202
Kəskin
pielonefrit
2000-10000 30000-
500000
50-100 200-1000
Xronik
pielonefrit
1000-4000 6000-30000 10-200 100-1500
Xronik
qlomerulonefrit
20000-60000 1000-1500 10-200 500-1500
Nefrotik sindrom
100-400
1500-2000
1000-2000 2000-10000
Xromosistoskopiya zamanı indiqokarminin xəstə böyrək tərəfdən
pis və gec xaric olması, həm
xəstə tərəfi müəyyən etməyə, həm də
böyrəyin funksional vəziyyətini təyin etməyə imkan verir.
Ultrasəs müayinəsi zamanı kasacıq-ləyən sisteminin genişlənmə-
si, böyrək strukturunun sıxlaşması, sonrakı mərhələlərdə isə akustik
sıxlığın daha da artması qeyd olunur.
Rentgenoloji diaqnostika. İcmal uroqrammada böyrək konturunun
ölçülərinin xəstə tərəfdə kiçilməsi müşahidə olunur. Ekskretor uroq-
rammada xəstə böyrəkdə kontrast maddənin xaric olmasının
ləngimə-
si, kasacıqların, ləyənin və sidik axarının tonusunun aşağı düşməsi
deformasiyası müşahidə olunur. Böyrəklərin kasacıq-ləyən sistemində
lokal spazmlar, ödem, divarının infiltratı nəticəsində kiçik dolma def-
fektləri aşkar edilir. Urodinamik dəyişikliklər
getdikcə proqress edir
və spastik faza hipotonik, atonik faza ilə əvəz olunur, kasacıqların
deformasiya və genişlənməsi baş verir. Kasacıqların başlanğıcı yum-
rulaşır, məməcik konusu itir, kasacıqlar göbələyəbənzər görkəm alır,
getdikcə skleroz nəticəsində kiçik kasacıqlar bir-birinə yaxınlaşır.
Böyrək büzüşməsi baş verdikdə o vertikal vəziyyət alır.
Bəzən çox mürəkkəb hallarda böyrək angioqrafiyası tətbiq edilir,
bu zaman böyrək damarların arxitektonikası aydınlaşdırılır,
xüsusən
arterial hipertenziyanın səbəbi aşkar edilir.
Radioizotop müayinə üsulları – radioizotop renoqrafiyanın nəticə-
lərinə əsasən böyrəyin funksiyası haqqında, skanoqrammaya əsasən
isə böyrəkdə baş vermiş morfoloji dəyişikliklər haqqında mühakimə
yürütmək olar.
203
Böyrək biopsiyası. Əsasən diaqnozu
dəqiqləşdirməkdə çətinlik
yarandıqda, müayinənin son mərhələsində aparılır və arterial hiperto-
niya ilə müşayiət olunan və yaxud xroniki qlomerulonefritlə müştə-
rək gedən pielonefritlərdə tətbiq edilir.
Ağırlaşmalar. Birtərəfli xroniki pielonefritin ağırlaşmalarından
iltihabi prosesin sağlam böyrəyə keçməsini və yaxud ona nefrotoksik
təsiri, arterial hipertoniyanı və böyrək büzüşməsini göstərmək lazımdır.
Gedişi. Xəstəlik uzun illər davam edir
və böyrək büzüşməsi ilə
nəticələnə bilər. Kontralateral böyrəyin funksional vəziyyətindən
asılı olaraq xəstənin ümumi halı müxtəlif olur.
Diaqnoz və differensial diaqnoz. Xəstəliyin diaqnozu ümumi kli-
nik, laborator,
funksional, rentgenoloji, radioizotop, ultrasəs müayinə
üsullarının nəticələrinə əsasən qoyulur.
Differensial
diaqnozu QN, böyrəkdaşı, şişi, kistası və s. xəstəlik-
lərlə aparılır.
Klinik diaqnozun açılması. Xronik pielonefrit sağ, yaxud sol tə-
rəfli ola bilər. Xəstəliyin aktiv və remissiya fazaları qeyd olunur.
Əgər
proses böyrək büzüşməsi, hidronefroz, pionefrozla nəticələn-
mişsə, onu diaqnozda göstərmək lazımdır.
Dostları ilə paylaş: