www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
176
Ekzistensional psixologiya konkret insanın Ģəxsi təcrübəsinin
ümumi sxemə uyğun gəlməməsinin unikallığını qeyd edir.
Ekzistensional psixologiyanın əsas məqsədlərindən biri Ģəxsiyyətin
autentiklik – onun həyatdakı varlığının onun daxili təbiətinə uyğunluğu
probleminin həllindən ibarət olmuĢdur.
Müasir ekzistensional psixo-
logiyanın təcrübəsində psixoanalizin bir çox nailiyyətlərindən istifadə
olunmuĢdur.
III. 5. 5. ġəxsiyyətin fəallığı və istiqaməti
ġəxsiyyətin fəallığı və onu təmin edən amillər
. Əvvəl qeyd
edildiyi kimi, Ģəxsiyyət gerçəkliyi dərk edib dəyiĢdirməyi bacaran,
fəaliyyət göstərən konkret canlı insandır. Deməli, Ģəxsiyyət
ictimai
münasibətləri dərk edən, həmin münasibətlər qovuĢuğunda formalaĢan
subyekt, daha doğrusu fəal varlıqdır. Məhz onun fəallığı
onun üçün
fərqləndirici əlamət rolunu oynayır. ġəxsiyyət fəaliyyətin köməyi ilə
gerçək aləmlə fəal qarĢılıqlı təsir prosesində təĢəkkül tapır.
Bəs insan Ģəxsiyyətinin fəallığı nə ilə bağlıdır,
onu təmin edən
amillər nədən ibarətdir? Bu sual uzun illər ərzində kəskin mübahisələrin
meydana gəlməsinə səbəb olmuĢdur. Yuxarıda Ģəxsiyyət haqqında
nəzəriyyələrdən danıĢarkən qeyd olunduğu kimi, Ģəxsiyyətin
davranıĢını, onun fəallığını təmin edən amillər
müxtəlif istiqamətdə öz
əksini tapmıĢdır. Bunu aydın görmək üçün görkəmli psixoloq K.Levinin
təklif etmiĢ olduğu formulaya nəzər salaq
1
.
K.Levin Ģəxsiyyətin davranıĢını təmin edən amilləri təhlil etmək
üçün B=F (P, E) formulunu təklif etmiĢdir. Burada B-davranıĢ; F-
funksional asılılıq iĢarəsi; P- Ģəxsiyətin
daxili subyektiv xassələri; E-
sosial mühiti bildirir.
K.Levinə görə Ģəxsiyyətin davrvnıĢını, fəallığını
psixodinamik
istiqamətdən izah edən istiqamətin baxıĢlarını həmin formulaya tətbiq
etdikdə B= F(P) alınır. Bu isə o deməkdir ki, psixodinamik istiqamətdə
Ģəxsiyyətin davranıĢı faktiki olaraq yalnız
fərdin daxili subyektiv
psixoloji xassələri ilə əlaqələndirilir və onunla izah olunur. Burada
sosial mühitin rolu nəzərə alınmır.
1
Бах,
Dostları ilə paylaş: