Meşə döşəməsi (xəzəli)


Kimyəvi mənşəli yenitörəmələr



Yüklə 388,94 Kb.
səhifə9/11
tarix21.04.2022
ölçüsü388,94 Kb.
#55942
1   2   3   4   5   6   7   8   9   10   11
lab7

Kimyəvi mənşəli yenitörəmələr aşağıdakı qrup və formalara bölünür:

  1. qrup: asan həll olunan duzların birləşmələri – natrium-xlor (NaCl), nartium – sulfat (Na2SO4), kalsium- xlor (CaCl2), maqnezium xlor (MgCl2) və s. ibarət olub, quru torpaq profilində ağ rəngli ərp şəklində divarın səthini örtür, bərkimiş ağ qaysaq əmələ gətirir. Bəzən bunlara nöqtələr, damarlar, kristallar, qırov və s. şəkildə də rast gəlinir. Bu duzları suda həll etmək və xlorla yoxlamaqla asan tanımaq olur.

  2. qrup: gips ayrılmaları. Bunlar torpaq profilində ağ ləkələr, nöqtələr, damarlar, çınqıl və çay daşlarının üzərini ziyil kimi örtən gips duzları və konkresiyaları, iri kristallar, yarma və kəpəkvari kristal dənələr və s. şəkildə olur. Gipsi 2-3 %-li HCl məhlulunda həll etmək və SO4-ü yoxlamaqla müəyyən etmək olur.

  3. qrup: kalsium-karbonat, maqnezium-karbonat və b. karbonat birləşmələri. Torpaqda ağ - gözcüklər, durnacıqlar, konkresiyalar, dağınıq, formasız ləkələr, bəzən yalançı mitsellər, əcaib formalı kristallaşmış karbonat “kuklaları” birləşmələri və b. formalarda olur.

Torpaqdakı karbonat yenitörəmələrini 10%-li HCl məhlulu ilə yoxlayıb müəyyən etmək olar.

  1. qrup: dəmir, alüminium, manqan və fosfor oksidlərinin ayrılmaları. Bunlar paslı-qonurumtul, qonur, sarımtıl, bənövşəyi-yaşılımtıl, göyümtül, oxra və s. rənglərdə olur və torpaq profilində yayqın ləkələr, bərk konkresiyalar, qırmavari və damarlar şəklində rast gəlinir. Belə yenitörəmələr podzol, çimli-podzol və bataqlı torpaqlar üçün xasdır.

  2. qrup: silisium birləşmələrinin (SiO2) yenitörəmələri. Ağımsov rəngdə olub, torpağın struktur dənələrinin üzərində ərp, incə damarlar, süzüntülər və səpgi şəklində nəzərə çarpır.

  3. qrup: humus (çürüntü) maddələri. Torpaqda qara, tünd qonur rəngdə olub, struktur dənələrinin üzərində ləkələr, süzüntülər və qabıq şəklində yayılıb onlara cilalı görünüş verir.

Bioloji mənşəli yenitörəmələr torpaq faunası və florasının fəaliyyəti ilə əlaqədar olub, özünü koprolitlər – soxulcanların ifrazatları, soxulcan izləri, krotovinlər – köstəbək, siçan və sünbülqıranların yolları, dendritlər (çürümüş köklərin naxışları) və s. formada biruzə verir.Yenitörəmələr torpaqəmələgəlmə prosesi ilə sıx əlaqədar olub,

torpağın mənşəyi, aqronomik xassələri haqqında fikir yürütmək üçün böyük tipoloji əhəmiyyətə malikdir.



Torpağa təsadüfən düşən kənar cisimlərdən

(dağ süxuru qırıqları, Şəkil 8.6. Torpağın mədxulları

sümük, antropogen mənşəli əşyalar – kömür, kərpic, şüşə, saxsı qırıqları, qab-qacaq qalıqları və s.) ibarət olub, onların torpaqəmələgəlmə prosesi ilə heç bir əlaqəsi olmur (şəkil 8.6).




    1. Yüklə 388,94 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin