Mən” obrazı Gənclik sosial-psixoloji hadisə kimi



Yüklə 101,77 Kb.
səhifə2/7
tarix16.12.2023
ölçüsü101,77 Kb.
#183681
1   2   3   4   5   6   7
SevincHəsənovaPsixologiya

Diqqətin növləri
P sixoloji ədəbiyyatda yönəlişlik və mərkəzləşmənin xarakterindən asılı olaraq diqqətin 3 növünü qeyd edirlər: qeyri-ixtiyari, ixtiyari və ixtiyaridən sonrakı diqqət. Qeyri-ixtiyari diqqət diqqətin daha sadə növüdür, o heç bir iradi cəhdlə, məqsədlə bağlı olmayan diqqətdir.
Qarşıya məqsəd qoymadan psixi fəaliyyətimizin müəyyən obyekt üzərinə yönəlməsi qeyri-ixtyari diqqət üçün xarakterik haldır. Bu zaman bizi əhatə edən cisim və hadisələr diqqətin seçiciliyini təmin edir.
Qeyri-ixtiyari diqqətin yaranması üçün qıcıqlandırıcılar bir sıra xüsusiyyətlərə malik olmalıdırlar. Bura qıcıqlandırıcıların intensivliyini, gözlənilmədən təsirini, onlar arasındakı kontrastı, təsir etmə müddətini, həmçinin qıcıqlandırıcıların yeniliyi və qeyri-adiliyini, şəraitin kəskin dəyişməsini və s. aid etmək olar. Qeyri-ixtiyari diqqətə səbəb olan digər amillərə isə biz insanın maraq və tələbatlarına, onun daxili vəziyyətinə üyğun gələn qıcıqlandırıcıları aid edə bilərik. Qeyri-ixtiyari diqqətin fizioloji mexanizmi İ.P.Pavlovun qeyd etdiyi bələdləşmə refleksidir. O hər bir yeni stimula qarşı insanın reaksiyası kimi təzahür edərək, hiss üzvlərini yeni obyektin qavranılmasına hazırlayır.
Qeyri-ixtiyari diqqətdən fərqli olaraq ixtiyari diqqət insanın şüurlu məqsədi ilə bağlıdır. Onu bəzən iradi, aktiv diqqət də adlandırırlar. L.S.Vıqotski qeyd edirdi ki, ixtiyari diqqət vasitəli prosesdir, yəni o müxtəlif vasitələrin: işarə, nitqin və qarşıya qoyulmuş məqsədin vasitəsilə həyata keçirilir.
Ontoqenezdə də ixtiyari diqqətin inkişafını izləsək, görərik ki, bu proses tədricən baş vermişdir. Yaşlılar uşağın diqqətini sözlü təlimat vasitəsilə lazım olan obyektə yönəldirlər, onun qarşısında məqsəd qoyaraq uşağın fəaliyyətini təşkil edirlər. Sonra isə uşaq özü müstəqil şəkildə qarşısına məqsəd qoymaq bacarığına yiyələnir. Fizioloji səviyyədə ixtiyari diqqətin tənzim olunmasında beynin alın payı iştirak edir.
Diqqətin digər növü isə N.F.Dobrinin tərəfindən ixtii yaridən sonrakı diqqət adlandırılmışdır. Diqqətin bu növü ixtiyari diqqət kimi əvvəlcə məqsədyönlü xarakter daşıyır və iradi cəhd tələb edir, lakin sonra fəaliyyətin məzmunu insan üçün o qədər böyük maraq kəsb edir ki, artıq iradi cəhd tələb olunmur.

Məhz buna görə də həmin diqqəti ixtiyari diqqət adlandırmaq olmur. Çünki bu zaman psixi fəaliyyət iradi cəhdlə başlasa da sonradan bu cür iradi cəhd göstərilmədən davam etdirilir. Onu qeyri-ixtiyari diqqət adlandırmaq da mümkün deyildir. Çünki bu işə iradi cəhdlə başlanılmışdır. Məhz buna görə də diqqətin həmin növünü N.F.Dobrinin ixtiyaridən sonrakı diqqət adlandırmışdır. Adətən, ixtiyaridən sonrakı diqqətə keçid insanın artıq iradi güc sərf etməsinin qarşısını alır.



Yüklə 101,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin