M Ü n d ə r I c a t bir neçə söz



Yüklə 3,15 Mb.
səhifə1/35
tarix31.01.2017
ölçüsü3,15 Mb.
#7248
  1   2   3   4   5   6   7   8   9   ...   35

M Ü N D Ə R İ C A T

 

Bir neçə söz

 

I fəsil. DÜNYA DİLLƏRİNİN QOHUMLUĞU - MONOGENEZ PROBLEMİ

 


  • Azərbaycan ərazisi ən qədim insan məskənidir

  • Ulu dil müasir dil ailələrinin dərin qatlarında (monogenez problemi)

  • Ədəbiyyat

 

II fəsil. PROTODİLLƏRİN PARÇALANMASI DÖVRÜ. ŞUMER DİLİ

 


  • Dil ailələrinin yaranması

  • Şumerlər, onların məskunlaşması və yayılma arealı haqqında

  • Şumerlər və qədim Azərbaycan

  • Mixi yazıların oxunması

  • Şumer dilinin quruluşu.

  • Fonetika

  • Morfologiya

  • Sintaksis

  • Leksika

  • Ədəbiyyat

 

III fəsil. PROTOAZƏRBAYCAN DİLİ DÖVRÜ (E.ə. III minillik - e.ə.I minilliyin birinci yarısı)

 


  • Dövlət, etnogenez və dilimizin mənşəyi məsələlərinin qoyuluşu

  • E.ə.III-II minilliklərdə etnik tərkib və dil məsələləri

  • Leksika. Xüsusi adlar

  • Bə’zi fonetik xüsusiyyətlər

  • Qrammatik xüsusiyyətlər

  • MANNA: etnik tərkib və dil məsələləri

  • Leksika: Manna xüsusi adları

  • Fonetik xüsusiyyətlər

  • Qrammatik xüsusiyyətlər

  • M A D A: etnik tərkib və dil məsələləri

  • Leksika: Mada xüsusi adları

  • Qrammatik xüsusiyyətlər

  • Gəlmə türk tayfaları: kimmerlər, skiflər, saklar, onların etnik tərkibi və dili haqqında

  • Kimmerlər

  • Skiflər

  • Saklar

  • Qrammatik xüsusiyyətlər

  • Ədəbiyyat

 

IV fəsil. AZƏRBAYCAN DİLİNİN ƏMƏLƏ GƏLMƏSİ (e.ə. IV əsr - e. V əsri)

 


  • Albaniya. Alban (Aran) dili

  • Alban dövlətinin yaranması. Etnik tərkib və dil məsələləri

  • Alban (aran) dili

  • Albaniyanın digər türk tayfaları

  • Alban yazısı haqqında

  • Alban dilinin leksikası (xüsusi adlar)

  • Qrammatik xüsusiyyətlər

  • Atropatena. Atropatenalıların dili haqqında

  • Etnik tərkib və dil məsələləri

  • Leksika: Atropatena xüsusi adları

  • Erkən orta əsrlərdə Azərbaycan xalqının və dilinin təşəkkülü

  • Ədəbiyyat

 

V fəsil. ŞİFAHİ ƏDƏBİ DİLİN TƏŞƏKKÜLÜ (VI-VIII əsrlər)

 


  • VI-VIII əsrlərdə Azərbaycanın siyasi, iqtisadi və mədəni vəziyyəti

  • “Kitabi-Dədə Qorqud” ümumxalq Azərbaycan dilinin təşəkkülü dövrünün abidəsidir

  • Yaranma tarixi

  • Poetik - dastançılıq örnəyimiz

  • Bə’zi fonetik, leksik və morfoloji xüsusiyyətlər

  • “Kitabi-Dədə Qorqud” dilinin sintaksisi

  • Sintaktik əlaqələr

  • Söz birləşmələrinin quruluş modelləri

  • Cümlə. Cümlənin məqsədə görə növləri

  • Nəqli cümlə

  • Sual cümləsi

  • Əmr cümləsi

  • Nida cümləsi

  • Sadə cümlə. Cümlə üzvləri

  • Mübtəda

  • Xəbər

  • Tamamlıq

  • Tə’yin

  • Zərflik

  • Əlavələr

  • Həmcins üzvlər

  • Qoşulma konstruksiyalar

  • Cümlə üzvlərinin sırası

  • Cüttərkibli və təktərkibli cümlələr

  • Cüttərkibli cümlələr

  • Təktərkibli cümlələr

  • Şəxssiz cümlə

  • Qeyri-müəyyən şəxsli cümlə

  • Ümumi şəxsli cümlə

  • Adlıq cümlə

  • Bütöv cümlə

  • Yarımçıq cümlə

  • Üzvlənməyən cümlələr

  • Xitab

  • Ara sözlər və ara cümlələr

  • Mürəkkəb cümlə.

  • Tabesiz mürəkkəb cümlələr

  • Tabeli mürəkkəb cümlələr

 

VI fəsil. YAZILI ƏDƏBİ DİLİN TƏŞƏKKÜLÜ (IX-XII əsrlər)

 


  • IX-XII əsrlərdə ədəbi dilin təşəkkülünü şərtləndirən amillər

  • Azəri dili

  • Ədəbiyyat

 

N ə t i c ə

 

A F T O B İ O Q R A F İ Y A



Qəzənfər Şirin oğlu Kazımov 3 martt 1937-ci ildə Azərbaycan respublikası, Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. Atası Allahverdiyev Şirin Kazım oğlu məktəb direktorluğundan müharibəyə getmiş və 1943-cü ildə cəbhədə həlak olmuşdur. Anası Verdiyeva Xeyrənsə Fərhad qızı uzun müddət (1960-cı ilə qədər) kolxozda işləmişdir; 12 yanvar 2003-cü ildə vəfat etmişdir..
Q.Ş.Kazımov 1955-ci ildə Soltanlı kənd orta məktəbini, 1960-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir. İki il - 1960-1962-ci illərdə Soltanlı kənd orta məktəbində müəllim işləmiş, 1962-ci ildə Azərbaycan dilçiliyi ixtisası üzrə Pedaqoji Universitetin aspiranturasına daxil olmuşdur. 1967-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
Namizədlik dissertasiyasının mövzusu: "Ə.Haqverdiyevin dramaturgiya dili"; doktorluq dissertasiyasının mövzusu: "Azərbaycan sovet satirik nəsrinin dili.1920-1940-cı illər (komizmin dil vasitə və üsulları problemi)".
Q.Ş.Kazımov Pedaqoji Universitetdə müəllim (1965-1971), dosent (1972-1988), professor (1989-1998) vəzifələrində işləmişdir. 1989-1997-ci illərdə Pedaqoji Universitetin filologiya fakültəsinin dekanı olmuşdur. Bir müddət Pedaqoji Universitetdə müdafiə şurasının sədr müavini (1990-1994), sonralar Ali Attestasiya Komissiyasında ekspert şurasının üzvü (1996-1999) olmuşdur. 1979-cu ildən Təhsil Nazirliyi nəzdində filologiya üzrə elmi-metodiki şuranın üzvüdür. 1999-cu ildən Nəsimi adına Dilçilik institutunda aparıcı elmi işçi işləmişdir; 2001-ci ildən həmin institutun Azərbaycan dialektologiyası şöbəsinin müdiridir. Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Cəmiyyətinin üzvüdür. Böyük Britaniya, Kembric Bioqrafiya İnstitutunda və ABŞ Bioqrafiya İnstitutunda qeydə alınmışdır. Ədəbi tənqidlə məşğuldur. Respublika Yazıçıları Birliyinin və Respublika Jurnalistlər Birliyinin üzvüdür.
Ailəlidir. İki övladı var.
Əsas əsərləri: "Azərbaycan dilindən təcrübi məşğələlər" (1973), "Yazıçı və dil" (1975), "Komik-bədii vasitələr" (1983), "Bədii ədəbiyyatda komizm üsulları" (1987), "Qurbani" (1990), "Qurbani və poetikası", (1996), "Sənət düşüncələri" (1997), "Dilimiz-tariximiz" (1998), "Müasir Azərbaycan dili.Sintaksis" (2000), «Azərbaycan dilinin tarixi (Ən qədim dövrlərdən XIII əsrə qədər)» və s. Ali və orta məktəblərin "Azərbaycan dili" dərsliklərinin ("Azərbaycan dili",7-8-ci siniflər üçün dərslik, 1983=cü ildən; "Azərbaycan dili", rus məktəbinin 2-3-cü sinifləri üçün dərslik, 1977-ci ildən; «Azərbaycan dili» - 8-9-cu siniflər üçün – 2003-cü ildən ; "Müasir Azərbaycan dili.Sintaksis", ali məktəblər üçün dərslik, 2000) müəllifidir. Mərkəzi mətbuatda 200-dən artıq elmi və elmi-publisistik məqaləsi çap olunmuşdur.
Əsas yaradıcılıq tstiqamətləri:

 

-Azərbaycan dili tarixi;



-müasir Azərbaycan dilinin quruluşu;

-bədii əsərlərin dili;

-komizm (satira və yumor) nəzəriyyəsi;

-üslub və üslubiyyat məsələləri;

-ədəbiyyatşünaslıq məsələləri;

-etimologiya;

-metodika. dilin tədrisi

Q.Ş.KAZIMOV

24.01.2002

 

KİTABLAR:



  • Dilimiz-tariximiz.-Bakı,1998.

  • Azərbaycan dili.-7-8-ci siniflər üçün dərslik, 1998, 1999, 2001,2002. (prof.Y.Seyidovla)

  • Azərbaycaqn dili.-8-9-cu siniflər üçün dərslik, «Təhsil» nəşriyyatı,2003 (dos.F.Şahbazlı ilə)

  • Müasir Azərbaycan dili.Sintaksis. -Ali məktəblər üçün dərslik, Bakı,"Ünsiyyət",2000, 496 s.

  • Azərbaycan dili.-rus məktəbinin 3-cü sinfi üçün dərslik, Bakı,2003

  • Azərbaycan dilinin tarixi.Ən qədim dövrlərdən XIII əsrə qədər.-Bakı, Təhsil» nəşriyyatı,20003.

MƏQALƏLƏR:

1998

  • Xalq sevgisi ilə (Anarın 60 illiyi).-«Zaman» qəzeti,26 fevral 1998, 43/944.

  • Fizika ilə lirikanın vəhdəti.-V.Əliyevin «Çırağımı sevənlərə» (Bakı, Kür,1998) kitabına ön söz,s.3-11; «Şərqin səsi» qəz.,iyul 1998.15.

  • Bir neçə söz.V.Əliyevin «Od.Ocaq.Məşşəl.Şam» kitabına.Bakı,1998.

  • Xalq poeziyasında daşlaşan tariximiz. H.Mirzəyevin "Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz" əsərinə (Bakı,1997) ön söz; s.3-5.

  • Mətn dilçiliyi problemləri. Ə.Abdullayevin "Aktual üzvlnmə və mətn" əsərinə (Bakı,1998) ön söz, s.5-21.

  • Tariximizə, dilimizə məhəbbətlə. M.Nuriyevanın "Tariximizin söz yaddaşı" əsərinə (Bakı,1998) ön söz; s.3-5.

  • Arxalı köpək qurd basar."Olaylar", noyabr 1998,nömrə: 77,78,79,90.

  • Ədəbi dilimizin sintaksisinə yeni baxış.-"İki sahil", 18 dekabr 1998.

  • Vətəndə vətənsiz olmuşuq.- «Sərbəst düşüncə» qəz. 12-22 noyabr 1998, 19/78.

1999

  • Xəzan yarpaqları. -"Ədəbiyyat qəzeti", 22 dekabr 1999.

  • Özü nisgilli, taleyi xoşbəxt şair (Əli Tudə – 70).- "Cümə" -"Xalq qəzeti"nin əlavəsi, 29 yanvar- 4 fevral 1999.

  • Dəliliyin xeyiri."İki sahil",2 fevral 1999. 19/2263.

  • Dünyamızın dərdləri.-Y.Nəsirlinin hekayə və povestləri haqqında).-«İki sahil», 3 mart 1999, 40.

  • Mə'nəvi xəzinəmizin yorulmaz toplayıcı və tədqiqatçısı."Düşüncə" xüsusi buraxılış,may 1999.

  • Yetmişə bir qalanda.-"İki sahil", 8 iyul 1999.

  • Müasir Axısna türkləri dilinin tədqiqi.- İ.Kazımovun "Axısqa türklərinin dili" əsərinə (Bakı,1999) ön söz.

  • İllər onü özü ilə gələcəyə aparır (Ə.Dəmirçizadə – 90).-"Ulus" qəzeti,28-31 avqusi1999.

2000

  • 50 ilin işığında.-"İki sahil",2 fevral 2000

  • Elin şair oğlu."Oğuz eli" qəzeti, xüsusi buraxılış,yanvar 2000

  • Xalq naminə, haqq, ədalət naminə.-"Günay",19-25 fevral 2000

  • Kövrək duyğular.Y.Nəsirlinin "Əgər ki yıxılsam, çinar göstərin" kitabında,s.3-32 (Bakı,2000)

  • Reyhan ətirli şe'rlər.Y.Nəsirlinin göstərilən kitabında, s.295-306.

  • "Kitabi-Dədə Qorqud" və Azərbaycan dilinin inkişaf mərhələləri.-"Kitabi-Dədə Qorqud" - 1300,Bakı,"Ünsiyyət",2000,s.25-55.

  • Fəlsəfi düşüncənin, şərq fəlsəfəsinin poetik ifadə vasitələri.-"Sərbəst düşüncə",5-15 fevral 2000

  • -sa,-sə şəkilçisi, onun praforma və derivatlarının, qrammatiik və üslubi xüsusiyyətlərinin tədqiqi.-G.Abdullayevanın "Azərbaycan dilində -sa,-sə şəkilçisi, onun qrammatik və üslubi xüsusiyyətləri" (Bakı,2000) əsərinə ön söz.s3-13

  • Psixolinqvistik tədqiqat (İ.Kazımovla),-"Şərqin səsi",may 2000. "Tədqiqlər" -2.Bakı,2000

  • Ali və orta ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat proqramları haqqında.-"Azərbaycan məktəbi",2000,nömrə 5.s.105-111.

  • İsmi birləşmələr və onların tərəfləri arasında sintaktik əlaqələr.-"Dilsçilik məcmuəsi",Elm,2000,s.45-65.

  • Əziz dost, unudulmaz yoldaş. "Türk bilimi araştıraları", 9 sayı, Sivas,2000,s.27-29

  • Yunus Emre vk Qurbani.- "Türk bilimi araştıraları", 9 sayı, Sivas,2000,s.51-56.

  • 2001

  • Yunus Emre ve Qurbani. Türk bilimi araştırmaları.-9 sayı, Sivas, 2000,s.51-56.

  • Dünya dillərinin qohumluğu (monogenez) problemi.-Elmi-praktik konfransın materialları, "Ünsiyyət",2001,s.223-255.

  • Dostluq və sənət duyğuları."Ədəbiyyat qəzeti",12 yanvar 2001

  • Həssas qəlbin kövrək duyğuları.Z.Məmmədqızının "Gözlərini görym sənin" (2001) kitabına ön söz.

  • Şairin poeziya dili (R.Rza-90). «İki sahil», 2 mart 2001. 43/2795;"Ünsiyyət" qəzeti, aprel 2001(xüsusi buraxılış)

  • İki bölünməkdən elə qorxmuşam. V.Arzumanlının "75 ilin pillələri" (2001) kitabında,s.172-176

  • Azərbaycan tarixi - 1.-"Təzadlar" qəzeti, iyul-avqust 2001, nömrə 23,24,25,26,27,28,28,30.

  • Poeziyanın şirin dili haqqında .-"İki sahil",2 oktyabr 2001.

  • Həmişəyaşar sənət və sənətkar.-(İ.Əfəndiyevin vəfatının 5 ili) "Azərbaycan müəllimi", 4 oktyabr 2001

  • Mirzə İbrahimov və dilimiz.-İki sahil", 5 dekabr 2001

2002

  • Ulu dilin yaranması və protodtillərə parçalanması.-İki sahil", 15 yanvar 2002

  • Qədim Azərbaycan dili dövrü.-"İki sahil", 2 fevral 2002, 5 fevral 3002, 6 fevral 2002,

  • İnsan təbiəti və dilçilik.- Tədqiqlər - 1,AMEA nəşri, 2002.

  • Nüvədi yanğısı və ya toponimlərin yeni ömrü.-İki sahil", 16 mart 2002

  • Eolxoz rəhbəri.Əlisahib Əroğulun «Torpaq ətirli insan» (Bakı,2002) kitabına ön söz,s.56-64.

  • Dilimizin bu günü.-İki sahil",13 iyul 2002

  • Mətnin qurulma texnikası və semantik strukturu. N.Novruzovaanın "Mətn sintaksisi" (200) əsərinə ön söz

  • Mətn sintaksisi məsələləri. -"Türkologiya" jurnalı,2002,

2003

1. «Tiqana» (2003) kitabına rəy.

2. Kəlbəlayı İsmayıl ağırlığı və ya Fərman Kərimzadəni xatırlarkən. –«Vedibasar» qəzeti N2 18 mart 2003.

3. The first human language and ist derivations – Azerbaijan – Azerbaydjan qazerbaydjansı, «Nurlan» nəşriyyatı N1-2, 2003, s. 56-59.

4. Dilimizin bu günü.-Xudafərin qəzeti 28 dekabr 2002. N 14.

5. Nüvədi yanğısı və ya toponimlərin yeni ömrü. – Əmdəməli Əliyevin «Azərbaycan dilinin meğri şivələri» (Bakı, Elm, 2003) əsərinə ön söz. S. 35-50.

6. Ədəbi dilimizin təşəkkül yolu. «Paritet» qəzeti 14 16 iyun 2003, N, 65 – 516.

 

Kitablarım:

 

1.Əzık dramaturqii A.Axverdieva.-AKD,1965,35 s.



2.Azərbaycan dilindən təcrübi məşğələlər.-Bakı, APİ nəşri, 1973,297 s.(kollektiv)

3.Yazıçı və dil.-APİ nəşri,1975,228 s.

4.Komik-bədii vasitələr.-Bakı,Yazıçı,1983,188 s.

5.Qurbani.-Bakı,Yazıçı,1984,47 s.(rus dilində)

6.Əzık azerbaydjanskoy sovetskoy satiriçeskoy prozı.1920-1940 qq.(problema əzıkovıx sredstv i priemov komiçeskoqo),-ADD, Baku,1987,62 s.

7.Bədii ədəbiyyatda komizm üsulları.-Bakı, "Maarif",1987,228 s.

8.Azərbaycan yazıçılarının əsərlərindən səhifələr (F.Həsənovla).-Bakı,"Maarif",1988,77 s.

9.Qurbani (Toplayanı, tərtib edəni, ön sözün müəllifi Q.Kazımov).-Bakı Universiteti Nəşriyyatı,1990,278 s.

10.Qurbani və poetikası.-Bakı, ADPU nəşri,1996,198 s.(monoqrafiya)

11.Sənət düşüncələri.-Bakı, Dövlət Kitab Palatası,1997,576 s.

12.Dilimiz-tariximiz.-Bakı,Elm,1998,280 s.

13.Müasir Azərbaycan dili.Sintaksis.Ali məktəblər üçün dərslik.Bakı,"Ünsiyyət",2000,496 s.

14. Azərbaycan dilinin tarixi.Ən qədim dövrlərdən XIII əsrə qədər.-Bakı, Təhsil» nəşriyyatı,2003.

 

Orta məktəb dərsliklərim:

 

1.Azərbaycan dili.-Rus məktəbinin 2-ci sinfi üçün (M.Səfərovla),1977-1995-ci il nəşrləri.


2.Azərbaycan dili.Rus məktəbinin 3-cü sinfi üçün,1996-cı il və sonrakı nəşrlər.
3.Azərbaycan dili.Azərbaycan məktəbinin 7-8-ci sinifləri üçün (M.Şirəliyev və M.Hüseynzadə ilə),1983-1993-cü il nəşrləri.
4.Türk dili (Y.Seyidovla birlikdə).-7-8-ci siniflər üçün, 1994.
5.Azərbaycan dili (Y.Seyidovla).-7-8-ci siniflər üçün, 1995 -2002-ci il nəşrləri.

 


  • Azərbaycan dili.-rus məktəbinin 3-cü sinfi üçün dərslik, Bakı,2003

  • Azərbaycaqn dili.-8-9-cu siniflər üçün dərslik, «Təhsil» nəşriyyatı,2003 (dos.F.Şahbazlı ilə)

  • 200-yə qədər elmi və elmi-publisistik məqalənin, ali və orta məktəblər üçün 8 proqramın müəllifiyəm. Özüm və kitablarım haqqında 80-dən artıq müsbət rəy çap olunmuşdur.

  • 40-dan artıq kitabın elmi redaktoru, onlarca elmlər doktoru və namizədinin opponenti olmuşam. 5 nəfər aspirant və dissertantım müdafiə edib, bir neçəsinin işi hazırdır.

  • Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral cəmiyyətinin üzvüyəm (1998), Kembric (İngiltərə) və ABŞ Bioqrafiya İnstitutlarında qeydə alınmışam.(1998)

  • 1965-ci ildən ali məktəbdə müəllim, dosent, professor (1989) vəzifələrində işləmişəm. 1988-ci ildə doktorluq dissertasiyası müdafiə etmişəm. 1989-1997-ci illərdə APİ-nin filologiya fakültəsinin dekanı olmuşam. Həmin dövrdə müdafiə şurasının sədr müavini olmuşam. 1975-ci ildən Təhsil Nazirliyi nəzdində elmi-metodiki şuranın üzvüyəm. !997-1999-cu illərdə AAK-da ekspert komissiyasının üzvü olmuşam.

  • 1999-cu ilin aprelindən Nəsimi adına Dilçilik institutunda aparıcı elmi işçi vəzifəsində işləmişəm.2001-ci ildən həmin institutda Azərbaycan dialektologiyası şöbəsinin müdiriyəm.

 

Q.Ş.KAZIMOV

27.01.2003

 

Bir neçə söz


İran, rus, Avropa və bir sıra Azərbaycan dilçi və tarixçilərinin yazdıqlarına görə, şimallı-cənublu Azərbaycan ərazilərində türk tayfaları bizim eranın əvvəllərindən görünməyə başlamış, Azərbaycan xalqı və onun dili XI əsrdə səlcuqların, XIII əsrdə monqolların Cənubi Qafqaza gəlişi ilə təşəkkül tapmış, Azərbaycan dili XVI-XVIII əsrlərə qədər Anadolu türklərinin dilindən fərqlənməmişdir. Bu fikrin arxasında qeyri-elmi və qərəzli bir konsepsiya durur. Başqa neytral münasibətdə alimlərin Azərbaycan xalqının tarixinə son dərəcə səthi yanaşdıqlarını göstərir. Hər iki hal Azərbaycan dilinin mənşəyini təhrif edir, Azərbaycan xalqının, Azərbaycan dili və dövlətçiliyi tarixinin düzgün öyrənilməsi işinə əngəl törədir. Xalqın başının çörək və Qarabağ dərdi ilə qarışıq olduğundan istifadə edən bə’zi qələm sahibləri onun şanlı tarixini başqasının adına yazır, dilini kökündən qoparıb “qafqazdilli”, “irandilli” deyə boğazına yabançı dil soxmağa, onu gəlmə bir xalq kimi təqdim etməyə, ruhdan və gözdən salmağa çalışır. Tarixi gerçəkliyə zidd olan bu konsepsiya saysız yanlış müddəalar doğurur, bəşər tarixinin saxtalaşdırılmasına, etnik mənsubiyyət məsələlərinin siyasi konyunkturalar əsasında “müəyyən” edilməsinə səbəb olur.


Tarixi həqiqətin təhrifi bəşərin elmi şəkildə müəyyən edilmiş inkişaf yolunun təhrifindən başlayır. Uydurma konsepsiyaya görə, türklərin ilkin beşiyi Mərkəzi Asiya olmuş, türklər Altayda doğulmuş, Altayda artıb-çoxalmış, Avropa ərazilərinə, Cənubi Qafqaza və Ön Asiyaya oradan yayılmışlar. Bütün yanlış müddəalar buradan başlayır. Bu konsepsiyanın tərəfdarları hindavropalıların və sami tayfalarının yaşıdı olan türkləri cavanlaşdırmaq, “gənc xalqlar” sırasına daxil etmək üçün dəridən-qabıqdan çıxırlar. Guya türklərin tarixi hunlardan başlayır - hunlardan o tərəfə “türk” anlayışı yoxdur və s.
Arxeoloji və tarixi materiallar ulu dilin (ilk bəşər dilinin) harada meydana çıxdığını, dil ailələrinə harada təcrid olunduğunu, ilkin miqrasiyaların nə zaman və haradan başladığını öyrənmək üçün əsaslı material verdiyi halda, tarixçilərin yönü başqa səmtə düşmüşdür. Arxeoloji mədəniyyət çoxdan sübut etmişdir ki, bəşər sivilizasiyası və ümumiyyətlə hər şey, o cümlədən müasir insan tipinin əsas əlaməti olan dilin təşəkkülü, dialekt parçalanmaları və ilkin miqrasiyalar buradan - Ön Asiyadan başlamışdır. Başqa cür desək, bəşərin inkişaf yolu ilkin miqrasiyaların yönünün Şərqdən Qərbə deyil, Qərbdən Şərqə olduğunu, kimmerlərin, sakların, skiflərin, hunların Qərbə hərəkətinin onların neçə min il sonrakı geri miqrasiyası olduğunu göstərir.
Keçən onilliklərdə ən mühüm problem e.ə.III-I minilliklərdə Ön Asiyada türk varlığının sübutu olmuşdur. Bütöv və aydın mətnlər əldə edilməsə də, mixi yazılarda mühafizə olunmuş külli miqdarda etnonim, toponim və antroponimlərin təhlili Azərbaycan aborigenlərinin türkdilli olduğunu sübut etmişdir.

Hələ keçən əsrin 70-80-ci illərində O.Süleymenov, T.Hacıyev, A.Məmmədov və başqaları tarixi aspektdə şumer-türk leksik araşdırmaları aparmaqla elmi ictimaiyyət arasında Azərbaycan türk dilinin qədimliyinə böyük maraq yaratdılar. Şərq tarixinin öyrənilməsində böyük xidmətləri olan Y.B.Yusifov sonrakı dövrlərdə bütün müqavimətləri qıraraq böyük cəsarətlə Azərbaycan türk tarixinin həqiqi mənzərəsini yaratdı. (“Azərbaycan tarixi”,1994) Onun yaradıcılığı e.ə.III minilliyin əvvəlindən - Aratta dövründən bu yana ölkəmizin ərazilərində türk etnoslarının, türk dövlətçiliyinin, türk tayfa dillərinin tarixi rolunu aşkara çıxarmaq baxımından zəngin elmi-nəzəri bilik verir. Qədim Şərq dillərinə yaxşı bələd olan Y.B.Yusifov Azərbaycan xalqının tarixini saxtalaşdıran konsepsiyanın güclü mühafizəçilərindən çəkinmədən uzun axtarışlar prosesində xalqımızın tarixi inkişaf yolunu düzgün işıqlandıran və akademik “Azərbaycan tarixi”nin (1998) uydurma konsepsiyasını əvvəlcədən uçurub-dağıdan həqiqi elmi tarix yaratdı. Bu tarix öz gerçəkliyi ilə oxucuda vətənpərvərlik duyğuları yaradır, xalqa onun keçmişini sevdirir. Təqribən eyni vaxtda eyni duyğu və düşüncələrlə meydana çıxan Q.Ə.Qeybullayev etimoloji araşdırmalarının zənginliyi ilə

Y.B.Yusifovun aşkara çıxardığı elmi həqiqəti tam mə’nası ilə faktlaşdırmış oldu. Q.Ə.Qeybullayev lullubi, kuti, turukki, kassi, Manna, Mada, kimmer, skif, sak, alban, Atropatena xüsusi adlarının (etnonim, toponim və antroponimlərin) böyük bir qismini bir lay şəklində mənşə araşdırmalarına cəlb edərək türk dilinin Ön Asiyadakı qədimliyini görmək istəməyənləri əsaslı faktlar qarşısında qoydu. İlk dəfə olaraq Q.Ə.Qeybullayev e.ə.III-II minilliklərdə və daha qədim dövrlərdə Azərbaycan ərazilərində məskunlaşmış türk tayfalarının, demək olar ki, hamısının Orta və Mərkəzi Asiyada sonrakı minilliklərdə yaşamış eyniadlı bölümlərini müəyyənləşdirməklə ilkin miqrasiyaların yolunu praktik şəkildə aydınlaşdırdı və Xəzərin şərqindən Çin hüdudlarına qədər məskunlaşaraq Mərkəzi Asiyada artıb-çoxalan, böyük Hun imperatorluğu tərkibində Ön Asiyaya dönən türk tayfalarının ilkin vətəninin Ön Asiya olduğunu yeni fakt və dəlillərlə təsdiq etmiş oldu. Doğrudur, Q.Ə.Qeybullayev özü bu nəticəyə gəlməmişdi, lakin onun məhsuldar yaradıcılığı bizə belə bir nəticəyə gəlmək üçün əsaslar verdi.

Tarixçilərin dolaşdırdığı digər mühüm problem madalıların (midiyalıların) kimliyi məsələsidir. E.ə.IX əsrin 30-cu illərindən tarix səhnəsinə çıxan madalılar və Mada dövləti bu yerlərdə azı 100 il sonra görünməyə başlayan və Madanın mərkəzdən uzaq ətraf əyalətlərində dolaşan irandilli tayfaların adına çıxılır, əzəmətli Mada dövləti elmi xəyanətlə İran dövləti kimi təqdim edilir. “Tarix” yazanların bu cür mövqeyi dilimizin və xalqımızın mənşəyini daha dərin girdaba salır. Azərbaycanın aborigen tayfalarının - kutilər, lullular, sular, turukkilər, kaslar, kaspilər, mağlar, utilər, mannalılar, madalılar, albanlar və b-nın, sakların, skiflərin, kimmerlərin mənşəyi qəsdən dolaşdırılır, ümumxalq Azərbaycan dilinin, şifahi və yazılı ədəbi dilimizin təşəkkül tarixi qəsdən geri çəkilir, azəri dili anlayışı düşmən mövqeyindən izah edilir, Anadolu və azəri dillərinin müqayisəyə gəlməz tarixi və təkamül yolu eyni ölçülü sayılır.


Fikirlərimiz bir sıra məsələlərin həllində Y.B.Yusifov, Q.Ə.Qeybullayev,T.İ.Hacıyev və b.-nın fikirləri ilə üst-üstə düşür. Onların əsərlərindən, xüsusilə Q.Ə.Qeybullayevin etimoloji araşdırmalarından tənqidi şəkildə daha çox faydalanmışıq. Məqsədimiz e’tinasızlıqdan az qala üzərini kül basmış bu ocağın üzərindəki külü üfürüb altındakı odu oxuculara göstərmək və öz fikirlərimizi bu odun işığında izah etmək olmuşdur. Azərbaycan xalqının, Azərbaycan dilinin mənşəyini düzgün araşdırıb ortaya çıxarmaq işini özləri üçün həqiqi vətəndaşlıq borcu sayan bir sıra başqa alimlərimizin - Z.Bünyadov, Ə.Dəmirçizadə, S.Əliyarov, T.Məmmədov, K.Əliyev, E.Əlibəyzadə, Z.Həsənov, V.Həbiboğlu, Ç.Qaraşarlı və b.-nın axtarışları, bir sıra ziddiyyətli mülahizələrinə baxmayaraq, fikirlərimizə dayaq olub. Qeyd etdiyimiz alimlərin əsərlərində problemin qoyuluşu birtərəfli olduğu üçün sona çatdırılmır - türk dilinin tarixi onun inkişafının müəyyən kəsiyində araşdırılır, neçə min illik ilkin mərhələ nəzərə alınmır. Bizə qədərki mərhələdə Ön Asiyada türklərin tarixi zəngin faktlar əsasında Şumerə çatdırılmışdır. Şumerin içərilərinə girməyə lazımi şəkildə cəsarət etməmişlər. Çünki keçən onilliklərdə şumer və türk yaşıdlığının sübutunun özü dahiyanə xidmət idi. Artıq onların böyük xidməti ilə hasil olan materiallar şumer-türk mənşə birliyini ortaya qoymaq üçün əsaslar verdi. Bunu bu vaxta qədərki leksik müqayisələrdən morfoloji və sintaktik araşdırmalara keçilməsi nəticəsində aşkara çıxarılan sistemli türk-şumer struktur eynilikləri sübut etdi. Bütün bunlar bizdə türklərin hindavropalılar və samilərlə birlikdə Ön Asiyanın ən qədim və əzəli sakinləri olduğuna şübhə yeri qoymadı.
XX əsrin 40-cı illərində prof. Ə.Dəmirçizadə “Azərbaycan dilinin tarixi” əsərini yazdı. Professorun çapı uğursuz olan bu kitabında uzaq səfəri Midiya xüsusi adlarına olmuşdur. O vaxtdan keçən müddət ərzində aşkara çıxarılan zəngin materiallar daha uzaq keçmişə üz tutmağa imkan yaratdı. Lakin mixi yazıların çoxu hələ də öyrənilməmişdir. Ona görə də axtarışlar davam etdirilməlidir. Hər bir yeni əsər sonrakı üçün yol açır, onun qüsurlarının tənqidi prosesində yeni fikirlər doğulur, yeni düşüncə əsərdəki yeniliklərlə qanadlanır, nəticədə elm irəliləyir, həqiqət aşkar olur. Biz də bu niyyətlə bu mürəkkəb problemləri bir yerə toplayıb faktlardan aldığımız təəssürat əsasında qəlbimizdən keçənləri kitaba köçürdük. Qoy vətənsevər gənc alimlərin könlünə ilham versin, oxucuların keçmişə nəzər yoluna işıq saçsın...

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin