Metodik göSTƏRİŞ


Buraxılış işinin planına və məzmununa qoyulan tələblər



Yüklə 56,2 Kb.
səhifə4/15
tarix25.04.2022
ölçüsü56,2 Kb.
#56249
1   2   3   4   5   6   7   8   9   ...   15
Buraxılış işlərinin tərtibi qaydaları (Metodik göstəriş) son variant[1]

Buraxılış işinin planına və məzmununa qoyulan tələblər

Buraxılış işinin planını tərtib edərkən bakalavriantın elmi rəhbərlə məsləhətləşməsi vacibdir. Mövzunun təsdiq edilməsindən və əsas mənbələrlə ümumi tanışlıqdan sonra planın ilkin variantı tərtib olunur. Elmi rəhbərlə məşləhətləşmədən sonra planın sonuncu – daha təkmil variantı birgə tərtib edilir və məcburi sənəd səciyyəsi daşıyır. Növbəti mərhələlərdə tələbə planda dəyişikliklər etməyə qərar verərsə, bu, mütləq elmi rəhbərin razılığı ilə həyata keçirilməlidir. Onlar arasında fikir ayrılığı yarandığı hallarda yekun qərarı müvafiq kafedra verir.

Tədqiqatın planı özündə aşağıdakıları əks etdirməlidir:


  1. mövzunun adı;

  2. giriş;

  3. fəsillərin adları;

  4. hər bir fəsildə bölmələrin adları;

  5. nəticə;

  6. istifadə edilmiş ədəbiyyatın siyahısı;

  7. əlavələr (əgər varsa).

Fəsillərin adları mövzunun adına, buraxılış işinin məzmununa və qarşıya qoyulan məqsəd və vəzifələrə uyğun olmalıdır. Buraxılış işinin məzmunu ali məktəblərin bakalavriat səviyyəsi üzrə ixtisaslarının dövlət standartı ilə müəyyən olunmuş tələblərinə cavab verməlidir. Buraxılış işi savadlı ədəbi elmi dildə yazılmalı, məzmunca əvvəlcədən tərtib edilmiş plana müvafıq olmalıdır.

Buraxılış işinin hazırlanması üçün elmi-nəzəri mənbə kimi yerli və xarici ədəbiyyat (kitablar, elmi jurnallar, dissertasiyalar, avtoreferatlar, qəzet məqalələri), bədii ədəbiyyat və elektron resurslardan istifadə edilir. Son on ilin nəşrlərinə üstünlük verilməsi məqsədəuyğundur.

Buraxılış işinin əsas mətnindən sonra istifadə edilmiş ədəbiyyatın siyahısı verilir. Buraya yalnız buraxılış işi boyunca istinad edilmiş, müəyyən sitatlar gətirilmiş mənbələr daxil edilir. Siyahıda hər bir mənbə müəyyən olunmuş ardıcıllıq və biblioqrafik tərtibat qaydaları əsasında yerləşdirilir.

Əlavələr bölməsində əsasən aparılmış eksperimentin nəticələrini əks etdirən cədvəl(lər), işin məzmununu əks etdirən qrafık(lər), sxem(lər), diaqram(lar), şəkil(lər), təhlilə cəlb edilmiş mətnlər, işdə istifadə olunmuş terminlərin, abreviatura və akronimlərin siyahısı, müəllifin tərtib etdiyi lüğət, müəyyən dövlət və arxiv sənədlərindən çıxarış(lar) və mövzu üzrə digər yardımçı materiallar yerləşdirilə bilər.



Yüklə 56,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin