməlidir. 
Təbiotdən istifadənin idarə edilməsi təbiət istifadəçilərinin fəaliyyəti vasitəsilə 
və ətraf mühit obyektlərinin bilavasitə idarə edilməsi ilə həyata keçirilə bilər. Bu iş 
cəmiyyətin təbii ehtiyatlara və ətraf mühitin keyfiyyətinə tələbatı ödəmək üçün 
həyata kecirilir. Eyni zamanda, bu ekoloji-iqtisadi qanunauyğunluqlanın, gələcəkdə 
iqtisadiyyatın sabit inkişafinı təmin etməklə dərk edilməsi və istifadəsi əsasmda 
həyata keçirilməlidir. Təbiətdən istifadənin dövlət idarəetməsi səlahiyyətli dövlət 
orqanlannın təbiətdən səmərəli istifadə və təbiəti mühafizə üzrə təşkilati əməli 
fəaliyyəti deməkdir. Bu idarəetmənin subyektləri dövlət orqanlarıdu. Onlar büdcədən 
maliyyələşir və zəruri dərəcədə hakimiyyət səlahiyyətlərinə mahkdirlər. Ob-yekti isə 
təbiətdən istifadə sahəsindəki insanlarm fəaliyyətidir. Təbiətdən istifadə hüquqi 
tənzimləmə əsasmda idarə edilir. Dövlət idarəetməsinin formaları idarəetmə 
aktlarından (normativ-hüquqi, direktiv, fərdi), inzibati sazişlərdən (razılaşmalardan) 
və maddi-texniki vasitələrdən ibarətdir. 
Dövlət idarəetməsi təbiətdən istifadə sahəsində özündə 3 növ fəaliyyəti 
birləşdirir: sosial-iqtisadi, inzibati-siyasi, sosial-mədəni. Lakin bu sahədə təbiəti 
bərpa işləri çox zəif həyata keçirilir. Təbiətdən istifadənin idarə edilməsi əsasən 
inzibati (məcburi), iqtisadi, ideoloji və tərbiyəvi üsullarla yanaşı bu və ya digər 


məsələlərin həlli ilə də həyata keçirilə bilər. 
İ
darəetmə metodları daimi, bilavasitə və operativ olaraq bütün məsələləri həll 
etməyə və idarəetmənin məqsodlorinə nail olmağa imkan yaradır. Təbiətdən 
istifadənin idarə edilmə-sində aşağıdakı metodlardan istifadə edilir: qadağa, 
müvəqqəti dayandırma, məhrumetmə (istifadə hüququna xitam verilməsi), 
razılaşdırma və icazə (lisenziya verilməsi, təbiətdən kompleks istifadə müqaviləsi və 
s.). 
Təbiətdən istifadənin dövlət idarəetməsi qanunvericilikdə təsbit edilmiş ümumi 
prinsiplər əsasında həyata keçirilir. Bura: qanunilik, ərazi və sahə idarəetməsinin 
birləşməsi aiddir. Qanunvericiliklə təbiəti mühafızənin həmçinin spesifık prinsipləri 
müəyyən edilmişdir: komplekslik, ümumilik, planauyğunluq, elmi-texniki tərəqqinin 
imkanlarından istifadə və beynəlxalq əməkdaşlıq. 
Son məqsədi ətraf mühitin keyfıyyətinin optimal vəziyyətinə nail olmaqdan
təbii ehtiyatların səmərəli istifadə edil-məsindən ibaret olan təbiətdən istifadənin 
idarə edilməsinə birdən-birə nail olmaq mümkün deyildir. Ona görə də aralıq 
məqsədlər müəyyən edilir və hər bir mərhələdə konkret ətraf mühiti mühafizə 
tədbirləri göstərilir. Təbiətdən istifadənin idarə edilməsi - dövlət orqanları sisteminin 
qarşıhqlı əlaqələri şəraitində hakimiyyət - tabeçilik elementlərindən ibarət vahid bir 
orqanizmdir. Dövlət idarəetmə orqanlarının ekoloji sahədəki vəzifələri 3 qrupda 
birləşmişdir: 
1.
idarəetmə - təşkil etmə, ümumi rəhbərlik, operativ sərəncamçıhq, 
normativ-hüquqi aktların nəşri və onların vaxta-şırı təkmilləşdirilməsi; 
2.
planlaşdırma, proqnozlaşdırma və əlaqələndirmə; 
3.
uçot, nəzarət və yoxlama. 
«Ətraf mühitin mühafizəsi haqqmda» Azərbaycan Res-publikasmın Qanununa 
görə (08.06.1999) ətraf mühitin mühafızəsi və təbiətdən istifadə sahəsində dövlət 
idarəetmə orqanları müəyyən edilmişdir. Həmin dövlət orqanları öz səlahiyyətlərinə 
görə iki yerə ayrılır: 
3)
ümumi səlahiyyətli dövlət orqanları; 
4)
xüsusi səlahiyyətli dövlət orqanları; 


Ümumi səlahiyyətli dövlət orqanlanna Prezident və onun İcra Aparatı, Nazirlər 
Kabineti, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr daxildir. Bu dövlət orqanlan 
ona görə ümumi səlahiyyətli sayılırlar ki, onların səlahiyyətinə digər məsələlər də 
(dövlətin idarə olunması ilə əlaqədar) daxildir. Həmin qanuna görə Ekologiya və 
Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinə tabedir (maddə 7). 
Xüsusi səlahiyyətli dövlət orqanları isə qanunvericiliyə uyğun olaraq təbiətin 
qorunması funksiyalarını yerinə yetirən dövlət orqanlarıdır. Təbiəti qorumaq 
funksiyaları isə bu sahəyə aid qəbul olunmuş qanunların qüvvəyə minməsi barədə 
verilən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən olunur. Xüsusi 
səlahiyyətin həcminə və xarakterinə görə dövlət orqanlan 3 növə bölünür: kompleks, 
sahəvi və funksional. 
Kompleks orqanlar bütün təbiətqoruyucu tapşırıqları ye-rinə yetirirlər. Sahəvi 
orqanlar konkret təbii obyektlərin, sahənin mühafızəsini və onlardan düzgün 
istifadəni tənzimləyirlər. Funksional orqanlar isə bir və ya bir neçə qohum (yaxın) 
funksiyalan yerinə yetirirlər. 
Ümumilikdə, Azərbaycan Respublikasınm ekologiya ilə məşğul olan dövlət 
orqanlan aşağıdakılardır: 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Stan-dart-lardurna və 
Metrologiya Mərkəzi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Kənd Təsərrüfatı 
Nazirliyi, Azərbaycan Respublikasmm Fövqəladə Hallar Nazirliyinin Sənayedə 
İş
lərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Agentliyi, Dövlət Göm-rük 
Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi. 
Yuxarıda sadalanan dövlət orqanlarının səlahiyyətləri (o cümlədən Naxçıvan 
Muxtar Respublikasının müvaiiq orqanları) təbiəti mühafizə haqqında Əsas Qanunun 
II fəslində (4-5-ci maddələr) öz əksini tapmışdır. 
Bu maddələrdə mərkəzi dövlət orqanları və onların muxtar respublikadakı 
qurumlan arasında, habelə yerli icra hakimiyyəti və bələdiyyə orqanlan 
(bələdiyyələrin statusuna aid qəbul olunmuş qanunlar əsasında) arasındakı 
solahiyyətlərin sərhəddi müəyyənləşdirilmişdir. 
Bu orqanlann səlahiyyətlərinə daxil olan təbiəti mühafızə və təbii sərvətlərdən 


səmərəli istifadə məsələlərini aşağıdakı şəkildə qruplaşdırmaq olar: 
7)
ekoloji siyasətin əsas istiqamətlərinin müəyyənləşdirilməsi, ekoloji 
proqramların təsdiqi, ekoloji təhlükəsizliyin təminatı və ətraf mühitin mühafizəsinin 
tənzimlənməsinin iqtisadi və hüquqi əsaslarının yaradılması; 
8)
ekoloji proqramların planlaşdırılması, maliyyələşdirilməsi və maddi-texniki 
təminatlann həyata keçirilməsi, təbiəti mühafızə fəaliyyətinin koordinasiyası; 
9)
təbii sərvətlərin uçotu və qiymətləndirilməsi, ətraf mühitin vəziyyətinin 
proqnozlaşdırılması, təbii ehtiyatların kadastrının və ətraf mühitin monitorinqinin 
aparılması; 
10)zərərli təsirlərin normativlərinin müəyyənləşdirilməsi, vurulmuş zərərə görə 
ödənişlərin alınması və təbii sərvətlərdən istifadə üçün razılığuı verilməsi; 
11)ekoloji nəzarət və ekoloji ekspertizanın həyata keçirilməsi, ekoloji cəhətdən 
zərərli istehsal və xidmət göstərənlərin fəaliyyətlərinin dayandırılması və ya 
məhdudlaşdırılması, inzibati cəzalaruı verilməsi, məhkəmələr qarşısında iddia 
qaldırılması; 
12)qoruq və yasaqlıqlann təşkili, təbiət abidələrinin qorunması, «Qırmızı 
kitab»-ın aparılması, ekoloji təhsil və tərbiyənin həyata keçirilməsi; 
7) beynəlxalq əməkdaşlığm aparılması. 
Sadalanan səlahiyyətlər, demək olar ki, mövcud bütün dövlət idarəetmə 
orqanlarına şamil olunur. Məhdudiyyət isə əsasən iki əlamətə görədir: əraz və 
sərvətlərə görə. 
Ə
raziyə görə məhdudiyyət əsas dövlət icra orqanlarının fəaliyyət sahəsi bütün 
Azərbaycan ərazisindədir. Yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının fəaliyyət 
sahəsi isə ərazi-nin inzibati sərhədləri daxilindədir. 
Ə
gər təbii sərvətlərin miqdarı ölkə miqyasında iqtisadi əhəmiyyətə malikdirsə 
və onda yerli icra hakimiyyəti və bələdiyyə orqanlan tərəfındən idarə olunur. 
Azərbaycan Respublikasının Konstitusiyası əsasında aparılan hakimiyyət 
bölgüsü prinsipi təbiəti mühafızə sahəsində də eyni cürdür. 
Təbiəti mühafızə və təbii ehtiyatlardan istifadə üzrə əsas dövlət idarəetmə orqanı 
Ekologiya və Təbii Sərvətlər Nazir-liyidir. 


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin funksiyaları aşağıdakılardır: 
-
ekoloji təhlükəsizlik və təbii sərvətlərin mühafızəsi sahəsində ümumi tədbirləri 
və əsas istiqamətlərin müəyyən edilməsi; 
-
qanunvericiliklə müəyyən edilmiş fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) 
verilməsi; 
-
ekoloji təhlükəsizliyin təmin edilməsi, təbii ekoloji sistemlərə təsərrüfat və 
digər fəaliyyət nəticəsində dəyə biləcək zərərin qarşısımn almması; 
-
öz səlahiyyətləri daxilində mineral xammal bazasmdan və yer təkindən 
səmərəli istifadə ediiməsinə nəzarət edilməsi; 
-
ölkənin daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan 
Respublikasına mənsub olan bölməsində suların bioloji məhsuldarlığmm 
artırılmasma dair kompleks tədbirlər hazırlanması və sularm bioloji sərvətlərindən 
səmərəli istifadə olunması və onların bioloji müxtəlifliyinin qorunmasına nəzarət 
edilməsi; 
-
ölkənin faunasının və suyun bioloji sərvətlərinin isti-fadə edilməsi sahəsində 
sosial-iqtisadi və elmi-texniki inki-şafın əlaqələndirilməsi, kompleks təhlilin 
aparılması və əsas istiqamətləri üzrə müəyyən edilmiş qaydada qısa müddətli və uzun 
müddətli proqnozların işlənməsinin təmin edilməsi; 
-
ölkənin fauna və suyunun bioloji ehtiyatlarının mühafızəsi, bərpası və 
artırılması sahəsində fəaliyyəti təşkili və buna nəzarət edilməsi; 
-
ətraf mühit üzrə informasiya fondunu, o cümlədən Dövlət Geoloji 
İ
nformasiya Fondunun genişləndirilməsi, geoloji və digər materialların mühafızəsinə 
və məqsədyönlü istifadəsinə təminat yaratmaq; 
-
öz səlahiyyətləri daxilində dövlət sifarişçisi funksiyasını yerinə yetirilməsi və 
dövlət ehtiyaclan ilə bağlı işlərin həyata keçirilməsi; 
-
təbii sərvətlərdən istifadə, təbiəti mühafizə, ekoloji təhlükəsizlik məsələləri 
ilə bağlı Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf proqramlarına daxil 
edilən layihələri hazırlamaq; 
-
ekoloji təhlükəsizliyin təmin olunması, ətraf mühitin mühafızəsi və təbii 
ehtiyatlardan səmərəli istifadə olunması üçün investisiyalar cəlb edilməsi sahəsində 


öz səlahiyyətləri daxilində məqsədyönlü tədbirlər görmək və investisiyaların təyinatı 
üzrə istifadə olunmasına nəzarəti həyata keçimək; 
-
öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının ekologiya və təbii 
sərvətlərdən istifadə sahəsində beynəlxalq öhdəliklərin icrasını təşkil etmək və bu 
sahədə digər orqanların işini əlaqələndirmək, habelə beynəlxalq layihə və 
proqramlarda iştirak etmək; 
-
ətraf mühitə çirkləndirici maddələrin atılmasına görə nəzərdə tutulmuş 
ödəniş normativlərini hazırlamaq və tətbiq etmək; 
-
sistemləşdirilmiş geoloji tədqiqatları (regional, geoloji xəritəalma, geofiziki, 
hidrogeoloji, mühəndis-geoloji, geoekoloji tədqiqatları) aparmaq, yerin dərinlik 
quruluşunu, seysmohidro geodinamik şəraiti və digər təbii hadisələri öyrənmək; 
-
fövqəladə ekoloji və geoloji şəraiti, ekoloji və geoloji fəlakət zonahnnı 
müəyyən edir və bu sahədə müvafıq dövlət tədbirlərini həyata keçirir; 
-
hidrometroloji və digər geofıziki proseslərdən əhaliyə və iqtisadiyyata dəyə 
biləcək mümkün ziyanın azaldılması və tənzimlənməsi məqsədi ilə bu proseslərə 
aktiv təsir işlərini təşkil edir və aparır; 
-
mülkiyyət və təşkilati-hüquqi formasmdan asılı olmayaraq, yerin təkinin 
bütün istifadəçilərinin yer təkindən istifadə edilməsinə dair müəyyən edilmiş 
qaydalara, qanunvericiliyin tələblərinə, standartlara, normalara əməl edilməsinə 
nəzarət edir; 
-
mülkiyyət və təşkilati-hüquqi formasından asıh olmayaraq ölkə ərazisində 
fəaliyyət göstərən bütün müəssisə və təşkilatların yer təkinin geoloji cəhətdən 
öyrənilməsi sahəsində apardıqları elmi-tədqiqat işlərini əlaqələndirir, görülən işlə-rin 
dövlət qeydiyyatını apanr; 
-
mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq ölkə ərazisində 
geoloji-nəşriyyat işlərini yerinə yetirən bütün müəssisə və təşkilatların hesabatları 
ə
sasında kəşf edilmiş faydalı qazmtı ehtiyatlarmı və proqnoz ehtiyatlarını qeydiyyata 
alır və faydah qazıntı ehtiyatlannm vahid dövlət balansını tərtib edir və aparır; 
-
ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis texniki və 
kənd təsərrüfatı işlərinin apanlmasma rəy verir; 


-
faydalı qazıntı yataqlarının işlənməsi ilə əlaqədar olmayan yeraltı qurğuların 
tikilməsi və istismarı üçün yararlı yer təki sahələri haqqında geoloji məlumatlarm 
dövlət eksper-tizasını keçirir və rəy verir; 
-
faydalı qazıntıların çıxarılması, habelə faydah qazm-tıların çıxanlması ilə 
ə
laqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədi ilə «Dağ-mədən 
ayırması» statusunu verir; 
-
geoloji kəşfıyyat istehsalı işlərinin bütün növlərinin ek-spertizasını təşkil edir 
və layihə smeta sənədlərini təsdiq edir; 
-
rayon planlaşdırılmasının sxem və layihələrinin, şəhər və digər yaşayış 
məntəqələrinin baş plan və məhəlli plan-laşdırma layihələrinin, sənaye qovşaqlarının, 
kurort və istirahət zonalannm, seysmik mikrorayonlaşdırma və mühafizə zonala-rmın, 
ə
razi və yaşayış məntəqələrinin təhlükəli geoloji və digər analoji proseslərdən 
müdafiəsi qaydalarmı hazırlayır və təsdiq edir; 
-
sənaye əhəmiyyətini itirmiş, yaxud sonrakı istismar-kəşfiyyat işləri və ya 
yataqlarm işlənməsi zamanı təsdiq edilmiş faydalı qazuntılarm balans ehtiyatlarmı 
hasilat müəssisələrinin uçotundan silmək barədə təkliflərə baxır və qəbul edir; 
-
sənayedə işlədilmək üçün istismara cəlb edilməmiş yataqlan qanunvericiliklə 
müəyyən edilmiş qaydada geri alır və müəyyən edilmiş qaydada başqa müəssisələrin 
balansma verir; 
- faydah 
qazıntı 
yataqlarmm 
axtanşı 
və 
kəşfıyyatı 
metodikasının, 
geoloji-kəşfiyyat istehsalı texnikasının və texnolo-giyasının təkmilləşdirilməsinə dair 
təkliflər hazırlayır; 
-
Azərbaycan Respublikasının mineral-xammal bazasının inkişafı üçün 
müəyyən edilmiş qaydada investisiyalar cəlb edir; 
-
xarici şirkətlər və müəssisələr ilə birlikdə müvafiq qaydada ölkə ərazisində, 
habelə başqa dövlətlərin ərazisində geoloji kəşfiyyat işləri aparır; 
-
öz səlahiyyətləri daxilində Kür, Araz çaylannın hövzələri, habelə Xəzər 
dənizinin (gölünün) Azərbaycan Res-publikasına mənsub olan bölməsi üzrə 
məlumatlann təhlili əsasında su təsərrüfatı balanslarını, su ehtiyatlanndan kompleks 
istifadənin və onlann mühafızəsinin perspektiv sxemlərini hazırlayır və onların həyata 


keçirilməsinə nəzarət edir; 
-
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan 
bölməsinin su mühafızə zonasının, sahil mühafızə zolağının ölçülərini, sərhədlərini 
və istifadəsi rejimini müəyyən edir; 
-
su çıxarmaq üçün istismar quyularının qazılması və yeraltı sulardan istifadə 
qaydalarını, o cümlədən ekoloji tələblərə uyğun olaraq yeraltı və yerüstü təbii suların 
istifadəçilərə verilməsi, istifadəçilərdən geri qəbul edilməsi və təkrar istifadəyə 
verilməsi qaydalarım və şərtlərini müəyyən edir və buna nəzarət edir; 
-
ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsulların 
istehsahnı, 
istifadəsini, 
onlann 
idxalı 
və 
ixracını, 
saxlanılmasını 
və 
zərərsizləşdirilməsini tənzimləyir və buna nəzarət edir; 
-
Azərbaycan Respublikası iqtisadiyyatının təbii sər-vətlərə olan ehtiyacının 
ödənilməsinə, ətraf mühitin mühafizəsi və sağlamlaşdırılmasımn təmin edilməsinə, 
meşələrin mü-hityaradıcı, su mühafizəsi və digər təbii faydalı xüsusiyyətlərinin, 
xüsusi mühafızə olunan təbiət ərazilərinin, təbiət abidələrinin, komplekslərin və 
obyektlərin bioloji müxtəlifliyinin qo-runub saxlanılmasına istiqamətlənmiş tədbirləri 
hazırlayır və həyata keçirir, təbiət abidələrinin siyahısını tərtib edir və onlardan 
istifadə qaydalarını müəyyən edir; 
-
ətraf mühitin qorunması ilə bağlı, o cümlədən radioaktiv, hidrometreoloji 
proses və hadisələrə fəal təsiri həyata keçirir; 
- təbiəti mühafizə və təbiətdən istifadə sahəsində ekoloji normaları və 
standartları müəyyənləşdirir, təbii mühit obyektlərinin çirklənməsinə nəzarət 
sahəsində metodoloji rəhbərliyi həyata keçirir; 
-
təbii ehtiyatların hər hansı növlərinin istismarı nəticəsində dövriyyədən 
çıxmış torpaqların kənd, meşə, balıqçılıq və ya digər təsərrüfatlarda istifadə edilməsi 
üçün yararlı vəziyyətə, yaxud bu torpaqlann aynlması şərtlərinə uyğun ola-raq, 
regionun ekoloji tarazlığını təmin edən vəziyyətə gətirilməsi şərtlərini mövcud 
qanunvericiliyə uyğun müəyyən edir; 
-
ekrozen geoloji proseslərə məruz qalmış, təbii ehtiyatların hər hansı 
növlərinin istehsalı və ya istifadəsi nəticəsində dövriyyədən çıxmış torpaqların, 


ekoloji cəhətdən çirklənmiş və ya yararsız hala salmmış çayların və su axarların, 
göllərin, sututarların və digər təbii ehtiyatlarm regionun ekoloji tarazhğım təmin edən 
vəziyyətə gətirilməsi, yaxud bərpa edilməsi məqsədi ilə mülkiyyət və təşkilati-hüquqi 
formasından asıh olmayaraq xarici və yerli şirkət və təşkilatlarla qanunvericiliyə 
uyğun əməkdaşlıq edir, müqavilələr bağlayır və investisiyalar cəlb edir; 
-
meşə təsərrüfatı və ovçuluq işlərinin aparılmasını təşkil edir, müvafiq 
təşkilatlarla razılaşdırmaqla ov aparılması qaydalannı və müddətlərini müəyyən edir 
və ona nəzarət edir, ov aparılması üçün vətəndaşlara icazə verüməsini təmin edir; 
-
meşə və kənd təsərrüfatı sahələrinin, qiymətli təbii landşaftların, habelə 
meşələrin suqoruyucu, sutəmizləyici, tor-paqqoruyucu, rekreasiya və digər faydah 
təbii xassələrinin (mühafizə funksiyalarının) saxlanılmasmı təmin edir, meşə 
ehtiyatlarından səmərəli istifadə olunması, yenidən bərpası, təkrar istehsah və meşə 
təsərrüfatının daha da səmərəli aparıl-ması istiqamətində tədbirlər həyata keçirir, 
onların yanğınlardan, dağıntılardan, zərərvericilərdən və xəstəliklərdən qorun-masını 
təmin edir; 
-
yeger xidmətini təşkil edir və ölkədə qoruq işinə rəhbərlik edir; 
-
qovuqlara və digər xüsusi mühafızə olunan təbiət ərazilərinə və obyektlərinə 
bitişik sahələrdə mövcud qanunveciliyə uyğun mühafızə zonaları yaradır və bu 
zonalardan isti-ıdə qaydalannı müəyyən edir və ona nəzarəti həyata keçirir; 
-
milli parkların, təbiət abidələrinin, digər xüsusi müafızə olunan ərazilərin və 
təbii obyektlərin yaradılmasına dair təklifləri hazırlayıb müəyyən edilmiş qaydada 
təqdim edir, bu ərazilərin idarə edilməsini və bu ərazilərdə ekologiya və təbii 
sərrvətlər haqqmda qanunvericiliyin həyata keçirilməsinə nəzarəti həyata keçirir; 
-
meşə bitkiləri toxumçuluğunun inkişafını təmin edir; 
-
qanunvericiliyə uyğun olaraq meşədən istifadəyə icazə sənədlərini hazırlayır 
və verir, meşə-bərpa sənədlərinin nümunələrini, onların qeydiyyatı, saxlanması, 
doldurulması və eşə istifadəçilərinə verilməsi qaydalarını müəyyən edir və ına 
nəzarət edir; 
-
istifadəsi məhdudlaşdırılmış xüsusi mühafızə olunan meşə sahələrinin 
siyahısını müəyyən edir; 


-
ikinci dərəcəli meşə sərvətlərinin və kök üstündə bululan oduncaqlanın 
müəyyən olunmuş qaydada məcburi serikatlaşdırılmasını təşkil edir; 
-
Azərbaycan Respublikasının «Qırmızı kitab»ına daxil ilmiş nadir və nəsli 
kəsilməkdə olan, habelə alınıb-satılması dağan edilən və ya mühafizəsi beynəlxalq 
müqavilələrlə ızimlənən heyvan və bitki növlərinin mühafızəsi haqqında rmaları, 
qaydaları hazırlayır, flora və fauna növlərinin «Qırmızı kitab»a daxil edilməsini 
tənzimləyir; 
-
nadir və nəsli kəsilməkdə olan, Azərbaycan Respubasmın «Qırmızı kitab»ına 
düşən və müxtəlif beynəlxalq sənədlərlə mühafizə olunan heyvan və bitki növlərinin 
beynəl-q ticarətini tənzimləyir və bu növlərin idxal, ixrac və təkrar ıcına ölkə və 
beynəlxalq qanunvericiliyə uyğun icazə verir; 
-
zooloji, mineral və bitki kolleksiyalarının dövlət qeydiyyatını aparır; 
-
faunanın, o cümlədən suyun bioloji sərvətlərinin həyat fəaliyyəti 
məhsullarının əldə edilməsi qaydalarını hazırlayır və ona riayət edilməsinə nəzarət 
edir; 
-
mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələr, 
təşkilatlar və idarələr arasmda suyun bioloji sərvətləri ovunun kvota bölgüsü 
qaydalarmı müəyyən edir, bu qaydalara riayət olunmasına nəzarət edir, kvota 
bölgüsünə dair qərar qəbul edir. 
-
ölkə ərazisində ov və suyun bioloji sərvətləri üzərin-də dövlət nəzarətini 
həyata keçirir, heyvanlar aləminin (o cümlədən balıqlarm) və bitkilər aləminin (o 
cümlədən meşələ-rin) mühafızəsi, onlardan istifadə edilməsi üzrə qaydalar, 
təli-matlar və digər normativ aktlar hazırlayıb tətbiq edir; 
-
ölkənin daxili sularında və Xəzər dənizinin (gölünün) Azərbaycan 
Respublikasma mənsub olan bölməsində suyun bioloji sərvətlərinin istismarınm 
həcmini və elmi əsaslandırılmış rejimini müəyyən edir; 
-
ölkənin daxili sularında və Xəzər dənizinin (gölünün) Azərbaycan 
Respublikasına mənsub olan bölməsində suyun bioloji sərvətlərinin ovunu və suyun 
bioloji sərvətlərinin artırılması üzrə işləri tənzimləyir və onların süni yolla 
artırılmasını təmin edir; 


-
təbiətdəki çirklənmə mənbələrinin uçotunu aparır, onların ekoloji zərərlilik 
dərəcəsini müəyyənləşdirir və ləğv edilməsi üzrə layihələr hazırlayır və həyata 
keçirir; 
-
ətraf mühitə zərərli maddələr atıimasmm (axıdılmasının) limitlərini müəyyən 
edir və ona nəzarəti həyata keirir; 
-
atmosferdə, Xəzər dənizi akvatoriyasında və digər sututarlarda, habelə 
quruda hidrometreoloji proseslərin öyrənilməsi və araşdırılması üzrə monitorinq 
keçirir, regional iqlim dəyişmələrinin və digər qlobal ətraf mühit problemlərinin ölkə 
ə
halisinə və iqtisadiyyatına təsirini araşdırır; 
-
beynəlxalq aeronaviqasiya meteoroloji xidmətin göstərilməsi üçün 
səlahiyyətii meteoroloji orqan funksiyalarını yerinə yetirir; 
- hidronıeterologiya, ətraf mühitin cirklənməsi və onun doğurduğu nəticələr
hidrometroloji proseslərə fəal təsır və bu proseslər üzərində nəzarətlə bağlı 
problemlərə dair elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin aparılmasını 
ə
laqələndirir; 
-
sənaye, məişət, toksiki və istehsalat tullantılarının, yabanı və dərman 
bitkilərinin, fauna növlərinin, texniki xammalın və digər təbii törəmələrin ölkədən 
kənara aparılması və ölkəyə gətirilməsi üçün müəyyən edilmiş qaydada rəy verir; 
-
ətraf mühit və təbii sərvətlərin dövlət monitorinq sistemini yaradır, yeraltı su, 
yerin təki, heyvanlar, bitki aləmi, kəşf edilmiş faydalı qazıntı yataqlarmm və 
ehtiyatlarının uçotunu, dövlət meşə kadastrını və dövlət meşə monitorinqini, o 
cümlədən aidiyyəti təşkilatlarla birgə ətraf mühitin və təbii sərvətlərin dövlət 
kadastrmı aparır (neft və qazdan başqa); 
-
təhlükəli və təbii hidrometeoroloji və digər təbii hadisələrin meydana 
çıxmasmın və inkişafının doğurduğu nəticələr üzrə sistemli müşahidələr təşkil edir və 
aparır; 
-
atmosferdə, yerin təkində, quruda və su hövzələrində çirkləndirici 
maddələrin yuyulması üzrə müşahidələr aparır və təhlil edir; 
-
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan 
bölməsində baş verən ekoloji prosesləri kompleks şəkildə öyrənir və müvafıq 


məsələlər üzrə müəssisə və təşkilatlarm beynəlxalq əməkdaşlıqda iştirakını 
ə
laqələndirir; 
-
müəyyən edilmiş qaydada hidrometeoroloji məlumatların xarici ölkələr və 
beynəlxalq təşkilatlarla mübadiləsini və uz-laşmasını həyata keçirir, bu sahədə 
hidrometeorologiya, ətraf mühitin qlobal monitorinqi, habelə hidrometeoroloji 
proseslərə fəal təsir üzrə qabaqcıl təcrübədən istifadə olunmasmı təmin edir; 
-
hidrometeoroloji proseslərə, iqlimə, təbii mühitə antropogen fəaliyyətin 
təsirini təhlil edir və onun mənfı nəticələrinin aradan qaldırılması üzrə tövsiyələr 
işləyib hazırlayır; 
-
təbii hadisələr və qəzaların operativ şəkildə ləğv edilməsi məqsədilə 
təhlükəli, təbii hidrometeoroloji hadisələ-rin fövqəladə hallara gətirib çıxaran, yaxud 
ə
hali və iqtisadiy-yat üçün təhlükə törədən və dağıntılarla nəticələnən ətraf mü-hitin 
ekstremal çirklənməsinin qarşısının alınması üzrə mövcud üsul və metodları vaxtaşırı 
olaraq təkmilləşdirir; 
-
ekologiya, hidrometeorologiya, yer təkinin geoloji öyrənilməsi və təbii 
ehtiyatlardan istifadə haqqmda vahid informasiya sistemini formalaşdırır, dövlət 
məlumatlar fondunu yaradır və idarə edir; 
-
əhalini, müəssisə və təşkilatları mövcud və göstəriIən meteoroloji, 
aqrometeoroloji və hidrometeoroloji, iqlim dəyişməsi, ətraf mühitin çirklənmə 
səviyyəsi (atmosfer havasının, torpağın, sərh sularmın və Xəzər dənizinin radioaktiv 
və kimyəvi çirklənməsi), təhlükəli və təbii hidrometeoroloji hadi-sələrin meydana 
çıxması, ölkə ərazisində fövqəladə halların meydana çıxmasma yol açan ətraf mühitin 
ekstremal şəkildə çirklənməsi ilə əlaqədar olan məmulatlarla təmin edir; 
-
hidrometeorologiya və ətraf mühitin çirklənməsi sahəsində məlumatların 
toplanması, istifadəsi, örtülməsi, regional və beynəlxalq məlumatlar mübadiləsi üçün 
qanunvericilik-də nozərdə tutulmuş qaydada rabitə və telekommunikasiya sis-temini 
yaradır və istismar edir; 
-
hidrometeoroloji məlumatlarm, ətraf mühitin çirklən-məsinin (o cümlədən 
radioaktiv) vahid sistemdə aparılmasmı, müvafıq milli və beynəlxalq standartlara 
uyğunluğunu təmin edir; 


-
qanunvericilikdə müəyyən edilmiş qaydada ekoloji, geoloji təhlükəsizlik 
tələblərinə əməl edilməsi nöqteyi-nəzərindən keçirilməsi planlaşdırılan tədbirlərin, 
inşası nəzərdə tutulan obyektlərin ekspertizasını aparır və rəy verir; 
-
təsərrüfat sahələrinin inkişafınm və yerləşdirilməsinin baş sxemlərinin, 
təbiəti mühafizə ərazi kompleks sxemlə-rinin, su, torpaq ehtiyatlarından və başqa 
təbii ehtiyatlardan kompleks istifadə və onların mühafızəsi sxemlərinin, rayon 
planlaşdırılması, sənaye qovşaqları sxemlərinin, şəhərlərin və başqa yaşayış 
məntəqələrinin baş planlarının, müəssisələrin və başqa obyektlərin tikintisinə 
(yenidən qurulmasma) dair layihələrin, habelə ətraf mühitin və təbii ehtiyatların 
vəziyyətinə təsir göstərən texnikanın, texnologiyalarm, materialların və maddələrin, 
işləyən istehsal obyektlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədlərinin 
(ƏMTQ) dövlət ekoloji ekspertizasını, həmçinin istehsal güclərinin və iri təsərrüfat 
ob-yektlərinin yerləşdirilməsi sxeminin hidrometeoroloji əsaslandırılması üzrə 
müvafiq qaydada ekspertizanı keçirir vo roy verir; 
-
qüwədə olan qanunvericiliyə müvafıq olaraq ətraf mühitə zərər vura bilən 
müəssisələrə onlann ətraf mühitə təsir göstəricilərinə dair ekoloji sənədlər - atıla bilən 
tullantı həddi (ABTH), buraxıla bilən axmtı həddi (BBAH), ekoloji pasport verir; 
-
yerüstü və yeraltı tikinti və quraşdırma işləri aparılacaq bütün sahələrdə yer 
təkində faydah qazıntı ehtiyatlarının olub-olmaması haqqmda və həmin sahələrin 
mühəndis-geoloji şəraiti haqqmda rəy verir, sifarişlər əsasında mühəndis-geoloji 
tədqiqat işləri aparır; 
-
ölkə ərazisində təhlükə potensialı obyektlərinin qeydiyyatmı aparır və 
müvafıq orqanları bu barədə məlumatlandırır; 
-
mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fıziki 
şə
xslər tərəfmdən idxal, ixrac, təkrar ix-rac və istifadə edilən meteoroloji, hidroloji, 
okeanoqrafık, aqrometeoroloji cihaz və qurğuları yoxlayır, attestasiyadan keçirir və 
sertifikatlaşdırır; 
-
təbiəti mühafızə məqsədləri üçün istifadə edilən avadanlığın, cihazların, 
avtomatika vasitələrinin və avtomatlaşdırılmış sistemlərin, standart nümunələrin, 
maddələrin, kimyəvi reaktivlərin istehsalına olan tələbatı müəyyənləşdirir və onların 


istehsalı üçün dövlət sifarişlərini formalaşdırır; 
-
mülkiyyət ve təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və 
təşkilatlarda təbii ehtiyatlardan istifadə edilməsi, təbii mühitə zərərli maddələr, 
sənaye, məişət və başqa tullantılarm atılması, onların anbara vurulması və 
basdı-rılması həcmləri, norma və limitləri, onların ilkin uçotunun aparılması 
qaydalarını hazırlayır və tətbiq edir və bunlara riayət olunmasma nəzarət edir; 
-
təbiəti mühafızə, təbii ehtiyatlardan səmərəli istifadə, geologiya və 
hidrometeorogiya sahəsində işçilərin ixtisasınm artırılmasını təşkil edir; 
-
ətraf mühitin, təbii sərvətlərin, o cümlədən atmosfer havasının, yer təkinin, 
faydalı qazıntıların, yeraltı və yerüstü suların ckoloji baxımdan torpağın, bitkilər 
aləminin (o cümlədən meşələrin) və heyvanlar aləminin (o cümlədən bahqların) 
qorunmasına, onlardan səmərəli istifadə edilməsinə, artırılmasına və mühafızəsinə, 
ə
traf mühitin əlverişli sanitar və ekoloji vəziyyətinin təmin edilməsinə, ekoloji 
şə
raitin sağlamlaşdırılmasına nəzarət edir; 
-
öz səlahiyyətləri daxilində torpaqları şoranlaşmadan, bataqlıqlaşmadan, 
eroziyadan, istehsalat tullantıları, zərərli kimyəvi, radioaktiv və digər maddələr ilə 
çirklənmədən qorumaq, habelə tikinti zamanı və ya faydah qazıntılar çıxanlarkən 
onlan başqa növ korlanmadan qorumaq sahəsində kompleks tədbirlərin aparılmasına 
nəzarət edir; 
-
Azərbaycan Respublikasının ekoloji qanunvericiliyinə, təbii mühitin 
mühafızəsi və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində normativlərə, qaydalara 
və standartlara riayət edilməsinə nəzarət edir; 
-
bitkiqoruyucu vasitələr, onların böyüməsi üçün stimulyator, mineral 
gübrələr, istifadə edilməsinə icazə verilən digər kimyəvi maddələr və preparatlar 
istehsal edilərkən, daşınarkən, saxlanılarkən və tətbiq edilərkən ətraf mühiti mühafızə 
tələblərinə riayət edilməsinə nəzarət edir; 
-
zooloji, mineraloji və bitki kolleksiyalarının yaradılması, zənginləşdirilməsi, 
kolleksiya obyektlərinin mübadiləsi və saxlanılması qaydalarına nəzarət edir; 
-
faydah qazıntılar çıxarılarkən, partlayış işləri aparılarkən, terrikonal, 
tullantılar, zibilxanalar yerləşdirilərkən və istismar edilərkən, ətraf mühiti 


çirklənmədən və zibillənmədən mühafizə, təbii ehtiyatlardan kompleks istifadə 
tələblərinə nə-zarət edir; 
-
faydalı qazıntı yataqlarının işlənilməsi, dağ-mədən sənayesinin istehsalat 
tullantılarından istifadə edilməsi sahəsində müəyyən edilmiş normalara və qaydalara, 
habelə faydah qazmtı karxanalarının rekultivisiyası müddətlərinə və keyfıyyətlərinə, 
istifadə edilmək üçün onların istifadəçilərə verilməsi müddətlərinə nəzarət edir; 
- partlayış, dərinləşdirmə işləri, faydah qazmtılar hasilatı, sugötürücü qurğuların 
inşası, boru kəmərlori, kabellər və i.a. çəkilməsi nəticəsində biofaunanın məruz 
qaldığı mənfi təsirlərin aradan qaldırılması sahəsində tədbirlərin görülməsinə nəzarət 
edir; 
-
nəqliyyat vasitələrinin və başqa səyyar vasitələrin və qurğulann ətraf mühitə 
atdığı zəhərli maddələrin azaldılması və bunun qarşısınm almması sahəsində 
tədbirlərin həyata keçi-rilməsinə öz səlahiyyətləri daxilində nəzarət edir; 
-
ekoloji sistemləri, bioloji tarazlığı, habelə atmosfer havasım və su 
obyektlerini çirkləndirən mənbələrin, yerüstü və yeraltı suların, torpağın, bitkilər 
aləminin (o cümlədən me-şələrin), suyun bioloji obyektlərinin və vəhşi heyvanların 
ya-şayış mühitinin ekoloji vəziyyətinə nəzarəti təmin edir; 
-
yerüstü təbii sərvətlərin, o cümlədən meşə sərvətlərinin səmərəli istifadə 
edilməsinə, dövlət meşə fondu və meşə fonduna daxil olmayan meşələrin, digər 
ə
razilərdə yerləşən yaşılhqlarm və bütün yabanı bitki örtüyünün mühafızəsi, bərpası 
və istifadə edilməsinə, meşə təsərrüfatı fəaliyyətinə nəzarəti həyata keçirir; 
-
ekoloji baxımdan su obyektlərindən səmərəli və məqsədyönlü istifadə 
edilməsinə, yerüstü və yeraltı suların çirklənməkdən, zibillənməkdən və 
tükənməkdən qorunmasına, habelə yeraltı suların planlı istifadə edilməsinə nəzarət 
edir; 
-
ətraf mühitə atılan çirkləndirici maddələrin tənzimlənməsi üçün müvafiq 
qurğularm istismara verilməsinə, bu qurğuların vəziyyətinə, habelə çirkləndirmə 
mənbələrinin nəzarət və təmizləyici cihazlarla təchiz edilməsinə dair qayda və 
normativlərə, çirkab sularm atılması qaydası və şərtlərinə əməl edilməsinə nəzarət 
edir; 


-
su anbarlarından kompleks istifadə edilməsi qaydalarınm hazırlanması 
zamanı ekoloji tələblərin nəzərə ahnmasma dair təkliflər verir və icra olunmasma 
nəzarət edir; 
-
meliorasiya tikintisi apanlarkən, faydah qazıntılar çıxarılarkən, habelə təbii 
obyektlərin dəyişdirilməsi və landşaft-ların formalaşdırılması ilə əlaqədar olan 
təsərrüfat fəaliyyəti zamanı torpaq və meşə ehtiyatlanndan ekoloji baxımdan səmərəli 
istifadənin təmin edilməsinə nəzarət edir; 
-
öz səlahiyyəti daxilində torpaq istifadəçiləri tərəfındən torpaqqoruma 
tədbirlərinin həyata keçirilməsinə aqrotexniki, aqrokimyəvi, fıtosanitar, eroziya və 
ekzogen geoloji proseslərə qarşı tədbirlər görülməsinə nəzarət edir; 
-
Azərbaycan Respublikasının ərazisində yerləşən, beynəlxalq və ölkə 
ə
həmiyyətli təbii obyektlərin və təbii abidələrin müəyyən edilmiş qaydalara əsasən 
istifadəsinə nəzarət edir; 
-
xüsusi mühafızə olunan təbiət ərazilərində və obyekt-lərində nadir və nəsli 
kəsilməkdə olan flora və fauna növlərinin artırılması sahəsində biotexniki və digər 
tədbirlər götürülməsinə və bu ərazilərin rejiminə əməl edilməsinə nəzarət edir; 
-
mülkiyyət və təşkilati-hüquqi formasından asıh olmayaraq bütün müəssisə və 
təşkilatlar tərəfmdən Azərbaycan Respublikasınm ərazisində meteoroloji və digər 
geofıziki proseslərə aktiv təsir işinin aparılmasma nəzarət edir; 
-
müvafıq aidiyyəti icra hakimiyyəti orqanı ilə birlikdə səlahiyyətləri daxilində 
ekoloji standartlara cavab verməyən müxtəlif növ mal və məhsulların idxahna nəzarət 
edir; 
-
Azərbaycan Respublikasmm qanunvericiliyi ilə nazirliyə həvalə edilmiş 
vəzifələrin həyata keçirilməsi üçün digər funksiyaları yerinə yetirir. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin