Microsoft Word 87 Agciyer vereminin cerrahi mudaxileler 3


Vərəm xəstələrinin müalicəsinin nəticələrinin



Yüklə 259,35 Kb.
səhifə5/26
tarix28.12.2021
ölçüsü259,35 Kb.
#12808
1   2   3   4   5   6   7   8   9   ...   26
Vərəm xəstələrinin müalicəsinin nəticələrinin 

proqnozlaşdırılması 

Vərəm xəstələrinin müalicəsinin nəticələrinin proqnozlaşdırıl-

ması müalicə planının vacib mərhələsidir. Nəticələrin 

proqnozlaşdırılması, xüsusilə VMB-nin ÇDD/GDD müşahidə 

edildiyi zaman böyük əhəmiyyət kəsb edir, çünki belə  xəstələrin 

müalicəsi zamanı bütün ehtiyat dərman vasitələri istifadə edilmiş 

olur. Belə hallarda yeganə ehtiyat müalicə yolu cərrahi müdaxilədir. 

Lakin cərrahi müdaxilənin təhlükəsiz tətbiqi yalnız nəticənin  əsaslı 

proqnozlaşdırılması əsasında mümkündür. 

Müalicə  nəticələrinin proqnozlaşdırılması kimyəvi terapiyaya 

başlamazdan  əvvəl aparılır. Kimyəvi preparatlarla müalicədə 

uğursuzluq ehtimalı yüksək olan hallarda cərrahi müdaxilə 

planlaşdırılır. Cərrahi müdaxilə  dərmanla müalicədən maksimal 

effekt əldə edilən dövrdə həyata keçirilir.  

Müalicə  nəticələrinin proqnozlaşdırılmasında 2 yanaşma 

mümkündür. Birinci yanaşma vərəmin müalicəsi ilə uzun illər 

məşğul olan həkim-mütəxəssislərin empirik təcrübəsindən istifadə 

olunmasına əsaslanır. Bu yanaşma üsulu ilə proqnoz kollektiv surətdə 

açıq müzakirə vasitəsi ilə müəyyən edilir. 

İkinci yanaşma müalicə  uğursuzluqlarına dair risk amillərinin 

statistik qiymətləndirilməsinə  əsaslanır. Bu üsul müxtəlif risk 

amillərini qiymətləndirməyə  və mütəxəssislərin fikirlərində olan 

təzad və ziddiyyətləri istisna etməyə imkan verir. Bununla belə, 

müalicə  nəticələrinə  təsir edən bütün risk amillərinin nəzərə 

alınmasının mümkünsüz olduğunu, xəstəliyin gedişi 

xüsusiyyətlərinin dəyişkən olmasını  və digər amillərin qarşılıqlı 

təsirlərinin tam öyrənilmədiyini nəzərə alaraq, belə yanaşmada da 

çatışmazlıqlar mümkündür.  

Buna görə proqnozun verilməsi zamanı  hər iki üsuldan istifadə 

edilməlidir: həm həkimlərin kollektiv empirik təcrübəsindən, həm də 

müalicə  nəticələrinin proqnozlaşdırılması üçün riyazi təhlildən. 

Cərrahi müdaxilə üçün göstərişlərin müəyyən edilməsində  əsas 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




 

10

məsələ  hər iki proqnozlaşdırma üsulundan istifadə edərək 



əsaslandırılmış ortaq qərara gəlməkdir. 


Yüklə 259,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin