Nəyə görə heyvanın qanını içmək olmaz?
Bir dəfə Ibn Əbbasdan soruşurlar: “Heyvanın dala-
ğ
ını yemək olarmı?” O, cavab verir: “Olmaz, çünki o –
qandır”.
Ağıllı adamda dalaq ikrah hissi oyadır, çünki o
murdardır. O da ölü heyvan kimi bir çox xəstəliklərin
mənbəyidir. Buna görə də müsəlmana qan içmək
qadağan olunub.
Nəyə görə donuz əti yemək qadağandır?
Donuz ətini ona görə yemək olmaz ki, o mur-
dardır, çünki donuz natəmiz şeylərlə qidalanır. Müasir
təbabət donuz ətinin insana zərər olmasını sübut edir.
Nəyə görə Allahdan başqasının adı ilə kəsilmiş
heyvan ətini yemək qadağandır?
Heyvan, ola bilsin ki, hər hansı bütün adı ilə
kəsilsin. Müsəlman üçün belə heyvanın ətini yemək
günahdır. Əgər müsəlman belə əti yeyərsə, Allahdan
uzaqlaşaraq, bütə yaxınlaşar və Islamın əsasını təşkil
edən, Allahın tək olması ehkamını pozmuş olar.
Istisna olunan hallar
Bütün göstərilən qadağalar seçmək imkanı olduğu
hallarda vacibdir: “...Halbuki məcburiyyət qarşısın-
da (yeməli) olduğunuz şeylər istisna edilməklə, sizə
haram buyurduqlarını artıq O (Allah) müfəssəl
şə
kildə sizə bildirmişdir...”. (əl-Ənam, 6/119).
Allah Təbarəkə Təala ölü heyvan ətini və qanı
qida kimi qəbul etməyin haram olduğunu izah edəndən
sonra belə buyurur: “...Lakin naəlac qaldıqda
115
(baş qasının malını)
zorla mə nimsə mə də n və hə ddini
aş madan (zə ruri ehtiyacı ödə yə nə qə də r) bunlardan
yemə yə mə cbur olan kimsə nin heç bir günahı yox-
dur. Allah bağ ış layandır, mə rhə mə tlidir!” (əl-Bəqə-
rə, 2/173).
Bəzi müsəlman şəriətinin bilicilərinin fikrincə bir
gün və bir gecə davam edən aclıq, müsəlmana haram
buyurulmuş şey yeməyi mümkün və üzürlü edir. Əgər
bu müddət ərzində müsəlman olan kəs halal nemət əldə
edə bilməsə, naəlac qalıb, öz həyatını saxlamaq üçün
yeməyinə haram qata bilər.
Yox, əgər müsəlman halal nemətləri qoyub
harama əl atırsa, bu böyük günahdır.
Digər üləmalar haram qida qəbul etməyin məcburi
olması hallarını başqa tərzdə şərh edirlər. Onlar belə
fikir yürüdürlər ki, müsəlman son nəfəsinə qədər
haram şey yeməməlidir.
Lakin aclıq üzündən müsəlmana qadağan olunmuş
yeməklərin icazə verilməsi barədə Quranda açıq-aşkar
deyilir: “...Kim aclıq üzündən naçar qalarsa,
(çətinliyə düşərsə), günaha meyl etmək niyyətində
olmayaraq (zə ruri ehtiyacını ödə yə cə k qə də r bu
haram ə tlə rdə n yeyə bilə r).
Hə qiqə tə n, Allah
bağ ış layandır, rə hm edə ndir! “. (əl-Maidə, 5/3.
Ə
t və piy haqqında hə dislə r
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub ki, ət və piydə elə
bir tikə yoxdur ki, mədəyə düşdüyü yerdə şəfa
qoymasın və dərdləri oradan qovmasın.
Peyğəmbər (s.ə.v.) cənabları buyurub:
1. “Biz peyğəmbərlər ət sevən camaatıq”.
2. ”Dəvə ətini yeyin, Allahın düşməni olan
116
yəhudilərə müxalif olan bütün möminlər onu yeyirlər”.
3. “Kim ürəyindən şikayət etsə və qəmi çox olsa,
turac əti yesin”.
Həzrəti Əli (ə) buyurub:
1. “Dünyada və axirətdə ət – təamların ağasıdır”.
2. “Çəyirtkə halaldır, amma dənizdə ölmüş
balıqlar və başqa heyvanlar haramdır”.
3. “Çəyirtkə və balıqların hamısı halaldır”.
Məqsəd budur ki, çəyirtkə və ovlanıb sudan
xaricdə ölmüş balıq əti halaldır. Lakin dənizdə ölmüş
hər bir heyvan, eləcə də balıq haramdır.
Imam Cəfər Sadiq (ə) buyurub:
1. “Hər kəs qırx gün ət yeməsə, onun xasiyyəti
pisləşər. Kimin xasiyyəti pisdirsə, ona ət yedirdin. Hər
kəs bir parça piy yesə (O vaxt qoyunun quyruq piyi ən
çox istifadə olunan yağ olmuşdur – Ə-C.Ə), o qədər
dərd onun bədənindən çıxar”.
2. “Ən yaxşı ət döş (sinə) ətidir”.
3. “Kimin ürəyində və ya bədənində zəiflik olsa,
qoyun ətini süd ilə yesin”.
4. “Inəyin (öküzün) əti dərddir, piyi şəfadır, südü
isə dərmandır”.
5. “Heyvanın bədənində on şey var ki, onları
yemək olmaz: 1) peyin; 2) qan; 3) haram ilik; 4) dalaq;
5) vəzilər və ya “gülümlər»” 6) cinsiyyət üzvü; 7)
xayalar; 8) rəhim, yəni balalıq (döl yerləşən kisə); 9)
həya, yəni dəvənin balalığı; 10) övdac, yəni boyunda
olan qan damarları”.
6. “Ölmüş heyvanın bədənində on şey var ki, onlar
halaldır: 1) buynuz; 2) dırnaq; 3) sümük; 4) diş; 5)
qursaq (şirdan); 6) süd; 7) tük; 8) yun; 9) pər; 10)
yumurta”.
117
Yəni əgər heyvan ölmüş olsa və şəriət qaydası ilə
kəsilməsə, belə meyit heyvanın bədənində yuxarıdakı
on şey halaldır, amma o heyvanın əti haram, həm də
murdardır. Sayılan on şey isə murdar olsa da onları pak
etmək olar.
7. “Üç şey var ki, insanın bədənini söküb dağıdar,
hətta bəzən öldürər: 1) qurudulmuş ət yemək; 2) tez-
tez hamama girmək; 3) qoca, qarı arvadlarla evlən-
mək”.
8. “Hər kəs qəmli və kədərli olsa, onun səbəbini
də bilməsə, turac əti yesin ki, onu sakit edər”.
Səd ibni Səd nəql edir ki, Imam Rza (ə) ilə söhbət
zamanı dedim ki, bizim ailədə qoyun əti yemirlər,
deyirlər ki, o səfranı artırır, baş ağrısı gətirir və
bədəndə ağrılar törədir. O Cənab (ə) buyurdu: “Əgər
Allah-təala yanında qoyundan əfzəl bir şey olsaydı,
Ismailə onu qurban verərdi”.
Yunus ibni Bəkr nəql edir ki, Imam Rza (ə) ilə
görüşdüm. O Cənab (ə) soruşdu ki, nə üçün rəngin
sarıdır? Dedim ki, qızdırma məni haldan salıb. Buyur-
du ki, ət yeginən. Bir həftədən sonra görüşəndə yenə
rəngimi sarı görüb buyurdu ki, sənə demədimmi ki, ət
ye? Dedim ki, bu həftə ərzində ətdən başqa heç nə ye-
məmişəm. O Cənab (ə) soruşdu ki, əti necə yemisən?
Dedim ki, suda bişirib yemişəm. Buyurdu: - Kabab
edib yeginən. Mən o Cənabın (ə) buyurduğuna əməl
etməyə başladım. Bir həftədən sonra yanaqlarım qızar-
mışdı.
Ibn Ömər (A.o.r.) Peyğəmbərin (s.ə.v.) belə
dediyini rəvayət edir: “Iki növ ölü və iki növ qan bizə
halal edilmişdir. Iki növ ölü – balıq və çəyirtkə, iki növ
qan isə qaraciyər və dalaqdır».
118
Ə
bu Vaqid Əl-Zeysi (A.o.r.) Peyğəmbərin (s.ə.v.)
belə dediyini rəvayət edir: “Heyvan sağ ikən ondan
kəsilib götürülmüş tikə, ölü heyvan əti kimidir”.
Peyğəmbər (s.ə.v.) bir nəfərə: “Həqiqətən Allah və
Rəsulu ev eşşəklərinin ətini yeməyi sizə qadağan edir.
O nəcisdir”.
Ibn Abbas (A.o.r.) dedi ki, Peyğəmbər (s.ə.v.)
köpək dişli heyvanların və caynaqlı quşların
yeyilməsini haram etmişdir.
Ibn Ömər (A.o.r.) deyir ki, Peyğəmbər (s.ə.v.)
nəcasətlə qidalanan (cəllalə) heyvanın ətini yeməyi və
südünü içməyi qadağan etmişdir.
Ibn Ömər (A.o.r.) nəcasətlə qidalanan toyuğu üç
gün qapalı yerdə saxlayardı (sonra onu kəsib yeyərdi).
Rafi ibn Xədic Peyğəmbərin (s.ə.v.) ona belə
dediyini nəql edir: “Qanı axıdılan və kəsilərkən
Allahın adı çəkilən heyvanı ye”.
Toyuq və digər quş ətləri
Quşçuluqdan alınan məhsullar (yumurta və quş
ə
ti) əhalinin yüksək bioloji dəyərli qida məhsulları ilə
təmin olunmasında böyük əhəmiyyətə malikdir.
Quş ətinin kimyəvi tərkibi quşun növündən, yaşın-
dan, köklük dərəcəsindən, cəmdəyin hissələrindən, qu-
ş
un yemindən və bəslənməsi üsullarından asılıdır. To-
yuğun və hind toyuğunun ağ ətində 22-24%, tünd
ə
tində isə 20-23% zülal olur. Ağ ətdə (döş ətində)
ekstraktlı zülalsız maddələrin miqdarı tünd ətdə
(əsasən bud əti) olduğundan 1,5-2 dəfə çoxdur.
Yağının tərkibi əsasən doymamış yağ turşularından
ibarətdir. Quş ətində mineral maddələrdən Na, K, Ca,
Mg, P, Fe, vitaminlərdən A, B
1
, B
2
, PP vardır.
119
Ev quşları içərisində ən çox istifadə edilənləri
toyuqlar, hind toyuğu, qaz və ördəkdir.
Toyuqlar – ətlik, yumurtalıq və qarışıq (ətlik-
yumurtalıq) istiqamətli olur.
Ə
tlik istiqamətli toyuqlar
nisbətən iri ölçülü, ağır
kütləli və dolu bədənli olur, boynunun qısa, döşünün
enli və qabarıq, ayaqlarının gödək və ətli olmaları ilə
fərqlənir. Anacların diri kütləsi 3,4-4,0 kq, xoruzlarınkı
4,5-5,5 kq, çolpa və beçələrinki 3 kq-dək olur. Bir ildə
160 ədədə yaxın yumurta verir.
Yumurtalıq istiqamətli toyuq
cinsləri nisbətən
kiçik ölçülü, yüngül kütləli, çox cəld və hərəkətlidir. 5-
6 aylığında yumurtlayırlar. Ildə 200-300 yumurta
verirlər. Anacların diri kütləsi 2,5 kq, xoruzların isə 4,0
kq-a qədər olur.
Qarış ıq istiqamə tli cinslə r
ətlik və yumurtalıq
istiqamətli cinslərin cütləşdirilməsi nəticəsində əldə
edilmişdir. Ətlik göstəriciləri ətlik istiqamətli toyuq-
lardan aşağı, yumurtalıq toyuqlardan üstündür. 6-7
ayında yumurtlayır. Anacların diri kütləsi 2,5-3,0 kq,
xoruzların isə 3,5-4,5 kq arasında olur.
Hindtoyuğunun vətəni Şimali Amerika sayılır.
Ə
tlik baxımdan qiymətlidir. Iri kütləli və tezböyüyən-
dir. Əti normal yağlı, zərif şirəli və dadlıdır. Dişi hind
toyuğunun diri kütləsi 5-8 kq, erkəklərinki isə 8-16 kq
olur. Ildə 50-100 yumurta verir.
Qaz cinslərinin yumurtlama və cücə çıxartma
ə
msalı toyuq və hind toyuğundan aşağıdır. Lakin yaxşı
qulluq etdikdə çox yağlı (50%-dək) və yüksək
keyfiyyətli ət verir. Qaz ətinin qidalılıq dəyəri və dad
keyfiyyəti digər ev quşlarından üstündür. Dişilərinin
diri kütləsi 3,5-5 kq, erkəklərinki 4-6,5 kq olur. El
120
arasında “Yeməmisən qaz ətini, görməmisən ləzzətini”
deyimi qaz ətinin dadlı və ləzzətli olmasını göstərir.
Ördə k cinsləri ən tezböyüyən və kökələndir.
Ördək balası 50-55 gün ərzində 2,5-3 kq-a çatır. Dişi
ördəyin diri kütləsi 2-2,5 kq, erkəklərinki 3,5-4,5 kq
olur. Ildə 100-200 yumurta verir.
Emalından asılı olaraq quş cəmdəkləri təmizlən-
miş, yarımtəmizlənmiş və təmizlənmiş halda, lakin
içalat və boyun komplekti ilə birlikdə olur.
Bütün ev quşlarının əti köklüyünə və keyfiyyətinə
görə 2 kateqoriyaya ayrılır.
Termiki vəziyyətindən asılı olaraq quş əti
temperaturu 25
0
C-dən çox olmamaq şərtilə soyumuş,
0-4
0
C-yə qədər soyudulmuş və mənfi 8
0
C-yə qədər
dondurulmuş olur.
Ov quşları – aşağıdakı qruplara bölunur: Meşə
quşları – tetra, sibirxoruzu, ağ kəklik, qırqovul və s.;
dağ quşları – dağ kəkliyi, dağ hindtoyuğu və s.; çöl
quşları – boz kəklik, bildirçin və s.; su quşları –
qaşqaldaq, ördək və qazlar; bataqlıq quşları – cüllütlər.
Azərbaycanda ov quşlarından əsasən, qırqovul,
kəklik, boz kəklik, turac, bildirçin, Qafqaz tetrası,
Qafqaz uları, Xəzər uları, bəzgək, qaşqaldaq, boz qaz,
yaşılbaş ördək, fitçi cürə, boz ördək, kəkilli ördək,
dəniz ördəyi, ağgöz ördək, qırmızıbaş ördək və s.
quşlar ovlanaraq müxtəlif xörəklərin hazırlanmasında
istifadə edilir. Ov quşlarının əti yağsız, zülalı nisbətən
çox, bərk konsistensiyalı, tünd rəngli, ekstraktlı
maddələrlə zəngindir.
nsanlar hələ qədimdən quş əti ilə qidalanıblar və
quş ətinin yeyilməsində heç bir qadağa yoxdur. Lakin
təmiz şəraitdə yetişdirilən və halallıqla kəsilənlər
121
yeyilməlidir.
Ə
bu Musa demişdir: “Peyğəmbərimizi (s.ə.v.) to-
yuq əti yeyərkən gördüm”. Başqa bir mənbədə deyilir:
“Nəbiyə
(
s.ə.v.) bişmiş ət gətirildi. Ona qol tərəfi
verildi və o da yedi. Çünki ən çox qoyunun qabaq (ön)
qolunu sevərdi”. Başqa bir mənbədə deyilir: “Rəsu-
lullah (s.ə.v.) toyuğun qanad hissəsini yeməyi xoşla-
yardı”. Müasir dövrdə bu deyimin elmi izahı oxucuda
maraq oyada bilər. Beləki, heyvani məhsulların yağın-
da, o cümlədən toyuğun dərialtı piyində və dərisində
xolesterin maddəsi vardır. Bu maddə az hərəkətdə olan
və zehni işlə məşğul olanlarda ürək-damar xəstəlikləri-
nin (əsasən də aterosklerozun) yaranmasına səbəb olur.
Toyuğun qanadında (hətta qanadı örtən dəridə) xo-
lesterinin olmaması elmi cəhətdən sübut olunmuşdur.
Ə
bubəkir Razinin (865-925) toyuq əti ilə bağlı
söylədiyi elmi fikirlər hamımıza məlumdur: “Ev
toyuğunun əti gerçəkdən yaxşı qidadır. Təmiz olanı
seçilməlidir. Təmizliyi, yediyi yemlər və bəsləndiyi
şə
rait əsasdır”. Digər mənbələrdə göstərilir ki, əgər
toyuğun necə bəsləndiyi və nə ilə qidalandığı sizə
məlum deyilsə, onda kəsməzdən 24 saat əvvəl onu
təmiz yerdə saxlayın. Bu zaman onun əti halaldır.
Toyuq və digər quş ətləri haqqında hədislər.
Peyğəmbər (s.ə.v.):
1. Hər kəs qəzəbinin az olmasını istəyirsə, turac əti
yesin.
2. Hər kəsin ürəyindən şikayəti varsa və qəmi
çoxdursa, turac əti yesin.
Imam Əli (ə): Qaz quşların camışı, toyuq quşların
donuzu, turac isə onların kərgədanıdır. Rəbiə qəbilə-
122
sindən olan bir qadının öz yeməyinin artığı ilə
böyütdüyü iki cücədən istifadə etmirsən?!
Imam Sadiq (ə): Hər kəs özündə qəm, narahatçılıq
hiss edirsə və bunun səbəbini bilmirsə, turac əti yesin,
inşallah narahatçılığı aradan qalxar.
Imam Cəfər Sadiq (ə) cənablarından soruşdular ki,
hansı quşların ətini yemək olar? Buyurdu: “Qanad
çalan quşun ətini ye, süzən quşun ətini yemə”.
Yəni, qanad çalmağı süzməyindən çox olan
quşların əti halaldır, süzməyi qanad çalmağından çox
olan quşların əti haramdır.
Sonra su quşları barəsində sual etdilər. Buyurdu:
“Hansı quşun çinədanı (pətənəyi) varsa, onun ətini ye,
hansı quşun çinədanı yoxdursa, onun ətini yemə”.
Imam Kazım (ə):
1. Qızdırmalı şəxsə kəklik əti yedizdirin, o,
ayaqları qüvvətləndirir və qızdırmanı salır.
2. Növbərə quşunun ətini yeməkdə heç bir eyib
görmürəm. O, babasil və bel ağrıları üçün faydalıdır,
cinsi qabiliyyəti artırır.
"Kafi" – Zürarədən: And olsun Allaha, mən imam
Bağır (ə) kimi insan görməmişəm.
Həzrətdən soruşdum:
- Allah səni saleh bəndə etsin, hansı quşun ətini
yemək halaldır?
Dedi:
- Qanad çalanları ye, havada süzənləri isə yemə.
- Su quşlarını yemək olarmı?
- Çinədanı olanları ye, olmayanları yemə.
"Kafi" – Əli ibn Məhziyazdan: Imam Baqirlə (ə)
nahar etdim. Həzrət Misir kəkliyinin ətini gətirib dedi:
"Bu, bərəkətli ətdir, atam bunu çox sevərdi və əmr
123
edərdi ki, sarılıq xəstəliyinə tutulanlar üçün ondan
kabab bişirin, onlara faydalı olacaq".
Yumurta haqqında
Yumurta qidalılıq dəyərinə görə yüksək keyfiyyət-
li və orqanizmdə 97-98% mənimsənilən ərzaq məhsu-
ludur. Yumurtanın tərkibində tam dəyərli zülallar, yağ-
lar, lesitinlər, vitaminlər və mineral maddələr vardır.
Yumurta maddələr mübadiləsinin normal getməsinə
müsbət təsir edir, sinir sistemini möhkəmləndirir,
infeksion xəstəliklərə qarşı müqaviməti artırır, uşaqları
isə raxit xəstəliyindən qoruyur.
Orta yaşlı adam fizioloji normaya əsasən ildə 260
ə
dəd (3 gündə 2 ədəd) yumurta yeməlidir.
Toyuq yumurtası. Quruluşuna görə 3 əsas
hissədən ibarətdir. Kütləyə görə toyuq yumurtasının
56%-ni ağı, 32%-ni sarısı və 12%-ni qabığı təşkil edir.
Yumurtanın tərkibində 74% su; 12,7% zülal;
11,5% yağ; 0,7% karbohidrat; 1% mineral maddələr;
A, D, E, B
1
, B
2
, B
6
, B
12
, PP vitaminləri; Na, K, Ca, P,
Fe, Mg kimi makro- və J, F, B və s. mikro- elementlər;
bütün əvəzedilməz aminturşuları vardır.
Yumurtanın ağının tərkibində 85,7% su; 12,7%
zülal; 0,7% karbohidrat; 0,6% mineral maddə; 0,03%
yağ vardır. Yumurta ağının tərkibində zülallardan ovo-
albumin, ovoqlobulin, ovomusin, ovomukoid və bakte-
risid xassəli lizosim zülalı vardır. Yumurta ağındakı
avidin zülalı tərkibində 10% DNT olan qlükoproteid-
dezoksiribonukleoproteid adlanır. Avidin zülalının bir
hissəsi H vitamini (biotin) ilə birləşmiş olur.
Yumurta sarısı ən dəyərli hissə sayılır. Tərkibində
50-54% su, 29-32% yağ və lipoidlər, 16-17% zülal,
124
1%-ə qədər mineral maddə və karbohidrat vardır. Yu-
murta sarısının əsasını vitellin (78%), livetin və fosfitin
təşkil edir. Yumurta sarısı zəif turş reaksiya verir (pH 6-
ya yaxındır). Yumurta sarısının lipidləri 21-23% yağ-
dan, 12%-ə qədər fosfatidlərdən, həmçinin 5%
xolesterindən ibarətdir. Yumurta yağı 34-39
0
C-də əriyir,
çünki tərkibində 70%-ə qədər doymamış yağ turşuları
(olein, linol, linolen, palmitoolein) vardır. Doymuş yağ
turşularından palmitin, stearin və s. vardır.
Yumurtanın təzəliyi yumurta sarısının indeksi ilə
müəyyən edilə bilər. Yumurta sarısının hündürlüyünün
onun diametrinə nisbəti sarı indeksi adlanır. Təzə
yumurtanın sarı indeksi 0,4-0,45 olur, saxlandıqda isə
azalır. Sarı indeksi 0,25 olduqda pərdə partlayır və
yumurtanın sarısı ağına qarışır.
Təzəliyinə, keyfiyyətinə və saxlanılma şəraitinə
görə yumurtalar pəhriz və aşxana yumurtası növlərinə
ayrılır.
Pə hriz yumurtası
yumurtlanan gündən etibarən 7
gün ərzində istehlakçılara çatdırılır. Belə yumurtaların
üstündə yumurtlanan tarixi göstərən ştamp vurulur.
Belə yumurtanın ağı qatı və şəffaf olmalı, sarısı isə tam
mərkəzdə
yerləşməlidir.
Sarısının
diski
görünməməlidir, boşluğun hündürlüyü 4 mm-dən çox
olmamalıdır.
Aş xana yumurtasına
43 q-dan az olmayan bütün
yumurtalar və 44 q-dan artıq kütlədə olan, lakin 7
gündən artıq saxlanılan yumurtalar aiddir. Saxlanılma
şə
raitinə və müddətinə görə aşxana yumurtası təzə,
buzxana və əhəng suyunda saxlanılmış növlərə ayrılır
.
125
Yumurta haqqında hə dislə r
Peyğəmbər (s.ə.v.):
1. Peyğəmbərlərdən biri zəiflikdən Allaha şikayət
etdi. Allah-Təala da ona yumurta yeməyi əmr etdi.
2. Ətlə yumurta yemək cinsi qabiliyyəti artırır.
3. Əliyə (ə) etdiyi vəsiyyətindən: Ey Əli! Iki tərəfi
bir-birindən fərqlənən yumurtanı ye.
Imam Əli (ə): Peyğəmbərlərdən biri ümmətinin
içində nəsil azlığından Allaha şikayət etdi. Allah-Təala
da ona ümmətin yumurta yeməyi əmr etməsini tapşırdı.
Onlar yumurta yedilər və nəsilləri artdı.
Imam Baqir (ə):
1. Övladı olmayan şəxs çox yumurta yesin. O nəsil
artırır.
2. Qamışlığa daxil olsan və orada bir yumurta
görsən, iki tərəfi bir-birindən fərqlənməsə, yemə.
Imam Kazım (ə):
1. Çox yumurta yemək övladların sayını artırar.
2. Hər kəs yumurta, soğan və zeytun yağı yesə,
cinsi qabiliyyəti artar.
3. Hər kəs ətlə yumurta yesə, uşağının sümüyü
böyük olar.
Imam Sadiq (ə):
1. Peyğəmbərlərdən biri nəsil azlığından Allaha şi-
kayətləndi.
Allah-Təala
ona əmr etdi: Əti yumurta ilə ye.
2. Yumurtanın sarısı yüngül, ağı isə ağır qidadır.
3. Üç şey kökəldir, üç şey də arıqladır. Arıqladan-
lar – yumurta, balıq və təzə xurma.
4. Iki tərəfi bir-birindən fərqlənən yumurtanı ye-
mək halal, bərabər olanı yemək isə haramdır.
Imam Cəfər Sadiq (ə) cənablarından soruşdular ki,
126
meşələrdə tapılan quş yumurtaları barəsində şəriətin
rəyi nədir? Buyurdu: «Iki tərəfi bərabər olan yumur-
taları yemə, tərəfləri müxtəlif olan yumurtaları ye».
Imam Rza (ə):
1. Çox yumurta yemək üzdə sızanaqların çıxma-
sına səbəb olur.
2. Çox yumurta yemək və ona adət etmək dalağın
xəstələnməsinə və mədənin baş hissəsində yelin
yaranmasına səbəb olar. Çox toxumlu yumurta yemək
təngnəfəsliyə səbəb olar.
Dostları ilə paylaş: |