Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə8/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   4   5   6   7   8   9   10   11   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

Təbiətdən istifadə - gələcək nəsillərin ehtiyacını nəzərə almaqla, cəmiyyətin 
sosial-iqtisadi tələblərini ödəmək məqsədilə ətraf mühitin ekoloji tarazhğmm 
pozulmasma yol verilmədən təbii resurslardan səmərəli və qənaətlə istifadə edilmə 
demokdir. 
Təbiətdən istifadə, insan və təbii ehtiyatlar arasındakı iqtisadi münasibətləri 
özündə əks etdirir. 
Təbiətdən istifadə dedikdə, insanın ətraf mühitin ekoloji, iqtisadi, mədəni və 
sağlamlaşdırıcı xüsusiyyətlərindən istifadəsi başa düşülür. Təbiətdən istifadə iki cür 
olur: ümumi və xüsusi. 
Ümumi istifadə zamanı heç bir xüsusi razılıq (icazə) tələb olunmur. Yaşamaq 


hüququ olan hər bir şəxs atmosfer hava-sından, sudan, müalicə-sağlamlıq və s. təbii 
toləbatlannı kimsədən icazə almadan həyata keçirir. Çünki bu onun təbii (hu-manitar) 
hüququdur. 
Xüsusi istifadə zamanı təbii sərvətlər istehsalı prosesinə daxil edilir və fiziki, 
hüquqi şəxslərin səlahiyyətli dövlət orqanlarından icazə alrnrr. Bu cür istifadə 
məqsədli xarakter da-şıyıb torpaq, yeraltı sərvətlər, meşə, su, heyvanlar aləmi (vəhşi 
fauna) və atmosfer havasından istifadə deməkdir. 
Qanunvericiliyə görə təbii ehtiyatların (resurslann) ümumi və fərqdi istifadəsi 
ola bilər. 
Təbiətdən ümumi istifadə əhalinin həyatının zəruri tələbatının ödənilməsi üçün 
vətəndaşların və təşkilatların təbii resurslardan ödənişsiz istifadə etməsi şərti ilə 
həyata keçirilir. Qanunvericilikdə nəzərdə tutulduğu hallarda, təbiətdən istifadəyə 
məhdudiyyətlər qoyulmasına yol verilir. 
Təbiətdən fərdi istifadə zamanı təbii resurslar istifadəçilərə qanunla müəyyən 
olunmuş qaydada verilir. Təbiətdən fərdi istifadə daimi və ya müvəqqəti, ödənişli və 
ya əvəzsiz, ilkin və ya təkrar ola bilər. 
Təbiətdən fərdi istifadə və ya təbiətdən məhdud istifadə (servitutlar) 
hüquqlarmın yaranması qanunvericiliklə müəyyən edilir. 
Təbiətdən istifadəçilər hüquqi və fıziki şəxslər (xarici istifadəçilər də daxil 
olmaqla), dövlət, qeyri-dövlət təşkilatları, daimi və müvəqqəti, ilkin və təkrar 
istifadəçilər ola bilərlər: 
- xarici istifadəçilər - xarici hüquqi və fıziki şəxslər, beynəlxalq birliklər və 
təşkilatlar; 
daimi istifadəçilər - təbiətdən istifado hüququ müddətsiz verilən istifadəçilər; 
-
müvəqqəti istifadəçilər - təbiətdən istifadə hüququ müəyyən müddətə verilən 
istifadəçilər; 
-
ilkin istifadəçilər - təbiətdən istifadə hüququnu dövlətdən birbaşa alan 
istifadəçilər; 
-
təkrar istifadəçilər - təbiətdən ilkin istifadəçidən müqavilə əsasında hüquq 
alan istifadəçilər («Ətraf mühitin müha-fızəsi haqqında» Qanun, maddə 8). 


Azərbaycan dövləti təbii ehtiyatların istifadəsini, bərpasını və mühafızəsini 
tənzimləyir. Bu işin həyata keçirilməsi üçün dövlət proqramları tərtib edilir, təbii 
resurslarm kadastrı, monitorinqi və uçotu aparılır. 
Təbiətdən istifadənin normalaşdırılmasına görə qanunvericilikdə nozərdə tutulan 
limitlər və kvotalar müəyyən müddət üçün təbii ehtiyatların istifadəsinin, ətraf mühitə 
atılan zərərli maddələrin, məişət və istehsalat tullantılarının yerləşdirilməsinin son 
hədlərini müəyyən edir. Limitlər və kvotalar müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən müəyyən edilir. 
Təbiətdən istifadəyə xüsusi icazə təbiətdən istifadə sahəsində sahibkarlıq 
fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edir və müvafıq icra hakimiyyət 
orqanları tərəfindən verilir. 
Xüsusi razılıq hər bir fəaliyyət sahəsi üçün verilir. Hər bir lisenziyanın müddəti 
göstərilir (adətən icazə 1 ilə verilir). Eyni təbii ehtiyatdan istifadəyə icazə 
məhdudiyyəti qoyulur. 
İ
cazə müraciət əsasmda verilir. Almmış lisenziyadan düzgün istifadə etmədikdə, 
onu başqasına verdikdə, sanitar və ekoloji normativləri pozduqda icazə verən dövlət 
təşkilatı li-senziyanı ləğv edə bilər. Əgər müraciət edən fıziki və hüquqi şəxsə 
qanunsuz olaraq icazə verilməzsə, onlar məhkəməyə və iqtisad məhkəməsinə şikayət 
edə bilərlər. 
İ
cazənin verilməsi, ekoloji münasibətlərin inzibati-hüquqi metodlarla 
tənzimlənməsi deməkdir. Təbii ehtiyatlardan istifadə olunması üçün alman icazə 
mahiyyətcə üç əlaməti özündə birləşdirir: 
• icazə, həmin təbii ehtiyatm mülkiyyət və ya sahiblik aktıdır; 
• təbii ehtiyatlardan səmərəli istifadə edilməsinin dövlət nəzarəti formasıdır; 
• təbiətdən istifadənin səmərəli tənzimləmə vasitəsidir. 
İ
cazənin predmeti istifadə üçün müəyyənləşdirilmiş təbii ehtiyatlardır. 
İ
stifadəsindən asıh olaraq iqtisadi (oduncaq hazırlanması, faydalı qazıntılarm 
çıxanlması üçün icazə), ekoloji (zərərli maddələri tullamaq, atmaq, basdırmaq üçün 
icazə), sağlamlaşdırıcı (təbii ehtiyatlardan müalicə məqsədləri üçün istifadə), mədəni 
(arxeoloji qazıntıların aparılması) və s. lisenziya növləri vardır. 


«Ətraf mühitin mühafizəsi haqqmda» Qanunun 11-ci maddəsində deyilir: 
«Təbiətdən istifadəyə xüsusi icazə təbiətdən istifadə sahəsində sahibkarlıq fəaliyyəti 
ilə məşğul olmaq hüqu-qunu təsdiq edir». Qanunda həmçinin təbii ehtiyatların 
ayrı-ayrı növlərindən istifadəyə, habelə aşağıdakı fəaliyyət növlərinin həyata 
keçirilməsinə xüsusi icazə tələb olunduğu sadalanır: 
-
ətraf mühiti çirkləndirən maddələrin toplanması; 
-
xüsusi təhlükəli olan istehsalat və məişət tullantılarının daşınması, 
basdırılması və saxlanılması; 
-
ekoloji auditor fəaliyyəti; 
-
ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyəti (maddə 14). 
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə 
təsdiq edilmiş, Azərbaycan Respubli-kasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq 
(lisenziya) verilməsi haqqında Qaydalarda 36 adda fəaliyyət növünə lisenziya 
verilməsi nəzərdə tutulmuşdur ki, onlardan yalnız üçü ekologiya və təbiətdən 
istifadəyə aiddir: 
1.
Radioaktiv və ionizə şüaları verən maddələrin tullantılarmın saxlanması və 
basdırılması; 
2.
Toksiki istehsalat tullantılarınm utilizasiyası və zərərsizləşdirilməsi; 
3.
Yabanı dərman bitkilərinin xammahnın yığılması. 
Qanunvericiliyə görə xüsusi icazə ilə yanaşı müqavilə forması da nəzərdə 
tutulmuşdur. Müqavilə əsasən təbii obyektlərin icazəyə verilməsi üçün bağlanır. 
Müqavilə (kontrakt) təbiətdən istifadəçi ilə müvafiq icra hakimiyyəti orqanı arasında 
təbii resurslardan istifadəyə görə bağlanır. Təbiətdən istifadə-çinin xüsusi icazəsi 
olmadıqda təbii resurslardan istifadə müqaviləsi (kontraktı) etibarsızdır. Müqavilənin 
şə
rtləri xüsusi icazə geri ahndıqda da müqavilə (kontrakt) etibarsız hesab olunur. 
Ə
traf mühitin mühafızəsi sahəsində müvafiq icra hakimiyyəti orqanı ilə 
razılaşdırıldıqdan sonra təbii ehtiyatlardan isti-fadə müqaviləsi (kontraktı) qüvvəyə 
minir (maddə 15). Bağ-lanmış müqavilənin sahibi aşağıdakı əsas vəzifələri yerinə 
yetirməlidir: 
-
istifadəyə verilmiş təbii ehtiyatlardan səmərəli istifadə etməsini; 


-
təbii ehtiyatlann işlədilməsi, qorunması, bərpası və artınlması məsələlərini 
kompleks həll etməsini; 
-
ətraf mühitə mənfı təsirin qarşısını almaq üçün tədbirlər həyata keçirməsini; 
-
təbii ehtiyatların istifadəçilərinin hüquqlarmı pozmamasını; 
-
təbiətə, adamların həyatma və sağlamhğına, fiziki və hüquqi şəxslərin 
ə
mlakına və mənafelərinə vurduqları zərəri ödəməsini və s. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin