Mark Tullius Siseron Markus Tullius Sisero


Uşaqlıq və gənclik illəri



Yüklə 23,38 Kb.
səhifə2/5
tarix30.11.2022
ölçüsü23,38 Kb.
#71412
1   2   3   4   5
Uşaqlıq və gənclik illəri
Markus Tullius Sisero Romanın 100 kilometrliyində yerləşən Arpinum şəhərində anadan olmuşdur. Atasının Qədim Romada yuxarı təbəqəyə mənsub olması Siseronun erkən yaşlarından təhsilinə də ciddi təsir etmişdir. Siseronun soyadı qədim latın dilindəki cicer , yəni noxud sözündən gəlir. Plutarx qeyd edir ki, bunun da səbəbi Siseronun ulu babalarından birinin burnundakı noxudabənzər xalın olması ilə bağlıdır. İlk öncə hüquq sahəsində əla təhsil alan gənc Sisero, daha sonralar ədəbiyyat və fəlsəfə ilə məşğul olmağa başlamışdır.
Siseronun müasir astronomiyaya da böyük təsiri olmuşdur. Səyyah və tədqiqatçı Nikolay Kopernik səyahəti zamanı Siseronun Yer kürəsi ilə bağlı fikirlərindən də istifadə etdiyini etiraf etmişdi.
Ailəsi
E.ə təxminən 79-cu ildə yuxarı təbəqəyə mənsub Terantiya ilə evləndi. Bu evlilikdən Siseronun qızı Tulliya və oğlu Markus anadan oldu. Qızının erkən yaşlarında ölümü ona həyatı boyunca unutmayacağı bir kədər bəxş etdi. Markusun da özü kimi fəlsəfə ilə məşğul olmasını istəsə də, Markus hərb sahəsini daha üstün tuttu.
Dövlət qulluğunda
Eyni zamanda Sisero siyasi xadim idi, müxtəlif vaxtlarda Roma imperiyasının məsul vəzifələrində çalışmışdır. M. ö. 63-cü ildə Romanın ən yüksək vəzifəsi olan konsul görəvinə seçilmişdir. O, diktatura və kral hakimiyyətinə qarşı olmuş, respublika quruluşunun qorunub saxlanmasının tərəfdarı kimi tanınmış, ona görə də Sezarla ixtilafa girmişdir.
Romada vətəndaş müharibəsi dövründə Qaius Yulius Sezar (lat. Gaius Iulius Caesar) hakimiyyətə gəldikdən sonra Sisero dövlət işlərindən uzaqlaşmış, fəlsəfi yaradıcılıqla məşğul olmuş, kitablar yazmışdır. Ancaq, Sezarın öldürülməsindən sonra Romada yenidən vətəndaş savaşı başlamışdır.
O zaman Oktavianus və Antonius hakimiyyətə iddialı idilər. Ona görə də, Sisero yenidən siyasətə qarışmışdır. O hesab edirdi ki, Sezardan sonra Romada respublikanı bərpa etmək mümkün olacaqdır. Ancaq, o zaman imperatorluq iddiasında olan Antonius hakimiyyəti ələ almağa cəhd etmişdir. Bu məqsədlə o, müvəqqəti olaraq başqa iddiaçılar olan Lepidus və Oktavianusla birləşmişdir. İmperatorluğu rədd edən Sisero isə Antoniusa qarşı çıxış etmişdir. Respublikaçılar vətəndaş savaşında yeniləndən sonra Sisero "xalq düşməni" elan olunaraq qəsd nəticəsində Antoniusun qatilləri tərəfindən öldürülmüşdür
Əsərləri
Sisero öz əsərlərində ilk dəfə latın dilində fəlsəfi terminologiya yaratmışdır. Eyni zamanda o, keçmişdə yaşayan alimlərdən və filosoflardan xəbər vermiş, onların fikirlərini qələmə almışdır. Buna görə də, sonralar Siseronun əsərləri aristotelsonrası fəlsəfəsinin çox dəyərli qaynağı kimi də istifadə edilmişdir. Bununla belə o, əsərlərində təkcə keçmişdə yaşayan filosofların fikirlərini verməklə kifayətlənməmiş, öz fəlsəfəsini və dünyagörüşünü ortaya qoymuşdur. Ancaq, onun orijinal fəlsəfi fikirləri olmamışdır. Bir çox tədqiqatçılar onun fəlsəfəsinin müxtəlif məktəblərin təlimlərinin qarışığından (eklektikadan) ibarət olduğunu və onu stoa məktəbinin fəlsəfəsinə yaxın olan fikirləri ifadə etdiyinə görə stoaçı hesab edirlər.

Yüklə 23,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin