Mark Tullius Siseron Markus Tullius Sisero



Yüklə 23,38 Kb.
səhifə3/5
tarix30.11.2022
ölçüsü23,38 Kb.
#71412
1   2   3   4   5
Əsərlərindən bəziləri



  • Epistulae

  • de Republica (e.ə. 51)

  • Hortensius (e.ə. 45)

  • Lucullus or Academica Priora (e.ə. 45)

  • Academica Posteriora (e.ə. 45)

  • De Finibus, Bonorum et Malorum (e.ə. 45)

  • Tusculanæ Quaestiones (e.ə. 45)

  • de Natura Deorum (e.ə. 45)

  • de Divinatione (e.ə. 45)

  • de Fato (e.ə. 45)

  • Cato Maior de Senectute (e.ə. 44)

  • Laelius de Amicitia (e.ə. 44)

  • de Officiis (e.ə. 44)

  • Paradoxa Stoicorum

  • de Legibus

Siyasi baxışları[redaktə | mənbəni redaktə et]
Siseronun "Natiqlik haqqında" (lat. De oratore) kimi ilk əsərləri natiqlik və bəlağət sənətinə həsr olunmuşdur. Daha sonra "Dövlət haqqında" (lat. De republica) və "Qanunlar haqqında"( lat. De legibus) kitablarında ictimai və siyasi problemlərə münasibət bildirən Sisero Roma imperiyasının hakimiyyət dairələrinin məmuru kimi çıxış etmişdir. Onun fikrincə ən məqsədəuyğun hakimiyyət monarxiya, aristokratiya və demokratiya elementlərinin qarışığından ibarət olmalıdır. Buna politiya deyilir. Vətəndaşların dövlət quruculuğunda iştirak etməsi və öz iradələrini bildirməsi müdrik və alim insanların rəhbərliyi ilə bir ahəng təşkil etməlidir. Belə olarsa hər bir növ diktaturanın və istibdadın qarşısını almaq mümkündür.
Eyni zamanda, dövlətin məqsədi bütün əmlak növlərinin vətəndaşlar üçün açıq olması və onların təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. Qanun qarşısında bütün vətəndaşlar sorumlu olmalıdırlar. Qanunvericiliyin əsasında insanların maraqları deyil, təbii qanunlar və ədalət prinsipləri durmalıdır. Bütün insanların hissləri və yönəlmələri təbiətdəndir. Bunların əsasında insanın başqa insanlara qarşı sevgi duyğusu durur. Hansısa insanlar bunların qarşısını alıb öz istəklərini yeritməməlidirlər. Qanun insan təbiəti ilə uzlaşmalıdır.
Dövlət xalqın nailiyyətidir. Xalq isə insanların düzənsiz yığımı deyil, onların maraqlarının üst-üstə düşməsi və hüquq məsələlərində birliyə gəlməsi əsasında əldə olunan birlikdir.

Yüklə 23,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin