“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”


leykozun eritroit növü (eritroblastoz



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə15/105
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#3173
1   ...   11   12   13   14   15   16   17   18   ...   105
leykozun eritroit növü (eritroblastoz, 

eritroleykoz).  Təsadüfi  hallarda  müşahidə 

edilir,  buna  ümumi  leykozla  yoluxan 

xəstələrin  0,5-2%-ə  qədərini  təşkil  edir. 

Eritroblastozla əsasən 5 aylığa qədər  quşlar 

xəstələnir.  Eritroblastozun  gedişi  yüksək 

temperaturla  müşahidə  olunur.  Xəstəliyin 

sonunda  temperatur  aşagı  düşür.  Xəstə 

toyuqlarda  saqqalda,  pipikdə  və  dəri  örtü-

yündə  kəskin  anemiya  müşa hidə  edilir. 

Quşların  diri  çəkisi  əvvəlcə  aşağı  düşür, 

sonra bir səviyyədə qalır. Tənəffüsün ritmi, 

bədən  temperaturu  və  gündəlik  çəki  artımı 

aşağı  düşür.  Orqa nizmdə  maddələr  müba-

diləsi  pozulur.  Bu  qaraciyərdə,  dalaqda, 

böyrəklərdə  və  mədəaltı  vəzidə  xarakterik 

dəyişikliklər  getməsi  ilə  müşahidə  olunur. 




bAyTArlıq

   Elmi-praktik jurnal

12

Eritroblastozdan ölmüş quş cəsədində pato-



loji-anatomik  yarma  apardıqda  arıqlıq, 

dərialtı toxumalarda və orqanlarda yayılmış 

hemorragiya, ürəkdə hipertrofiya ilə yanaşı, 

onun  divarlarının  nazilməsi,  əzələ  toxuma-

sının  yumşalması,  güclü  hepoto  və  spleno-

meqaliya  görsənir.  Dalağın  sinus larında  və 

qaraciyərin  payları  arasında  əhəmiyyətli 

dərəcədə  eritroblastların  və  eritrofaqların 

yetişməmiş  hüceyrələrinin  tutulub  saxlan-

ması müşahidə edilir. 

Eritroid  leykozun  xarakterik  əlamətləri 

–  anemiya,  görünən  selikli  qişaların  sa-

rımtıraq,  dəri  örtüyünün,  pipiyin,  saqqa-

lın  göy  rəngdə  olmasıdır.  Qan  acıq-qırmızı 

rəngdə  olur,  laxtalanması  ləngiyir  (2-5  də -

qiqə  əvəzinə  6-10  dəqiqəyə).  EÇR  tezləşir, 

eritrositlərin  miqdarı  1000-500  min/mm³-ə 

qədər  olur,  trombositlərin  miqdarı  azalır, 

hemoqlobin 2-6%-ə qədər aşağı düşür. Ba-

zofil  və  eritroblastların  miqdarı  artır  (90-

95%).  Ümumi  qırmızı  qan  element lərinin 

sayı  200  leykositə  qədər,  377  eritronor-

mablast  düşür.  Sümük  iliyində  eritronor-

mablastların  miqdarı  ümumi  qırmızı  qan 

ele ment lərinin  85-90%-ini  təşkil  edir. 

Trom bosit lərin miqdarı azalır. 

Peroksidaza  fermentinin  sitoplazmada 

miqdarı  azacıq  artır.  Lakin  lipidin  miqdarı 

əhəmiyyətli dərəcədə artır. 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin