Magistr dissertasiyasi ixtisasın şifri və adı: 060403-Maliyyə


Təsərrüfat subyektlərinin maliyyəsinin müasir vəziyyəti və maliyyə sistemində yeri



Yüklə 0,74 Mb.
səhifə4/6
tarix26.02.2017
ölçüsü0,74 Mb.
#9864
1   2   3   4   5   6

2.2 Təsərrüfat subyektlərinin maliyyəsinin müasir vəziyyəti və maliyyə sistemində yeri
Bazar iqtisadiyyatı şəraitində mülkiyyətin müxtəlif formaları mövcud olur və yaranır. Məhz bununla əlaqədar olaraq maliyyə münasibətləri yalnız dövlət səviyyəsində deyil, həmçinin müxtəlif mülkiyyət formalı müəssisələr səviyyəsində də baş verir. O ,maliyyə sisteminin tərkib hissəsi olmaqla yanaşı müəssisələrin maliyyəsi ümumi daxili məhsulun yaradılması, bölgüsü və istifadəsi proseslərinin dəyər formasındakı ifadəsini özündə əks etdirir. Maliyyə münasibətləri əsasən məcmu ictimai məhsulun və milli gəlirin yarandığı maddi istehsal sahələrində baş verir. Bir sıra təsərrüfat subyektlərinin maliyyəsi dedikdə müəssisədə gəlirlərin və yığımın yaradılması, ötürülməsi və istifadəsi proseslərində meydana çıxan pul münasibətlərinin məcmusunu ifadə edir və o, geniş təkrar istehsalın fasiləsizliyinin təmin edilməsinin mühüm şərtidir.
Müəssisələrin maliyyəsinin tərifini aşagıdakı kimi nəzərdən keçirsək görərik ki, təsərrüfat subyektlərində pul fondlarının yaradılması və burada yığımlarının formalaşdırılması, onların bölüşdürülməsi və geniş təkrar istehsal xərclərinin maliyyələşdirilməsi hətda belə maliyyə-bank sistemi qarşısında öhdəliklərin yerinə yetirilməsi, işçilərin maddi stimullaşdırılması və sosial təminatı üzrə istifadəsi ilə əlaqədar olaraq yaranan iqtisadi münasibətlər sistemidir.

.
İqtisadi məzmununa görə müəssisələrin maliyyə münasibətlərini aşağıdakı istiqamətlər üzrə sistemləşdirmək olar.

•Müəssisənin təsisçiləri arasında - nizamnamə kapitalının yaradılması onunla əlaqədar olan maliyyə münasibətləri

•Müəssisə idarə və təşkilatlar arasında - məhsulun istehsalı və satışı ilə əlaqədar olan maliyyə münasibətləri.

•Müəssisə və onun ayrı - ayrı bölmələri - filialları, sexləri, şöbələri arasında xərclərin maliyyələşdirilməsi, mənfəətin bölgüsü və istifadəsi zamanı yaranan maliyyəmünasibətləri

•Müəssisə və işçilər arasında - gəlirlərin byenidən ölgüsü və düzgün istifadəsi, müəssisələrin səhm və istiqrazlarının alışı və yerləşdirilməsi, istiqrazlar üzrə faizlərin və dividentlərin ödənişi fiziki şəxslərdən gəlir vergisi tutulan zaman yaranan maliyyə münasibətləri•Müəssisələr və yuxarı təşkilatlar, müəssisələr və onların üzv olduqları ittifaq assosiasiyaları arasında yaranan maliyyə münasibətləri
Maliyyə münasibətləri mərkəzləşdirilmiş məqsədli pul fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsi, məqsədli proqramların maliyyələşdirilməsi, elmi tədqiqat işlərinin aparılması, qaytarılmaq şərti ilə verilən maliyyə yardımları zamanı təzahür edir.
•Kommersiya müəssisə və təşkilatlar arasında - qiymətli kağızların yerləşdirilməsi və emissiyası qarşılıqlı kreditləşdirmə, birgə müəssisələrin yaradılmasındakı pay iştirakı ilə əlaqədar yaranan maliyyə münasibətləri

•Müəssisələr və dövlət maliyyə sistemi arasında vergilərin ödənilməsi və büdcəyə digər ödənişlərin həyata keçirilməsində, büdcədənkənar fondların yaradılmasında, vergi güzəştləri, cərimə sanksiyaları tətbiq edilərkən yaranan maliyyə münasibətləri.
•Müəssisə və bank sistemi arasında - kommersiya banklarında pulların saxlanması, ssuda alınması və ödənilməsi zamanı bank kreditlərinə görə faizlərin ödənilməsi, digər bank xidmətləri zamanı yaranan maliyyə münasibətləri.
•Müəssisələr və sığorta təşkilatları arasında - əmlakın sığortalanması zamanı ayrı - ayrı işçi kateqoriyaların, kommersiya sahibkarlıq risklərinin sığortalanması zamanı yaranan maliyyə münasibətləri.
•Müəssisələr və investisiyalar arasında - özəlləşdirmə və investisiya fəaliyyəti ilə bağlı o

həyata keçirilən zaman yaranan maliyyə münasibətləri

Müəssisənin (təşkilatın) maliyyəsiümümilikdə maliyyə sisteminin əsas həlqəsidir.

İctimai istehsal sferasına xidmətetmə xüsusiyyətinə görə maddi istehsal sahələrinin müəssisələrinin maliyyəsi və qeyri-istehsal sahələri təşkilatlarının maliyyəsi bir-birindən fərqlənir. Mülkiyyət formasından asılı olaraq müəssisənin maliyyəsi dövlət müəssisəsinin maliyyəsi və qeyri-dövlət müəssisələrinin (xüsusi kooperativ, birgə müəssisələr) maliyyəsinə bölünür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən təşkilati-hüquqi əlamətlərinə görə müəssisə və təşkilatlar kommersiya və qeyri-kommersiya təşkilatlarına ayrılır. Kommersiya təşkilatlrının təşkilatı-hüquqi formalarıSxem 7-də göstərilir.

Müəssisələrin maliyyəsi ümumdövlət məqsədlərinə və müəssisələrin öz xərclərinin maliyyələşdirilməsi, pul foodlarının və yığımlarının formalaşması,bölüşdürülməsi və istifadəsiiləəlaqədar meydana çıxan iqtısadi münasibətlərsisteminin məcmusunu ifadə edir.Müəssisənin maliyyəsi - iqtisadibazisintərkibinə daxil olan iqtisadi kateqoriyadır.

Sxem(6)Kommersiya təşkilatları və müəssisələri

Unitar dövlət müəssisələri

Bələdiyyə müəssisələri

Məhdud məsuliyyətli cəmiyyətlər

Qeyri-dövlət kommersiya təşkilatları(kooperasiyalar)

Dövlət müəssisələri

Digər təşkilatlar

Təsərrüfatçılıq etmək hüququna əsaslanan müəssisələr 

 

 

Dövlət müəssisələri



 

 

 



Təsərrüfat ortaqlıqları cəmiyyətləri 

İstehsal(istehlak) kooperativləri

Qapalı səhmdar cəmiyyəti 

 

 



Tam ortaqlıq

 

Təsərrüfat ortaqlığı



Açıq səhmdar cəmiyyəti

Əlavə məsuliyyətli cəmiyyətlər

Təsərrüfat cəmiyyətləri

Kommandit ortaqlığı

 

Sxem 6 .Kommersiya təşkilatlarının təşkilati-hüquqi formaları


Maddi istehsal sferası müəssisənin maliyyəsinin aşağıdakı pul münasibətlərini özündə əks etdirir:

-Müəssisə və təşkilatlar arasında göndərilmiş məhsulların, xammalın, materialların, yerinə yetirilmiş işlərin, göstərilən xidmətlərin və s. dəyərinin ödənilməsi və, qiymətli kağızların alqı-satqısı zamanı yaranan münasibətlər;

-müəssisə və təşkilatlarla onun işçi kollektivi arasında əmək haqqı, mükafat, müavinət və s. ödənildikdə;

-müəssisə və təşkilatlarla dövlət arasında büdcəyə vergi ödənildikdə,büdcədən təxsisat aldıqda;

-müəssisə və təşkilatlarla büdcədənkənar dövlət fondlan arasmda bü fondlara haqlar ödənildikdə;

-müəssisə və təşkilatalarla banklar arasında kredit aldıqda və kredit qaytarıldıqda, faizlər ödənildikdə, banklara müəvəqqəti azad pııl vəsäıtlärini depozitə verdikdə;

-müəssisə ilə baş idarə arasında sahədaxili yenidənbölüşdürmə çərçivə- sində baş verən münasibətiər (təsərrüfatdaxili ayırmalar və kreditin almmäsı);



-müəssisə ilə sığorta şirkətləri arasmda əmlak, sahibkar riski və s. sığor- talandıqda;

-müəssisələr ilə tikinti-layihə təşkilatları arasmda investisiya layihələri həyata keçirildiyi zaman.

Bütün bu münasibətlərdən aydın olur ki, təsərrüfat subyektlərininmaliyyəsinin zəruriliyi əmtəə-pul münasibətlərinin mövcudluğu və dəyər qanununun fəaliyyəti ilə sıx surətdə əlaqədardır.

Maliyyənin mahiyyəti onun funksiyalarmda təzahür edir. Müəssisələrin maliyyəsi iki funksiyanı - bölüşdürücü və nəzarət funksiyasını yerinə yetirir.

Müəssisənin maliyyəsinin bölüşdürücü funksiyası vasitəsilə ictimai məhsulun, ümumi gəlirin, müəssisənin sərəncamında qalan mənfəətin bölgüsü, məqsədli pul fondlarının, əsas və dövriyyə vəsaitlərinin, amortizasiya fondunun yaradılması və istifadəsi həyata keçirilir.

Müəssisənin maliyyəsinin nəzarət funksiyası gəlirlərin formalaşdırılmasına, müəssisəiərin məsrəflərinə, pul fondlarmm səmərəli istifadə edilməsinə, büdcəyə vergilərin ödənilməsinə, büdcədənkənar sosial fondlara ayırmalara nəzarət edilməsində təzahür edir. Maliyyə nəzarəti pul fondlannm məqsədii təyinatı üzrə istifadəsi prosesində həyata keçirilir.

Maliyyə münasibətlərinin subyektləri maliyyə sisteminin normal fəaliyyətində mühüm rol oynayır.

Bazar iqtisadiyyatı şəraitində kommersiya fəaliyyəti göstərən təsərrüfat subyektlərinin maliyyəsi bütün maliyyə sisteminin maddi bazasını təşkil edir.

Ölkədəki iqtisadi sistemin maddi bazasının təsərrüfat subyekti ( hüquqi şəxslər) təşkil edir.

Təsərrüfat subyekti daxildir:

- Əmlakа;

- sərbəst balansa ;

- dövlət qeydiyyatından keçməlidir;

- Nizamnaməyə malik olmalıdır.

Мülkiyyət formalarına görə təsərrüfat subyektlərinin sxemi.

Sxem 7-də göstərilmişdir.


Səhmdar əməliyyatları (açıq və qapalı tipli)

Тam yoldaşlıqlar

Тəsərüffat yoldaşlıqları
Тəsərrüfat subyektləri

(müəssisə və korparasiyalar)

Тəsərüffat əməliyyatları

Istehsal koparativləri

Dövlət və unitar müəssisələr

Korporativ strukturlar


Sənaye –maliyyə qrupları

Мəhdud məsuliyyətli əməliyyatlar


Əlave məsuliyyətli əməliyyatlar


Sxem 7. Təsərrüfat subyektləri
Коmmersiya fəaliyyəti ilə əlaqədar pul münasibətləri müəssisəninfəaliyyətinin bütün istiqamətlərində baş verir:

- mal göndərilməsi;

- хаmmalın alınması;

- verilənlərin yönəlməsi;

- kreditin alınması və silinməsi;

- kredit üçün faizlərin yönləndirilməsi və s

Bütün maliyyə münasibətləri müəssisənin maliyyə sistemi çərçivəsində baş verir.

Мцяссисянин малиййя-тясяррцфат фяалиййятиин ян ясас компонентини пул мцнасибятляри тяшкил едир.Тясяррцфат субйектляриндя мейдана чыхан бцтцн пул мцнасибятляринин мяcмуу мцяссися малиййясинин мащиййятини тяшкил едир.
Игтисади категорийа кими мцяссися малиййяси малиййя (пул) мцнасибятляри системидир.(Sxem 9)
Мцяссисядя малиййя мцнасибятляри ясас вя дювриййя капиталынын, пул вясаити фондларынын формалашмасы вя истифадяси просесляриндя мейдана чыхыр.
Пул вясаитинин щярякяти иля муяссисядя низамнамя капиталынын формалашмасы, вясаитин дювриййясинин башланмасы вя баша чатмасы, мцхтялиф пул фондларынын формалашмасы вя истифадяси мцшайiят олунур.
Мцяссисялярин тясяррцфат фяалиййяти просесиндя бир сыра пул хярcляри баш верир.
Сащибкарлыг фяалиййяти эюстярян мцяссисялярин хярcляри мянфяятин алынмасы вя алынмамасы иля ялагядар олан вя мяcбури хярcлярдян ибарятдир.
Мянфяятин алынмасы иля ялагядар хярcляр (Ы груп) мцяссисянин ясас иш фяалиййяти, йяни мящсул истещсалы (хидмят эюстярилмяси, ишин йериня йетирилмяси) вя сатышы иля ялагядар хярcлярдян ибарятдир.
Мцяссисялярдя мянфяятин алынмамасы иля ялагядар хярcляр (ЫЫ груп) щуманитар мягсядляря йюнялдилян хярcлярдян, ишчиляря верилян щявясляндириcи юдянишлярдян, сосиал – мядяни сферанын инкишафына айырмалардан вя с. хярcлярдян ибарятдир.

Мцяссисялярдя хярcлярин цчцнcц групуна мяcбури хярcляр, йяни верэиляр вя верэи юдянишляри; ДСМФ айырмалар; мяcбури сыьорта хярcляри, ещтийатларын тяшкили; cяримяляр вя с. дахилдир.

Мцяссисянин бцтцн хярcляри тяйинатына эюря ашаьыдакы истигамятлярдя формалашдырылыр:

- истещсал фондларынын тякрар истещсалы иля ялагядар хярcляр;

- мцяссисянин ясас иш фяалиййяти иля ялагядар хярcляр;

- сосиал – мядяни тядбирляр иля ялагядар хярcляр




Мцяссисянин пул фондлары






Низамнамя капиталы




Ялавя капитал




Ещтийат капиталы




Йыьым фонду




Истещлак фонду




Валйута фонду




Ясас вя дювриййя капиталы




Ямлакын дяйяринин артмасы;емиссийа эялири;явязсиз алынмыш материал вя пул




Мцяссисянин сярянжамында галан мянфяят щесабына




мцяссисянин сярянжамында галан мянфяятдян айырма амортизасийа айырмалары вя с.




Мцяссисянин сярянжамында галан мянфяятдян айырма




Ихраж едилян малларын сатышындан дахил олан валйута щесабына

Sxem 8. Мцяссисянин пул фондлары

Истещсал фондларынын (ясас вя дювриййя капиталы) тякрар истещсалы иля ялагядар хярcляр мцяссисянин хцсуси вясаитляри, ясас иш фяалиййяти иля (мящсул истещсалы вя сатышы) ялагядар хярcляри мящсул сатышындан ялдя едилян эялир вя сосиал – мядяни тядбирлярин щяйата кечирилмяси иля ялагядар хярcляр ися мцяссисянин мянфяяти щесабына малиййяляшдирилир.

Мцяссисянин хярcляриндя дя мящсулун майа дяйярини мцяййян едян хярcляр, йяни мящсул истещсалы вя сатышы иля ялагядар хярcляр ясас йер тутур. Бу хярcляря материал, ямяйин юдянилмяси, долайы вя с. хярcляр дахилдир.

Мцяссисяляр юз игтисади фяалиййятляри нятижясиндя эялир ялдя едирляр. Онларын эялири ашаьыдакы истигамятлярдя формалашыр:

- фяалиййятин ады нювцндян;

- саир ямялиййатлардан;

- сатышданкянар ямялиййатлардан;

- саир фювгяладя эялирляр.

Фяалиййятин ады нювцндян эялирляря мящсул сатышындан (ишин йериня йетирилмяси вя хидмятлярин эюстярилмясиндян) эялирляр аиддир.

Мцяссисянин эялирляри онун фяалиййятинин истигамятляриндян асылы олараг тяснифляшдирилир.(Sxem 9.)Тяснифляшдирмяйя эюря эялирляр айрылыр:

- ясас фяалиййятдян (ади) эялирляр;

- инвестисийа фяалиййятиндян эялирляр;

- малиййя фяалиййятиндян эялирляр;

Ясас фяалиййятдян эялир – мящсул (иш, хидмят) сатышындан эялирдян ибарятдир.

Инвестисийа фяалиййятиндян эялиря ися дювриййядянкянар активлярин, гиймятли каьызларын вя с. сатышындан эялирляр дахилдир.

Мцяссисянин сящм вя истигразларынын инвесторлар арасында йерляшдирилмясиндян ялдя олунан эялирляр малиййя фяалиййятдян эялирляря аиддир.

Мцяссисянин бцтцн истигамятлярдя ялдя етдийи цмуми эялирин тяркибиндя мящсул (иш,хидмят) сатышындан эялир бюйцк хцсуси чякини тяшкил едир. Мящсул сатышындан эялир сатылмыш вя дяйяри алыcылар тяряфиндян юдянилян маллар цчцн мцяссисянин щесабына дахил олан пул вясаитинин мябляьини эюстярир.



Мüəssisənin gəlirinin formalaşması istiqamətləri



Əsas fəaliyyət




İnvestisiya fəaliyyəti




Maliyyə fəaliyyəti



Iş və ya xidmətlərdən daxil olan gəlir




Dövriyyədənkənar aktivlərinvə qiymətli kağızların satışından gəlir




İnvestorlar arasinda səhm və isteqrazlardan gələn gəlir

Sxem 9. Müəsssisənin gəlirinin tərkibi


Qeyri-kommersiya təşkilatlarının kommersiya təşkilatlarından köklü fərqləri vardır.Qeyri-kommersiya təşkilatlarının xüsusiyyətləri hər şeydən əvvəl onların fəaliyyətinin məqsədindən və pul resurslarının formalaşmasından ibarətdir. Qeyri-kommersiya təşkilatlarının fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçılar arasında bölüşdürülməyən qurumlardır.

Hüquqi şəxslər olan qeyri-kommersiya qurumlarına birliklər, dini təşkilatlar, fondlar, idarələr, xeyriyyə təşkilatları (birlikləri), hüquqi şəxslərin ittifaqları və habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradılan təşkilatlar aiddir.

Qeyri-kommersiya təşkilatları sosial, mədəni, təhsil, elmi və idarəetmə məqsədləri üçün, habelə vətəndaşların sağlamlığının qorunması, bədən tərbiyəsinin və idmanın inkişafı, vətəndaşların mənəvi və digər qeyri-maddi tələbatlarının ödənilməsi məqsədilə də yaradılır.

Qeyri-kommersiya təşkilatları sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya təşkilatları təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.

Qeyri-kommersiya təşkilatlarının pul vəsaitləri və digər əmlaklarının formalaşmasının mənbəyi aşağıdakılardır:

-təsisçilərdən (iştirakçılardan, üzvlərdən) təsis sənədləri ilə müəyyən edilmiş daxilolmalar;

-könüllü haqlar və ianələr;

-əmtəələrin, işin və xidmətin satışından daxilolmalar;

-səhm, istiqraz və digər qiymətli kağızlar və əmanətlər üzrə dividendlər;

-qeyri-kommersiya təşkilatlarının mülkiyyətindən əldə edilən gəlirlər;

-qanunla təhkim edilməmiş digər daxilolmalar.

Qeyri-kommersiya təşkilatlarında mənfəət olmadıqda onun maliyyələşdirilməsini iştirakçılar (təsisçilər) ya da digər mülkiyyətçilər həyata keçirirlər. Qeyri-kommersiya təşkilatlarınm maliyyə təsərrüfatnın təşkili xüsusiyyətləri AR-nın Mülki Məcəlləsi ilə (Fəsil III, 3) və digər qanunvericiliklə müəyyənləşdirilir.



FƏSİL 3. Müasir dövrdə maliyyə sisteminin təkmilləşdirilməsi istiqamətləri
3.1 Maliyyə sistemində bazar münasibətlərinin dərinləşdirilməsi üzrə islahatların istiqamətləri
Maliyyə sisteminin meydana gəlməsi və yenidən inkişaf etməsi üzrə kompleks şəkildə həyata keçirilən tədbirlər sistemi vasitəsilə aparılan islahatlar kapital yığımına həmçinin iqtisadiyyatın real sektoruna investisiya qoyuluşları üçün əlverişli şərait yarada bilər. İqtisadiyyatda baş verən təkrar istehsal prosesinin fasiləsiz hərəkətini təmin etməkdən ötrü bütöv həcmli investisiyalaşdırmanın həyata keçirilməsi düzgün şəkildə olmalı və bu optimal bölüşdürməni təmin edən investisiya siyasəti işlənib hazırlanmalıdır. Bunun əsas göstəricilərindən biri olan iqtisadiyyatın real sektoruna investisiyaların cəlb olunması üzrə kompleks tədbirlərin həyata keçirilməsi təşkil olunmalıdır..

Maliyyə sisteminin indiki və gələcək inkişafı həmişə özünün təsirini sənayedə, kənd təsərrüfatında habelə tikintidə və xalq təsərrüfatının müxtəlif sahələrində o cümlədən texnologiyaların təkmilləşdirilməsi və onların artım templərinin yüksəlməsinin stimullaşdırılması proseslərində özünü biruzə verir. Maliyyə, və maliyyə sistemi digər bir baxımdan cəmiyyətin əsas məhsuldar qüvvəsi sayılan işçilərin formalaşdırılmasında və onların ixtisaslarının artırılmasında da aparıcı rol oynayır.. Bu proses öz əksini kadrların hazırlanması proseslərinin baş verməsi zamanı və onların fəaliyyət mexanizimlərinin maliyyələşdirilməsinin təmin edilməsi həmçinin sosial, tibbi və pensiya təminatının atırılmasında öz əksini tapır. Bir sıra bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, maliyyənin qurulmasının və onun inkişafının əsas tendensiyalarını bir-birindən ayırmaq olar yəni buna imkanın olduğunu vurğulayır. Qeyd edək ki, keçid şəraitində maliyyə və maliyyə münasibətlərinin inkişafının ümumi istiqamətlərinə başlıca olaraq maliyyədən istifadəyə klassik yanaşmanın formalaşdırılması həmçinin əhali qruplarının maraqlarının qorunması kimi sosial müdafiəsi daxildir.



Müşahidələr göstərir ki, ayrı-ayrı təsərrüfat subyektlərinin, iqtisadi sahələrin maliyyə sistemləri, ümumi oxşarlıqlarla yanaşı, müəyyən fərqliliklərə də malikdir. Konkret olaraq və maliyyə sisteminin təsiri bir sıra sahələrdə məsələn sənayedə, kənd təsərrüfatında o cümlədən tikintidə və iqtisadiyyatın digər sahələrində texnologiyaların təkmilləşdirilməsi və artım templərinin sürətlənməsi, bu istiqamətdə stimullaşdırıcı addımların atılması kimi proseslərində özünü göstərir. Maliyyə, həmçinin, cəmiyyətin əsas məhsuldar qüvvəsi olan işçilərin (kadrların) formalaşdırılmasında və ixtisaslarının artırılmasında da fəal iştirak edir. Bu iştirak, öz əksini kadrların hazırlanması proseslərinin təkmilləşdirilməsi və onların fəaliyyətlərinin maliyyələşdirilməsinin təmin edilməsi, sosial, tibbi və pensiya təminatının artırılması və s. kimi məsələlərdə tapır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, maliyyənin qurulmasının və inkişafının əsas tendensiyaları biri-birindən fərqlənir. Konkret olaraq isə, maliyyə münasibətlərinin inkişafının ümumi istiqamətlərinə, ilk növbədə maliyyədən istifadəyə klassik yanaşmanın formalaşdırılması, əhali qruplarının maraqlarının qorunması kimi sosial müdafiə tədbirləri aiddir. Maliyyə sisteminin inkişafının digər istiqamətlərinə yeni büdcə sisteminin yaradılmasında əks olunan maliyyə mərkəzləşdirilməsini aid etmək olar.

Maliyyə münasibətlərinin təsiri ilə daha bir inkişaf tendensiyası isə öz əksini iqtisadiyyatın dövlət və özəl bölmələrinin inkişafı nəticəsində müəssisə maliyyəsinin formalaşdırılması prosesində göstərir. Müasir dövrdə respublikamızın ictimai həyatında baş verən yüksək səviyyədəki inkişaf və yenidənqurma prosesləri sosial dəyişikliklərdə maliyyə sisteminin rolunu daha da yüksəltmişdir. Belə ki, maliyyə sistemində uğurların təmin edilmədiyi bir halda bütün digər radikal islahatların uğurlu nəticə verməsi qeyri-mümkündür. Bu həm də ondan irəli gəlir ki, istənilən sahədə uğur əldə etməyin başlıca şərtlərindən biri, lazımi maliyyə təminatının olmasıdır. Ona görə də bu təminata dəstək verən normal və təkmil, uğurla fəaliyyət göstərən maliyyə sistemi olmadan, proqnoz-laşdırılan nəticələrin əldə olunması çox çətindir. Eyni zamanda, sosial-iqtisadi uğurların əldə edilməsində maliyyə sistemi nə qədər mühüm rol oynayırsa, bu sistemin səmərəli şəkildə tənzimlənməsi də o qədər əhəmiyyətə malikdir. Bu da təbiidir, ona görə ki, hər bir sahədə və ya sistemdə səmərəli tənzimləmə, uğurlu nəticənin əsas təminatçılarından biridir. Bu baxımdan da, maliyyə tənzimlənməsi də maliyyə sisteminin mühüm tərkib hissəsi kimi, bu sistemin uğurlu nəticələr əldə etməsinin zəruri şərtlərindən biridir Araşdırmalar göstərir ki, maliyyə tənzimlənməsi mexanizmləri arasında əsas yer vergilərə və büdcəyə məxsusdur. Vergilər vasitəsilə rentabelliyin səviyyəsi və müəssisələrin sərəncamında qalan pul yığımlarının həcmi tənzimlənir. Belə ki, qanunda nəzərdə tutulduğu kimi, müəssisələrin pul yığımlarının bir hissəsi, dövlət tərəfindən büdcəyə cəlb edilərək, bu vəsaitləri istehsalın səmərəliliyinin yüksəldilməsi hesabına mənfəətin yeni artım ehtiyatlarını axtarmağa sərf edir. Bazar münasibətlərinə keçidlə əlaqədar olaraq müəssisələrin gəlirlərinin tutulmasının bu metodu geniş yayılmışdır. Eyni zamanda, vergi mexanizmindən istifadə etməklə müəssisələrin vergiyə cəlb edilməsinin yüksək səviyyəsi onların maliyyə imkanlarını məhdudlaşdırır. Vergi növlərinin və onların hesablanması şərtlərinin tez-tez dəyişdirilməsi isə vergi ödəyicilərində inamsızlıq yaratmağa, vergi güzəştlərinin təsirinin zəifləməsinə və investisiya cəlbediciliyinə mənfi təsirlərə səbəb ola bilər. Bu baxımdan da, özəl təsərrüfat subyektlərinin inkişafına əsaslanan müasir bazar münasibətləri şəraitində vergi tənzimləmələrinə, həm də stimullaşdırıcı bir amil kimi yanaşmaq lazımdır. Yəni, vergilər yalnız təsərrüfat subyektlərinin əldə etdiyi mənfəətin bir hissəsini dövlət büdcəsinə cəlb etməklə kifayətlənməməli, həm də milli iqtisadiyyatın daha çox inkişafa ehtiyacı olan sahələrinin tərəqqisini stimullaşdırmalıdır. Nəzərə alsaq ki, bazar münasibətləri şəraitində dövlətin iqtisadi proseslərə müdaxiləsi, yalnız qeyd edilən tənzimləyici funksiyalarla reallaşır, onda dövlət də bu funksiyalarından həm tənzimləyici, həm də stimullaşdırıcı məqsədlərlə istifadə etməlidir. Bu həm də, ondan irəli gəlir ki, bazar iqtisadiyyatının səmərəli fəaliyyətinin, əsas şərti olan müəssisələr arasında rəqabət problemi maliyyə mexanizmlərindən geniş istifadə etməklə təmin edilə bilər. Kiçik müəssisələrin güzəştli şərtlərlə vergiyə cəlb edilməsi də, öz növbəsində istehsalın inhisarsızlaşmasına və sağlam rəqabətin inkişafına şərait yarada bilər. Ümumilikdə, dövlətin maliyyə strategiyası dövlətin və müəssisələrin səmərəli maliyyə münasibətlərinin formalaşdırılmasının zəruriliyi nöqteyi-nəzərindən çıxış etməlidir. Dövlətin büdcə öhdəliklərinin yerinə yetirilməsi prinsiplərinin reallaşdırılması üçün lazımi şəraitin yaradılması zəruridir. İnflyasiyanın azaldılması sxemindən tədricən müxtəlif mülkiyyətli təşkilatlarda kapital yığımına şəraitin yaradılmasına keçilməlidir.

Maliyyə sistemində investisiyaların cəlb edilməsi siyasəti, eyni zamanda kapitalın yenidən bölüşdürülməsi kanallarının, həmçinin investisiya resurslarının hərəkəti üzərində nəzarət sisteminin yaradılmasını təmin etməlidir ki, bu da rəqabət qabiliyyətli ixrac məhsullarının istehsalı ilə məşğul olacaq sahələrin investisiyalaşdırılması, dövlət investisiya proqramlarının maliyyələşdirilməsi, kapital qoyuluşu üçün əlverişli investisiya mühitinin yaradılması kimi istiqamətləri əhatə edir. Adətən, investisiyaların cəlb edilməsi siyasətinin obyekti kimi daxili və xarici kapital çıxış edir. Bu sahədə müsbət nəticələrin əldə edilməsi və makro səviyyədə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün uyğun infrastruktur təminatının yaradılması məqsədə müvafiqdir. Kapitalın investisiya fəaliyyətinə cəlb edilməsi üçün investisiya institutları sistemi - özündə bazar özünü tənzimləməsini və dövlət tənzimləməsini birləşdirən idxal-ixrac bankları formalaşdırılmalıdır. Bu bankların formalaşdırılması konsepsiyası onun tərəfindən strateji əhəmiyyətli mühüm obyektlərin uzunmüddətli investisiyalaşdırılması üzrə ixtisaslaşmasına, bu obyektlərin beynəlxalq maliyyə təşkilatlarının digər iri beynəlxalq bankların maliyyə resursları hesabına kreditləşdirilməsinə əsaslanmalıdır.

Maliyyə sisteminin təkmilləşdirilməsi büdcə və büdcə sisteminin yenidən baxılmasına və qurulmasına böyük ehtiyacın olduğunu göstərir. Bunun üçün bir sıra tədbirlər görülür. Bu tədbirlər aşağıdakı istiqamətlərdə aparılır:


  • dövlət borcunun maliyyələşdirilməsi mexanizminin yenidən qurulması;

  • büdcə vəsaitlərindən istifadə həmçinin onun düzgün şəkildə istifadəsinin səmərəliliyinin yüksəldilməsinə yeni yanaşma metodlarının müəyyən olunması ;

  • büdcə sisteminin bütün həlqələri arasında habelə büdcələrarası münasibətlərdə yeni mexanizmin tətbiq edilməsi və istifadə edilməsi;

  • büdcə prosesinin təşkili zamanı ardıcıl olaraq səmərəli dəyişikliklərin həyata keçirilməsi.

Hər bir ölkənin maliyyə strategiyası dövlətin özünün və onun müəssisələrin səmərəli şəkildə maliyyə münasibətlərinin formalaşdırılmasının zəruriliyi nöqteyi-baxımından çıxış etməlidir. Həmçinin də hər bir ölkə şəxsi büdcə öhdəliklərini yerinə yetirmə prinsipini reallaşdırmalı və bunun üçün lazımi şəraiti yaratmalıdır. Bu zaman İnflyasiyanın azaldılması sxemindən tədricən zamanla müxtəlif mülkiyyətli təşkilatlarda, idarə və müəssisələrdə kapital yığımına şəraitin yaradılmasına keçilməlidir. Bu məqsədlə dövlət özünün zəruri kredit resurslarını formalaşdırmalı, dövlət bölməsi və dövlət kapitalına münasibətdə şəxsi iqtisadi təhlükəsizlik prinsipinə əsaslanmalıdır.

Həm daxili həm də xarici dövlət borclarının ödənilməsi nəticəsində yarana biləcək büdcə kəsiri zamanı bu büdcə kəsirinin maliyyələşdirilməsi mexanizmində və siyasətində aşağıdakı istiqamətlərin müəyyən olunması məqsədə uyğun hesab olunur.



  • maliyyə axınlarının məqsədli şəkildə istiqamətlərinin mühüm, strateji cəhətdən vacib dövlət proqramlarının maliyyələşdirilməsi;

  • Yarana biləcək büdcə kəsirinin maliyyələşdirilməsi üçün mərkəzləşdirilmiş vəsaitlərin cəlb olunması mexanizminin dəyişdirilməsi;

  • büdcənin birbaşa daxili kreditləşdirilməsi hesabına dövlət borcunun idarə olunması xərclərinin minimuma çatdırılması;

  • dövlət əhəmiyyətli investisiya layihələrinin maliyyələşdirilməsi;

  • büdcə-kredit və məqsədli kredit axınlarının güclənməsi məqsədiylə sisteminin işlənib hazırlanması;

  • vergiyə cəlb edilmə üzərində nəzarətin gücləndirilməsi;

  • iqtisadiyyatın real sektoru üçün vergi yükünün minimuma çatdırılması ;

  • vergi hesabatlarının və vergi qanunvericiliyinin standartlara uyğunlaşdırılması;

  • qeyri-rezidentlərin vergiyə cəlb olunma sisteminin beynəlxalq vergiyənormalarına cəlb olunma prinsiplərinə uyğunlaşdırılması;

Büdcə vəsaitlərindən səmərəli istifadənin və səmərəliliyin yüksəldilməsi ölkə tərəfindən qəbul edilən həm sosial həm də iqtisadi proqramlar üzrə ayrı-ayrı parametrlər baxımından deyil, bütövlükdə müəyyən nəticələrə nail olmaq üçün real gəlirlərin planlaşdırılmasında habelə büdcənin xərclər hissəsinin əsaslandırılmasında yeni yanaşmaların tətbiq edilməsini tələb edir. Bütün bunlarla yanaşı əhalinin sosial müdafiəsinin təminatı baxımından dövlətin apardığı ardıcıl siyasət nəticəsində böyük işlər görülmüşdür və bu işlər davam etdirilir. Lakin bəzi hallarda büdcə vəsaitlərinin məhdudluğu üzündən büdcə siyasəti konsepsiyasına sosial yardımın diferensasiyası prinsipinin əlavə edilməsini də tələb edir.

Müstəqillik əldə etdikdən sonra ölkədə formalaşan yeni bazar münasibətləri şəraitində maliyyə sisteminin konkret sosial-iqtisadi problemlərin həllinə yönəldilməsi hökumətin qarşısında duran mühüm vəzifələrdən birinə çevrildi. Bu vəzifələrin həyata keçirilməsi məqsədilə siyasi və iqtisadi sabitliyin bərqərar olduğu 90-cı illərin ortalarından başlayaraq dövlət proqramlarından istifadə olunmağa başlandı.

Hazırda, Azərbaycan Respublikasında formalaşmış büdcə siyasəti dövlətin iqtisadi-sosial inkişaf konsepsiyası, “2008-2015-ci illəri əhatə edən Azərbaycan Respublikasında yoxsulluğun minimum həddə çatdırılması və davamlı olaraq inkişaf Dövlət Proqramı (YADİDP)”, habelə “Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişaf Dövlət Proqramı” və ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafını təmin edən digər məqsədli dövlət proqramlarının həyata keçirilməsinə xidmət edir.

Dövlət proqramlarından istifadə edilməsi istiqamətində nail olunmuş inkişafla yanaşı bir sıra çatışmazlıqlar da qalmaqdadır. Bunların aradan qaldırılması istiqamətində mühüm dövlət sənədi kimi “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” 31 may 2005-ci il tarixli fərmanı qeyd etmək zəruridir. Fərmanda büdcə siyasəti ilə bağlı vacib müddəalar öz əksini tapmışdır. Bu, ölkənin iqtisadi və sosial inkişaf gös-təriciləri ilə dövlət büdcəsi arasında sıx əlaqəni təmin etmək məqsədi ilə büdcənin məqsədli proqramlar əsasında tərtibinə nail ol-maq üçün zəruri tədbirlərin görülməsi, büdcənin icrası prosesində bu proqramlarda müəyyən olunmuş hədəflərin yerinə yetirilməsinə nəzarət, həmçinin büdcənin icrası barədə hesabata həmin proqramların icrası barədə hesabatlarla birgə baxılmasıdır.

Yuxarıda sadalanan tədbirlərin reallaşdırılması, dövlət büdcəsi xərclərinin əsaslandırılmasının nəzəri və metodoloji aspektlərinin təkmilləşdirilməsi, digər tərəfdən məqsədli proqramların orta müddətli büdcə planlaşdırılması ilə əlaqələndirilməsi və proqramlar çərçivəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin qiymətləndirilməsinin zəruriliyi əsaslandırılmışdır.

Respublikamızın inkişafında ölkənin maliyyə sisteminin əsas dayağı olan və onu iqtisadi, sosial və siyasi funksiyaların yerinə yetirilməsi üçün pul vəsaitləri ilə təmin edən dövlət büdcəsi gəlirlərinin rolu böyükdür. Qeyd etmək lazımdır ki, iqtisadi inkişafın təsir gücü dövlətin dövlətçilik siyasətindən başlayaraq, idarəçilik siyasəti və maliyyə siyasəti də daxil olmaqla tətbiq olunma mexanizmindən xeyli asılıdır. Belə ki, bu istiqamətdə maliyyə siyasətinin tərkib hissəsi olan büdcə-vergi siyasətinin tənzimləyici tətbiqi mühüm əhəmiyyət kəsb edir. İslahatların gedişi bu məsələlərin elmi tədqiqindən, nəzəri, metodoloji-praktiki məsələlərinin kompleks həllindən çox asılı olduğunu göstərir. Eyni zamanda son illərdə Azərbaycan iqtisadiyyatının dünyada analoqu olayan sürətli inkişafı, buna müvafiq olaraq büdcə imkanlarının dəfələrlə artması bunlarla əlaqədar problemlərin tədqiqinə, həyata keçirilən islahatlar kontekstində büdcə-vergi siyasətinin həyata keçirilməsinə, onun təkmilləşdirmə istiqamətlərinin müəyyənləşdirilməsinə yeni nəzəri - metodoloji yanaşma tələb edir

Dövlət büdcəsinin müxtəlif proqramlar əsasında formalaşdırılması iqtisadi tarixinin müxtəlif mərhələlərində tədqiqat obyekti olmuşdur. Bu istiqamətdə aparılan tədqiqat işlərinin praktiki əhəmiyyə-tini azaltmadan qeyd etmək lazımdır ki, dövlət büdcəsindən ma-liyyələşdirilən məqsədli sosial-iqtisadi inkişaf proqramlarının for-malaşdırılması problemi ayrıca tədqiqat predmeti olmamışdır.

Qeyd olunanlar tədqiqat mövzusunun seçilməsini, onun məqsəd və vəzifələrinin müəyyənləşdirilməsini şərtləndirmişdir.

Azərbaycan Respublikasında dövlət büdcəsi xərclərinin məqsədli proqramlar əsasında formalaşdırılmasının nəzəri-metodoloji bazasının araşdırılması, mövcud vəziyyətin qiymətləndirilməsi əsasında onun təkmilləşdirilməsinə dair konkret təklif və tövsiyyələrin hazırlanması mühüm məsələlərdən biridir.

İqtisadi nəzəriyyə milli gəlirin bir hissəsinin vergilər şəklində büdcəyə alınması və bununla da resursların bölgüsünü və bu vəsaitlərin büdcə xərcləri vasitəsilə təkrarən bölüşdürülməsini nəzərdə tutur. Büdcə xərcləri vasitəsilə də dövlət iqtisadi proseslərə təsir edir ki, bu da büdcənin daha çox kəmiyyət amili kimi rolunu göstərir. Lakin, büdcə xərcləri eyni zamanda, bir keyfiyyət elementi rolunu oynayır ki, bu daha çox özünü iki məqamda göstərir. Birinci hal – büdcə xərcləri sonda iqtisadi inkişafı və onun da son nəticəsi olaraq əhalinin maddi rifah halının yaxşılaşdırılmasını şərtləndirir. İkinci hal – büdcə xərcləri ölkənin sosial-iqtisadi hədəfləri ilə uzlaşdırılır ki, bu da resursların hər il rasional bölüşdürülməsini şərtləndirir.

Bir sıra ölkələrdə dövlət xərclərinin səmərəliliyini qiymətləndirmək məqsədilə dövlət büdcəsinin məqsədli proqramlar əsasında formalaşdırılmasının əhəmiyyətliliyi müəyyənləşdirilmişdir. Səmərəliliklə bağlı göstəricilər sisteminin qurulmasında kəmiyyət və keyfiyyət indikatorlarından istifadə olunması məqsədilə, nəzəriyyədə sınaqdan çıxmış indekslərin təhlili, məcmu materialların təhlili və s. metodların tətbiqi məqsədəuyğun hesab edilir. Bu göstəricilərə nəzəriyyədə xüsusilə tədqiq edilən iqtisadi gəlirlilik norması, investisiyaların özünüödəmə müddəti, sosial səmərə, iqtisadi səmərə və s. indikatorların aid olduğu müəyyənləşdirilmişdir.

Büdcə xərclərinin sosial yönümlülüyü ilə yanaşı investisiya yönümlülüyünün və sahibkarlıq sektorunun inkişafının təmin edilməsi, yoxsulluğun azaldılması üçün iqtisadi imkanların yaradılması istiqamətində işlərin aparılması nəticəsində dövlət büdcəsinin xərclərinin 2003-cü ildən hazırkı dövrə qədər əhəmiyyətli şəkildə artdığı müəyyən еdilmişdir.

Büdcə və vergi siyasətinin əsas istiqamətlərindən biri kimi investisiya qoyuluşunun strukturunu daim təkmilləşdirməklə sahibkarlığın regionlar üzrə inkişaf etdirilməsi, həmin vəsaitdən səmərəli istifadəyə nəzarətin gücləndirilməsi tədbirləri müəyyənləşdirilmişdir.

Son illərdə dövlət büdcəsindən yönəldilən investisiya xərcləri istehsal və infrastruktur, sosial, institusional yönümlü layihələrin, həmçinin ərazilərin bərpası, yenidən qurulması və fövqəladə halların aradan qaldırılması üzrə tədbirlərin maliyyələşdirilməsinə yönəldilmişdir.

Büdcə xərclərinin artımının davamı olaraq büdcənin proqramlar əsasında tərtibi və icrası prosesi də sürətlənmişdir.

Son illərdə dövlət büdcəsinin konkret proqramlar əsasında hazırlanmasına baxmayaraq qeyd edilən sənədlərin təsnifatı mövcud olmadığı üçün tədqiqat çərçivəsində dövlət proqramlarının təsnifatı verilmiş və bu əsasda təhlillər aparılmışdır ki, həmin sənədləri aşağıdakı kimi qruplaşdırmaq olar:

Birinci qrupa, əhəmiyyətlilik baxımından konsepsiya, strategiya və milli fəaliyyət planlarını, ikinci qrupa proqramları, üçüncü qrupa isə proqramlara yaxın olan lakin dövlət proqramı statusuna malik olmayan tədbirlər planları aid edilir. Ölkədə qəbul edilən proqramların iki əsas qrupa: kompleks və məqsədli proqramlara bölünməsi qeyd edilir.

Ölkənin sosial-iqtisadi problemlərinin kompleks həllinə yönəlmiş proqramlar bir qayda olaraq, ərazinin, regionun və ümumən, ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı genişmiqyaslı tədbirlər planının işlənib hazırlanmasını nəzərdə tutur. Bura Yoxsullu-ğun Azaldılması və Davamlı İnkişaf Dövlət Proqramı (YADİDP) və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları (RSİİDP) aid edilir. İkinci qrupa aid edilən məqsədli proqramlar konkret istiqaməti əhatə edir və ya konkret problemin həllinə yönəldilir.

Müəyyən edilmişdir ki, kompleks proqramlarda həyata keçiriləcək tədbirlər illər üzrə lazımi şəkildə müəyyənləşdirilmədiyindən onun dövlət büdcəsi ilə birbaşa əlaqəsi çox səthi görünür. Kompleks proqramlaristisna olmaqla onların böyük əksəriyyətinin nəticələri haqqında yekun hesabatlar tərtib edilmir. Bu da təbii ki, proqramlar çərçivəsində dövlət büdcəsindən yönəldilən vəsaitlərin səmərəliliyini qiymətləndirməyə imkan vermir.

Bir qism proqramlar üzrə dövlət büdcəsi tərəfindən yönəldilən vəsaitlərin həcminin göstərilməməsi, son dövrlərdə proqramların strukturunun təkmilləşdirilməsinə baxma-yaraq qeyd olunan tədbirlərin icra mexanizmi ilə bağlı informasiyanın olmaması aşkar edilmiş, ümumiyyətlə, dövlət büdcəsi vasitəsilə maliyyələşməsi nəzərdə tutulan istənilən proqramın hazırlanmasında vahid bir metoddan istifadə edilməməsi, bu əsasda dövlət büdcəsinin məqsədli proqramlar əsasında icrasını təmin etməklə həmin vəsaitlərin daimi monitorinqi və büdcə xərclərinin məqsədli, ünvanlı, səmərəli istifadəsini qiymətləndirməyə imkan verən nəticəyə hədəflənmiş büdcə metodundan istifadəsinin zəruriliyi qeyd edilir.

Dövlət büdcəsinin məqsədli proqramlar əsasında tərtibinin əsas xüsusiyyətlərindən biri kimi müəyyən edilən orta müddətli büdcə planlaşdırılması üçün tətbiq edilən Orta Müddətli Xərclər Sxeminin (OMXS) müəyyənləşdirilməsi yoxsulluğun azaldılması və iqtisadi inkişafda mühüm rol oynayır. OMXS-in təhlili yalnız YADİDP çərçıvəsində baxılan sənəd olduğu üçün onun gələcəkdə reallaşdırılması da şübhə doğurur. Belə ki, YADİDP konkret dövrü əhatə edən proqramdır. Buradan belə nəticəyə gəlmək olar ki, həmin dövr bitdikdən sonra artıq OMXS-ə ehtiyac qalmayacaqdır. Bu isə onun ayrıca sənəd kimi qəbul edilməsinin zəruriliyini göstərir. Yeni OMXS-də təşkilati və sektorial xərc limitləri-nin müəyyənləşdirilməsi, həmçinin bu sənədin borc siyasəti və makroiqtisadi proqnozlarla bağlı olması daha məqsəduyğun olardı.

Ölkə qanunvericiliyində təsbit edilmiş bir sıra norma və normativlərin tədqiqat çərçivəsində təhlili dövlət büdcəsi xərclərinin səmərəli-liyinin real olaraq qiymətləndirilməsi imkanlarının aşağıdakı səbəblərdən mümkün olmadığını göstərir:



  • səmərəliliyin qiymətləndirilməsi məqsədilə bir sıra sahələr üzrə göstəricilərin olmaması;

  • dövlət büdcəsi xərclərinin ayrı-ayrı istiqamətlər üzrə böl-güsünün müxtəlif sənədlərdə olan köhnə norma və normativlər və ya göstəricilər əsasında hazırlanması;

  • təhsil və səhiyyə sahələrini əhatə edən bu qaydaların çoxluğu.

Beləliklə, aparılan təhlillər göstərir ki, mütərəqqi iqtisadi normalara və maliyyə xərcləri normativlərinə, habelə yeni büdcə təsnifatına əsaslanan büdcə planlaşdırılmasının dəqiq və şəffaf mexanizminin hazırlanması dövlət büdcəsinin iqtisadi artımın stimullaşdırılması və ölkə iqtisadiyyatının inkişafının daha mühüm alətinə çevrilməsinə imkan yaratmış olar.

Hazırda sosial-iqtisadi inkişaf strategiyasını ölkədə artıq orta müddətli dövrü əhatə edən iqtisadi-sosial inkişaf konsepsiyası əvəz edir. Paralel olaraq ölkədə “Azərbaycan 2020: gələcəyə baxış” konsepsiyasının hazırlanması ilə bağlı işlər başlanmışdır. Nəzəri cəhətdən əsaslandırılmış planlaşdırma isə dövlətin iqtisadi siyasətilə bağlı prioritetlərini müəyyənləşdirəcəkdir. Yuxarıda qeyd olunan məqamlar nəzərə alınmaqla məqsədli proqramlar əsasında dövlət büdcəsinin icrası zamanı “maliyyə resurslarının maddələr üzrə deyil, proqramlar üzrə icrasının təmin edilməsi”, “büdcə təşkilatlarının səmərəliliyini qiymətləndirmək üçün göstəricilər sisteminin qurulması” kimi prinsiplərin əsas götürülməsi daha məqsəduyğun olardı.

Dövlət büdcəsi xərclərinin məqsədli proqramlar əsasında icrası modelinin Sxem 11-də təqdim edildiyi kimi olması və bu məqsədlə, görüləcək işlərin aşağıdakı mərhələləri əhatə etməsi məqsədəuyğundur.

Qeyd edilir ki, xərclərin məqsədli proqramlarla əlaqələndiril-məsi istiqamətində işlərin təkmilləşdirilməsinin beş mərhələdə aparılması zəruridir.

Birinci mərhələdə,məqsədi dövlət büdcəsi xərclərinin ölkənin sosial-iqtisadi planlarında müəyyən edilən hədəfləri ilə uzlaşdırılması, həmçinin büdcə xərclərinin səmərəliliyinin artırılmasına yönəldilmiş konsepsiya hazırlanr. İkinci mərhələməqsədli proqramlarla orta müddətli büdcə proqnozlarının əlaqələndirilməsini şərtləndir

Nazirlik və strukturların hədəflərinin müəyyənləşdirilməsi

(strateji plan)

Resursların sahələr (misal üçün, səhiyyə, təhsil, müdafiə və s.) və nazirliklər/təşkilatlar üzrə bölgüsü.


Bu bölgü ortamüddətli xərclər çərçivəsi və s. aidiyyətli sənədlərlə birgə hazırlanmalıdır.

Ölkənin sosial-iqtisadi inkişaf strategiyasında müəyyən edilən hədəflər

Nazirlik və strukturların hədəfləri ilə uzlaşan proqramların (həmçinin, dövri planlar) hazırlanması
Qoyulan hədəflərə uyğun proqramların nəticələrini qiymətləndirməyə imkan verən mexanizminhazırlanması

(monitorinq və qiymətləndirmə)

Məqsədli büdcə proqramlarının nazirlik və strukturları üçün hazırlanması.

Məqsədli sosial-iqtisadi inkişaf büdcə proqramlarında qoyulan hədəflərin həmin nazirliklərin məqsəd, vəzifə və missiyası ilə uzlaşması

Sxem 10.Dövlət büdcəsinin məqsədli proqramlar əsasında formalaşdırılması
Üçüncü mərhələnin nəticələrinin ümumiləşdirilməsi və daha çox sayda strukturların bu konsepsiyaya keçməsi, dördüncü mərhələdə“Büdcə sistemi haqqında” qanunun daha təkmil “Büdcə Məcəlləsi” ilə əvəz edilməsi, nəhayət, beşinci mərhələdəbütün dövlət strukturlarının bu konsepsiyadan istifadəyə keçməsinə ehtiyac duyulur.

Makroiqtisadi əsaslar adlanan mərhələdə OMXS-in hazırlanması proseslərinin əsasını qarşıdakı 4 il üçün ölkədə fiskal çərçivəni müəyyən edən proqramın təşkil etməsi, büdcə sahəsində islahatların həyata keçirilməsi adlanan mərhələdə ortamüddətli dövrdə büdcə vəsaitlərinin səmərəli idarə edilməsi ilə bağlı təhlillərin aparılması, büdcə təşkilatları üçün müəyyənləşdirilən xərclər planı mərhələsində isə ölkənin konkret sahələri üzrə siyasətinin prioritetlərini əks etdirən məsələlərin öz əksini tapması göstərilmişdir. Həmçinin, səmərəliliyin qiymətləndirilməsi metodikasının sadə göstəricilərdən istifadə səviyyəsi, kəmiyyət və keyfiyyət göstəriciləri, proses və təşəbbüslərin qiymətləndirilməsi, qiymətləndirmənin prioritet sahələrinin müəyyənləşdirilməsi kimi parametrlərlə xarakterizə olunmasının hesab edilir.

Dövlət büdcəsi xərclərinin məqsədli proqramlar əsasında formalaşdırılması isti-qamətində əldə edilən bəzi nəticə və təkliflər aşağıdakı kimi ümumiləşdirilmişdir:


  • Büdcə resursları ilə sosial-iqtisadi hədəflər arasında əlaqənin qurulması istiqamətində işlərin davamlılığının təmin edilməsi;

  • Büdcənin ölkə iqtisadiyyatına təsirinin qiymətləndirilməsi və bu istiqamətdə büdcə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə “Büdcə sistemi haqqında Qanun”un “Büdcə Məcəlləsi” ilə əvəz edilməsi;

  • Azərbaycan Respublikasında dövlət büdcəsi xərclərinin məqsədli proqramlar əsasında formalaşması prosesinin çevikliyini artırmaq və orta müddətli büdcə planlaşdırılması ilə bağlı işlərin təkmilləşdirilməsi üçün büdcə xərclərinin OMXS ilə əlaqələndirilməsi;

  • OMXS-in tərtibi zamanı qəbul edilmiş “Neft və qaz gəlir-lərinin idarə olunması üzrə uzunmüddətli strategiya”da neft və qaz gəlirlərindən uzunmüddətli istifadə prinsipləri əsas götürülməklə, bunun makroiqtisadi çərçivə ilə uzlaşdırılması;

  • Proqram çərçivəsində xərclənən vəsaitlərin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə göstəricilər sisteminin əsasını təşkil edən meyarların müəyyənləşdirilməsi.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin