Maliyyə hesabatının mahiyyəti


Konseptual Əsaslarını təyinatı



Yüklə 50,57 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix18.12.2023
ölçüsü50,57 Kb.
#184117
1   2   3   4
Maliyyə hesabatlılığı

Konseptual Əsaslarını təyinatı 
Maliyyə Hesabatlarının hazırlanması və təqdim olunması üzrə Konseptual 
Əsaslar MUBSK-nın İdarə Heyəti tərəfindən 1989-cu ilin aprel ayında 
təsdiq edilmiş və 2010-ci ilin aprel ayında MUBSŞ tərəfindən qəbul 
edilmişdir. Konseptual Əsasların təyinatı Mühasibat Uçotunun Beynəlxalq 
Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun 
olaraq maliyyə hesabatlarının hazırlanmasında tətbiq ediləcək mühasibat 
uçotunun fundamental prinsiplərinin və təlimat rolunu oynayan bu 
prinsiplərin məntiqi əsasınının təmin edilməsini nəzərdə tutur. 
Başqa sözlə, maliyyə hesabatları üzrə Konseptual Əsaslar Mühasinat 
Uçotunun Beynəlxalq Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq 
Standartlarının ayrılmaz hissəsi hesab olunan lakin, mühasibat uçotunun 
xüsusi tələblərini və ya maliyyə hesabatlarının hazırlanması üzrə 
qaydalarını nəzərdə tutmayan və bu standartların tətbiqi və hesabatların 
tərtibinə dair fundamental prinsiplərini müəyyənləşdirən sənəddir. Bu 
səbəbdən Konseptual Əsaslar hər hansı konkret qəbul edilmiş Mühasibat 
Uçotunun Beynəlxalq Standartı və Maliyyə Hesabatlarının Beynəlxalq 
Standartlarını ləğv etmir. 


Konseptual Əsaslar ilə Mühasibat Uçotunun Beynəlxalq Standrtları və 
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları arasında ziddiyyətin 
mövcud olduğu hallarda, bu standartların tələbləri Konseptual Əsasların 
tələbləri üzərində üstünlük təşkil edir. 
Bununla yanaşı, MUBSK-nın İdarə heyəti tərəfindən Konseptual 
Əsaslarda yeni standartların işlənib hazırlanması və mövcud standartların 
təkmilləşdirilməsi üzrə istiqamətlərin müəyyən edilməsi konsepsiyalar 
həmin standartların tətbiqi praktikasına, həbelə bununla bağlı illərlə 
toplanmış təcrübələrin nəticələrinə əsaslandırdığı üçün sözügedən 
standartlardan fərqli olaraq bu Konseptual Əsaslara müvafiq düzəliçlərin, 
dəyiçikliklərin həyata keçirilməsinə dair prosedurlar daha uzunmüddətlidir. 
Belə olan təqdirdə Konseptual Əsaslar ilə Mühasibat Uçotunun Beynəlxalq 
Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları arasındakı 
mövcud olan ziddiyətlərin azaldılması istiqamətində zaman keçdikcə İdarə 
heyəti tərəfindən müvafiq düzəliçlərin, düzəlişlərin keçirilməsi nəzərdə 
tutulur. 
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun 
tələblərinə əsasən Maliyyə hesabatları üzrə Konseptual Əsasların əhatə 
dairəsi mülkiyyət formasından asılı olmayaraq hesabat təqdim edən bu 
Qanunla müəyyən olunmuş kommerisya təşkilatlarına şamil olunur. 

Yüklə 50,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin