Magistratura məRKƏZİ” Əlyazması hüququnda Mirəlizadə Vüqar Fəxrəddin


Material ehtiyatlarınının sənədləşdirilməsi



Yüklə 370,62 Kb.
səhifə10/23
tarix15.04.2022
ölçüsü370,62 Kb.
#55511
1   ...   6   7   8   9   10   11   12   13   ...   23
Mirelizade Vuqar

2.1. Material ehtiyatlarınının sənədləşdirilməsi
Təsərrüfat subyektlərinin daxili və xarici bazarda rəqabət qabiliyyətinin yüksəldilməsi və müəssisənin maliyyə vəziyyətinin möhkəmləndirilməsi is­tehsal xərclərinin və onun tərkibində böyük xüsusi çəkiyə malik olan material məsrəflərinin azaldılmasını tələb edir. Məhz buna görə da müasir dövrdə ma­terial məsrəflərinin uçotunun təşkilinə xüsusi diqqət yetirilməsi tamamilə qa­nunauyğun və məntiqi görünür. Məlumdur ki, maşınqayırma sənayesi müəs­sisələrində material məsrəflərinin tərkibi "Maşınqayırma və metal emalı mü­əssisələrində məhsulun maya dəyərinin planlaşdırılması, uçotu və kalkulyasiya edilməsi üzrə təlimat"la müəyyən edilir. Bu Əsasnaməyə müvafiq olaraq neft maşınqayırma sənayesi müəssisələrində material məsrəfləri müxtəlif əla­mətlər üzrə qruplaşdırılır. İstehsal prosesindəki funksional roluna və təyinatı­na görə material resursları əsas və köməkçi olmaqla iki yerə bölünür. Bütöv­lükdə götürdükdə, "Maşınqayırma və metal emalı müəssisələrində məhsulun maya dəyərinin planlaşdırılması, uçotu və kalkulyasiya edilməsinə dair təli­mat"da material ehtiyatlan istehsal prosesindəki funksional roluna və təyina­tına görə aşağıdakı bloklar üzrə təsnifləşdirilir:

1) xammal və materiallar;

2) satın alınmış yarımfabııkatlar və komplektləşdirici məmulatlar, konstruk­siyalar və detallar;

3) yanacaq;

4) tara və tara materialları;

5) ehtiyat hissələri;

6) sair materiallar.

Sənaye müəssisələrinin iş təcrübəsində materiallardan səmərəli istifadə edilməsi üzərində operativ nəzarət normadan kənarlaşmaların sənədlərlə rəsmiləşdirilməsi, dəstlə biçimin uçotu və inventarizasiya vasitəsi­lə həyata keçirilir. İnventar üsulu materialların biçilməsi mümkün olmadığı, yaxud məqsədəuyğun hesab edilmədiyi hallarda onların növləri üzrə norma­dan kənarlaşmaları müəyyən etmək məqsədilə tətbiq olunur. Təcrübədə çox vaxt inventar üsulunun tətbiqi zamanı nöqsanlara təsadüf edilir. Məlumdur ki, məhsul buraxılışı üzrə plan və faktiki məsrəflər bir-birilə ay ərzində vaxt­aşırı müqayisə olunmaq əvəzinə hesabat ayı başa çatdıqdan sonra həyata keçi­rilir. Müəllifin fikrincə, belə bir şəraitdə kənarlaşmaların aşkar edilməsində operativlik itir, onların səbəbləri açılmamış qalır və bu da, öz növbəsində ma­teriallardan istifadə olunmasında baş verən nöqsanların aradan qaldırılmasına bilavasitə mənfi təsir göstərir, ölkə uçot praktikasında materiallardan istifa­dənin və ona sistemli nəzarətin digər üsulu partiyalı üsul hesab olunur [21, s. 38]. Bu metodun tətbiqi zamanı istehsalata buraxılmış material qiymətlilərinə düşən nəqliyyat-tədarük xərclərinin məbləğinin dəqiq müəyyən edilməsi mühüm metodoloji məsələ sayılır, istər ölkə və istərsə də beynəlxalq praktikada istehsalda materiallardan istifadənin uçotunun sadalanan üsullarının "key­fiyyətə zərər vurmadan az material sərf etməklə daha çox məhsul istehsal etmək və satmaq" prinsipinə tabe etdirilməsi müəllifin fikrincə, məqsədəuy­ğun hesab olunur.

İstehsalın kompleks intensivləşdirilməsi şəraitində maddi, əmək və maliyyə resurslarından istifadənin effektivliyinin yüksəldilməsi üzrə yeni problem­lər meydana çıxır, onların öyrənilməsi, uçotda və mühasibat hesabatlarında əks etdirilməsi zəruri xarakter alır. Məhz bu baxımdan, xammal və material­lardan səmərəli istifadəni təmin edən və əsas fondların hərəkətverici qüvvəsi sayılan əmək resurslarının "məsrəf-istehsalın həcmi-mənfəət" sxemasına da­xil olan digər elementlərlə funksional və qarşılıqlı əlaqədə öyrənilməsi tama­milə qanunauyğun və məntiqi görünür. Çünki, əməyin keyfiyyəti və işçinin ixtisas dərəcəsi yüksək olduqda xammal və materiallardan, mövcud maşın və mexanizmlərdən səmərəli istifadə edilir, məhsul istehsalının həcminin artma­sına əlverişli şərait yaranır və boşdayanma hallarına yol verilmir. Lakin buna baxmayaraq, əmək haqqının artım normativləri, istehlak və xüsusi təyinatlı fondların formalaşması, əmək məhsuldarlığının və orta əmək haqqının nis­bətləri, əmək haqqı stavkaları, maaşlar və mükafat ödəmələri bazar iqtisadiy­yatına keçid dövründə istehsalın effektiv idarə olunması üçün kifayət etmir. Məhz buna görə də, bazar münasibətləri şəraitində müxtəlif mülkiyyət for­malarına əsaslanan təsərrüfat subyektlərinə əməyin ödənilməsi məsələlərinin həllində maksimum müstəqillik verilir. Mövcud qanunvericiliyə görə əməyin ödənilməsi səviyyəsinin yüksəldilməsi müəssisənin xüsusi vəsaiti hesabına həyala keçirilir. Lakin, bununla belə dövlət əmək haqqının minimum həddini müəyyən etməklə əməyin ödənilməsi səviyyəsini az da olsa tənzimləyir. Bizim fikrimizcə, yuxarıda sadalanan prinsiplərin tətbiqi aşağıdakı aktual problemlərin həllini mühüm bir məqsəd kimi qarşıya qoyur:

1) hasilatın uçotunun təkmilləşdirilməsi və əmək resurslarının uçotunun material ehtiyatlarından istifadənin uçotu ilə sis­temli şəkildə uyğunlaşdırılınası;

2) əməyin ödənilməsinin müasir forma və sistemlərinin tətbiq edilməsi;

3) işçinin ixtisasından və sərf etdiyi əməyin kə­miyyətindən asılı olaraq əmək haqqının fərqləndirmə mexanizminin işlənib hazırlanması və həyata keçirilməsi;

4) müəssisənin istehsal və kommersiya fəaliyyətinin son nəticəsinə sərf edilən fərdi əməyə müvafiq olaraq qazanıl­mış vəsaitin əmək kollektivi arasında bölüşdürülməsi.

Qeyd etmək lazımdır ki, sənaye müəssisələrində əmək haqqı xərcləri istehsal edilmiş məhsulun maya dəyərinin ikinci elementi hesab olunur. Mövcud qanunvericiliyə görə, maya dəyərinə daxil edilən əmək haqqının məbləğinə məhdudiyyət qoyulmur və onun miqdarı fiziki şəxslərdən tutulan gəlir vergisi ilə nizama salmır. Ba­zar münasibətləri şəraitində əməyin ödənilməsinin qüvvədə olan müasir me­xanizmi üç əsas prinsipə əsaslanır:

1) müxtəlif mülkiyyət və təsərrüfatçılıq formaları şəraitində fəaliyyət göstərən müəssisələrə və təşkilatlara əməyin ödənilməsi sahəsində maksimum müstəqillik verilməsi;

2) bazar münasibət­lərinə keçid şəraitində işçilərin sosial müdafiəsini gücləndirmək məqsədilə minimum əmək haqqının dövlət tərəfindən tənzimlənməsi;

3) əməyin ödənil­məsində bərabərlik prinsipinin ləğv edilməsi, işin son nəticələrinə və sərf olu­nan əməyin kəmiyyət və keyfiyyətinə görə verilən əmək haqqının artımındakı bütün məhdudiyyətlərin ləğv edilməsi;

Sadalanan prinsiplərdən göründüyü kimi, dövlətin rolu bütün hallarda minimum əmək haqqının mütləq məbləği­nin müəyyən edilməsi ilə tamamlanır. Əməyin ödənilməsi sahəsindəki digər məsələlər isə əmək bazarı tərəfindən tənzimlənir.

Aparılan nəzəri və praktiki araşdırmalar göstərir ki, bazar münasibətlərinə keçidlə əlaqədar olaraq material ehtiyatlarının analitik və sintetik uçotunun təşkili metodikasında köklü dəyişikliklər baş verir. Lakin buna baxmayaraq, materialların hərəkətinin sənədləşdirilməsi, anbarda və mühasibatlıqda onla­rın analitik uçotunun təşkili, uçot registrlərinin məzmunu və quruluşunda heç bir dəyişiklik müşahidə olunmur.

Zənnimizcə, hal-hazırda sənaye müəssisə­lərində tətbiq olunan ilkin sənədlərin sayı xeyli çoxdur və onlardakı bir sıra göstəricilər praktikada aktiv surətdə istifadə edilmir. Aydındır ki, ilkin sənəd­lərin və mühasibat registrlərinin çoxluğu və mürəkkəbliyi, onların əl ilə dol­durulması artıq əmək və vəsait sərfinə səbəb olur. Müəllifin fikrincə, bazar münasibətləri şəraitində material ehtiyatlarının uçotunun təşkili metodikası­nın təkmilləşdirilməsinə ilkin sənədləşdirmənin sadələşdirilməsindən başla­nılması daha məqsədəuyğun sayıla bilər.

Araşdırmalar və praktiki təcrübə göstərir ki, material ehtiyatlarının qəbulu zamanı tərtib olunan mədaxil order­ləri tamamilə ixtisara salına bilər. Bu zaman, malsatan və podratçılardan da­xil olan materialların mədaxili malsatanların hesablaşma sənədlərinə əsasən həyata keçirilir.

Müasir dövrdə material ehtiyatlarının uçotunun təşkili 30 aprel 1974-cü il tarixli Əsasnaməyə uyğun həyata keçirilir. Bu Əsasnamədə materialların uçotunun operativ-mühasibat, yaxud saldo metodu ilə təşkili tövsiyə olunur. Araşdırmalar və praktiki təcrübə göstərir ki, yuxanda sözügedən metodun tətbiqi uçotun əl ilə aparılması və hesablama maşınlarına ilkin informasiya­nın əl ilə ötürülməsi şəraitində səmərəli sayıla bilər. Belə bir şəraitdə, göstəri­lən metod uçotdakı paralellizmi aradan qaldırmağa, onun operativliyini yük­səltməyə və uçot işlərinin həcmini azaltmağa imkan verir. Lakin, uçot prakti­kasında müasir informasiya texnologiyalarının geniş tətbiqi həmin metodun səmərəliliyini və ondan tam həcmdə istifadənin zəruriliyini şübhə altına alır.

Aparılan təhlil işləri göstərir ki, material ehtiyatlarının sintetik uçotunun aparıldığı mühasibat registrlərinin sayı çoxdur, mürəkkəbdir və onlarda həyata keçirilən yazılışlar bir-birini təkrar edir. Bunu aşağıdakı misaldan da əyani görmək olar. Məsələ burasındadır ki, malsatan və podratçılardan daxil olan materiallar uçot qiymətləri və faktiki alış qiymətləri ilə 6 saylı jurnal-orderdə əks etdirilir.

Material ehtiyatları həmin jurnal-orderin «D» qrafasında uçot qiymətləri ilə bütövlükdə əks etdirildiyi halda, onlar faktiki alış qiymətləri ilə sintetik hesablar, subhesablar və uçot qrupları üzrə ayrıca göstərilir. 6 saylı jurnal-orderin «D» qrafasının məlumatları sintetik hesablar, subhesablar üzrə açılaraq hər on gündən bir (yaxud hər ay) yığım cədvəlinə, oradan da 10 saylı cədvələ köçürülür və bu zaman çoxlu səhvlərə yol verilir. Daha sonra, materialların faktiki maya dəyəri və uçot qiymətləri ilə məbləğləri iki registrdə təkrar olunur. Materialların mədaxili faktiki maya dəyəri ilə 6 saylı jurnal-orderdə, onların silinməsi isə 10 və 10/1 saylı jurnal-orderlərdə uçot qiymətləri ilə əks etdirilir. Nəticədə mühasibatlıq baş kitabda olan sintetik uçot mə­lumatları ilə dövriyyə və qalıq cədvəllərində olan analitik uçot məlumatlarını tutuşdurmaq imkanından məhrum olur. Məhz buna görə də müasir dövrdə material ehtiyatlarının mövcudluğu və hərəkəti üzrə təkrar yazılışların və di­gər nöqsanların aradan qaldırılması məqsədi ilə hal-hazırda təsərrüfat sub­yektlərində tətbiq edilən mühasibat registrlərinin sadələşdirilməsi və təkmilləşdirilməsi obyektiv zərurətə çevrilir. Məsələn, tədarük registri hesab olunan 6 saylı jurnal-orderi dövriyyə cədvəli tipinə uyğunlaşdırmaq daha məqsədə­uyğun sayıla bilər. Belə olan halda 10 saylı cədvələ və digər oxşar registrlərə ehtiyac qalmır. Bu zaman tədarük registri hesab olunan 6 saylı curnal-order hər bir anbar üçün tərtib edilir və ayın sonunda Baş kitaba yazılmaq üçün onların yekun məlumatları icmal registrində birləşdirilir.



Yüklə 370,62 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin