Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə20/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   16   17   18   19   20   21   22   23   ...   1820
6. Xüsusi hüquq və təsərrüfat (sahibkarlıq) hüququ  

Xüsusi hüquq və təsərrüfat hüququ, habelə xüsusi hüquqla sahibkarlıq hüququ arasında münasibət məsələsi 

mühüm əhəmiyyət kəsb edir. Təsərrüfat hüququ ilə və ya sahibkarlıq hüququ ilə xüsusi hüquq arasında əlaqənin 

xarakteri və təbiəti necədir? Bu iki anlayışı xüsusi hüquq sahəsinə aid etmək olarmı? Nəzəri ədəbiyyatda sahib-

karlıq hüququnun xüsusi hüquqa aid edilməsi barədə fikirlər səslənir. 

Təsərrüfat hüququ konsepsiyası XX əsrin əvvəllərində Qərb hüquq elmində əmələ gəlmişdir. Həmin dövrdə 

fransız hüquqşünası Dyuqinin adı ilə baülı olan sosial funksiya nəzəriyyəsi yaranmışdı. Bu nəzəriyyə ilə baülı 

olaraq Qərb hüquq elmində ilk dəfə olaraq kapitalist dövlətinin hüquq sistemi daxilində və zərzivəsində hüqu-

qun ümumi və xüsusi hüquqa bölünməsinə mənfi münasibət ifadə olundu və bu cür bölgü ideyası tənqid edildi. 

Dyuqinin sosial funksiya nəzəriyyəsinə görə hüquq yox, yalnız sosial funksiya tanıyan müasir cəmiyyətə sub-

yektiv hüquq yaddır və bu subyektiv hüquq öz yerini sosial funksiyaya verməlidir. Madam ki, subyektiv hüquq 

üz yerini sosial funksiyaya verir, onda hüququn ümumi və xüsusi hüquq adlı iki yerə bölünməsinin yerini vahid 

«sosial hüquq» tutmalı və əvəz etməlidir. 

Vahid  «sosial  hüquq»  yaradılması  ideyası  kapitalist  təsərrüfatının  hüquqi  tənzimlənməsi  sahəsində  ifadə 

olunmaüa  başladı.  Birinci  dünya  müharibəsi  azad  sahibkarlıq  fəaliyyətini  —  xüsusi  hüquq  münasibətlərinin 

ə

hatə dairəsini məhdudlaşdırdı. Təsərrüfat işlərinə birbaşa dövlət müdaxiləsi qaydası müəyyənləşdirildi. Bu hal 



isə  kapitalist  müəssisələrinin  təsərrüfat  fəaliyyətinin  hüquqi  tənzimlənməsinin  imperativliyini  (məcburiliyini) 

xeyli  genişləndirdi.  Bunun  nəticəsində  müəssisələrin  xüsusi  mülkiyyət  hüququ  və  müqavilə  azadlıüı  prinsipi 

mühüm dərəcədə məhdudlaşdırıldı. Belə bir şəraitdə Almaniyada müharibə və müharibədən sonrakı dövrdə tə-

sərrüfat hüququ nəzəriyyəsi irəli sürüldü. Bu nəzəriyyə ənənəvi olaraq xüsusi hüququ ümumi hüquqa qarşı qoy-

maüın ziddinə olaraq yaranmışdı. Təsərrüfat hüququ nəzəriyyəsinin yaradıcıları XX əsrin 20-ci illərinin alman 

sivilistikasının  tanınmış  nümayəndələri  (Gedeman,  Rumpf,  Nussbaum,  Holdşmitd  və  s.)  idilər.  Bu  nəzəriyyə 

Qərb hüquq ədəbiyyatının səhifələrində çox geniş surətdə işıqlandırılmışdı. 

Təsərrüfat hüququ nəzəriyyəsi dövlətin xüsusi hüquq münasibətlərinə qarışmasının və müdaxiləsinin güclən-

məsini ifadə edirdi. Həmin nəzəriyyənin müəllifləri təsdiq edirdilər ki, bu cür müdaxilə nəticəsində guya ümu-

mi hüquq ilə xüsusi hüquq arasında sərhədlərin silinməsi prosesi, habelə yeni hüququn yaranması prosesi gedir. 

Yaranan bu yeni hüquq sahəsi nə xüsusi hüquq, nə də ki ümumi hüquq sferasına şamil edilir. Həmin hüquq tə-

sərrüfat hüququ adlandırıldı. Təsərrüfat hüququ qanunvericiliyin spesifik qanadı, hüquq sisteminin xüsusi sahə-

si hesab edildi. Bu nəzəriyyə alman sivilisti Gedemanın 1910-cu ildə zapdan zıxmış kitabzasında əsaslandırıl-

mışdı. Onun Almaniyada yaratdıüı təsərrüfat hüququ nəzəriyyəsi bəzi kontinental Avropa ölkələrində, o cümlə-

dən SSRI-də, hər şeydən əvvəl, sovet Rusiyasında özünə dəstək tapdı. 1924-cü ildə Gedemanın bir sıra məqalə-

ləri rus dilinə tərcümə olunaraq Xarkovda nəşr edildi. Xüsusilə onun rus dilinə tərcümə olunmuş və zap edilmiş 

«Təsərrüfat hüququnun əsas cəhətləri» adlı məqaləsi daha geniş maraq doüurdu.  

XX əsrin 20-ci illərində təsərrüfat hüququ nəzəriyyəsi bir sıra sovet alimləri tərəfindən qəbul edildi. Sovet 

müəllifi A.Q.Hoyxbarq həmin dövrdə nəşr etdirdiyi əsərində təsərrüfat hüququ ideyasını və konsepsiyasını ifa-

də edirdi. O, fransız hüquqşünası Dyuqinin ardınúa subyektiv hüquqla sosial funksiyanı eyniləşdirirdi. Müəllif 

yazırdı  ki,  buræua  hüququnda  olduüu  kimi,  sosialist  hüququnda  da  ümumi  hüquqla  xüsusi  hüquq  arasındakı 

fərqlər itir. A.Hoyxbarq burdan belə bir nəticə zıxarırdı ki, bundan sonra mülki hüquq sahəsini saxlamaüın hez 

bir əsası və mənası yoxdur. Onun fikrincə, mülki hüquq həmişə və hər yerdə xüsusi hüquq kimi çıxış etmişdir 

və o, yalnız ümumi hüquqa qarşı qoyulmaq üçün müvcud olmuşdur. Müəllif belə hesab edirdi ki, əgər ümumi 

hüquqla xüsusi hüquq arasında sərhədlər itirsə, onda mütləq və hökmən mülki hüququn müvcudluüuna da son 

qoyulmalı, onun yerini təsərrüfat hüququ tutmalıdır. Təsərrüfat hüququnun işıqlandırılmasına kifayət qədər ge-

niş hüquq ədəbiyyatı həsr edildi. Müasir dövrdə də bu iş davam edir. 

Beləliklə, sovet dövründə təsərrüfat hüququ adlı yeni hüquq sahəsi əmələ gəldi. Sovet təsərrüfat hüququ tə-

sərrüfat qanunvericilik normalarından ibarət idi. Bu normalar sovet hüququnun əsasən iki sahəsi — inzibati hü-

quq və mülki hüquq adlı sahələri arasında bölüşdürülmüşdü. Belə ki, sovet inzibati hüququ sosialist təsərrüfatı-

nı idarə edən orqanların fəaliyyət qaydasını, quruluşunu və səlahiyyətlərini müəyyən edirdi. Sovet mülki hüqu-

qu isə sosialist təsərrüfat təşkilatları arasında müqavilə və digər əmlak münasibətlərini tənzimləyirdi. Şübhəsiz 




 

12 


ki, sovet dövlətinin təsərrüfat fəaliyyəti ilə baülı olan normalarının çoxu əsasən bu iki sovet hüquq sahəsində 

cəmləşmişdi. Bu cür normaların müvcudluüu isə sosialist tipli sovet dövlətinin xüsusi funksiyası — təsərrüfat-

təşkilati funksiyaya malik olması ilə izah edilirdi. Beləliklə, sovet hüququnun hər iki sahəsi sosialist təşkilatları-

nın təsərrüfat fəaliyyətini (inzibati hüquq idarəzilik sahəsində, mülki hüquq isə dəyər xarakterli əmlak münasi-

bətləri sahəsində) nizama salırdı. Bax, təsərrüfat fəaliyyəti haqqında inzibati hüquqla mülki hüquq arasında bö-

lüşdürülmüş normalar birləşdirilərək, onlardan sovet hüququnun təsərrüfat hüququ adlı müstəqil sahəsi yaradıl-

dı. 

Təsərrüfat hüququ ideyası və konsepsiyası hələ sovet dövründə hüquq ədəbiyyatında kəskin tənqid edilmiş-



dir.  1959-cu  ilin  may  ayında  SSRI  Elmlər  Akademiyasının  Hüquq  Institutu  bütövlükdə  təsərrüfat  hüququna 

həsr  edilmiş  elmi  sessiya  kezirdi.  Sessiyanın  bəzi  iştirakzıları  təsərrüfat  hüququ  ideyası  əleyhinə  zıxdılar. 

Məcəllələşdirmə məsələləri üzrə respublikalararası müşavirə (1959) iştirakzılarının çoxu bu nəzəriyyəyə mənfi 

münasibət bəslədilər. Diskussiya ümumi mətbuat səhifələrinə də kezdi. 8 mart 1959-cu ildə «Izvestiə» qəzetin-

də bir qrup sivilist alim (B.S. Antimonov, S.N. Bratus və başqaları) çıxış edərək təsərrüfat hüququ nəzəriyyəsini 

tənqid etdilər. 

Təsərrüfat hüququ konsepsiyasını kəskin tənqid edən tanınmış alim O.S. Ioffe göstərirdi ki, nə sovet hüququ 

sisteminin qurulması prinsipi, nə sovet hüquq elmi sisteminin təşkili forması, nə qanunvericilik, atbitrac və tə-

sərrüfat praktikası nəinki təkcə təsərrüfat hüququ konsepsiyasına əsas vermir, habelə, əksinə, onun nəzəri cəhət-

dən  səhv  və  elmi  baxımdan  nəticəsi  olmayan  nəzəriyyə  olmasını  azıq-aşkar  müəyyən  edir.  Müəllif  təsərrüfat 

hüququ nəzəriyyəsi tərəfdarlarına haqlı olaraq məsləhət görürdü ki, onlar qondarma, uydurma və süni məsələ-

lərlə məşüul olmayıb, öz yaradıcılıq güc və səylərini həqiqətən vacib və həyati əhəmiyyəti olan problemlərin 

tədqiqinə yönəltsinlər. 

Təsərrüfat hüququ ideyasını və konsepsiyasını kezmiş sovet iqtisadi quruluşu doüurmuşdu. Bazar iqtisadiy-

yatına kezid komanda iqtisadiyyatının, əmrə əsaslanan sovet təsərrüfat sisteminin müvcudluüuna son qoymuş-

dur. Buna görə də təsərrüfat hüququ nəzəriyyəsini doüuran sosial-iqtisadi əsaslar da yox olub getmişdir. Belə 

vəziyyətdə bu nəzəriyyənin nəzəri cəhətdən əsaslandırılması elə bir ciddi məsələyə zevrilmir. 

Bununla bərabər, qeyd etmək lazımdır ki, təsərrüfat hüququ ideyası tamamilə «ölüb getməmişdir». Elə bil ki, 

bu ideya «mürgüləməkdəymiş». Belə ki, bazar iqtisadiyyatı şəraitində təsərrüfat hüququ konsepsiyası başqa for-

mada  özünü  göstərməyə  başlayır.  Söhbət  bəzi  müəlliflərin  (V.S.Martemyanov,  V.V.Laptev,  N.Y.Kruqlova, 

V.K.Mamutov və b.) təsərrüfat hüququnun varisi kimi xüsusi olaraq müstəqil sahibkarlıq (təsərrüfat) hüququ 

yaratmaüa cəhd göstərmələrindən gedir. Sahibkarlıq (təsərrüfat) hüququ konsepsiyasının tərəfdarları belə hesab 

edirlər ki, xüsusi-hüquqi yanaşma iqtisadiyyata hər hansı bir dövlət müdaxiləsini aradan qaldırır, bu cür müda-

xiləyə yol vermir və həmin səbəbdən də sahibkarlıq (təsərrüfat) dövriyyəsini qaydaya salmaq üçün göstərilən 

yanaşma qəbuledilməzdir. Onların fikrincə, sahibkarlıq (təsərrüfat) hüququ zərzivəsində xüsusi və ümumi hü-

quq elementlərinin  «yeni birliyi»ni  yaratmaq lazımdır. Həmin müəlliflər  sahibkarlıq (təsərrüfat) hüququ kon-

sepsiyasını kapitalist bazar təsərrüfatının dövlət tənzimlənməsinin xüsusiyyəti ilə əsaslandırırlar. 

Bizim fikrimizúə, sahibkarlıq (təsərrüfat) hüququ kimi müstəqil hüquq sahəsinin ayrılması qondarıl-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin