Meşə döşəməsi (xəzəli)



Yüklə 388,94 Kb.
səhifə3/11
tarix21.04.2022
ölçüsü388,94 Kb.
#55942
1   2   3   4   5   6   7   8   9   10   11
lab7

Torpağın rəngi

Torpağın rəngi onun ən mühüm morfoloji əlamətlərindən biridir. Torpağın rəngi profil boyu genetik qatlar üzrə xeyli müxtəlif olub, torpaqəmələgətirən süxurların tərkibindən, torpaqəmələgəlmənin tipindən, xüsusilə, torpağın kimyəvi və mineraloji tərkibindən, bu birləşmələrin kombinasiyasından asılıdır. Əksər torpaq tipləri öz adlarını rənglərindən almışdır. Məs, qara torpaq, qırmızı torpaq, sarı torpaq və s.

Təcrübəli torpaqşünas quru haldakı rənginə görə torpaqların adını düzgün təyin edə bilir.

Torpağın və onun ayrı-ayrı genetik qatlarının rəngini müəyyən etmək üçün S.A.Zaxarov rənglər üçbucağı şkalasını təklif etmişdir. Bu üçbucağın kəllələrində qara, qırmızı və ağ rənglər yerləşdirilmiş, həmin rənglərin kombinasiyasından yaranan başqa rənglər göstərilir. Torpağın qara, tünd boz, tünd qonur rənglərinin əmələ gəlməsinə səbəb çürüntü maddələri, yəni humusdur. Torpaqda humus çox olduqca rəngi bir o qədər tünd olur (şəkil 8.2).




Yüklə 388,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin