www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
56
56
IV.10.1. Hafizə haqqında anlayıĢ
Ġnsanın duyub və qavradıqlarının, psixikasında baĢ
verənlərin hamısı izsiz ötüĢmür, müəyyən mənada orada hifz
olunur. Bəziləri isə ömürlük qalır. KeçmiĢdə baĢ verənlərin
psixikada "izi", iĢarələri, kodu, sürəti qalır.
Bizlərdən hər
birimiz təsdiq edə bilərik ki, təkrarən duyduğumuz və
qavradıqlarımızı tanıyır və onu əvvəllərdə məhz o Ģəkildə
yaĢadığımızı söyləyərik.
Psixikanın mühüm universal xüsusiyyətlərindən biri də
informasiyanın fasiləsiz olaraq toplanması qabiliyyətidir. Bu
proses psixi fəaliyyətin bütün dövr və sahələrini əhatə etməklə
bir çox hallarda avtomatlaĢır, hətta az qala qeyri-Ģüuri
mahiyyət kəsb edir. Nümunə olaraq psixologiyada iki mötəbər
tarixi fakt kimi göstərilən hadisəni vermək istərdik.
Tamamilə savadsız qadın xəstələnir və həyəcanlı,
yüksək tonla mənasını özünun də baĢa düĢmədiyi
yunan və
latın dillərində danıĢmağa baĢlayır. Məlum olur ki, uĢaqlıqda
o, keĢiĢin yanında qulluqçu iĢləmiĢdir. KeĢiĢ adətən antik
klassiklərin əsərlərindən pafosla parçalar oxuyarmıĢ. Qadın
isə qeyri-ixtiyari olaraq onları yadda saxlamıĢ, lakin
xəstələnənə qədər bunu heç özü də bilməmiĢdir.
Aptekdə gipnoz edilmiĢ Ģəxs dərmanların
üzərindəki
yüzlərlə yazını, dərman adlarını əzbərdən söyləmiĢdir.
Halbuki onun tibblə heç vaxt bağlılığı olmamıĢdır.
Hafizə bütün canlılarda vardır. Hətta, bitkilərin də
yaddaĢının olması ilə bağlı elmi fikirlər söylənilir. GeniĢ
mənada, hafizəni canlı orqanizmin informasiyanı təsbit edən
anadangəlmə və həyatda qazanılan
mexanizm kimi də
xarakterizə etmək olar.
Dostları ilə paylaş: