Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə19/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   15   16   17   18   19   20   21   22   ...   1820
Torpaq  hüququ  xüsusi  hüququn  sisteminə  daxil  olan  sahələrdən  biridir.  Torpaq  üzərində  şəxslərin  xüsusi 

mülkiyyət hüququnun qanunvericilik qaydasında rəsmən tanınması torpaq hüququnun xüsusi hüququn bir hissəsi 

kimi çıxış etməsini şərtləndirir. Bu, təbiidir. Belə ki, xüsusi hüquq, hər şeydən əvvəl, xüsusi mülkiyyət institutu-

nun yaranması və inkişafı ilə bağlıdır. Bununla belə, torpaq hüququnda ümumi-hüquqi xarakterli münasibətlər və 

elementlər vardır. Amma bunlar torpaq hüququnun xüsusi-hüquqi təbiətini və xarakterini dəyişdirmir.  

Beləliklə, Azərbaycan Respublikasının xüsusi hüquq sisteminə daxil olan hüquq sahələrini müəyyənləşdir-

mək olar. Özü də ümumi hüquqa aid edilən hüquq sahələrinə nisbətən həmin sahələrin dairəsi məhduddur: 

mülki hüquq;  

ə

mək hüququ; 



torpaq hüququ. 

Müasir dövrdə hüququn aqrar hüquq adlı müstəqil sahəsi ayrılmışdır. Müəlliflərin fikrincə, aqrar hüququ xü-

susi, kompleks xarakterli hüquq sahəsidir. Hüquq ədəbiyyatında «aqrar hüququ» termini əvəzinə, «kənd təsər-

rüfatı hüququ» terminindən də istifadə olunur.  

Müstəqil aqrar hüququ konsepsiyasının tərəfdarları belə hesab edirlər ki, kənd təsərrüfatında müxtəlif ictimai 

münasibətlər  yaranır və bu münasibətlərin hamısını məcmu halında götürəndə o, ənənəvi hüquq sahələrindən 

hər hansı birinin nizamasalma predmetinə daxil olmur. Bu münasibətlər aqrar münasibətləri adlanır ki, o, müx-

təlif növ ictimai əlaqələrin mürəkkəb kompleksindən ibarətdir. Göstərilən konsepsiya tərəfdarlarının fikrincə, 

bax, həmin münasibətlər aqrar hüququnu müstəqil hüquq sahəsi kimi ayırmaüa və fərqləndirməyə imkan verən 

meyar rolunu oynayır. 




 

11 


Düzdür, bir çox qabaqcıl və inkişaf etmiş xarici dövlətlərdə (məsələn, Almaniyada, ABŞ-da, Ingiltərədə, Ita-

liyada, Yaponiyada, Fransada və s.) artıq altmış ilə yaxındır ki, kənd təsərrüfatının hüquqi problemləri üzrə in-

tensiv tədqiqatlar aparılır və «Aqrar hüquq» adlı kurs tədris olunur. Kənd təsərrüfatı sahəsində sahibkarlıq fəa-

liyyətinin  hüquqi  tənzimlənməsini  öyrənmək  üçün  tədris  fənni  kimi  aqrar  hüququnun  ayrılması  mümkündür. 

Amma hüququn müstəqil sahəsi kimi aqrar hüququn ayrılmasının və fərqləndirilməsinin hez bir əsası yoxdur. 

Bu cür «qondarma» müstəqil hüquq sahəsinin yaranması üçün əsas meyarlar — hüquqi tənzimetmə predmeti və 

metodu müvcud deyildir.  


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin