www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
178
SosiallaĢma prosesində fərd sosial
qrupun tələbatlar sistemini, onların
ödənilməsi yol və vasitələrini də mənimsəyir. Mədəni tələbatlar öz
məzmunu etibarı ilə sosial tələbatlardır. Ona görə də Ģəxsiyyət ən təbii
ehtiyaclarını belə daxil olduğu sosial qrupun mədəniyyəti çərçivəsində
ödəyir.
Beləliklə, cəmiyyətin tarixi inkiĢaf səviyyəsindən asılı olaraq,
orada yaĢayan adamların tələbatlar sistemi istər məzmun, istərsə də
forma nöqteyi- nəzərindən bir-birindən fərqlənirlər.
Tələbatları, onların məzmunlarının
səciyyəsinə görə təsnif
edərkən
maddi və mənəvi
tələbatları müəyyənləĢdirirlər. Maddi
tələbatlar-maddi ehtiyaclardan doğur. Mənəvi tələbatlara insanların
siyasətə, əxlaqi davranıĢa, dinə, elmə, incəsənətə və s. olan tələbatları
daxildir.
Maddi və mənəvi tələbatlar bir-birilə ayrılmaz surətdə bağlıdır.
Mənəvi tələbatların təmin olunması üçün daima maddi Ģeylərin olması
tələb
edilir ki, bunlar da öz növbəsində maddi tələbatların predmetini
təĢkil edir.
Buradan isə aydın olur ki, mənĢəyinə görə təbii olan tələbat, eyni
zamanda predmetinə görə maddi tələbat ola bilər. MənĢəyinə görə
mədəni olan tələbat predmetinə görə ya maddi, ya da mənəvi ola bilər.
Deməli, həmin təsnifat tələbatların olduqca müxtəlif növlərini əhatə edir
və onların insan Ģüurunun inkiĢaf tarixinə və yönəldikləri obyektlərə
münasibətini ifadə edir.
Dostları ilə paylaş: