Magistratura məRKƏZİ” Əlyazması hüququnda Mirəlizadə Vüqar Fəxrəddin



Yüklə 370,62 Kb.
səhifə19/23
tarix15.04.2022
ölçüsü370,62 Kb.
#55511
1   ...   15   16   17   18   19   20   21   22   23
Mirelizade Vuqar

Xüsusi göstəricilər ehtiyatların ayrı-ayrı elementlərindən istifadə edilməsini səciyyələndirir, onların dəyəri material tutumunun ümumi göstəricilərinin hesablanması metodikası kimi düsturların surətində göstərilir. Xammal, və materiallar üzrə material tutumu, yanacaq tutumu, enerji tutumu, kənardan alınan məmulatların və yarımfabrikatların tutumu, metal tutumu və s. belə göstəricilərə aiddir. Onların hesablanması və təhlili konkret məhsul növləri istehsalı və konkret materiallardan istifadə edilməsi zamanı material xərclərinə qənaət edilməsi ehtiyatlarının müəyyən edilməsi üçün lazımdır.

Xammal və materiallardan istifadə edilməsi göstəriciləri təhlilin obyektlərinin xarakteristikası üzrə texniki-iqtisadi və ümumiqtisadi göstəricilərə bölünür.

Material ehtiyatlarından istifadə edilməsi sahəsində texniki-iqtisadi göstəricilər məhsul istehsalının sahə və texnologiyası xüsusiyyətlərindən asılı olaraq fərqlənirlər. Onlar materiallardan istifadə əmsalları (maşınqayırmada və emal sənayesi sahələrində), ilkin xammaldan hazır məhsul (filizdən metal, çuğundardan şəkər, xammal qatışığından yun və s.) çıxımı (alınması) əmsalları, məhsul istehsalına sərf edilmiş materialların ümumi həcmində tullantıların və itkilərin xüsusi çəkisi, biçim əmsalları və s. ola bilər.

Xammaldan və materiallardan istifadə edilməsi sahəsində ümumiqtisadi göstəricilərə material tutumu göstəriciləri, materiallardan istifadə edilməsi əmsalları və materialların ümumi dəyərində tullantıların faizi aiddir.

Qeyd etmək lazımdır ki, maya dəyərinin kalkulyasiyasında material xərclərinin bir hissəsi:


  • xammal və materiallar;

  • qaytarılan tullantılar;

  • kənardan alınan məmulatlar və yarımfabrikatlar, xidmətlər,

  • texnoloji məqsədlərə işlədilən yanacaq və enerji sərbəst maddələrlə təqdim edilir.

Bu material xərcləri birbaşa xərclərdir, onlar məhsul vahidi üzrə planlaşdırılır və hesablanır. Material xərclərinin digər hissəsi istehsala və idarəçiliyə xidmət göstərilməsilə əlaqədardır, onlar maya dəyərin kompleks maddələrində ehtiva olunur.

Birbaşa material xərclərinin təhlilinin birinci istiqamətini nəzərdən keçirək. O, material xərclərinin dəyişməsinə müxtəlif amillərin təsirinin öyrənilməsindən ibarətdir. Bu amilləri şərti olaraq iki qrupa bölmək olar:



  • materialların kəmiyyətcə sərfi (Ki) amilləri (normalar amilləri);

  • materialların hər növünün tədarükünün maya dəyərini müəyyən edən (Si) amillər (qiymət amilləri).

Amillərin hər qrupunun təsiri zəncirvari yerdəyişmə üsulu ilə müəyyən edilə bilər.

Bu zaman aşağıdakı düsturlardan istifadə olunur:

Plan: MX0 =∑ Ki0 x Si0,

Burada Kİ0 - müəyyən məhsul növü üçün materialın i növünün natural ifadədə sərfidir; Si0- materialın i növü vahidinin tədarükünün

maya dəyəridir;

- yerdəyişmə:

Hesabat: MXşərti = ∑Kiı x Si0

MXı = IKit x Siı

Amillərin təsiri:

norma amillərinin (K) ∆MX(k)= MXşərti- MX0;

qiymət amillərinin (S) ∆ M X(S) = M XI - M Xşərti;

Yoxlama: ∆MX(K)+ ∆MX(S)= ∆MX:

Belə təhlilin aparılması üçün məlumatlar ayrı-ayrı məmulatların, işlərin və xidmətlərin maya dəyərinin plan üzrə və hesabat kalkulyasiyalarından (onlarda material xərclərinin açıqlanması olduğu halda) götürülür.

L məmulatının maya dəyərinin kalkulyasiyasından çıxarışı təqdim edək

Məmulat üzrə material xərclərinə qənaət:

294-480 = -186 man.

Məhsul vahidinə ayrı - ayrı amillərin təsiri:


  1. sərf edilmiş materialların miqdarının dəyişilməsinin:

  1. məhsul vahidinə

2 x 100 -400 = -200 man.;

  1. bütün məhsul buraxılışına

-200 x 6000 = -1200 000 man.

  1. qiymətlərin dəyişilməsinin:

  1. məhsul vahidinə

240 - 2 x 100 = 40 man. (material xərclərinin israfı);

  1. bütün məhsul buraxılışına 40 x 6000 = 240000 man.;

  1. B materialının C materialı ilə əvəz edilməsinin:

  1. məhsul vahidinə

54 - 80 = -26 man., yəni səmərəli, faydalı əvəz edilmə;

  1. bütün məhsul buraxılışına -26 x 6000 = -156000 man.

Bütün buraxılış üzrə fərqin müəyyən edilməsi üçün bir məmulat üzrə amillərin alınmış təsirini hesabat dövründə onun faktiki buraxılışına vurmaq lazımdır. Cəmi: - 1200 000 + 240 000 - 156 000 = -1116 000 man.

Yoxlama: - 186 X 6000 = -1116 000 man.

Məhsul vahidinə hesablamanın yoxlanması:

- 200 + 40 - 26 = -186 man. (əsas etibarilə A materialı hesabına) Təhlilin növbəti mərhələsində birbaşa material xərclərinin strukturu nəzərdən keçirilir.

Amillər üzrə asılılıq modeli additiv (toplanan) əlaqə növü kimi təsəvvür edilir:

MX = X və M + AM - QT + Y və E + Dig.

Burada X və M - xammal və materiallardır; AM - kənardan alınan məmulatlar və yarımfabrikatlardır; QT - qaytarılan tullantılar, Y və E - yanacaq və enerjidir; Dig, - digərləridir.

Material xərclərinin həcminin dəyişilməsi (∆MX) bütün toplananların (tərkib hissələrinin) dəyişilmələrinin cəmi kimi hesablanır:

∆MX = ∆X və M + ∆AM - ∆QT + ∆Y və E + ∆Dig.

Material ehtiyatlarından istifadənin səmərəliliyi ümumi və xüsusi göstəricilər sisteminin köməyilə təhlil edilir.

Ümumi göstəricilərdən biri məhsulun material tutumudur.

MT = MX/MH

Məhsulun material tutumunun amilli təhlil edilməsi üçün aşağıdakı formada analitik cədvəl cədvəl tərtib edilir.


Yüklə 370,62 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin