162
Klinik diaqnozun açılması. Kəskin qlomerulonefritin diaqnozunda
xəstəliyin klinki variantı, təzahür edən sindrom və ağırlaşmalar ifadə
edilir.
Müalicə. Xəstəliyin diaqnozu qoyulan kimi onu xəstəxanaya
yerləşdirmək lazımdır. Ciddi yataq rejimi ödemlərin itməsi və arte-
rial qan təzyiqinin normallaşmasına qədər təyin edilir. Yataqda
olduqda xəstənin bütün bədəni isinir, böyrək qan dövranı yaxşılaşır
ki, bu da yumaqcıq filtrasiyasının və diurezin artmasına səbəb olur.
Xəstə 2-4 həftə stasionar və 4 aya
qədər ambulator şəraitində
müalicə olunur (hətta bütün əlamətlər itdikdə də). Belə uzunmüddətli
müalicə kəskin qlomerulonefritin xroniki formaya keçməsinin
qarşısını alır.
Xəstəliyin klinik əlamətlərindən asılı olaraq qəbul olunan suyun
və xörək duzunun miqdarı azaldılır. Kəskin qlomerulonefritin
müalicəsində klassik üsul sayılan aclıq günləri (1-2 gün) indi də öz
əhəmiyyətini itirməmişdir (xəstə gün ərzində ancaq alma yeyir). Bu
zaman qəbul olunan mayenin miqdarı ifraz olunan sidiyin miqdarına
bərabər olmalıdır. 2-3-cü gün xəstəyə kalium duzları ilə zəngin
pəhriz (düyü sıyığı, yaxud kartof) verilməlidir.
Ümumiyyətlə nefro-
tik sindrom olduqda gündəlik qəbul olunan mayenin miqdarı gün-
dəlik diurezdən 300-500 ml-dən çox olmamalıdır. 3-4 gün sonra
xəstəyə az zülallı pəhriz məsləhət görülür (gündə 60 q). Qəbul olu-
nan xörək duzunun gündəlik miqdarı 3-5 q-a qədər olmalıdır. Bu o
deməkdir ki, xəstənin yeməyi duzsuz hazırlanır. Böyrək və
böyrəkdən xaric əlamətlərin aradan qaldırılmasına qədər bu cür pəh-
rizin saxlanması məsləhətdir. Antibiotiklər 10-12 gün müddətinə
təyin
olunur ki, xəstəliyin yaranmasına səbəb olan infeksion amil
aradan qaldırılsın. Xəstəliyin əsasən streptokokdan sonra baş verdi-
yini nəzərə alaraq penisillin və yarımsintetik penisillin qrupu antibio-
tikləri məsləhət görülür. Böyrəklərin funksiyası pozulmayıbsa anti-
biotiklər adi dozada tətbiq olunur.
Xəstələrdə ödem, hipertoniya və ürək çatışmazlığı olduqda
saluretiklər təyin olunur (40-80 mq furosemid, laziks). Ödemlər
163
itdikdə, arterial təzyiq normallaşdıqda sidik qovucuların
istifadəsi
dayandırılır.
Ödemsiz arterial hipertenziya müşahidə edildikdə hipotenziv
preparatlar (AÇFİ qrupu preparatları - lizinopril) tətbiq olunur.
Kəskin qlomerulonefritin müalicəsində immunodepressantların
tətbiq olunması çox böyük ehtiyatlılıq tələb edir. Əgər xəstəliyin
gedişi uzanırsa (3 aydan çox davam edirsə) və əlamətləri keçmirsə,
xüsusən nefrotik sindromda kortikosteroidlərdən istifadə olunur.
Prednizolon 60-120 mq miqdarında daxilə təyin olunur, tədricən
azaltmaqla 4-8 həftə verilir. Nefrotik sindrom zanamı, həmçinin 4-6
həftə ərzində gündə 20000-30000 vahid heparin, dəri altına, vena
daxilinə təyin olunur. Bu
zaman heparin immunodepressiv, anti-
koaqulyant və iltihaba qarşı təsir göstərir. Eyni zamanda antiaqreqant
kimi kurantil gündə 300 mq daxilə istifadə olunur. Xəstələrə eyni
zamanda antihistamin preparatlar, C vitamini tətbiq olunur.
Anuriya və azotemiya olduqda xəstələrə hemodializ, patogenetik
müalicə kimi isə plazmaferez və hemosorbsiya da aparılır.
Proqnoz. Kəskin qlomerulonefrit çox vaxt tam sağalır, 1/3
halda
xəstəlik xroniki formaya keçə bilər. Ölüm halları ancaq ağırlaşma
nəticəsində baş verir ki, bunlar da eklampsiya zamanı beyinə qan-
sızma, ürək çatışmazlığı, pnevmoniya və kəskin böyrək çatışmazlığı
nəticəsində baş verir. Proqnoz əsasən müalicənin düzgün təyin
edilməsi və aparılmasından asılıdır. Sağaldıqdan 3 ay sonra xəstə işə
başlaya bilər. Amma soyuqdəymədən qorunmalı, soyuq, rütubətli şə-
raitdə işləməməlidir. Bədəndə olan xroniki infeksiya mənbələri müa-
licə olunmalıdır.
Profilaktika. Kəskin infeksion xəstələr ilk gündən ciddi müalicə
olunmalı, bədəndə xroniki infeksiya ocaqları,
xüsusən əsnəkdə ləğv
edilməli, bədəni möhkəmləndirmək, kəskin soyuqlamadan çəkinmək
lazımdır. Xəstəliyi vaxtında, erkən aydınlaşdırmaq üçün vaksinasi-
yadan və kəskin infeksion xəstəliklərdən sonra sidiyin ümumi
tədqiqini aparmaq lazımdır.