www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
65
dünyagörüĢü: idealist və materialist dünyagörüĢü barədə
fikirlər irəli sürmüĢdülər. Ġdealistlər hesab edirdilər ki,
psixika
(ruh) bədəndən asılı olmayaraq mövcuddur və materiyadan
əvvəl yaranmıĢdır. Materialistlərə görə isə materiya obyektiv
gerçəklikdir, bizim Ģüurumuzdan asılı
olmayaraq mövcuddur
və daim dəyiĢir, hərəkətdə olur, inkiĢaf edir. Psixika yüksək
surətdə təĢəkkül tapmıĢ materiyanın məhsuludur.
Psixologiya elminin baĢlıca vəzifələrindən
biri də insan
psixikasını öyrənməklə bağlıdır. Lakin insan psixikasının
təbiətini öyrənmək üçün ilk növbədə pasixikanın necə
yaranmasını, canlıların bioloji təkamülü nəticəsində onun necə
inkiĢaf etdiyini və insanlarda necə yeni məzmun kəsb etdiyini
müəyyənləĢdirmək lazımdır.
Daha vacib məsələlərdən biri də insan psixikasının tarixi
inkiĢafının öyrənilməsi ilə bağlıdır.
Müasir insanların psixi xüsusiyyətləri heç də insan
psixikası üçün əbədi olan bir keyfiyyət deyildir. Onlar ictimai
mühitin, Ģəraitin inkiĢafı nəticəsində dəyiĢir.
Sosial-iqtisadi
Ģərait insan psixikasında əvvəlkilərdən fərqli yeni keyfiyyətlər
yaradır. Yəni insan psixikası əbədi, dəyiĢməz olaraq qalmır.
Ġstənilən konkret tarixi Ģəraitdə insan psixikasının bəzi
xüsusiyyətləri inkiĢaf edir, Ģəraitlə ziddiyyət təĢkil edənlər isə
sanki «dondurulur».
Cansız, qeyri-üzvü materiyadan baĢlamıĢ ən ali
mürəkkəb materiya olan insan beyninə qədər hər cür materiya
maddi aləmin ümumi keyfiyyəti olan inikas (əksetdirmə),
baĢqa sözlə, təsirə cavab vermə qabiliyyətinə malikdir. Ġnikasın
forması materiyanın varlıq formasından asılıdır.
Cansız maieriyada baĢ verən keyfiyyət dəyiĢikliklərinə
əsasən canlı materiya yaranır və o, daha mürəkkəb xassəyə -
qıcıqlanma xassəsinə malik olur. Bu xassə canlıların
xarici
təsirlərə fəal reaksiyalarına imkan verir. Qıcıqlanmanın inkiĢafı
həyat Ģəraitinin mürəkkəbləĢməsi və orqanizmin anatomik
quruluĢunun təkmilləĢməsi nəticəsində həssaslıq artmıĢ,