Kurs: 2 Qrup: F1-20 Fənn



Yüklə 83,91 Kb.
səhifə7/12
tarix29.12.2021
ölçüsü83,91 Kb.
#48680
1   2   3   4   5   6   7   8   9   ...   12
ifadəli oxu

Publisistik mətn

Publisistika (latınca “publicus” sözündən olub, “ictimai” deməkdir) – cəmiyyət həyatının bugünki aktual problemlərinə və hadisələrinə həsr olunmuş mətn növüdür. Bu cür mətnlərdən ictimai-siyasi ədəbiyyatda, dövri mətbuatda (qəzetlər, jurnallar), radio və televiziya verilişlərində, sənədli filmlərdə, afişa və bukletlərdə istifadə olunur.

Kütləvi informasiya vasitələrində (KİV) istifadə olunan publisistik mətnlər informasiya mənbəyi hesab olunur. İnformativ mətnlərin xarakterik cəhətləri aşağıdakılardır:


  1. İnformativlik: Publisistik mətnlər informativ xarakterli olur və burada müəllif cəmiyyət üçün aktual bir problemi və bu problemə öz münasibətini daha geniş oxucu, dinləyici və tamaşaçı kütləsinə təqdim edir.

  2. Təsiredicilik: Publisistik mətlər müəyyən qədər təsiredici qüvvəyə malik olur. Publisist təkcə cəmiyyətdə baş verənləri qeyd etmir, həm də həmin şeylərə qarşı auditoriyada müəyyən münasibət yaradır və problemlərin həllinin vacibliyini vurğulayır. Qərəzlilik (yəni oxucunu inandırmaq üçün mətnin məzmununu şüurlu şəkildə bu və ya digər ideyaya tabe etmək), mübahisəlilik, emosionallıq (emosional çalarlar, obrazlı sözlər və frazeoloji ifadələr, emosional sözlər, ritorik suallar, nidalar, təkrarlar və s.) bu cür mətnlərə xas xüsusiyyətlərdir.

  3. Kommunikativlik: Publisistik mətn geniş auditoriyaya xitab etdiyi üçün

kommunikativ funksiya daşıyır.

Publisistik mətndə faktlarla yanaşı, xeyli sayda rəylərə də (müəllifin, hadisə şahidlərinin, rəsmi şəxslərin rəylərinə və s.) yer verilir. Odur ki, belə mətn heç də həmişə obyektiv və doğru məlumat vermir. Publisistikada işıqlandırılan hadisələrin seçimi sosial əhəmiyyətliliyinə və ictimai marağa görə aparılır (dövlət rəhbərlərinin

görüşləri, yeni qanunların qəbulu, teatr premyeraları, idman yenilikləri və s.).

Publisistik mətnlər informativ, analitikbədii-publisist növlərə bölünür. Odur ki, əgər sizə konkret informasiya lazımdırsa, informativ janrlara (reportaj, müsahibə, hesabat, qeyd), hadisələrin təhlili ilə maraqlanırsınızsa, analitik janrlara (dialoq, analitik məqalə, resenziya, icmal), hadisə və faktlar haqqında bədii, obrazlı şəkildə məlumat almaq istəyirsinizsə, bədii-publisistik janrda yazılmış mətnlərə (oçerk, esse, felyeton, pamflet) müraciət edə bilərsiniz.





Yüklə 83,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin