25. Hekayət
Bir
zəif balıqçının torüna bir güclü balıq düşdü. Nə qədər əlləşdi
onu saxlaya bilmədi, balıq zor gəlib, toru balıqçının əlindən aldı,
dartıb özü ilə apardı.
Şer
Nökər getdi çaya ki, su gətirsin,
Çay daşaraq aldı onu apardı
Tor həmişə balıq dolu gələrdi,
Bu dəfə də balıq toru apardı
Camaat
balıqçını danlamağa başlayıb dedilər: – Adam da elə
balığı əldən buraxarmı?! Dedi: – Ay qardaş nə edim, görünür, mənə
qismət deyilmiş, ya əcəli çatmamışmış.
Hikmət
Ruzusu olmasa, ovçu Dəclədə balıq tuta bilməz,
Əcəli çatmasa, balıq quru yerdə də ölməz.
26.
Hekayət
Əli–ayağı olmayan bir adam bir qırxayağı öldurdü. Yoldan ötən
bir arif onu görüb dedi:
–Çox
təəccüblüdür! Gorünür ki, bu qırxayağın əcəli çatmışdı ki,
qırx ayağı ola–ola bir əlsiz–ayaqsızın əlindən qaçıb qurtara bilmədi.
Şer
Quduz düşmən gələn zaman sürətlə dal tərəfdən,
Qaçan atın ayağını əcəl tutub bağlayar.
134
Düşmən says ız qoşun çəkib keçən zaman hücuma
Çəksən, Kəyan
85
kaman ın ı fələk tutub saxlayar.
27. Hekayət
Qarn ıyoğun bir əbləh əynində bahal ı paltar, baş ında Misirsayağ ı
çalma bir ərəb atına minib hara isə gedirdi.
Bir
adam
məndən soruşdu:
–Sədi, belə nax ışl ı ipək paltar ı belə qanmaz bir heyvan ın əynində
necə görürsən?
Dedim:
Beyt
Eşşəkdir deyirəm mən bu nadana,
Səsindən öküzdür, yerişdə dana.
Bir
gözəl xilqət min ipək xələtdən yaxş ıd ır.
Şer
Bənzədir insana kim bu heyvan ı?
Paltar ı and ır ır azca insan ı,
Hər şeyi haramd ır bu nanəcibin,
Halald ır təkcə bir tökülsə qan ı.
Şer
Nəcibyoxsul olsa, yəqin bil, onun,
Azalmaz el içrə qədri, qiyməti.
Q ız ıl m ıx vursalar gümüş təxtinə,
Yenə nanəcibin artmaz qiyməti.
28. Hekayət
Bir
oğru bir dilənçiyə dedi: – heç utanm ırsan ki, bir quruşdan
ötrü hər kəsə əl aç ırsan?
135
Dedi:
136
Beyt
Əlim aç ılsa da hər kəsə bil sən
Yaxş ıd ır kəsilən bir oğru əldən.
29. Hekayət
Nağ ıl edirlər ki, bir yumruqvuran (boksçu), yoxsulluqdan və ağ ır
yaşay ışdan zara gəlmişdi. Öz vəziyyətindən atas ına şikayət edərək
dedi ki, səyahətə ç ıxmaq fikrindəyəm, bəlkə qolumun gücü ilə özümə
bir gün qazana biləm.
Beyt
Söylə, nəyə laz ımd ır görsənməyən bir hünər?
Ud yananda, mişk isə əziləndə iy verər!
Atas ı dedi:
–Oğul, bu boş xəyal ı baş ından ç ıxar, rahatl ıq istəyirsənsə qənaət
et. Böyük adamlar demişlər–: Dövlət təkcə çalışmaqla deyil, çətinliyə
al ışmaqla da mümkündür.
Beyt
Zor ilə kimsə mal toplaya bilməz,
Korun qaşlar ına vəsmə çəkilməz.
Beyt
Baş ın ın hər tükündə yüz hünər olsa əgər,
Baxt ın yoxsa bu hünər bir iş görməz tük qadər.
Oğlan dedi:
–Ey ata, səyahətin bir çox faydalar ı var: adam ın könlünü aç ır və
mənfəət gətirir. Səyahət edən adam dünyan ın əcaib və qəraib
şeylərini görüb eşidir, şəhərləri gəzib, xeyirxah adamlarla görüşür;
məlumat ı art ır, yar–yoldaş tap ır, şöhrət qazan ır, var–dövlət sahibi
olur, təcrübə əldə edir. Necə ki, təriqətçilər demişlər:
137
138
Şer
Evə və dükana bağlansan əgər,
Ey naş ı, dünyada avam qalarsan.
Fürsətin var ikən get dünyan ı gəz,
Köçməmiş bu qoca, köhnə dünyadan.
Atas ı dedi:
–Ey
oğul, doğrudur, səyahətin mənfəəti çoxdur, ançaq beş qrup
adam üçün: Birinçi – çoxlu mal ı, gözəl kəniz və qulam ı, bacar ıql ı
xidmətçiləri olan tacir üçün: çünki hər gün bir şəhərə gedib, hər
axşam bir yerdə gecələr, hər an təbiətin nemətlərindən faydalan ıb,
hikmətli sözlər eşidər.
Şer
Dövlətli dağda da qərib deyildir,
O hara gedərsə hörmət qoyular.
Hər kəs ki, məhrumdur dünya mal ındn,
Doğma evində də qəriblik duyar.
İkinci – şirin söhbəti, qüvvətli fəsahəti, qüdrətli bəlağəti
sayəsində hər yerdə hermət, izzət qazanan alim üçün:
Şer
Ağ ıll ı adamlar q ız ıl kimidir,
Haraya getsələr olar hörməti.
Böyük adam ınsa səfeh övlad ı,
Saxta pul kimidir, olmaz qiyməti.
Üçüncü – aşiqlərin hüsn–rəğbətini cəlb edən nazənin dilbər
üçün: çünki böyük adamlar demişlər: azca gözəllik dünyaca var-
dövlətdən yaxş ıd ır! Gözəl dilbər xəstə qəlblərin dərman ı, bağl ı
qap ılar ın açar ıd ır. Kim onunla müsahib olsa, özünü bəxtiyar sanar,
ona xidmət göstərən minnətdar olar.
Şer
139
Gözəl hara getsə hörmət qazanar,
Valideyni onu evdən qovsa da.
Tavus lələyini quranda gördüm,
Dedim: «Layiqmisən belə busata?»
Dedi: «Sus, hər kəsin olsa Cçamal ı,
Rədd olmaz haraya getsə dünyada».
Şer
Övlad ın kamal ı, camal ı olsa,
Ata da rədd etsə qorxusu yoxdur.
Mirvar ı sədəfdə qalmas ın gərək.
Ki, dürri–yetimi sevənlər çoxdur.
DördünCü – xoş avaz ı ilə çayda axan suyu, göydə uçan quşu
saxlayan xanəndə üçün, çünki o, bu məlahətli səsi ilə musiqi
aşiqlərinin gönlünü alar, məhəbbət əhli hər yerdə onunla dost olmağa
çal ış ıb xidmət göstərməyə can atar.
Beyt
Bir gözəl nəğməni eşidirəm mən,
Kim çal ıb oxuyur belə ürəkdən?
Şer
Gözəldir hər səsdə olsa məlahət,
O səhər məstinə verər təravət.
Gözəl səs yaxş ıd ır gözəl camaldan,
Bu, ruha güc verər, o, nəfsə ləzzət.
Beşinçi – bir parça çörəkdən ötrü biab ır olmamaq üçün öz əmə-
yinin gücü ilə pul qazanan peşəkar üçün; çünki ağ ıll ı adamlar demiş-
lər:
Şer
Qürbətə getsə pinəçi şübhəsiz,
140
Duymaz həmən yerdə ağ ır möhnəti.
Ölkəsini tərk eləsə padişah,
Ac yataraq hiss eləyər qürbəti.
– Ey oğul, bu dediyim sifətlər səyahət zamanı xatircəmliyə və
gözəl istirahətə səbəb olar. Bu sifətlərdən məhrum olan adamlar xam
xəyala düşüb dünyan ı gəzərlərsə, heç kəs onlardan bir xəbər tutub,
ad ın ı belə çəkməz.
Şer
Hər bir kəsə kinlə baxsa ruzigar,
Nə istəsə, istədiyi əks olar.
Yuvas ına dönməməli bir quşu,
Qəza sərrast tora tərəf aparar.
Oğlan dedi:
–Ata,
alimlərin dediklərinə necə zidd ola bilərəm ki, demişlər: –
Doğrudur hər kəsin bir ruzusu var, lakin ona çatmaq üçün insan
bütün imkanlardan istifadə etmədidir, hərçənd olacağa çarə yoxdur,
amma buna baxmayaraq fəlakətə səbəb olan hadisələrdən qaçmaq
laz ımd ır.
Şer
Şübhəsiz ki, ruzi verir yaradan,
Lakin gərək özün çarə tapasan.
Hər adam ı aparsa da bir əcəl,
Əjdahan ın ağz ına sən girmə gəl.
Bir
də mən elə güclüyəm ki, q ızm ış fili y ıxar, qəzəblənmiş şirlə
pəncələşə bilərəm. Ey ata, yaxş ıs ı budur ki, səyahətə ç ıx ım, yoxsa
bundan art ıq yoxsulluğa taqətim yoxdur:
Şer
Kim itirsə var–dövləti, nə qəmi
Sərbəst gəzsin qoy o bütün aləmi.
141
Varl ı yatar saraylarda gecələr,
Yoxsul isə harda olsa geçələr.
Oğlan bunu deyib atas ından xeyir–dua ald ı. Vidalaş ıb yola
düşərkən o, öz–özünə deyirdi:
Beyt
Hünər sahibi olsa bəxtsiz adam,
Gedər bir yerə ki, tan ınmaz tamam.
Oğlan bir qədər getdikdən sonra böyük bir çay ın sahilinə çatd ı.
Çay elə güclü idi ki, iri qayalar ı bir–birinə ç ırp ır, gurultusu bir ağac
məsafədən eşidilirdi.
Beyt
Elə bir çay ki, ördəyi qorxudurdu hər zaman,
X ırdaca dalğas ına dözmürdü daş–dəyirman.
Gördü ki, çay ın kənar ında bir dəstə adam səfər yügünü bağlay ıb
oturmuşdur. Pulsuz gəncin ehsan əli bağlı olduğuna görə, sədəqə
əlini açmal ı oldu. Lakin, nə qədər yalvard ısa yard ım göstərən olmad ı.
Hətta rəhmsiz gəmiçi də istehza ilə ondan üz çevirib dedi:
Beyt
Pulsuz keçə bilərsənmi zorla dəniz yolunu,
On dirinin zorundansa ver bir ölü pulunu!
Gənc, gəmiçinin tənəsindən hiddətlənib ondan intiqam almaq is-
tədi. Lakin, bu zaman gəmi hərəkət etməyə başlad ı. Gənc sevinərək
gəmiçiyə dedi:
–
Əynimdəki paltara raz ı olsan, verərəm!
Gəmiçi tamahkarl ığ ına görə gəmini qaytard ı.
Beyt
142
Hərislik ağ ıl ı salar kəməndə,
Tamahsa quşlar ı, bal ığ ı bəndə.
Elə ki, gəncin əli gəmiyə çatd ı, gəmiçinin yaxas ından tutub onu
möhkəmcə döydü.
143
Beyt
Əlinə keçərsə məhv et əğyar ı,
Ki, q ısas ürəkdən silər qubar ı.
Gəmiçinin yoldaş ı gəmidən ç ıx ıb ona kömək etmək istədi. Lakin
o da bacara bilmədi. Nəhayət, bu qərara gəldilər ki, gənclə bar ış ıb,
onu pulsuz apars ınlar.
Şer
Ac ıq, hirs görəndə sus dayan zinhar,
Bəlan ın qarş ıs ın müdara alar.
Hər kimin olarsa bir şirin dili,
Tük ilə o çəkər dal ınca fili.
Bərkliyə rast gəlsən yumşaql ıq göstər,
Ki, yumşaq ipəyi doğramaz xəncər.
Onlar gəncin ayaqlar ına düşüb üzr istədilər və öpüşüb gəmiyə
götürdülər. Gəmi yola düşdü. Bir qədər getdikdən sonra suyun
ortas ında yunanl ılardan qalm ış təmir sütununa rast gəldilər. Gəmiçi
sərnişinlərə müraciət edərək dedi:
–Gəmi xarab olubdur, onu təmir etmək laz ımd ır. Bir nəfər güclü,
igid adam sütuna çıxmal ı və gəminin kəndirini ona bağlamal ıd ır.
İgidliyinə qürrələnən gənc, incidilmiş ürəkdəki kini unutdu, halbuki,
atalar demişlər: könlünü bir dəfə s ınd ırd ığ ın adama yüz dəfə yaxş ıl ıq
etsən də, yenə o bir pisliyin intiqam ından ehtiyat etməlisən. Çünki
süngü yaras ı sağalar, söz yaras ı sağalmaz!
Beyt
Xilbaşa verirdi Bəktaş nəsihət
86
Düşməni döydünsə oturma rahət.
Şer
İncitsən bir qəlbi arxay ın olma,
Ki, sənin öz qəlbin asudə qalar.
144
Hasar ın bürçünə daş atsan bil ki,
Bir daş da hasardan sənə at ılar.
Gənc gəminin kəndirini qoluna sar ıy ıb sütuna ç ıxan kimi, gəmiçi
kəndiri dart ıb onun əlindən ald ı və gəmini sürüb getdi, yaz ıq gənc
heyran qald ı. O, suyun ortas ında iki gün əziyyət və əzab çəkdi,
üçüncü gün yuxu onun yaxas ından tutub suya sald ı. Bir gecə–gündüz
suda əl–ayaq çal ıb əlləşdikdən sonra, nəhayət ölümcül bir halda
sahilə ç ıxd ı, ağaç yarpaqlar ından, ot köklərindən yeyərək azac ıq cana
gəldi, sonra baş al ıb çöllərə yolland ı. Xeyli yol getdikdən sonra o,
ac–susuz taqətdən düşmüş halda bir quyu baş ına çatd ı. Bura
toplanm ış: camaat hərəsi bir qara pul verib su içirdi. Gəncin isə pulu
yox idi. O, zorla məqsədə çatmaq istədisə, yenə mümkün olmad ı.
Ümidi kəsildi, bir neçə adam ı gotürüb yerə vurdu. Camaat birləşib
onun üstünə düşdülər, döyüb möhkəm əzişdirdilər.
Şer
Fildə çox olsa da qüvvət, cəsamət,
hünülər birləşsə y ıxarlar yəqin.
İttifaq bağlasa qar ıncalar da,
Dərisin deşərlər q ızm ış şirlərin.
Gənc çarəsiz qal ıb, nəhayət karvan ın dal ınca yola düşdü. Karvan
axşam vaxt ı elə bir düşərgəyə çatd ı ki, orada hər an oğrular ın basq ın
etməsi ehtimal ı var idi. Karvan əhlinin qorxudan əsdiyini və ölümü
gözləri qabağ ına gətirdiyini gördükdə gənc dedi:
–Mən tək baş ıma əlli adam ın cavab ın ı verə bilərəm. Əgər o biri
gənclər də kömək etsələr, heç kim bizə bata bilməz.
Karvan əhli bu gopa inan ıb ürəkləndilər, gənclə yoldaş
olmaqdan sevinərək, onu su və yeməklə təmin etməyi laz ım bildilər.
Oğlan ın ac ından az qalm ışd ı can ı ç ıxs ın. O, lap taqətdən düşmüşdü.
Buna görə də onlar ın verdiyi çörəkdən bir neçə tikə acgözlüklə yeyib,
üstündən su içdi, toxday ıb şirin yuxuya getdi. Karvanda qoca bir kişi
vard ı. O, yoldaşlar ına müraciət edib dedi:
–Ay yoldaşlar, mən oğrulardan çox sizin yan ın ızdak ı bu adam-
dan qorxuram. Deyirlər ki, bir ərəb bir qədər pul toplam ışd ı. O, oğru-
lar ın qorxusundan gecələr evində tək yata bilmirdi, buna görə
145
dostlar ından birini evinə gətirdi ki, ona ürək–dirək olsun. Dostu bir
neçə gün evdə qald ıqdan sonra pullar ın yerini öyrəndi və oğurlay ıb
şəhərdən qaçd ı. Sabah ıs ı gün camaat ərəbin gözündə yaş, cibini boş
görüb soruşdu:
–Sənə nə olub? Yoxsa pullar ın ı oğru apar ıbd ır?
Dedi:
–Pullar ım ı oğru yox, gözətçi apard ı.
Qitə
İlandan arxay ın yaşamad ım mən,
Bilirəm çalmaqd ır onun xisləti.
İlan ın dişindən daha bətərdir,
Dostcildli düşmənin qafil zərbəti.
Nə bilirsiniz, bəlkə bu gənc də oğrudur. O yəqan karvana
qoşulubdur ki, fürsət tap ıb yoldaşlar ına xəbər elsin. Məsləhət
görürəm ki, onu yuxuda qoyub yola düşək.
Karvandak ı gənclər qocan ın məsləhətani qəbul etdilər.
Pəhləvan ın qorxusu qəlblərinə çökdü, onu yuxuda qoyub yola
ç ıxd ılar. O bir vaxt yuxudan ay ıld ı ki, günəş xeyli qalxm ış,
karvandan isə heç bir əsər qalmam ışd ı. Yaz ıq nə qədər dolan ıb
axtard ısa, yolu tapa bilmədi. Ac–susuz üzüquylu y ıx ıld ı, ölümünü
gözünün qabağ ına gətirərək dedi:
Beyt
Dəvələr yolland ı, artd ı qəm–gədər,
Qəribin həmdəmi olar qəriblər.
Beyt
Qəribə o adam verər əziyyət,
Ki, özü görməmiş ömründə qürbət.
Yaz ıq bu halda ikən ova ç ıx ıb, qoşunlar ından ayr ı düşmüş bir
şahzadə gəlib onun yan ına ç ıxd ı və oxuduqu bu şerləri eşitdi.
Şahzadə gənci diqqətlə gözdər keçirdi, görkəmini sadə, əhval ın ı
146
isə pərişan görüb soruşdu:
–Haral ısan, necə olub gəlib bura ç ıxm ısan?
Gənc baş ına gələn hadisələrin bəzilərini nağ ıl etdi. Şahzadənin
qəlbi riqqətə gəldi, ona bəxşiş, xələt verdi, öz şəhəriiə salamat
çatmas ı üçün etibarl ı bir adamla yola sald ı.
Atas ı onu gördükdə, çox sevindi, sağ–salamat qay ıqd ığ ı üçün şü-
kür etdi. Axşam olduqda gənc atas ına gəmidə gəmiçinin verdiyi
əziyyətdən, quyu baş ında çəkdiyi məşəqqətdən, səhrada karvan
əhlinin ona rəva gördüyü xəyanətdən dan ışd ı. Atas ı dedi:
–Oğul, gedəndə sənə demədimmi ki, yoxsullar ın güclü əlləri
s Dostları ilə paylaş: |