Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 16,12 Mb.
Pdf görüntüsü
səhifə10/32
tarix06.02.2017
ölçüsü16,12 Mb.
#7828
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

 

 

 

 

 

 

 

 

 

 

 

104


Ə

T  YEYILMƏSININ  ISLAMI  ŞƏRTLƏRI 

 

 

Insan  orqanizminin  bütün  funksiyalarının  normal 



getməsi, canlıların artması və bədənin cansağlığı zülal-

larla bağlıdır. Zülalların tərkibində karbon, hidrogen və 

oksigenlə  yanaşı  azot  da  vardır.  Zülalların  əsasını 

aminturşuları təşkil edir. Bunların bir qismi yalnız ətdə 

olur (əvəzedilməz aminturşuları) və ət yeməyi ilə insan 

orqanizminə keçir. Canlı orqanizmdə gedən bütün pro-

seslərdə,  hüceyrənin  metabolik  funksiyalarını  tənzim-

ləyən  fermentlər  də  zülallardan  təşkil  olunmuşdur. 

Insan  bədəninin  bütün  hüceyrələrinin  böyük  bir  qismi 

zülallardan  ibarətdir  və  bu  hüceyrələr  sürətlə  dəyişib 

yeniləşməkdədir.  Bu  cəhətdən  hər  gün  qida  ilə  zülal 

qəbul  etmək  zərurəti  vardır.  Zülal  çatışmadıqda  insan 

böyümədən  qalır,  halsızlıq,  qansızlıq  hiss  olunur. 

Yaraların  sağalması  gecikir,  zərərli  mikroblara  qarşı 

müqavimət  azalır.  Qaraciyər  yağlanır.  Bədən  üçün 

lazım olan zülalların əsas mənbəyi isə ətdir. 

“Qurani-Kərim”də  halal  və  haram  barədəki 

göstərişlərdə  ət  yeməkləri  xüsusi  olaraq  qeyd  olunur. 

“Qurani-Kərim”də  insan  orqanizmi  üçün  mühüm  qida 

maddəsi olan ət haqqında bir çox ayələr vardır.  

“Qurani-Kərim”in  14  surəsinin  25  ayəsində  ət  və 

ə

t məhsulları haqqında Allah kəlamları buyrulmuşdur. 



Bu  ayələrdə  hansı  heyvanların  ətinin  halal  və  ya 

haram olması, onların kəsilməsi qaydası, ətin saxlanıl-

ması, təmizliyi, kəsilən heyvanların digər bədən orqan-

larının  və  qanın  istifadə  olunması  və  digər  məsələlər 

müsəlmanlara təlqin olunmuşdur. 

 


 

105


 “Qurani-Kərim”də ət haqqında ayələ

 

Sıra 

sayı 

Surənin 

nömrəsi 

Surənin adı 

Ayələrin nömrəsi 

2  


ə

l- Bəqərə 

168,172,173,259 

ə



l-Maidə 

3, 96 


ə



l-Ənam 

118,119,121,145 



11 


Hud 

69 


16 


ə

n- Nəhl 


5,14,115 

22 


ə

l- Həcc 


5,37 

23 


ə

l-Muminun 

14 

35 


Fatir 

12 


36 


Yasin 

72 


10 

40 


ə

l-Mumin 


79 

11 

49 


ə

l-Hucurat 

12 

12 

51 


ə

z-Zariyat 

24,27 

13 

52 


ə

t-Tur 


22 

14 

56 


ə

l-Vaqiə 


21 

 

 “Bunları  (bu  davarları)  onların  ixtiyarına  ver-



dik. Onlardan mindikləri də var, ətini yedikləri də 

(Yasin, 36/72). 

 (Ya  Rəsulum!)  De  ki:  “Mənə  gələn  vəhylə

ərisində  murdar olduqları üçün ölü heyvan, axar 

qan,  donuz  əti  və  ya  Allahdan  başqasının  adı  ilə 

(bismillah  deyilmədən)

  kəsilmiş  heyvanlar  istisna 

olmaqla,  hər  hansı  bir  kəsin  yediyi  yeməklə

ərisində haram buyurulan bir şey görmürəm. Bu-

nunla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, 

həddi  aşmadan  zəruri  ehtiyacını  ödəyəcək  qədə

(bunlardan yesə, Allah ona cəza verməz)

. Çünki sənin 

Rəbbin,  həqiqətən  bağışlayan  və  rəhm  edəndir”. 

(Əl-Ənam, 6/145).  

Peyğəmbərimiz (s.ə.v.) – «Ət dünya və axirətin ən 


 

106


üstün yeməyidir» ifadəsini bildirmişdir. Çünki kimyəvi 

tərkibinə və qidalılığına görə ətin üstün olması müasir 

elmi  tədqiqatlarla  sübuta  yetirilmişdir.  Peyğəmbəri-

mizin (s.ə.v.) qoyun, toyuq, dəvə, keçi, kəklik, balıq əti 

yediyini qaynaqlardan oxuyuruq. 

Həzrəti Əli (ə) isə – “Ət yeyiniz. Çünki o ət bitirir. 

Gözə  də  qüvvət  verir”  buyuraraq  ətin  orqanizmə 

xeyirli olduğunu söyləmişdir. Həzrəti Əli (ə) demişdir: 

“Ət  yemək  bədənin  rəngini  saflaşdırır  və  insanı 

gözəlləşdirir”.  Müasir  elm  ətin  qanazlığının  qarşısını 

alan  bir  dəmir  və  vitamin  mənbəyi  olduğunu  sübut 

etmişdir. Imam Şafi də “ət yemək ağlı ziyadə edər” de-

mişdir.  Zülal  və  aminturşu  (əvəzolunmaz  amintur-

ş

uları) mənbəyi olan ətin zəka üzərindəki müsbət rolu 



müasir dövrdə elmi əsaslarla sübuta yetirilmişdir. 

Lakin  qaynaqlarda  heyvani  piyin  zərərli  olması 

haqqında  məlumatlar  vardır.  Gerçəkdən  də  heyvani 

yağı çox yedikdə insanda bəzi xəstəliklər, o cümlədən 

qan-damar xəstəlikləri, qan təzyiqi və ateroskleroz baş 

verir.  Həzrəti  Əlinin  (ə)  «Iç  yağı  xəstəlikdir»  deməsi 

bərk  heyvanat  yağlarının  insan  orqanizminə  zərərini 

göstərir. Müasir elmi biliklər də bərk heyvanat yağının 

qida üçün istifadə olunmasını münasib saymır. 

Ə

tdən  sonra  islamda  ən  dəyərli  qida  sayılan  kə-



silən ev heyvanlarının qaraciyəridir. Çünki qaraciyərin 

tərkibində vitamin və dəmir çoxdur. Əbubəkir Razinin 

qaraciyərlə  bağlı  söylədiyi  fikirlər  belə  ifadə  olunur: 

“Qidası yaxşıdır. Ciyərdən meydana gələn qan sağlam 

və  sağlıqlı  bir  qandır”.  Bugünkü  tibb  elmində  də  qanı 

az  olanlara  və  görmə  qabiliyyəti  zəifləyənlərə  qara-

ciyər yemək tövsiyə olunur. 

Islamda  ətin  insan  üçün  əhəmiyyətini  nəzərə 



 

107


alaraq  kasıbların  ondan  istifadə  etmələri  də  nəzərə 

alınmışdır.  Varlılar  Qurban  bayramında  kasıblara 

qurban  əti  göndərir,  onların  ət  yemələrinə  köməklik 

göstərirlər. 



Haşiyə:  Qurban  bayramında  qoyun  kəsilməsi, 

kəsilmiş  qoyunun  ətinin  üçdən  iki  hissəsinin 

kasıblara və qonşulara verilməsi, üçdən bir hissəsinin 

isə  qurban  kəsilən  evdə  saxlanılması  adəti  qədimdə

mövcuddur.  Qurban  ətindən  bişirilən  xörəklər (xam-

bozbaş,  kabab,  cızbız  və  s.)  el  arasında  müqəddə

sayılır və həmin xörəklərin yeyilməsi savab hesab edi-

lir. Bəzi şərab içən kişilər, hətta qurban ətindən bişə

xörəklərin  yeyilməsindən  imtina  edirlər.  Onlar  belə 

hesab  edirlər  ki,  artıq  şərab  içdikləri  üçün  bir  dəfə 

günah  qazanıblar,  qurbanlıq  ətin  xörəyini  yeməklə 

ikinci  dəfə  günaha  batmaq  istəmirlər.  (Yaxşı  olardı 

ki, ümumiyyətləşərab da içməsinlər. Ə-C.Ə.). 

 “Böyük Türkiyə tarixi” əsərində türklərin qədim-

dən  basdırma,  qovurma  və  sucuq  şəklində  əti  aylarla 

saxladıqlarını, digər millətlərin qurudulmuş ət hazırla-

mağı türklərdən öyrəndiyini oxuyuruq. Gündə 320 q ət 

yeyilməsi (balıq əti də buraya daxildir) Islamda normal 

hesab  edilir.  Ət  haqqında  türklərin  məşhur  bir  atalar 

sözü  var:  “Ət  girən  yerə  dərd  girməz”.  Yəni  kim 

gündəlik  qidasında  ətdən  istifadə  edirsə,  orqanizmi 

xəstəliklərə qarşı müqavimətli olur. 

Tarixi qaynaqlarda ətin insanların qidalanmasında 

xüsusi yeri olduğu qeyd edilməklə, onun hansı forma-

da insan orqanizminə zərərli olduğu da göstərilmişdir. 

“Qurani Kərim”- də buyururlar: 



“O  (Allah)  sizə  ölmüş  heyvanı,  (axar)  qanı,  do-

nuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və 

 

108


s.adı ilə)

 kəsilənləri (yeməyi) qəti haram etmişdir…” 

(Bəqərə, 2/173). 

Bildiyimiz  kimi,  canlı  varlıq  öldüyü  zaman  orqa-

nizmdə  mikroblar,  bakteriyalar  qaynaşmağa  başlayır. 

Bu  zaman  çürüdücü  və  parçalayıcı  bakteriyalar  cəm-

dəyə  yayılır.  Bakterioloji  tədqiqatların  aparılmasından 

çox-çox  əvvəllər  “Qurani-Kərim”  bizə  ölü  əti  yeməyi 

haram buyurmuşdur. 

Dalaq  haramdır.  Axan  qan  haramdır.  Donuzdan 

insana keçən xəstəlik trixinellozdur. Donuz əti, ağ ayı 

və sığır əti yeyənlərin 78%-də trixin xəstəliyi müşahidə 

edilmişdir.  Donuz  əti  ilə  trixinozdan  daha  təhlükəli 

xəstəliklər törənə bilir. Amerikada hər il 3300 uşaq ana 

bətnində T.rongun almış, bunların  yüzdə altısının qısa 

bir müddətdə öldüyü məlum olmuşdur. 

Araşdırmalar  göstərir  ki,  hər  üç  donuzdan  birində 

T.gondi

  paraziti  var.  Donuzda  çox  önəmli  toksik 

amildən biri də qrip virusudur. London Virus Araşdır-

maları  Institutunun  professoru  Shopca  görə  viruslar 

donuzun ağciyərində yaşayır və bu yolla donuz ətindən 

hazırlanan məhsullara keçir. Donuz əti yeməklə insana 

daha bir çox xəstəlik keçməsi məlumdur. Ikinci Dünya 

müharibəsi dövründə Quzey Afrika hərəkatında iştirak 

edən  alman  əsgərlərinin  ayaqlarında  yara  halında 

görünən  bir  xəstəlik  təsbit  edilmişdir.  Buna  tropik 

ülseq  deyilirdi.  Bu  xəstəlik  əsgərlərə  müharibədə 

iştirak  etməyə  mane  olur,  uzun  müddət  xəstəxanada 

qalmaq məcburiyyətində qalır, hətta bu xəstəliyin qida 

ilə  yoluxması  güman  edildi.  Çünki  belə  rahatsızlığa 

yerli əhalidə rast gəlinmirdi. Sonradan yerli müsəlman 

ə

halisinin  qidalandığı  məhsulların  yeyilməsi  ilə 



ə

sgərlərdə  həmin  xəstəlik  tənzim  edildi.  Nəticədə 



 

109


tropik ülseq dərdi tamamən ortadan qalxdı. 

Yer  üzündəki  heyvanlar  içində  ən  çox  ürük  asid 

daşıyan donuzdur. Fəqət, donuzdan başqa heyvanlar bu 

maddəni  idrar  yoluyla  davamlı  kənara  atırlar.  Insan 

vücudu  bu  maddənin  90%-ni  böyrəklərin  köməyi  ilə 

kənara  çıxarır  (ifraz  edirlər).  Fəqət,  donuz  üçün  ürük 

asidin  2%-dən  çoxunu  çıxarmaq  mümkün  deyildir. 

Geriyə  qalan  miqdar  da  qanın  bir  parçası  olaraq 

varlığını  davam  etdirir.  Bu  üzdən  donuz  daima  bu 

xəstəliklərə  məruz  qalır.  Ətini  yeyənlərdə  diz  ağrıları, 

revmatizm kimi şikayətlər tez-tez müşahidə edilə bilir. 

Donuz  əti  yalnız  yumşaq  kolbasa  emalı  üçün 

ə

lverişlidir.  Buna  səbəb  amino-şəkər,  heksozamin  isə 



kükürdün  birləşməsi  əmələ  gələn  sulfid  turşusu  və 

mikoitin sulfit turşusu kimi maddələridir. 

Donuzun  ən  önəmli  zərəri  onun  daxili  orqan-

larında çoxlu  yağın olmasından irəli  gəlir.  Başqa hey-

vanlara  nisbətən  donuz  ətində  yağın  və  xolesterinin 

miqdarı daha çoxdur. Təfsirlərdə bu yağın daha təhlü-

kəli  olduğuna  dair  fikirlər  vardır.  Xolesterolun  pan-

kreatin,  yoğun  bağırsaq  və  mədə  xərçəngi  riskini 

artıran səbəbi var. 

 

Müsəlmanın həyatında halal və haram ə

məhsulları 

 

Qədim zamanlardan Allah Təbarəkə Təala insanlara, 



xalqlara  yeməklərin  halal  və  ya  haram  olması  barədə 

göstərişlər vermişdir, xüsusilə də ət yeməkləri haqqında. 

Ə

t və balığın yeyilməsi qaydaları müxtəlif xalqlar-



da, icmalarda, dinlərdə bir-birindən fərqlənir. 

Yeyilməsinə icazə verilmiş ət məhsullarına quruda 

və suda yaşayan heyvanların əti aid edilir. 


 

110


Quruda  yaşayan  heyvanlardan  “Qurani-Kərim” 

yalnız donuz ətini, ölmüş heyvan ətini və Allahın adına 

kəsilməmiş heyvanın ətini və qanını qadağan edir. 

Müqəddəs  Quran  Muhəmməd  Peyğəmbər(s.ə.v.) 

vasitəsilə bizi xəbərdar edir: “… (O peyğəmbər) onla-

ra  yaxşı  iş  görməyi  buyurar,  pis  işləri  qadağan 

edər,  təmiz  (pak)  nemətləri  halal,  murdar  (napak) 

ş

eyləri haram edər…”. (Əl-Əraf, 7/157). 

Murdar,  natəmiz,  pak  olmayan  insanlarda  ikrah 

hissi yaradan şeydir. 

Mömin xəlifələr deyirlər ki, «cəsədində vəhşi hey-

vanın dişlərinin və ya vəhşi quşun caynağının izi olan 

heyvanın  ətini  yeməyi  Allah  qadağan  etmişdir.  Başqa 

heyvanın  bədənini  parçalaya  bilən  yırtıcılara  şir,  pə-

ləng,  canavar  və  s.  heyvanlar  aid  oluna  bilər.  Yırtıcı 

quşlara  qartal,  şahin,  qırğı  və  digər  bu  qəbildən  olan 

quşlar aiddir. 

Ölü heyvan ətinin qadağan olunması onun qida ki-

mi qəbul edilməsinin qadağanı deməkdir. Onun dərisi, 

buynuzu, sümükləri, tükü çox lazımdır və insana xeyir 

verə bilər. 

Bir  dəfə  Ibn  Əbbas  Möminə  xatına  zəkat  olaraq 

qoyun  verir.  Qəflətən  qoyun  ölür.  Peyğəmbər  (s.ə.v.) 

onlara  yaxınlaşıb  deyir:  “Heyvanın  dərisini  soyun,  tə-

mizləyin, aşılayın və istifadə edin”. Onlar Rəsulüllaha 

belə  deyirlər:  “Bu  ki,  ölü  heyvandır!”.  Peyğəmbər 

(s.ə.v.)  cavab verir ki, bu qoyunun  yalnız ətini  yemək 

olmaz. O, Ibn Əbbasa və Möminəyə qoyunun dərisinin 

soyulması və aşılanması qaydasını göstərir. “Əgər dəri 

aşılanıbsa, o, pak hesab olunur” - deyə mömin xəlifələr 

təsdiq  edirlər.  Bu,  bütün  dərilərə  aiddir,  istər  it  dərisi, 

istərsə də hətta donuz dərisi olsun. 



 

111


Nəcib yeməklərə izn verilir 

 

“Ey  insanlar!  Yer  üzündəki  şeylərin  təmiz, 



halal olanlarını yeyin. Şeytanın izi ilə getməyin! Hə-

qiqətən, o  (Şeytan) sizinlə açıq-açığına düşməndir”. 

(əl-Bəqərə, 2/168). 

Xudavəndi-aləm  insanları  onlar  üçün  yer  üzündə 

yaratdığı nemətlərdən istifadə etməyə və şeytana qulaq 

asmayıb,  Onun  qadağan  etdiklərini  yeməməyə  dəvət 

edir. 


Allah  möminlərə  bu  sözlərlə  müraciət  edir:  “Ey 

iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) 

halalından  yeyin!  Allaha  ibadət  edirsinizsə,  (bu 

nemətlərə görə)

 Ona şükr edin”. (əl-Bəqərə, 2/172). 

“O  (Allah)  sizə  ölmüş  heyvanı,  (axar)  qanı,  do-

nuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və 

s.  adı  ilə)

  kəsilənləri  (yeməyi)  qəti  haram  etmişdir. 

Lakin naəlac qaldıqda (başqasının malını) zorla mə-

nimsəmədən  və  həddini  aşmadan  (zəruri  ehtiyacı 

ödəyənə qədər)

 bunlardan yeməyə məcbur olan kim-

sənin  heç  bir  günahı  yoxdur.  Allah  bağışlayandır, 

mərhəmətlidir!” (əl-Bəqərə, 2/173). 

Yemək üçün qadağan olunan şeylər haqqında “əl-

Maidə” surəsinin 3-cü ayəsində buyurulur:  

“Ölü  (kəsilmədən  ölüb  murdar  olmuş)  heyvan, 

qan,  donuz  əti,  Allahdan  başqasının  adı  ilə  (bis-

millah  demədən)

  kəsilmiş,  boğulmuş  (küt  alət  və  ya 

silahla)

  vurulmuş,  (bir  yerdən)  yıxılaraq  ölmüş

(başqa  bir  heyvanın  buynuzu  ilə)

  vurulub  gəbərmiş

vəhşi  heyvanlar  tərəfindən  parçalanıb  yeyilmiş  – 

canı  çıxmamış  heyvanlar  müstəsnadır  –  dikinə 

qoyulmuş  daşlar  (bütlər  və  ya  Kəbənin  ətrafındakı 


 

112


bütpərəst qurbangahlar)

 üzərində kəsilmiş heyvanlar 

və  fal  oxları  ilə  pay  bölmək  sizə  haram  edildi. 

Bunlar  günahdır...  Kim  aclıq  üzündən  naçar 

qalarsa,  (çətinliyə  düşərsə)  ,  günaha  meyl  etmə

niyyətində  olmayaraq  (zəruri  ehtiyacını  ödəyəcə

qədər bu haram ətlərdən yeyə bilər). 

Həqiqətən, Allah 

bağışlayandır, rəhm edəndir! “. (əl-Maidə, 5/3) 

Habelə  “əl-Ənam”  surəsinin  145-ci  ayəsində 

deyilir: (Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içəri-

sində murdar olduqları üçün ölü heyvan, axar qan, 

donuz əti və ya Allahdan başqasının adı ilə (bismil-

lah  deyilmədən)

  günah  olaraq  kəsilmiş  heyvanlar 

istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklə

ərisində  haram  buyurulan  bir  şey  görmürəm. 

Bununla  yanaşı,  hər  kəs  məcburiyyət  qarşısında 

qalsa, həddini aşmadan, zəruri ehtiyacını ödəyəcə

qədə(bunlardan yesə, Allah ona cəza verməz). Çünki 

sənin  Rəbbin,  həqiqətən,  bağışlayandır,  rəhm 

edəndir!”. ( əl-Ənam, 6/145). 

Islam ölmüş heyvan ətini, qanı, donuz ətini, Allah-

dan  başqasının  adı  ilə  kəsilmiş  heyvan  ətini  qadağan 

edir. 


 

Ölü heyvan əti nə üçün haramdır? 

 

Quran  ayələrində  müsəlmanın  qidalanması  məsə-



lələrində  birinci  olaraq  ölü  heyvan  ətinin  qadağan 

olunması  göstərilir,  yəni  əgər  heyvan  və  ya  quş  öz 

ölümü  ilə  ölübsə  (insan  tərəfindən  kəsilməyibsə, 

ovlanmayıbsa  və  s.)  bu  heyvanın  əti  murdardır.  Bəs 

bunun mənası nədədir? 

Islam bu qadağanı nə ilə izah edir? 

Birincisi  –  şüur,  heyvan  cəsədinə  ikrahla  yanaşır, 


 

113


onu  murdar  və  napak  hesab  edir.  Ağıllı  adamlar  ölü 

heyvan  əti  yeməyi  insan  ləyaqətinə  zidd  hərəkət  kimi 

qiymətləndirirlər. Buna görə də insanlar Allahın adı ilə 

qurban kəsilən heyvanın ətini yeyirlər. 

Ikincisi – müsəlmanın bütün əməllərində müəyyən 

niyyət  olur.  Əgər  müəyyən  niyyəti,  məqsədi,  hədəfi 

olmasa,  müsəlman  heç  bir  şeyə  nail  ola  bilməz.  Hey-

vanın  qurban  kəsilməsinin  mənası,  yəni  insanın  onu 

öldürməyinin  məqsədi,  heyvanın  «canını  alıb»,  ətini 

qida  üçün  istifadə  etməkdən  ibrətdir.  Allah  Təbarəkə 

Təala  insana  əvvəldən  qurbanlıq  kimi  kəsilməsini, 

ovlanmasını,  yaxud  heç  olmazsa,  qida  kimi  istifadə 

edilməsini  nəzərdə  tutmadığı  heyvanın  ətini  haram 

buyurub. 

Üçüncüsü – öz əcəli ilə ölmüş heyvan, çox ehtimal 

ki,  təsadüfən  və  ya  zəhərli  bir  şey  yediyindən  və  s. 

səbəblərdən tələf olur. Buna görə də belə heyvanın əti 

insana zərər gətirə bilər. Əgər heyvan ölübsə, deməli, o 

ya zəif, ya da xəstə olub. 

Dördüncü  –  Allah  Təbarəkə  Təala  insan  övladına 

ölü  heyvan  ətini  qadağan  edib,  lakin  heyvanı  kəsib 

yeməyə izn verib. Şükr olsun Onun kəramətinə! 

Beş cür ölü heyvan əti var: 

- boğulmuş heyvan;  

-  başından  zərbə  vurulması  nəticəsində  ölmüş 

heyvan; 


- ağac  və  ya  başqa  ağır  əşya  ilə  vurulub 

öldürülmüş heyvan; 

- hündürlükdən yıxılaraq ölmüş heyvan; 

- yırtıcı  heyvan  tərəfindən  parçalanıb  öldürülmüş 

heyvan. 

 


 

114


Yüklə 16,12 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin