MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə59/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
69 
qoyulur. Bananın götürülməsi üçün yeĢiklər bananın 
qoyulduğu yerə gətirilməlidir. Təcrübə göstərir ki, meymun bu 
iĢin öhdəsindən uğurla gəlir.
Beləliklə, əgər əməliyyatın aĢağı səviyyəsində çoxsaylı 
səhv və sınaq nəticəsində təsadüfi uğurlu hərəkət tədricən 
möhkəmlənirsə, 
aparılan 
təcrübədə 
meymun 
tam 
müvəffəqiyyətsizliyə uğrayır və problemin həllini qəflətən 
tapır. Bu, heyvanların intellektual davranıĢının ümumi 
əlamətidir. Ġkinci mühüm cəhət isə ondan ibarətdir ki, təcrübə 
təkrar keçirilərsə, onun bir dəfə icra olunmasına baxmayaraq, 
meymun onu tez və səhvsiz yerinə yetirir. 
Ġntellektual davranıĢın üçüncü xüsusiyyəti isə məsələnin 
həll olunma yolunun tapılması onun digər vəziyyətlərdə də 
tətbiq olunması ilə bağlıdır. Məsələn, əgər birinci təcrübədə 
meymun meyvələri çubuğun köməyilə götürürsə, digər 
təcrübədə çubuq tapmadıqda uyğun gələn bir əĢya tapıb ondan 
istifadə edir.
Meymun davranıĢında diqqəti cəlb edən cəhətlərdən bir 
də onun bir neçə aktı birləĢdirə bilməsi ilə bağlıdır.Bunu 
aĢağıdakı təcrübə də sübut edir. 
Meymunun yerləĢdiyi qəfəsdən bir qədər aralıda yem 
qoyulur. Ondan bir qədər yaxınlıqda isə ağac qoyulur, lakin bu 
ağaca da meymunun əli çatmır. Qəfəsin içərisində isə bir qədər 
qısa əl ağacı qoyulur. Lakin bu ağacın köməyi ilə kənardan 
uzun ağacı qəfəsə çəkmək olar. Qidanı əldə etmək üçün 
meymun ilk növbədə qəfəsin içindəki əl ağacı ilə daha uzun 
olan ağacı, onun vasitəsilə yemi götürə bilər. Təcrübə göstərir 
ki, meymun bu tapĢırığın öhdəsindən uğurla gəlir. Beləliklə, 
heyvanların intellektual davranıĢının dördüncü xüsusiyyəti 
tapĢırığın uğurlu həlli üçün hazırlıq mərhələsinin keçirilməsi 
ilə bağlıdır. Yəni ilk növbədə ağacı, daha sonra yemi əldə 
etmək olar. Əvvəlcə qısa, sonra uzun ağacı, daha sonra isə 
qidanı götürə bilərsən. Özlüyündə bir ağacın, daha sonra digər 
ağacın götürülməsi heç də meymun üçün cəzbedici deyil. Buna 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin