www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
102
102
təsvirlərə əsasən, müxtəlif coğrafi əraziləri, tarixdə baĢ verən
döyüĢ səhnələrini, onların obrazlarını təxəyyülündə yaradır.
Bütün bunlar da öz növbəsində təlim materialarının
mənimsənilməsində, uzun müddət yadda saxlanılmasında çox
böyük əhəmiyyət daĢıyır.
Bərpaedici təxəyyül insanın
həyat və fəaliyyətində
mühüm əhəmiyyətə malik olmaqla təlim fəaliyyətində
müstəsna əhəmiyyət daĢıyır.
Yaradıcı təxəyyül
fəaliyyətin tərkib hissəsini təĢkil
edən yeni surətlərin yaradılmasıdır. Təxəyyülün bu növü heç
bir sxemə,
təsvirə istinad etmədən, müstəqil olaraq yeni
surətlərin yaradılmasından ibarətdir. Bəzən yanlıĢ olaraq
yaradıcı təxəyyüllə, yəni, yeni orijinal obrazların yaradılması
prosesi
ilə
yaradıcılıq
deyilən
fəaliyyət
prosesini
eyniləĢdirirlər. Təbii ki, insanın yaradıcılıq fəaliyyəti yaradıcı
təxəyyülə çox bağlıdır. Lakin, bunlar eyniləĢə bilməz.
Təxəyyül və yaradıcılıq haqqında sonrakı
bölmədə söhbət
açacağıq. Burada isə ancaq yeni obrazlar yaratmaqdan söhbət
gedir. Yeni obrazın, surətin yaradılması prosesi haqqında
ayrıca danıĢacağıq
Dostları ilə paylaş: