204
nisbətən saxlanması qeyd olunur). Xəstələrdə natriumun və kaliu-
mun reabsorbsiyası pozulur. Hidrogen ionlarının sekresiyasının po-
zulması və ammoniumun əmələ gəlməsinin pozulması nəticəsində
xəstələrdə asidoz inkişaf edir. Asidoz,
böyrək vasitəsilə kalsiumun
itirilməsi, fosfatların qanda artması ikincili hiperparatireoidizmin
böyrək osteodistrofiyasının baş verməsinə səbəb olur. Xəstəliyin son
mərhələsində PAH klirensi inulin klirensindən nisbətən fərqli olaraq
daha çox pozulur. Bunun səbəbi interstisiyada gedən ağır
dəyişiklik-
dir. Xəstəliyin kəskinləşmə mərhələlərində leykositoz, subfebril
hərarət anemiyanın dərəcəsinin artması müşahidə olunur.
Ağırlaşmalar. İkitərəfli xronik pielonefritin ağırlaşmalarından
arterial hipertenziyanı, anemiyanı və xəstəliyin son mərhələsində
xronik böyrək çatışmazlığını göstərmək lazımdır.
Gedişi. Xəstəliyin gedişi aparılan müalicə tədbirlərinin
effektivliyindən asılıdır. Ümumiyyətlə,
xəstəliyin gedişində uzun
müddətli remissiyaların kəskinləşmə fazası ilə əvəz olunması
müşahidə olunur.
Diaqnoz və differensial diaqnoz. Biokimyəvi müayinələrin köməyi
ilə qanda qalıq azotun, sidik cövhərinin, kreatinin,
sidik turşusunun,
indikanın artması və eyni zamanda onların azalması müşahidə olunur.
Xromosistoskopiya xəstəliyin ilk dövrlərində müəyyən əhəmiyyətli
məlumat verə bilər. Hər iki tərəfdə indiqokarminin gec xaric olması
müşahidə olunur, sidiyin boyanma intensivliyi azalır. Ekskretor uroqra-
fiyadan çox infuzion uroqrafiyanın aparılması daha məqsədəuyğundur.
Bu üsul hətta xroniki böyrək çatışmazlığı olduqda belə yaxşı informativ
nəticə verir. Rentgen şəkilləri 20, 30, 60 dəqiqədən sonra çəkilir. Bəzən
açıq üsulla böyrək biopsiyası edilir. Differensial diaqnozu xronik qlo-
merulonefritlə aparılır. Nefrotik sindromun olması xronik qlomeru-
lonefrit üçün xarakterikdir. Pielonefrit üçün proteinuriyanın
səviyyəsi
2%-dən yuxarı qalxmır. Leykosituriya pielonefrit üçün xarakterikdir.
Aktiv leykositlərin tapılmasının diaqnostik əhəmiyyəti azdır. Pielonef-
ritli xəstələrin 1/4 hissəsində ola bilsin ki, bakteriuriya aşkar edilməsin
(cədvəl 14).