www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya.
Psixologiya
57
57
57
57
57
57
57
57
57
olduqca böyükdür. Əgər hafizə olmasaydı hər Ģey
insana
həmiĢə yeni görünərdi. Hafizə olmasaydı insan «əbədi olaraq
yeni doğulmuĢ uĢaq vəziyyətində qalardı» (Ġ.Seçenov). Bütün
psixi proseslərin ən mühüm xarakteristikası olan hafizə insan
Ģəxsiyyətinin vahidliyini və tamlığını təmin edir.
Hafizə və onun mexanizmləri ta qədim zamanlardan
mütəfəkkirlərin diqqətini cəlb edən bir problem olmuĢdur. Bu
baxımdan
hafizənin
psixoloji
,
fizioloji, biokimyəvi və s.
nəzəriyyələri meydana çıxmıĢdır. Hafizənin psixoloji
nəzəriyyəsində hələ vaxtilə
Aristotelin irəli sürdüyü
assosiasiya anlayıĢı xüsusilə diqqəti cəlb edir. Bu anlayıĢ
bütün psixi törəmələrdə məcburi prinsip kimi irəli
sürülmüĢdür. Bu prinsipə görə əgər müəyyən psixi
törəmələr
Ģüurda eyni vaxtda və ya bir-birinin ardınca meydana gəlirsə,
onların arasında assosiativ əlaqə yaranır və bu əlaqələrin hər
hansı bir ünsürü yenidən canlandıqda Ģüurda
mütləq onun
bütün ünsürlərinin təsəvvürünü yaradır. Assosionistlər
obyektlərin məkan-zaman yaxınlığından, oxĢarlığından və
fərqindən asılı olaraq üç assosiasiya tipini ayırmıĢlar:
qonĢuluq üzrə, oxĢarlıq üzrə, əkslik üzrə. Bunların
yaddasaxlama və yadasalmada əsas rol oynadığını
göstərmiĢlər.
Hafizə haqqında fizioloji nəzəriyyənin əsasını
akademik Ġ.P.Pavlov qoymuĢdur. Bu Ġ.P.Pavlovun
ali sinir
fəaliyyətinin qanunauyğunluqları haqqında təliminin əsas
müddəaları ilə sıx bağlıdır. BaĢqa sözlə,
fizioloji nəzəriyyə
hafizənin fizioloji əsasını beyin qabığında müvəqqəti
əlaqələrin yaranması, möhkəmlənməsi və canlanması ilə
bağlayır.
Hafizə haqqında biokimyəvi nəzəriyyə tərəfdarları belə
hesab
edirlər ki, beyində müəyyən üzvlərin möhkəmlənməsi,
hifz edilməsi və yada salınması
proseslərinin mexanizmləri
əsasında xarici qıcıqlandırıcıların təsiri altında sinir
hüceyrələrində baĢ verən spesifik kimyəvi dəyiĢmələr durur.