Magistratura məRKƏZİ” Əlyazması hüququnda Mirəlizadə Vüqar Fəxrəddin


Müəssisənin material ehtiyatlarının hərəkətinə təsir edən amillərin təhlili



Yüklə 370,62 Kb.
səhifə18/23
tarix15.04.2022
ölçüsü370,62 Kb.
#55511
1   ...   15   16   17   18   19   20   21   22   23
Mirelizade Vuqar

3.4. Müəssisənin material ehtiyatlarının hərəkətinə təsir edən amillərin təhlili
Müəssisənin lazımi çeşidə və keyfiyyətə malik xammalla və materiallarla tam və vaxtlı - vaxtında təmin edilməsi, habelə onlardan səmərəli istifadə məhsul istehsalı, onun maya dəyərinin aşağı salınması, mənfəətin və rentabelliyin artırılması üzrə planın yerinə yetirilməsinin zəruri şərtidir.

Material ehtiyatlarından istifadənin təhlilinin qarşısında durarı əsas vəzifələr aşağıdakılardır:



  1. müəssisənin material ehtiyatları ilə təminatının

qiymətləndirilməsi;

  1. material ehtiyatlarından istifadə edilməsinin səmərəliliyinin araşdırılması;

  2. material ehtiyatlarının və xərclərinin (sərflərin) səmərəli idarə edilməsinin öyrənilməsi.

Təhlilin yerinə yetirilməsi üçün aşağıdakı informasiya

mənbələrindən istifadə edilir:



  • material-texniki təchizat planı;

  • material ehtiyatlarının miqdarı və istifadə edilməsi haqqında statistik hesabat formaları;

  • müəssisənin məhsul (iş və xidmət) istehsalına sərf etdiyi "xərclər haqqında məlumatlar" adlı hesabat forması;

  • xammal və materialların göndərilməsi (gətirilməsi) üçün sifarişlər və müqavilələr;

  • - material-texniki təchizat şöbəsinin operativ məlumatları;

- xammalın və materialların daxil olması, sərfi və qalıqlar, haqqında analitik mühasibat uçotunun məlumatları.

Xammal və materiallardan istifadənin səmərəliliyinin qiymətləndirilməsi üçün tətbiq edilən göstəricilər sisteminin işlənib hazırlanması mühüm nəzəri və praktiki əhəmiyyətə malikdir. Onun yaradılmasının zəruriliyi material ehtiyatlarına qənaət edilməsi ehtiyatlarının sistematik aşkar edilməsi, məhsulun material tutumunun aşağı salınması prosesinin məqsədəuyğun idarə edilməsi tələblərilə əlaqədardır [13, s. 34].

İqtisadi məzmunu və tətbiq dairəsi üzrə səmərəlilik göstəricilə­rinin iki qrupunu qeyd etmək olar:


  1. material ehtiyatlarından istifadə edilməsi göstəriciləri;

  2. sərf edilmiş material xərcləri göstəriciləri.

Maddi dəyərlər istehsalında material sərfinin səviyyəsi üzrə material tutumu göstəriciləri ümumi və xüsusi göstəricilərə bölünə bilər.

Sənaye müəssisəsində bütün material ehtiyatları məcmusundan istifadə edilməsini səciyyələndirən ümumi göstəricilər aşağıdakılardır.



  1. Məhsulun material tutumu (MT) göstəricisi - məhsul istehsalında istifadə olunmuş material xərcləri (MX) məbləğinin istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcminə (MH) nisbəti kimi müəyyən edilir;

MT =MX/MH

  1. Material verimi (MV) göstəricisi - material xərclərinin hər vahidinə nə qədər məhsul buraxılmasını göstərir.

M V = MH / MX

O, material tutumu göstəricisinə nisbətən əks kəmiyyətdir.



  1. Material xərclərinin hər manatına düşən mənfəət - satışdan alınan mənfəət (Mkm) məbləğinin dövr ərzində material xərclərinin məbləğinə bölünməsilə müəyyən edilir:

M = Mrm/MX

  1. Material xərclərinə nisbi qənaət (israf) göstəricisi (Qən) - material xərclərinin məhsulun maya dəyərində nəzərə alınmış faktiki məbləği (MX1) və məhsulun həcmi indeksilə yenidən hesablanmış xərclərin baza məbləği (MX0x Jmn) arasında fərq kimi hesablanır:

Qən = MXl - MXo X JmH.

Məhsulun material tutumunun və material veriminin ümumi göstəricilərini tədqiq edərkən nəzərə almaq lazımdır ki, onlar material ehtiyatlarından istifadə edilməsinin səmərəliliyinin dinamikasını yalnız o şərtlə səciyyələndirir ki, göstəricilərin surəti və məxrəci məhsulun və material ehtiyatlarının baza dövrü ilə müqayisəli qiymətlərilə ifadə edilmiş olsun.




Yüklə 370,62 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin