Meşə döşəməsi (xəzəli)



Yüklə 388,94 Kb.
səhifə10/11
tarix21.04.2022
ölçüsü388,94 Kb.
#55942
1   2   3   4   5   6   7   8   9   10   11
lab7

Torpağın kipliyi

Kiplik adı altında torpağın sıxlıq dərəcəsi, məsaməliliyi və çatlılığı başa düşülür. Tarla şəraitində adi mətbəx bıçağı və ya iskənə ilə yoxlanılır. Kipliyin xarakteri torpağın mexaniki tərkibi, strukturu, torpaq faunasının fəaliyyəti və həm də bitki köklərindən asılıdır. Torpağın kipliyini onun bərklik dərəcəsi, məsamələrin xarakteri bərk hissəciklər və struktur aqreqatlarının vəziyyəti ilə təyin edirlər.

Bərklik (kiplik) dərəcəsinə görə (çox kip), tökmə, bərk, yumşaq, kövrək (dağılan) kiplik növləri fərqləndirilir.

Çox kip (tökmə) torpaqları bellə qazımaq çox çətin olur. Bunun üçün link, yaxud külüngdən istifadə edilir. Belə kiplik şorakət və gilli mexaniki tərkibli torpaqlar üçün xasdır.

Bərk kiplikdə torpaq hissəcikləri bir-birinə sıx yapışmış olur, bıçaqla kəsdikdə üzəri kələ-kötür və cadarlı olur. Mexaniki tərkibi ağır torpaqlar üçün səciyyəvidir. Lingsiz və külüngsüz qazılırsa da güc sərf etmək lazımdır

Yumşaq kiplikdə torpaq asanlıqla qazılır, qazıldıqda asanlıqla xırda aqreqatlara ayrılır.Struktur dənələri arasındakıməsamələr aydın nəzərə çarpır.

Kövrək (dağılan) kiplik - qumlu, qumsal torpaqlar üçün səciyyəvidir. Burada torpaq hissəcikləri sementləşmədiyindən bir-birilə əlaqəli olmur, dağılır.

Ümumiyyətlə, torpağın kipliyi çox mühüm morfoloji əlamətdir. Bunun vasitəsilə biz torpağın havalanmasını,

su sızdırma qabiliyyətini, həmçinin onun əkinçilik alətlərilə becərməyin asan olub–olmayacağı və yanacaq sərfi barədə fikir söyləyə bilərik.


    1. Yüklə 388,94 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin