Sədi Şirazi Gülüstan Bustan
12. Hekayət
Bir alimin yeyəni çox idi , gəliri az. Mənsəb sahiblərindən birinin
alimə hörməti var idi, məsələni ona açdı . Mənsəb rahibi qaşqabağı nı
tökdü, alimin dilənməsi ona iyrənc göründü.
Şer
121
Sən bəxtindən şikayət edib küsgün sifətlə
Əziz dostun yanı na getmə, qəmlətmə onu.
Bir xahiş eyləyəndə gülər üzlü , şad görün,
Açı q alı n istəyər iş sahibi dostunu.
Nağı l edirlər ki, o, alimin vəzifəsini balaca art ı rdı , lakin ona olan
hörmətini xeyli azaltd ı . Bir az keçdikdən sonra alim özünə qarşı
əvvəlki hörmətin olmadı ğı nı hiss etdi və dedi:-- zəhirmar olsun o ye-
mək ki, rəzalətlə qazanacaqsan, qazan ocaqda qaynayacaq , sən isə
rüsvay olacaqsan!
Beyt
Alçalmaq yoluyla kim tapsa çörək ,
Özünü alçaltmı ş o adam demək.
Beyt
Çörəyim artdı qça əksildim haman,
Yoxsulluq yaxşı dı r sail olmaqdan.
Dostları ilə paylaş: