Maliyyə hesabatının mahiyyəti


Konseptual Əsaslarn tətbiqi sahəsi



Yüklə 50,57 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix18.12.2023
ölçüsü50,57 Kb.
#184117
1   2   3   4
Maliyyə hesabatlılığı

Konseptual Əsaslarn tətbiqi sahəsi 
Bu Konseptual Əsasların tətbiqi sahəsi Mühasibat balansının, Mənfəət və 
zərər haqqinda hesabatın, Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın 
və Kapitalda dəyişikliklər haqqında hesabatın, həmçinin onlara aid olan 
qeydlərin, şərhlərin və digər hesabatların hazırlanması və istifadə 
olunması zamanı tətbiq edilən əsas prinsipləri əhatə edir. 
Bu Konseptual Əsaslar ilə Kommersiya Təşkilatları üçün Milli Mühasibat 
Uçotu Standartlarının tələbləri arasında ziddiyyət yarandıqda, 
Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları tətbiq 
edilir. 
Maliyyə hesabatının konseptual əsasları
Maliyyə hesabatının konseptual əsasları Beynəlxalq Standartlar 
Şurasının hazırladığı və dərc etdiyi Çərçivə Sənədinə əsaslanır. 
Konseptual əsaslar mühasibat uçotunun xüsusi tələblərini və ya maliyyə 
hesabatının hazırlanması qaydalarını nəzərdə tutur. Həmin tələb və 
qaydalar Kommersiya təşkilatları üçün müvafiq MMUS-da qeyd edilir. 
Konseptual Əsasların əsas məqsədi maliyyə hesabatının şəffaflığının və 
cavabdehliyin təmin edilməsindən ibarətdir. Şəffaflıq məhfumu 
müəssisənin cari vəziyyəti, qərarları və fəaliyyəti haqqında informasiyanın 
maliyyə hesabatının istifadəçiləri üçün düzgün çatdırılmasını və anlaşıqlı 
olmasını nəzərdə tutur. Cavabdehlik məhfumu isə maliyyə hesabatını 


hazırlayanlara həvalə edilmiş resursların idarə edilməsi və onların qəbul 
etdikləri qərarlar üzrə məsuliyyətin daşınması zərurətini nəzərdə tutur. 
Maliyyə 
hesabatının 
istifadəçiləri 
müəssisənin 
rəhbərliyindən, 
sərmayədarlardan (səhmdarlardan), borcverən və kreditorlardan, muzdlu 
işçilərdən, analitiklər və məsləhətçilərdən, hökümət və cəmiyyətdən
habelə, işgüzar təmas qruplarından ibarətdir. Səhmdarlar qrupuna 
mövcud və potensial mülkiyyətçilər daxildir. Bu qrupun üzvləri 
sərmayələrin alınması üzrə düzgün qərarların qəbul edilməsi üçün zəruri 
olan informasiyalar ilə təmin olunmalıdır. Borcverənlər qrupuna veksel və 
istiqrazların mövcud və potensial sahibləri, təminatlı və təminatsız 
qısamüddətli borcverən subyektlər aiddir. Muzdlu işçilər qrupuna 
müəssisədə keçmişdə və hal-hazırda çalışan, habelə gələcəkdə fəaliyyət 
göstərə biləcək əməkdaşlar daxildir. Bu qrupun üzvləri müəssisənin 
sabitliyinin, onun öz işçilərinə əmək haqqlarının və işdən çıxdıqdan sonra 
pensiyaların ödənilməsinin və işçilərin məşğulluğunun təmin edilməsi 
imkanları haqqında zəruri informasiyada maraqlıdırlar. Analitiklər və 
məsləhətçilər qrupuna maliyyə ekspertləri və tətqiqatçılar daxildir. Onlar 
müəssisənin gələcəkdə mənfəət və pul vəsaitləri əldə etmək imkanlarını 
qiymətləndirmək üçün zəruri informasiya ilə təmin olunmalıdır. Işgüzar 
təmas qrupuna tədarükçülər, istehlakçılar və digər oxşar məqsədli tərəflər 
daxildir. Hökümət qrupununa təsərrüfat fəaliyyətinə nəzarət edən bütün 
müvafiq dövlət və ya hakimiyyət orqanları daxildir. Bu qrupun üzvləri 
müəssisənin fəaliyyətini tənzimləmək üçün tələb olunan müvafiq 
informasiya ilə təmin olunmalıdır. Cəmiyyət qrupu dedikdə, buraya 
müəssisənin fəaliyyəti ilə təmasda olan və ya maraqlanan geniş ictimai 
qurumlar başa düşülür. Maliyyə hesabatı ictimaiyyəti müəssisənin müxtəlif 
sahələrinin fəaliyyətində mövcud olan meyillərdə baş vermiş dəyişikliklər 
haqqında informasiya ilə təmin etməklə, ictimaiyyətə yardımçı ola bilər. 

Yüklə 50,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin