M Ü n d ə r I c a t bir neçə söz



Yüklə 3,15 Mb.
səhifə35/35
tarix31.01.2017
ölçüsü3,15 Mb.
#7248
1   ...   27   28   29   30   31   32   33   34   35

Ədəbiyyat

1. Q.Voroşil.Qafqaz Albani


yası. -Bakı, «Öyrətmən», 1993.
2. S.A.Pletneva. Xazarı. -S., 1976.
3. Kalankatuklu Moisey. Albaniya tarixi. -Bakı, «Elm», 1993.
4. Azərbaycan tarixi. -Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
5. Azərbaycan tarixi üzrə qaynaqlar.-Bakı, Azərbaycan Universiteti Nəşriyyatı, 1989.
6. A.S.Sumbatzade.Azerbaydjanüı - gtnoqenez i formirovanie naroda. -Baku, «Glm», 1990.
7. S.Allahverdiyev, Ə.Haqverdiyev. Türk dünyası xalqlarının tarixi. -Bakı, 1996.
8. Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dili tarixi. -1, Bakı, »Maarif», 1979.
9. N.M.Velixanova. İzmenenie istoriçeskoy qeoqrafii Azerbaydjana v rezulğtate arabskoqo zavoevaniə.-Kn.İstoriçeskaə qeoqrafiə Azerbaydjana.-Baku, «Glm», 1987.
10. Azərbaycan tarixi. -Bakı, «Elm», 1993.
11. Abdulla Fazili. Atropatena er.əv. IV - er. VII əsri. Bakı, «Elm», 1992.
12. Z.Buniətov. Azerbaydjan v VII-IX vv. Baku, 1965.
13. Q.A.Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən. -Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
14. İ.Aliev. İstoriə Midii. -Baku, 1960.
15. M.İsmayıl. Azərbaycan tarixi. Bakı, 1997.
16. Tariyel Vəli Nüvədili. Əcdad. -Sietl, BA, ABŞ, 1997.
17. S.Ö.Kasumova. Azerbaydjan v III-VII vv., Baku, 1992.
18. C.Zeynaloğlu. Müxtəsər Azərbaycan tarixi, İstanbul, 1992.
19. S.M.Onullahi. XIII əsrə aid türk dilində yazılı abidə. Dilçilik məsələləri, «Elm», 2000, s.36-44.
20. S.M.Onullahi, A.Q.Həsənov. Səfəvi hökmdarlarının daha iki namə’lum məktubu haqqında. -ADU, Elmi əsərlər, tarix və fəlsəfə seriyası, 1974, 4, s.85.
21. Q.A.Qeybullaev. Gtnoqenez azerbaydjanüev, 1, -Baku, «Glm», 1991.
22. İsa Hüseynov. İdeal. -Bakı, «Yazıçı», 1986.
23. Z.Budaqova,T.Hacıyev. Azərbaycan dili. -Bakı, «Elm», 1992.
24. Ə.Dəmirçizadə. «Kitabi-Dədə Qorqud» dastanlarının dili. -Bakı, APİ nəşri, 1959.
25. Orhan Şaik Gögyay. Dedem Korkudun kitabı. -İstanbul, 1973.
26. Kitabi-Dədə Qorqud. -Bakı, 1988.
27. Kniqa Axmeda ibn Fadlana o eqo puteşestvii na Volqu v 921-922 qq. Xarğkov, 1956.
28. S.N.Kramer. Dve şumerskie gleqii. -İzd. «Vostoçnaə literatura», Moskva, 1960.
29. Q.Kazımov. Qurbani və poetikası. -Bakı, APİ nəşri, 1996.
30. Mahmud Kaşğari. Divanü-lüğat-it-türk, tercümesi. Çeviren Besim Atalay, 3, Ankara, 1941.
31. Q.Kazımov. Dilimiz-tariximiz. -Bakı, «Elm», 1998.
32. T.İ.Hacıyev Dədə Qorqud: dilimiz, düşüncəmiz. -Bakı, «Elm», 1999.
33. H.Mirzəzadə. Azərbaycan dilinin tarixi qrammatikası. -Bakı, 1990.
34. R.Məhərrəmova, M.Cahangirov. Azərbaycan dilinin tarixi sintaksisinə dair materiallar. -Bakı, 1962.
35.Q.Ş.Kazımov. «Kitabi-Dədə Qorqud» və Azərbaycan dilinin inkişaf mərhələləri. «Kitabi-Dədə Qorqud-1300», Elmi-praktik konfransın materialları. - «Naxçıvan» Universiteti, «Ünsiyyət», 2000
36. Q.Ş.Kazımov. Müasir Azərbaycan dili. Sintaksis. -Ali məktəblər üçün dərslik. -Bakı, «Ünsiyyət», 2000.
37. K.Vəliyev. Dastan poetikası. -Bakı, 1986.
38. Q.Kazımov. Yazıçı və dil. -Bakı, APİ nəşri, 1975.
39. Kitabi-Dədə Qorqud. - «Çaşıoğlu», 2000.
40. N.Gəncəvi. Leyli və Məcnun. Filoloji tərcümə M.Əlizadənindir, Bakı, «Elm», 1981.
41. Ə.Şükürlü. «Dədə Qorqud» dastanlarının meydana çıxma tarixi və itmiş boyları haqqında mülahizələrim. - «Kitabi-Dədə Qorqud»- 1300, Elmi-praktik konfransın materialları, Bakı, «Ünsiyyət», 2000.
42. Ə.Yerevanlı. Azəri-erməni ədəbi əlaqələri (qədim dövrdən XVIII əsrin sonuna qədər), -Yerevan, 1968.
43. Lev Qumilyov.Qədim türklər.-Bakı, Gənclik,1992.
44. N.Piqulevskiy. Siriyskie istoçniki po istorii narodov SSSR. -Moskva, 1941.
45. H.Araslı. Nizamidə xalq sözləri, ifadə və zərb-məsəlləri, -SSRİ EA Azərbaycan filialının «Xəbərlər»i, 1942, № 8.
46. Ə.Şükürlü. Gəncəli Nizamidə türkçülük. -Bakı, «Kitab aləmi», 2002.
47. Ağamusa Axundov. Dil və ədəbiyyat. -I c., Bakı, 2003.

 

 



N Ə T İ C Ə

Cənubi Azərbaycan əraziləri müasir insan tipinin formalaşma arealına düşdüyündən ölkəmizin cənub vilayətlərində əkinçi və maldar tayfaların məskunlaşması mezolitdən başlamışdır. Sonrakı bütün beşminillik yazılı tarix ərzində aborigen Azərbaycan tayfalarının yaşadığı ərazi şimalda Dərbənd, şərqdə Xəzər dənizi, qərbdə İkiçayarası, cənubda Həmədanla sərhədlənmişdir. Aborigen əhali küll halında həmişə öz yerində sabit yaşamış, əkinçilik və maldarlığın inkişafı ilə ölkəmizin ərazisindəki əsas tayfaların bir sıra bölümləri hələ mezolitdən başlayaraq qərbdə Balkana, şərqdə Altaya, şimalda Qara dənizin yuxarı sahillərinə qədər yayılmışdır. Şimaldan Dərbənd keçidi ilə, aşağıdan Xəzərin cənub sahilləri ilə ölkəmizə gələnlər də çox olmuşdur. Bunlar yalnız türkdilli olduqda yerli əhali ilə qaynayıb-qarışmış və xalqımızın etnik tərkibində iştirak etmişlər. Şimalda bir sıra qafqazdilli, şərqdə bir sıra irandilli tayfalar xalqımızın əbədi yol yoldaşı olmuşlar.


İnsanın ilkin vətəni Ön Asiya və Aralıq dənizi hüdudları olduğu üçün bəşər dilinin - ilk ulu dilin dialekt parçalanması da bu ərazilərdə baş vermişdir. Yer üzərində yaranmış ulu dilin dialekt parçalanması e.ə.XII minillikdə başa çatmış, tədricən protodillərdə dialekt parçalanması başlamış, XII-VI minilliklərdə müxtəlif dil ailələri yaranmışdır. Dil ailələrinin yaranması sonralar da davam etmişdir. Çox qədim etnik bölümlərdən olan hindavropalılarla, samilərlə birlikdə türk protodili də Ön Asiyada meydana gəlmişdir. Tarixçilər beş min il əvvəl şumerlərin və akkadların qonşuluğunda - Cənubi Azərbaycan ərazilərində yüksək mədəniyyət və siyasi qüvvə kimi meydana çıxan kutilərin, lulluların, turukkilərin, suların, kasların türk olduğunu sübut etmişlər. Həmin tayfa dillərinin yadigarı olan onomastik leksika və bu leksika əsasında müəyyənləşdirilən qrammatik əlamətlər də onların düzgün nəticəyə gəldiklərini, bu tayfaların türkdilli olduğunu sübut edir. İlk bəşər sivilizasiyasının yaradıcısı olan şumerlər Azərbaycan tayfalarından ayrılmışlar, etnik tərkib və dil baxımından Azərbaycanın türk tayfalarından fərqlənməmişlər. Arxeoloji mədəniyyət göstərir ki, üç min ilin müddətində (e,ə.III-I minilliklər) Azərbaycanın əsas tayfaları öz yerində olmuş, ölkəmizin ərazisində yaşayan etnosların tərkibində əsaslı dəyişikliklər olmamışdır.
Azərbaycan çox qədim insan məskəni olduğu üçün paleolitdən bu günə qədərki bütün təbii və ictimai proseslərin izlərini mühafizə edib saxlamışdır. Yerli əhali ibtidai icma quruluşundan keçərək hələ beş min il əvvəl özünün ilk dövlət qurumunu yaratmış, beş min ilin müddətində daim öz sərhədləri, əhalisinin etnik tərkibi ilə tanınmış və fərqlənmişdir.
E.ə. I minilliyin başlanğıcında ölkəmizin cənubunda Manna dövləti siyasi fəaliyyət meydanına çıxmışdır. Bu dövlət lullu, kuti, su, turukki, kassi kimi köklü və qədim türk tayfalarının dövləti idi. Ölkə ərazisində əsas tayfaların dili türk dili idi. E.ə. III-I minilliklərdə Azərbaycan ərazisində hakim sülalələr də həmin tayfalardan olmuşdur. Müəyyən edilmişdir ki, yer adlarında təmsil olunmuş sözlər türk leksikasına mənsubdur. Manna şəxs adları da türk dilləri ilə izah olunur.
E.ə. VI əsrin sonlarında Manna qonşu Mada dövlətinə qatılmış, öz varlığını onun tərkibində «Kiçik Mada» (sonralar «Atropat Madası») adı altında qorumağa çalışmışdır. Mannanın yüksəlişi dövründə - e.ə. VIII-VII yüzilliklərdə Kür-Araz qovşağı arasında gəlmə türk tayfalarının - kimmerlərin, skiflərin və sakların nüfuzu genişlənmiş, onlar Azərbaycan ərazilərində güclü çarlıq yaratmışlar. E.ə. VI əsrin ortalarında (550) süqut edən Mada dövləti İran - Əhəməni imperiyasının hakimiyyətindən asılı vəziyyətə düşsə də, uzun müddət farslara qarşı azadlıq mübarizəsi aparmış, əksərən öz müstəqilliklərini mühafizə etmişlər. Əhali Manna dövründəki etnik tərkibini və dilini saxlamış, mürtəce konsepsiya tərəfdarlarının iddia etdiklərinin əksinə olaraq, heç bir dövrdə iranlaşmaya yol verməmişlər.
E.ə. IV əsrdə ölkəmizin şimalında Albaniya, cənubunda Atropatena dövləti siyasi həyat meydanında idi. Hər iki ölkə əhalisinin özəyini türklər təşkil edirdi. Güclü Hun imperiyasının meydana çıxması ilə (e.ə. III əsr) türklərin Orta Asiyadan qərbə yeni axınları başlamış, bütün 1-ci minillik boyu yerli əhali yeni türk tayfalarını qəbul etməli olmuşdur.
Dilimizin lüğət tərkibi və qrammatik quruluşu Aratta dövründən miladaqədərki aborigen və gəlmə türk tayfa dillərinin lüğəti və quruluşu əsasında müəyyənləşmişdir. Müasir dilimizin fonetik sistemi, lüğət tərkibi və qrammatik quruluşu I minilliyin 1-ci yarısının məhsuludur. İlkin feodalizm dövründə (III-V əsrlər) ümumxalq dili kimi təşəkkül tapan bu dilin qol-qanad açmasında qədim aborigen tayfalarla yanaşı, hun, savar, xəzər, qıpçaq, oğuz, kəngər, türk və s. tayfa dillərinin böyük rolu olmuşdur. Bu tayfalar eramızın ilk günlərindən başlayaraq bütün minillik boyu güclü dalğalarla Azərbaycana daxil olmuş, aborigen qohumları ilə birləşmişlər.
Manna, Mada dövlətlərinin, Saq-Massaget çarlığının qüvvətləndiyi vaxtlarda cənub şimalın, şimal isə cənubun torpaqlarını qismən özünə birləşdirmişdir. E.ə.IV əsrin ortalarına qədər ölkəmizin şimalı ilə cənubu Əhəmənilərin asılılığında birlikdə olmuşdur. Şimalla cənubu daha əsaslı şəkildə birləşdirən Makedoniyalı İskəndər olmuşdur. İskəndərin ölümündən (e.ə.323) sonra Atropatena və Albaniya müstəqillik qazansa da, az müddət sonra güclü Parfiya dövləti tərəfindən yenidən vahid canişinlikdə birləşdirilmişlər. Hazırkı türkmənlərin babaları olan türkdilli parfiyalılar Azərbaycan etnoslarının vahid xalq kimi təşəkkülünü sür’ətləndirmişlər. Elə bir dövr idi ki, artıq şimal ilə cənub daim birlikdə olurdu, Araz öz təbii sərhəd rolunu itirmişdi, qohum etnosların bir xalq kimi birləşməsi, tayfa dillərinin vahid ümumxalq Azərbaycan dili kimi təmərküzləşməsi prosesi gedir, bunlar türkdilli əhalinin daha geniş arenaya çıxmasına səbəb olurdu. III əsrin əvvəlindən Sasanilər imperiyası da Azərbaycanın şimalını və cənubunu vahid canişinlik şəklində idarə edir. Bu dövrdə rəsmi dövlət dili fars dili olsa da, Azərbaycan artıq çoxdan türklər ölkəsi kimi tanınmaqda idi. Şimalda mədəni inkişaf daha sür’ətlə gedirdi. Albanların istifadə etdiyi əlifba təzələnir, iri tayfalar üçün yeni əlifba yaradılır, məktəblər nizama salınır. Alban dilində elmi kitablar yazılır, xristianlığın dini kitabları bu dilə tərcümə edilir.
Azərbaycan xalqının təşəkkülündə ərazi birliyi, iqtisadi, inzibati, siyasi birliklə yanaşı, dini birliyin də əhəmiyyəti böyük olmuşdur. Sasanilər atəşpərəstliyi dövlətin vahid dini e’lan etmişdilər. Azərbaycan əhalisi də atəşpərəst idi. Lakin əhali arasında bütpərəstlər də vardı. Albaniyanın dağlıq hissəsi xristianlığı qəbul etmişdi. Peyğəmbərin vəfatından az sonra ərəblər Azərbaycanda islam dinini yaymağa başlamışdılar.
Qədim ərəb, assur, bizans mənbələrində, bizim elmi-türkoloji ədəbiyyatda Şimali Azərbaycan əhalisinin dilini Alban/Arran dili, cənubda işlədilən dili Atropatena/Azərbaycan dili addlandırmışlar. Bunlar təbii-tarixi prosesin nəticələrini əks etdirir. «Atropatena» (sonralar Adzərbayqan - Azərbaycan) və «Albaniya» (Arran) dili e.ə.IV əsrdən eramızın V əsrinə qədər min illik yolda daim bir-biri ilə birləşmə, qovuşma istiqamətində irəliləmiş, III-V əsrlərdə ümumxalq dili şəklində tam vahid yetkin dilə çevrilmişdir. Doğrudur, lap sonralar da - XIII əsrdə də ərəbdilli mənbələrdə «Atropatena», «Arran» sözlərinə rast gəlirik, lakin Azərbaycanın şimallı-cənublu ərəblər tərəfindən işğalı, əhalinin islam dinini qəbul etməsi, ölkənin bütövlükdə Azərbaycan, əhalinin vahid şəkildə azərilər, hər iki tərəfdə işlədilən dilin azəri dili, türk dili adlandırılması artıq türkdilli Azərbaycan əhalisinin ərəb işğalı ərəfəsində bir xalq kimi, türk dilinin vahid bir dil kimi formalaşmış olduğunu sübut edir. Bütün təbii-tarixi faktlar göstərir ki, Azərbaycan xalqının formalaşdığı III-V əsrlərdə onun misilsiz abidəsi «Dədə Qorqud» da formalaşmış, sonrakı əsrlərdə Azərbaycan ərazilərini oymaq-oymaq dolaşaraq ümumxalq dilinin ədəbiləşməsinə xüsusi tə’sir göstərmişdir. Babək hərəkatının vurduğu zərbə ilə zəif düşən, sarsılan Xilafət IX-XII əsrlərdə əvvəlcə müstəqil Azərbaycan feodal dövlətlərinin, sonra Səlcuqların və Atabəylərin Azərbaycan ərazisində siyasi fəaliyyətinə mane ola bilməmiş, xalq dilinə meylin siyasi düşüncələrə tə’siri, milli münasibətlərin dirçəlişi Azərbaycan yazılı ədəbi dilinin təşəkkülünü başa çatdırmışdır.
Ərəblər Azərbaycana daxil olarkən artıq vahid Azərbaycan xalqı və onun vahid ədəbi dili inkişaf prosesi keçirirdi - ümumiləşməkdə, müxtəlif türkdilli etnosların şivə xüsusiyyətlərindən təmizlənməkdə, ədəbiləşməkdə idi. Türk-azəri dilinin ədəbiləşməsində ən böyük işi folklor nümunələri görürdü. Mə’lumdur ki, mətbuatın, radionun, televiziyanın, qurultay və konfransların, geniş ali və orta məktəb şəbəkələrinin olmadığı belə bir dövrdə aparıcı qüvvə el sənətkarları, xalq nağılçıları və ozanlar olmuşlar. Ayrı-ayrı qohum türk tayfaları min illər boyu yaratmış olduqları əsatir, əfsanə, rəvayət, nağıl, hekayə və dastanları böyük maraqla bir-birinə ötürür və bu prosesdə dilin demokratikləşməsi, ümumiləşməsi ilə yanaşı, folklor nümunələri də ümumiləşir və bir tayfanın, bir etnosun yaradıcılıq məhsulu olmaqdan çıxaraq bütün xalqın ortaqlı mədəniyyət, ədəbiyyat abidəsinə çevrilirdi. Ayrı-ayrı tayfaların adı ilə bağlı olan bayatı, varsağı, əfşarı, qaytağı və s. də bu dövrün məhsuludur. Hazırkı atalar sözlərinin, məsəllərin, alqışların, qarğışların, vulqar ifadələrin, tapmacaların, bayatıların, nağılların böyük bir qismi kök e’tibarilə həmin dövrün məhsuludur.
Folklorun ümumiləşməsi şifahi ədəbi dilin formalaşması demək idi. Ozanlar və el ədəbiyyatının biliciləri folklor nümunələrini məhdud şivələrdə deyil, daha ümumi və aydın bir dildə çatdırmalı olurdular. Dövrün folklor dili bizim indi zənn etdiyimizdən qat-qat emosional, ədəbi, ifadəli və zəngin olmuşdur. Bunu sübut edən ən mühüm vasitə «Kitabi-Dədə Qorqud» dastanlarının dilidir. Bu dastanların dilini zənginliyinə, ahəngdarlıq və emosionallığına görə heç bir əsərlə müqayisə etmək olmaz. Hun imperiyasının meydana çıxması və oğuzların fəaliyyəti ilə bağlı yaranan, bir sıra hallarda öz izlərini əvvəlki minilliklərdən alan bu dastanlar II-V əsrlər arasında formalaşma prosesi keçirsə də, bugünkü varianta müvafiq şəkildə tam formalaşma işini VI-VIII əsrlərdə başa çatdırmış, sonrakı əsrlərdə bə’zi arxaik elementlərin islahı ilə yanaşı, boylara islam şəxs adları, müsəlman ayinləri və müəyyən qədər ərəb, fars sözləri əlavə olunmuşdur.
XI-XII əsrlərdə əvvəlcə Səlcuq dövləti, sonralar müstəqil Atabəylər və Şirvanşahlar dövlətləri daxilində Azərbaycanda elmin, ədəbiyyatın, mədəniyyətin, məktəbin inkişafı daha da sür’ətlənir. Şəhər həyatı, müxtəlif sənət sahələri, təsərrüfat, başqa ölkələrlə ticarət genişlənir. Mədrəsələrdə dərs deyən görkəmli yerli alimlər yetişir. Poeziya farsdilli, elm ərəbdilli olsa da, bütün bu inkişaf və yeniləşmə türk - Azərbaycan dilinin qanuni hüquqlarının müəyyən ölçüdə tə’min edilməsinə səbəb olur. Ana dili mədrəsə və mollaxanalara yol tapır, yad dillərin öyrənilməsi üçün açar-vasitə rolunu oynayır. Türk dillərinin müqayisəli lüğəti tərtib olunur, Azərbaycan toponim, etnonim və antroponimləri VII əsrdən ərəb əlifbası ilə yazılış tərzini sabitləşdirir. El şairləri ilə yanaşı, bizə hələlik gəlib çatmasa da, türkdilli yazılı ədəbiyyat yaranır. Azərbaycan dili leksikası farsdilli poeziyaya geniş yol tapır. Farsdilli saray hakimləri türk dilinin saray ədəbiyyatına ayaq açmasına müqavimət göstərsələr də, artıq anadilli yazılı ədəbiyyatın inkişafı qarşısına səd çəkmək qeyri-mümkün olur. Əvvəlki dövrlərdə ana dilində yaranmış əsərlərin üzü köçürülür. Özünüdərk prosesi keçirən xalq öz müstəqilliyini öz dilinin təbii mövqe-müstəqilliyində görür.
Beləliklə, Azərbaycan ədəbi dili Səlcuqların gəlişindən bir neçə yüz il əvvəl təşəkkül tapmışdı. Səlcuqlar Azərbaycana ayaq basanda artıq Azərbaycan ədəbi dili mövcud idi. Əlimizə hələlik «Dədə Qorqud»dan başqa bir əsər gəlib çatmasa da, bu dildə zəngin elmi və bədii ədəbiyyat olmuşdur. Şübhə etmirik ki, hətta bu ədəbiyyatın ilk nümunələri azı I minilliyin ortalarına aid olmaldıdır.
Bütün bunların nəticəsi idi ki, eramızın ilk illərindən təşəkkül yoluna qədəm qoyan Azərbaycan dili I minilliyin sonlarında artıq türk dilləri ailəsində seçilən və bir sıra başqa ərazilərin türklərinə ədəbi dil kimi xidmət edən bir dil idi. Həsənoğlunun qəzəlləri, «Dastani-Əhməd Hərami», «Qisseyi-Yusif», «Qara məcmuə» kimi çox az bir qismi gəlib bizə çatan əsərlər Azərbaycan ədəbi dilinin ilk nümunələri deyil, bir neçə əsrlik inkişaf yolu keçmiş bir ədəbi dilin nümunələridir.

 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin