Mən” obrazı Gənclik sosial-psixoloji hadisə kimi



Yüklə 101,77 Kb.
səhifə1/7
tarix16.12.2023
ölçüsü101,77 Kb.
#183681
  1   2   3   4   5   6   7
SevincHəsənovaPsixologiya




Ad: Sevinc
Soyad: Həsənova
Universitet: Azərbaycan Dövlət Pedaqoji Universiteti
Ixtisas: İnformatika Müəllimliyi
Qrup №: INF2301B


Plan



  1. Diqqət və onun növləri

  2. Təfəkkür və onun növləri

  3. Mən” obrazı

  4. Gənclik sosial-psixoloji hadisə kimi

  5. Müəllim şəxsiyyətinin psixologiyası və müəllimin pedoqoji ustalığının psixologi əsasları

D iqqət haqqında ümümi məlumat. Eyni anda bizə müxtəlif cisim və hadisələr təsir edir. Biz bunların hamısını eyni aydınlığı ilə qavraya bilmirik. Onlardan bəzilərini aydın qavradığımız halda, digərlərini ya olduqca solğun qavrayır və ya heç cür qavramırıq. Bu bizim diqqətimizlə bağlıdır.
Diqqət psixi proseslərin (qavrayış, hafizə, təfəkkür və s.) tərkibində çıxış edərək, onların daha müvəffəqiyyətli cərəyanını təmin edir. Diqqətin rus alimi N.F.Dobrınin tərəfindən təklif olunmuş tərifini nəzərdən kecirək: «Diqqət psixi fəaliyyətin müəyyən bir obyekt üzərinə yönəlməsi və onun üzərində mərkəzləşməsidir». Biz yönəlişlik dedikdə idrak fəaliyyətinin seçici xarakter daşımasını, mərkəzləşmə dedikdə isə hal-hazırkı fəaliyyətə aid olmayan bütün obyektlərdən uzaqlaşmanı nəzərdə tuturuq. Əgər insan psixikasının strukturuna istinad etsək, biz diqqəti həm bir proses kimi (və yaxud psixi prosesin bir tərəfi kimi: məsələn, sensor, perseptiv, intellektual diqqət), həm psixi halət kimi (məsələn, yönəlişlik), həm də şəxsiyyətin bir xassəsi kimi (məsələn, diqqətlilik) nəzərdən keçirə bilərik. Lakin bildiyimiz kimi diqqətin müstəqil psixi proses olması haqqında psixoloji ədəbiyyatda fikirlər üst-üstə düşmür. Bəzi tədqiqatçılar diqqətin digər psixi proseslərin tərkibində çıxış etməsi faktını əsas tutaraq, onu müstəqil psixi proseslərə aid etmirlər. Digər tədqiqatcılar isə diqqəti idrak proseslərindən biri hesab edərək, onu əsasən iradə və idrak fəaliyyəti ilə əlaqələndirirlər.
Diqqətin funksiyaları. Psixoloqlar diqqətin üc əsas funksiyası üzərində xüsusi olaraq dayanırlar: seçmə, saxlama və nəzarət funksiyaları.
Adətən, insan ona təsir edən çisim və hadisələrdən həyatı üçün daha əhəmiyyətli olanı seçir, psixi fəaliyyətini onun üzərinə yönəldir və onun ətrafında mərkəzləşdirir. Bu zaman ikinçi dərəçəli, kənar təsirlərə əhəmiyyət vermir. Şübhəsiz bu çür seçmə halı olmasa insanın lazımi obyektləri aydın qavraması mümkün olmazdı. Əhəmiyyətli və əhəmiyyətsiz obyektləri bir birindən ayırmaq məhz diqqətin seçmə funksiyasının köməyi ilə həyata keçir. Diqqətin həyata keçirdiyi ikinçi mühüm funksiya saxlama finksiyasıdır. İnsanın hər hansı bir obyekti lazımı şəkildə dərk etməsi üçün psixi fəaliyyətini, diqqətini müəyyən vaxt ərzində həmin obyektin üzərində saxlaması tələb olunur. Bu baxımdan diqqətin həmin funksiyanı yerinə yetirməsi də mühüm əhəmiyyət kəsb edir.
Nəhayət, diqqətin üçünçü mühüm funkiyası fəaliyyətin gedişini tənzim etmək və ona nəzarət etməkdir. Bu funksiyanı yerinə yetirməklə diqqət insanın fəaliyyətini bir növ tənzim edir.
Diqqətin fizioloji mexanizimləri
Digər psixi proseslər kimi diqqət də öz fizioloji mexanizimlərinə malikdir. Diqqəti adətən sinir sistemlərinin müxtəlif səviyyələrində yerləşən «süzgəcə» bənzədirlər və bu funksiyanı əsasən retikulyar formasiyanın-yəni törəməli şaxənin həyata keçirdiyi təsdiq olunmuşdur.
Hələ vaxtilə akademik İ.P.Pavlov diqqətin fizioloji əsasını birinci növbədə bələdləşmə refleksi ilə izah etmişdir. Adətən, qarşılaşdığımız hər bir yeni cisim və ya hadisə, yenilik bizi maraqlandırır, onunla tanış olmağa, bələdləşməyə sövq edir. Ona görə də diqqətimizi özünə cəlb edir.
Diqqətin fizioloji əsaslarını başa düşməyə İ.P.Pavlovun kəşf etdiyi «optimal oyanma ocağı» haqqında təlim də xüsusi rol oynayır. Bu təlimə görə baş beyin yarımkürələrində hər an oyanma üçün optimal şəraitin olması ilə xarakterizə olunan yüksək oyanma ocağı mövcud olur. Sinir proseslərinin induksiyası qanununa görə isə beynin bir sahəsində yaranan oyanma prosesləri baş beynin digər sahələrində ləngimə yaradır və əksinə. Diqqətimiz məhz həmin oyanma sahəsilə bağlı olur. Oyanma nə qədər güclü olursa onun ətrafındakı ləngimə də bir o qədər güclü olur. Məsələn, çox vaxt hər hansı bir maraqlı kitabı oxuduğumuz zaman ona o qədər aludə oluruq ki, bizi çağırdıqlarını hiss etmirik.
Bundan başqa diqqətin fizioloji əsaslarının aydınlaşdırılması üçün A.A.Uxtomskinin irəli sürdüyü dominantlıq prinsipi də böyük rol oynayır. Dominant oyanma sahəsi optimal oyanma sahəsindən yüksək davamlılığı ilə fərqlənir. Belə dominant oyanma ocağı nəinki yeni yaranan oyanma ocaqlarını ləngdir, həm də onların hesabına güclənir. Məsələn, gərgin zehni fəaliyyətlə məşğul olan şəxslərə kənar qıcıqlandırıcı təsir etdikdə onların əvvəlki problem üzərinə yönəlməsi daha da güclənir. Bu halda sanki bütün qüvvələr səfərbərliyə alınır, diqqətin mərkəzləşməsi artır.
İstər optamal oyanma sahəsi, istərsə də dominantlıq haqqında təlim ixtiyarı diqqətin mexanizmlərini kifayət qədər aydınlaşdırmağa imkan vermir. Çünki ixtiyarı diqqət zamanı insan qarşısına məqsəd qoyur, öz diqqətini tənzim edir, istədiyi obyektə keçirir.
Müxtəlif neyrofizioloji tədqiqatlar göstərir ki, diqqətin fizioloji əsasını passiv oyanıqlıqdan fəal oyanıqlığa keçidi təmin edən ümumi fəallaşma təşkil edir. Bu isə müxtəlif bələdləşmə reaksiyalarında təzahür edir. Bələdləşmə refleksi orqanizmin əksər üzvlərinin fəaliyyətində dəyişikliklərə səbəb olur (başın, gözün qıcıqlandırıcıya tərəf çevrilməsi, maddələr mübadiləsi, ürək-damar sisteminin və s-nin fəaliyyətində).
Bir çox klinik tədqiqatlar göstərir ki, ixtiyarı diqqət mexanizmlərinin idarə olunmasında beynin alın payı xüsusilə böyük rol oynayır. Beynin alın payı zədələnmiş xəstələrdə davamlı gərgin ixtiyarı diqqətin yaradılması əslində mümkin deyildir.

Yüklə 101,77 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin