“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə17/105
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#3173
1   ...   13   14   15   16   17   18   19   20   ...   105
Hemositoblastoz.  Bu  leykozun  zəif 

növüdür.  İ.İ.Kasyanenko  (1978)  he-

sab  edir  ki,  müxtəlif  orqanlarda,  xüsusilə 

qaraciyər,  dalaq,  böyrək  və  sümük  iliyində 

müxtəlif  ölcüdə  infiltratlar,  zəif  diferensa-

siya edilən hüceyrələr müşahidə olunur. Bu 

hüceyrələrdə  bazofil  sitoplazma  və  iri  qa-

barıq  (suluğa  oxşar)  nüvə,  1-2  nüvəcikdən 

ibarət  olur.  Hemositoblastoz  mielo  və  lim-

foblasta  oxşayır.  Mieloblastozdan  fərqli 

olaraq  hemositoblastozla  xəstə  quşda 

adeno zintrifosfat  fəallıgı  aşkar  edilir. 

İ.İ.Kasyanenko göstərir ki, hemositoblastoz 

leykemik gedişə malikdir. Ona ancaq histo-

loji üsulla diaqnoz qoyulmalıdır. Leykozun 

bu formasında qanda və orqanlarda bazofil 

limfoid  hüceyrəsi  –  hemositoblast  (12%-ə 

qədər) aşkarlanır. 



Sarkoma  raus  1910-cu  ildə  15  aylıq 

plimutrok  cinsli  toyuğun  sağ  döşündə  şiş 

şəklində  müəyyən  edilmişdir.  Şiş  düzgün 

olmayan şar formasında olmaqla, içəri sində 

seliyə oxşar maddə toplanır .

Sarkomaya  5  aylıqdan  24  aylığa  qədər 

bütün  cins  toyuqlar  yoluxur.  Bu  xəstəliyə 

ördəklər,  qazlar,  hind  toyuqları,  kəklik,  tu-

tuquşular,  bil dirçinlər,  hacıleylək,  sərçə, 

bülbüllər,  bayquşlar  və  s.  həssasdırlar.  Şiş 

düyünləri  müxtəlif  böyüklükdə,  istənilən 



13

Elmi-praktik jurnal   



bAyTArlıq

orqanda  əmələ  gəlir,  daxili  orqanlarda  on-

ları  əllə məklə  təyin  etmək  mümkün  olmur. 

Dəri altında yerləşdikdə isə, onu xaricdən əl 

gəzdirməklə müəyyən etmək olur.

endotelioma  –  Miel-Hm-2,  Mh-2 

virus ları tərəfindən yumurtalıqda, qarın boş-

luğunda  bozumtul,  ağ  rəngdə  şişlər  əmələ 

gətirir. Bu şişlərlə böyrəklərdə inkişaf edən 

şişlər  arasında  əlaqənin  olduğu  müəyyən 

edilmişdir.



Sarkoma fujina – toyuqların sağ qana-

dında, hind qozu böyüklüyündə dəri altında 

və  orqanizmin  müxtəlif  nahiyələrində 

müşahidə edilir. Hal-hazırda kimi sarkoma-

nın 70-dən çox ştammı ayrılmışdır.

Timoma-qalxanvari  vəzin  yaxşı  keyfiy-

yətli əzələ toxumasının miomioması mədə-

bağırsağın,  bronxların,  damarların  və  dərı 

əzələsinin yaxşı keyfiyyətli şişlərinə də rast 

gəlmək olur. 




Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin