MeşƏLƏRİN İNKİŞafi xiDMƏTİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə24/31
tarix15.08.2022
ölçüsü0,58 Mb.
#63123
1   ...   20   21   22   23   24   25   26   27   ...   31
Kotirovkanın ŞT-Gübrə (1)

21. Qarşısıalınmaz qüvvə 
21.1. Müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə, İcraçı müqavilənin yerinə 
yetirilməsi təminatından məhrum olunmadan, cərimələrin ödənilməsindən azad edilir və müqavilənin 
pozulması üçün məsuliyyət daşımır.
21.2. Qarşısıalınmaz qüvvədən təsirinə Sifarişçi və İcraçı tərəfindən nəzarət edilməyən, onların səhvi 
və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan 
hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, 
karantinlər, embarqolar, dövlət və hökumət qərarları və bu kimi digər hallar aid edilir.
21.3. İcraçı qarşısıalınmaz qüvvənin təsiri barədə və yaranma səbəbləri haqqında yazılı məlumatı 
yubanmadan Sifarişçiyə göndərilməlidir. Əgər Sifarişçidən digər yazılı təlimat daxil olmayıbsa, İcraçı 
öz imkanları daxilində qarşısıalınmaz qüvvənin təsirindən asılı olmayan müqavilə öhdəliklərinin 
yerinə yetirilməsini davam etməli və qarşısıalınmaz qüvvənin təsirindən asılı olan müqavilə 
öhdəliklərinin yerinə yetirilməsi üçün alternativ üsüllar axtarmalıdır.
22. Müqavilə üzrə sənədləşdirmənin aparılması 
22.1. Müqavilə üzrə sənədləşdirmə (o cümlədən xəbərdarlıq, bildiriş və s.) yazılı şəkildə aparılır. 
Qəbul edən tərəf müvafiq sənədlərin (məlumatların) alınmasını təsdiqləməlidir. Göndərilən sənədlər 
(məlumatlar) digər tərəfə çatdırıldığı tarixdən qüvvəyə minir.
22.2. Müqavilənin yerinə yetirilməsinin sənədləşdirilməsi İcraçı tərəfindən müqavilənin xüsusi 
şərtlərində nəzərdə tutulmuş qaydada aparılır. Sifarişçi sənədləşdirmənin düzgün aparılmasına 
nəzarət edə bilər (o cümlədən audit və digər yoxlamalar vasitəsi ilə). Bu cür yoxlamalar müqavilənin 
yerinə yetirilməsi zamanı və ya müqavilənin icrası başa çatdıqdan sonra üç ay müddətində aparıla 
bilər.
23. Vergilər və rüsumlar 
Tərəflər Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğun 
olaraq bütün vergilərin, rüsumların, lisenziya haqlarının və digər ödənişlərin aparılmasına məsuliyyət 
daşıyırlar.

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin