Metodik göSTƏRİŞ


Buraxılış işinin strukturu



Yüklə 56,2 Kb.
səhifə7/15
tarix25.04.2022
ölçüsü56,2 Kb.
#56249
1   2   3   4   5   6   7   8   9   10   ...   15
Buraxılış işlərinin tərtibi qaydaları (Metodik göstəriş) son variant[1]

Buraxılış işinin strukturu

Buraxılış işi aşağıdakı struktur bölmələrindən ibarət olmalı və həmin ardıcıllıqla

hazırlanmalıdır:

- Titul səhifəsi;

- Mündəricat;

- Giriş;

- İşin əsas məzmunu (fəsil, bölmə);

- Nəticə;

- İstifadə edilmiş ədəbiyyat siyahısı;

- Əlavələr (işdə olduqda);

- İxtisarların və şərti işarələrin siyahısı (işdə olduqda).



    1. Titul səhifəsi

      1. Titul səhifəsi buraxılış işinin birinci səhifəsidir, nömrələnmir və əlavəyə uyğun olaraq tərtib edilir (Əlavə 3, 4, 5).

2.1.2. Burada təsisçi, təhsil müəssisəsi, fakültə, istiqamət və ya ixtisas (ixtisas kodu göstərilməklə), mövzunun adı, elmi rəhbərin və tələbənin adı, atasının adı və soyadı göstərilməlidir.

    1. Mündəricat

      1. Mündəricat bölməsində “Mündəricat” sözü başlıq kimi göstərilir və nömrələnmir.

      2. Mündəricatda buraxılış işinin struktur bölmələrinin adları və onların başlanğıc

səhifəsinin nömrələri əks olunur.

      1. Struktur bölmələrin mündəricatdakı adları ilə buraxılış işinin mətnindəki adlar eyni

olmalıdır.

2.3. Giriş

2.3.1. Buraxılış işinin giriş bölməsi kompüter yazısı ilə 2-3 səhifədən ibarət olur.

2.3.2. Giriş bölməsində “Giriş” sözü başlıq kimi göstərilir və nömrələnmir.

2.3.3. Buraxılış işinin giriş bölməsində aşağıda qeyd olunan bölmə başlıqları tünd qara rənglə yazılmalı və abzasdan başlanmalıdır:

- Mövzunun aktuallığı;

- Mövzunun işlənmə dərəcəsi;

- Tədqiqatın məqsəd və vəzifələri;

- Tədqiqat işinin yeniliyi;

- Tıdqiqatın elmi-praktik əhəmiyyəti;

- Tədqiqatda istifadə edilən metodlar;

- Buraxılış işinin strukturu.

2.4. Fəsillər, bölmələr

2.4.1. Buraxılış işinin əsas struktur hissəsi fəsillərdən ibarətdir. Fəsillərin sayı ikidən çox

olmamalı, məzmunu mövzuya müvafiq olmalı və əsaslandırılmalıdır.

2.4.2. Zərurət yarandıqda, fəsillər bölmələrə bölünə bilər.

2.4.3. Hər bir fəsil yeni səhifədən başlanır və rum rəqəmi ilə nömrələnir. Məsələn,

I fəsil, II fəsil, yaxud I FƏSİL, II FƏSİL.

2.4.4. Fəsil və bölmələr bir-birindən nöqtə ilə ayrılmaqla ardıcıl nömrələnir. Nömrənin sonunda nöqtə işarəsi qoyulur. Məsələn, 1.1. – yəni birinci fəslin birinci bölməsi.

2.4. 5. Fəsillərin adları mətndən üç intervalla, bölmə adları isə iki intervalla ayrılır.

2.4.6. Fəsillərin adları mətnə simmetrik şəkildə, böyük hərflərlə, tünd qara rənglə,

bölmələrin adları isə abzasdan sətri hərflərlə (ilk hərf istisna olmaqla) tünd qara rənglə yazılır.

2.4.7. Fəsillərin adlarının yazılışında sözlərin hecalara bölünərək yeni sətrə keçirilməsinə yol verilmir. Fəsil və bölmələrin adlarının altından xətt çəkilmir və sonunda nöqtə qoyulmur. Adları iki və ya daha çox сümlədən ibarət olduğu hallarda onların arasında nöqtə qoyulur.

2.5. Nəticə və təkliflər



2.5.1. Nəticə bölməsində “Nəticə” sözü başlıq kimi göstərilir və nömrələnmir.

2.5.2. Buraxılış işi nəticə və təkliflərlə tamamlanır. Tədqiqat işi boyunca aparılmış təhlillər, eksperiment (əgər keçirilibsə), sorğu (əgər aparılıbsa) və s. əsasında əldə edilmiş nəticələr ümumiləşdirilir və məsələnin gələcəkdə öyrənilmə perspektivləri irəli sürülür. Burada işin müasir dövrlə əlaqəsi qeyd edilir, onunla bağlı praktik tövsiyələr verilir.

2.6. İstifadə edilmiş ədəbiyyatın siyahısı



2.6.1. İstifadə edilmiş ədəbiyyatın siyahısı “İstifadə edilmiş ədəbiyyat” başlığı ilə verilir və nömrələnmir.

2.6.2. Siyahıda əvvəlcə Azərbaycan dilində, sonra isə türk, rus, ingilis, fransız, alman,

ərəb və s. dillərdə olan ədəbiyyat hər bir dilə uyğun əlifba sırası ilə düzülür və ardıcıllıqla

nömrələnir.

2.6.3. İstifadə edilmiş ədəbiyyatın siyahısında biblioqrafik məlumatlar əlifba sırası ilə

müəllifin soyadı, adı, atasının adı və ya nəşrin adı ilə verilir.


      1. İstifadə edilmiş mənbələrin biblioqrafik təsvirində aşağıdakı şərti işarələrdən

istifadə edilir:

. nöqtə


, vergül

– defis

— tire

: qoşa nöqtə

/ çəpəki xətt

// paralel çəpəki xətt

( ) kiçik mötərizə

[ ] orta mötərizə



      1. İstinad edilmiş ədəbiyyatın biblioqrafik təsviri onun növündən asılı olaraq verilir və aşağıdakı qaydalara uyğun şəkildə tərtib edilir.

        1. Kitablar (monoqrafiyalar, dərsliklər və s.) müəllifin və ya kitabın adı ilə göstərilir. Müəlliflər dörd nəfərədək olduqda əsər müəllifin və ya müəlliflərin soyadı və inisialları verilir. Məsələn:

Qeybullayev Q. Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. - Bakı: Azərnəşr, - 1994. - 284 s.

Прихожан А.М. Психологический справочник или как обрести уверенностъ в себе: Книга для учащихся. М.: Просвещение, - 1994. - 191 с.

Friemel H. History of Agriculture Development in Europe. Berlin: Springer Verlag,

- 2000. - 242 p.



        1. Müəllifi göstərilməyən və ya dörddən çox müəllifi olan kitablar (kollektiv

monoqrafiyalar və ya dərsliklər) kitabın adı ilə göstərilir. Məsələn:

Azərbaycan folkloru: (məktəblilər üçün seçmələr) / tərt. ed. B.Abdulla – Bakı: Şərq-Qərb, – 2005. – 360 s.

Умственное воспитание дошкольника / Под ред. Н. Н. Поддьякова. М.: Педагогика, - 1972. - 288 с.

2.6.5.3.Coxcildli nəşrə aşağıdakı kimi istinad edilir:

Azərbaycan tarixi: 7 cilddə, IV c., Bakı: Elm, - 2000. - 456 s.

Годфруа Ж. Что такое психология: в 2-х т. Т.1, М.: Мир, - 1992. - 496 с.

2.6.5.4. Məqalələrin biblioqrafik təsviri zamanı ardıcıllıq: Müəllif (soyadı, inisialları) Əsərin adı // ‒ şəhər: jurnalın adı, ‒ nəşr ili. Cildin nömrəsi, jurnalın nömrəsi, ‒ s. Məsələn:

Həbibbəyli, İ.Ə. Maarifçilik və realizm // – Bakı: Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri, Humanitar elmlər seriyası, –2018. №1, – s. 3-10.

Müəllifi üçdən çox olan jurnal məqalələri zamanı: Birinci müəllifin soyadı, inisialları, Əsərin adı / Üç müəllifin inisialları və soyadları [və b.] // Jurnalın adı, ‒ şəhər: ‒ nəşr ili. Cildin nömrəsi, jurnalın nömrəsi, ‒ s. Məsələn:

Rüstəmov,Q.Ə. Vibrasiyalı kəsmə prosesində müqavimət momenti dəyişməsinin tədqiqi / Q.Ə.Rüstəmov, İ.A.Yolçuyev, Ə.T.Həzərxanov [və b.] // Milli Aviasiya Akademiyasının Elmi Əsərləri, – Bakı: – 2005. №1, – s. 80-86.

Юсифзаде, Х.Б. Азербайджан – пионер отечественной морской геофизики / Х.Б.Юсифзаде, Ф.Г.Рагимханов, Д.Х.Бабаев [и др.] // Азербайджанское Нефтяное Хозяйство, – Баку: – 1982. №2, ‒ с. 45.

Aliyev, J.A. High-dose-rate interstitial brachytherapy for accelerated partial breast irradiation – trial results of Azerbaijan National Center of Oncology / Jamil Aliyev, Isa Isayev, Kamal Akbarov [et al.] // Journal of Contemporary Brachytherapy, – 2017. Apr; 9. – p.106-111.

2.6.5.5. Konfrans materialları: Müəllif (soyadı, inisialları) Məruzəninadı // konfransın adı, ‒ şəhər: nəşriyyatın adı, – tarixi, – nəşr ili, – s.

Məsələn:

Абдуллаев, С.К., Карамалиев, Н.Р. Весовые оценки сингулярных, слабо сингулярных интегралов, максимальных и дробно максимальных функций, ассоциированных обобщенным сдвигом // Труды IV Международного симпозиума «Ряды Фурье и их приложения», – Ростов-на-Дону: – 28 мая – 3 июня, – 2006, – с. 44-52.

Gatys, L.A., Ecker, A.S., Bethge, M. Image style transfer using convolutional neural networks // IEEE Conference on Computer Vision and Pattern Recognition. Las Vegas, Nevada, USA, – 2016, – p. 2414-2423.

2.6.5.6. Dissertasiyaya istinad edərkən: Müəllif (soyadı, inisialları). Dissertasiyanın adı: / iddia olunan elmi dərəcə, elm sahəsi, dis./ –şəhər, il. – həcmi göstərilir. Məsələn:

Səfərov, E.S. Xəzər dənizinin səviyyə tərəddüdlərinin məsafədən zondlama üsulları ilə tədqiqi: / coğrafiya üzrə fəlsəfə doktoru dissertasiyası / – Bakı, 2018. – 151 s.

Павличкова, Г.Л. Индивидуализация педагогической помощи на основе учета акцентуаций характеров: / дис. …канд. пед. наук / - Владимир, 1992. - 141 с.

2.6.5.7. Dissertasiyanın avtoreferatına istinad edərkən: Müəllif (soyadı, inisialları). Dissertasiyanın adı: / iddia olunan elmi dərəcə, elm sahəsi, dis.avtoreferatı./ - şəhər, il. – həcmi göstərilir.Məsələn:

Səfərov, E.S. Xəzər dənizinin səviyyə tərəddüdlərinin məsafədən zondlama üsulları ilə tədqiqi: / coğrafiya üzrə fəlsəfə doktoru dissertasiyanın avtoreferatı / – Bakı, 2018. – 26 s.

Влегжанин, А.Н. Международно-правовые основы природоресурсной деятельности государств в Мировом океане: / aвтореф. дис. … докт. юр. Наук / - Дип. Академия МИД РФ, М., 2002. - 39 с.

2.6.5.8. Qəzet materiallarına istinad etdikdə: Müəllif (soyadı, inisialları). Məqalənin adı // nəşrin adı. – nəşr ili, tarixi. – s. Məsələn:

Abdullayev, F. Azərbaycanı Respublikası Konstitusiyasının qəbul edilməsindən 24 il keçir // Respublika. – 2019, 9 noyabr. – s. 2.

2.6.5.9. Arxiv materiallarına istinad edərkən: Sənədin adı // arxivin adı, fondun, siyahının, işin nömrələri, vərəqlərin sayı. Məsələn:

Xarici İşlər naziri Məhəmməd Həsən Hacınskinin məruzəsi (Gənсə: 15 iyul 1918-ci il) // Azərbaycan Respublikası Dövlət Arxivi, Fond № 1061, siyahı №1, iş № 95, vərəq – 1.

ЦГИА Российской Федерации: Ф.19, оп. 3, д. 101, л.1

2.6.5.10. Elektron resurslara istinad edərkən: Müəllif (soyadı, inisialları), əsərin və ya sənədin adı: [Elekrton resurs] / mənbə. –şəhər, nəşr ili. – elektron daşıyıcı(CD. DVD, audio-kasset, audio-kitab, videofilm) və ya internet ünvanı göstərilir. Məsələn:

Меликов, A. Легенда о любви [Звукозапись] / – Баку, 1994. –CD-ROM.

Azərbaycan etnik musiqisi: [Elektron resurs] / tərt. ed. T.Məmmədov və b.; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. – Bakı, 2006. – DVD+; 13 sm.

Gleason, E. A. Viewpoint: Soft Metal Gains Hulk-Like Strength: [Electronic resource] / Physics 12, 125. – November 11, 2019. URL: https://physics.aps.org/articles/v12/125


    1. Əlavələr

2.7.1. Əlavələrdə “Əlavələr” sözü başlıq kimi göstərilir və bu bölmə ümumi işin davamı kimi səhifələnməlidir. Hər bir yeni əlavələr yeni səhifədən başlanmalıdır və Əlavə 1, Əlavə 2 kimi nömrələnməlidir.

2.7.2. Əlavələr “Times New Roman” 12 şrifti ilə 1,0 sətirarası intervalla yazılır.



2.7.3. Buraxılış işinin mətnində bütün əlavələrə istinad edilməlidir.

2.8. Şəkillər

      1. Buraxılış işinin mətnində ilk dəfə istinad edilən şəkillər növbəti səhifədə və ya

əlavələrdə də verilə bilər və ardıcıl nömrələnməlidir.

      1. Şəkillər elə yerləşdirilməlidir ki, buraxılış işini döndərmədən və ya saat əqrəbi

istiqamətində döndərdikdə onlara rahat baxmaq mümkün olsun.

      1. İşdə yalnız bir şəkil olduğu zaman nömrələnmir, “Şəkil” sözü və şəklin adı yazılır.

      2. “Şəkil” sözü, onun nömrəsi və adı şəklin altında yazılır. “Şəkil” sözü və şəklin adı

sətri hərflərlə (birinci hərf istisna olmaqla), tünd qara rənglə yazılır və altından xətt çəkilmir. Şəkillərin nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin, paraqrafın və şəklin ardıcıl nömrələrindən ibarətdir. Məsələn, Şəkil 1.2.1 – yəni, birinci fəslin ikinci bölməsinin birinci şəkli.

      1. Buraxılış işinə daxil edilən şəkillər keyfiyyətli olmalıdır. Burada kompyüter

qrafikası ilə yerinə yetirilmiş şəkillərdən və orijinal fotolardan istifadə etmək olar. A4 formatından kiçik olan fotolar standart ağ vərəqə yapışdırılmalıdır.

      1. Qeyri-standart ölçülü şəkillər qatlandıqdan sonra А4 formatına uyğun olmalıdır.

      2. Buraxılış işinin mətnində olan şəkillərin hər birinə istinad edilməlidir.

    1. Cədvəllər

      1. Rəqəmli materiallar, adətən, cədvəl şəklində tərtib olunur. Buraxılış işinin

mətnində cədvəllər ilk dəfə istinad edilən yerdə, növbəti səhifədə və ya əlavələrdə verilə bilər.

      1. Cədvəllər elə yerləşdirilməlidir ki, işi döndərmədən və ya saat əqrəbi istiqamətində

döndərdikdən sonra onları rahat oxumaq mümkün olsun.

      1. Buraxılış işində cədvəllər ardıcıl nömrələnir. İşdə yalnız bir cədvəl olduqda, o

nömrələnmir, “Cədvəl” sözü və cədvəlin adı yazılır.

      1. “Cədvəl” sözü, onun nömrəsi və adı cədvəlin üstündə sağ küncdə yazılır. “Cədvəl”

sözü və cədvəlin adı sətri hərflərlə (birinci hərf istisna olmaqla), tünd qara rənglə yazılır və altından xətt çəkilmir. Cədvəlin nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin, paraqrafın və cədvəlin ardıcıl nömrələrindən ibarətdir. Məsələn, Cədvəl 1.1.2 – yəni, birinci fəslin birinci bölməsinin ikinci cədvəli.

      1. Cədvəl iki və daha çox səhifədə yerləşdikdə, “Cədvəl” sözü, onun nömrəsi və adı

cədvəlin üstündə yuxarı sağ hissədə bir dəfə göstərilir. Cədvəlin qalan hissələrinin müvafiq yerlərində “ardı” sözü yazılır. İşdə bir neçə cədvəl olduqda “ardı” sözünün qarşısında “Cədvəl” sözü, onun nömrəsi qeyd edilir. Məsələn, Cədvəl 1.1.2-nin ardı.

      1. Sətirlərin və sütunların sayı çox olan cədvəlləri hissələrə bölüb bir neçə səhifədə

yerləşdirdikdə sətirlərdəki bütövlük gözlənilməlidir.

      1. Buraxılış işinin mətnində verilmiş cədvəllərin hər birinə istinad edilməlidir.

    1. Qrafiklər

      1. Buraxılış işinin mətnində qrafiklər ilk dəfə istinad edilən yerdə, növbəti

səhifədə və ya əlavələrdə verilə bilər.

      1. Qrafiklər elə yerləşdirilməlidir ki, işi döndərmədən və ya saat əqrəbi

istiqamətində döndərdikdə onlara rahat baxmaq mümkün olsun.

      1. Buraxılış işində qrafiklər ardıcıl nömrələnir. İşdə yalnız bir qrafik olduqda, o

nömrələnmir, “Qrafika” sözü və qrafikin adı yazılır.

      1. “Qrafika” sözü, onun nömrəsi və adı qrafikin altında yazılır. “Qrafika” sözü

və qrafikin adı sətri hərflərlə (birinci hərf istisna olmaqla), tünd qara rənglə yazılır və

altından xətt çəkilmir. Qrafiklərin nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin, paraqrafın və qrafikin ardıcıl nömrələrindən ibarətdir. Məsələn, Qrafik 2.2.1. - yəni, ikinci fəslin ikinci bölməsinin birinci qrafiki.



      1. Buraxılış işinin mətnində olan qrafiklərin hər birinə istinad edilməlidir.

    1. İxtisarlar və şərti işarələr

      1. Buraxılış işində geniş yayılmamış ixtisarlardan, şərti işarələrdən, spesifik

terminlərdən, yeni simvollardan və s. istifadə edildikdə bu barədə müvafiq izahatlardan ibarət siyahı verilir.

      1. Siyahı sütun şəklində yazılır, sütunun sol tərəfində əlifba sırası ilə ixtisarlar,

şərti işarələr, spesifik terminlər, simvollar, sağ tərəfində onun dəqiq açılışı və mənası verilir. 

      1. Buraxılış işində xüsusi ixtisarlar, şərti işarələr, spesifik terminlər, simvollar

üç dəfədən az təkrar edildikdə siyahı tərtib edilmir, onların dəqiq açılışı və mənası mətndə birinci dəfə qeyd olunduğu yerdə verilir.


Yüklə 56,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin