Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə21/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   17   18   19   20   21   22   23   24   ...   1820
ş, uydurulmuş, qeyri-təbii və süni məsələdir. Bunun hez bir elmi və praktiki əsası yoxdur. Bir nezə arqu-

mentə görə sahibkarlıq (təsərrüfat) hüququ konsepsiyası qəbuledilməzdir. Birincisi, dünya təcrübəsi göstərir ki, 

ümumi hüquq normalarından (elementlərindən) və xüsusi hüquq normalarından (elementlərindən) ibarət müstə-

qil hüquq sahəsi yaratmaq olmaz. Hələ XX əsrin 40-cı illərində fransız hüquqşünası N.Savatye təsərrüfat hüqu-

qu nəzəriyyəsini tənqid edərək ümumi hüquq normalarının «əzəli və qədim» xüsusi hüquq sferasına «girməsi-

nə» qarşı özünün kəskin etiraz səsini ucaltmışdı. Xüsusi hüquq xüsusi işlərə özbaşına dövlət müdaxiləsini istis-

na edir, buna yol vermir. Ümumi hüquq qaydaları və normaları isə öz hüquqi təbiətinə görə xüsusi hüquqi əsas-

ları məhdudlaşdırır və özünə tabe etdirir, onları üstələyir. Buna görə də ümumi və xüsusi hüquq elementlərinin 

müstəqil ayrıca bir hüquq sahəsində birləşdirilməsi qeyri-mümkündür. 

Ikincisi, hüquq sistemi obyektiv xarakter daşıyır. Bu, o deməkdir ki, hüquq sistemi müəyyən sahələrə bölün-

məsində ifadə olunan obyektiv quruluşa malikdir. O, subyektiv xarakter daşımır. Bu, onu ifadə edir ki, hüquq 

sisteminə daxil olan hər hansı bir sahəni bu və ya digər nəzəri konstruksiyanın köməyi ilə uydurmaq, qondar-

maq və yaratmaq olmaz. Elm yalnız müəyyən hüquq sahəsinin müvcud olma faktını müəyyənləşdirə və aşkar 

edə bilər. Müstəqil sahibkarlıq (təsərrüfat) hüququnun müvcudluüunu sahibkarlıq fəaliyyəti üzrə qanunvericilik 

kimi subyektiv fakt əsasında sübut etmək olmaz. Belə ki, qanunvericilik sahibkarlıq (təsərrüfat) fəaliyyətindən 

başqa, həm də müxtəlif məsələlər üzrə müvcuddur. Məsələn, hərbi qanunvericilik, vergi qanunvericiliyi, qiy-

mətli kaüızlar haqqında qanunvericilik, nəqliyyat qanunvericiliyi, elmi qanunvericilik, pensiya qanunvericiliyi 

və s. Buradan belə bir nəticə zıxarmaq olmaz ki, qanunvericiliyin hər qolu özündə hüququn müvafiq sahəsini 

ifadə edir. Müəyyən məsələlər üzrə qanunvericilik və hüquq sahəsi — bir-biri ilə üst-üstə düşməyən anlayışlar-



 

13 


dır. Hüquq sistemi və qanunvericilik sistemi elə anlayışlardır ki, onlar bir-biri ilə üst-üstə düşmür. Fəlsəfi plan-

da hüququn sistemi ilə qanunvericilik sistemi arasındakı münasibət məzmunla forma arasındakı münasibət ki-

midir. Qanunvericilik sahəsi hüquq sisteminin xariúən ifadəsidir, onun obyektivləşmiş formasıdır. Onların sayı 

hüquq sahələrindən xeyli çoxdur. Məsələn, RF-də 48 qanunvericilik sahəsi var. Hərbi qanunvericiliyin olması o 

demək deyildir ki, hüququn hərbi hüquq adlı sahəsi də müvcuddur. Və yaxud ticarət haqqında qanunvericiliyin 

ayrılması onu ifadə etmir ki, ticarət hüququ adlı müstəqil hüquq sahəsi əmələ gəlmişdir. Vergi qanunvericiliyi-

nin ayrıca olaraq nəzərdə tutulması ona dəlalət etmir ki, hüquq sistemində vergi hüququ adlı müstəqil sahə ya-

ranmışdır. Bununla belə, hüquq sahəsini məcəllə ilə də eyniləşdirmək olmaz. Məsələn, Vergi Məcəlləsinin ol-

ması ona dəlalət etmir ki, hüququn vergi hüququ adlı müstəqil sahəsi ayrılmalıdır. Və nəhayət, sahibkarlıq (tə-

sərrüfat)  fəaliyyəti  haqqında  qanunvericiliyin  olması  sahibkarlıq  (təsərrüfat)  hüququ  kimi  müstəqil  və  ayrıca 

hüquq sahəsinin fərqləndirilməsinə əsas vermir. Beləliklə, hüquq sisteminin obyektivliyi imkan vermir ki, sa-

hibkarlıq (təsərrüfat) hüququ kimi müstəqil hüquq sahəsi ayrılsın və fərqləndirilsin. Sahibkarlıq haqqında qa-

nunvericilik isə subyektiv xarakter daşıyır. 

Bununla bərabər, sahibkarlıq (təsərrüfat) hüququnu iki baxımdan ayırmaq və fərqləndirmək olar. Özü də dər-

hal qeyd etməliyik ki, hüquq sisteminə daxil olan müstəqil hüquq sahəsi kimi yox. Birincisi, qanunvericilik sa-


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin