Kurs: 2 Qrup: F1-20 Fənn


Azərbaycan dilinin üslubları



Yüklə 83,91 Kb.
səhifə2/12
tarix29.12.2021
ölçüsü83,91 Kb.
#48680
1   2   3   4   5   6   7   8   9   ...   12
ifadəli oxu

Azərbaycan dilinin üslubları


ədəbi dilində 5 funksional üslub mövcuddur.

1)Bədii üslub

2)Elmi üslub

3)Publisistik üslub

4)Məişət üslubu

5)Rəsmi-işgüzar üslub

Bu üslubların hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Tarixi inkişaf prosesində müəyyənləşmiş həmin xüsusiyyətlər bir üslubu başqa üslubdan fərqləndirir.Məsələn, bədii üslub obrazlılığı və bədii ifadə vasitələrinin bolluğu ilə seçildiyi kimi elmi üslubun da əsas səciyyəvi xüsusiyyəti terminlərdən istifadəyə üstünlüyün verilməsidir.



Bu üslublar bir-birindən nə qədər fərqlənsə də onların hamısı ədəbi dilin üslublarıdır.

Ona görə də, bu üslubların hər biri ədəbi dilimizin fonetik, leksik və qrammatik normalarına tabedir.

Publisistik üslub — milli ictimai təfəkkürün ifadəsidir. Bu üslub mətbuat (qəzetlərin, bədii — siyasi və ictimai jurnalların, elmi-kütləvi kitabların və s.), radio — televiziyanın dilidir. Publisistik üsluba bəzən «mətbuat dili» də deyilir. «Qəzet dili», «radio dili», «televiziya dili» anlayışları da bu mənada işlənir. Radio və televiziya dili publisistik üslubun şifahi forması, qəzet və jurnalların dili isə onun yazılı formasıdır. Bu iki forma arasında elə bir kəskin fərq yoxdur. Publisistik üslubun hər iki formasının əsas xüsusiyyəti fikrin hamı tərəfindən anlaşıqlı, aydın və təsirli şəkildə ifadə olunmasıdır. Publisistik üslubda yazan müəllif ilk növbədə çalışır ki, toxunduğu məsələ mümkün qədər kütləvi şəkildə hamıya çatsın və oxucularda müsbət reaksiya doğursun.

Məhz buna görə də publisistik üslubda əksəriyyət tərəfindən anlaşıları ümumişlək sözlərdən daha çox istifadə olunur. Publisistik üslub kütləvi nitq foması olduğu üçün bütün dil göstəricilərinə görə adi danışıq dilinə çox yaxın olur. Mətbuat dilində gedən proseslər (yeni yaranan sözlər və s.) ümumxalq danışıq dilinə də təsir göstərir. Publisistik üslubda başqa üslubların da xüsusiyyətləri özünü göstərir. Bu baxımdan publisistik üslubun, əsasən, iki növü var: bədii-publisistik üslub, elmi-publisistik üslub.

Bədii publisistik üslub qəzet dilidir. Bu üslub növündə publisistik üslubun əsas xüsusiyyətləri gözlənilməklə yanaşı, yeri gəldikcə obrazlılığa, bədiiliyə də yer verilir.

Elmi — publisistik üslub dedikdə isə elmi — kütləvi — jurnal və kitabların dili nəzərdə tutulur.

Publisistik üslub 1875-ci ildə milli qəzetlərin nəşrə başlaması ilə formalaşmışdır.



Publisistik əsərlərin oxu xüsusiyyətləri

3. Səmərəli oxu üsulları

Ana dili dərslərində oxu zamanı müxtəlif üsullardan istifadə olunur. Seçilən üsulların mətnin xüsusiyyətinə (bədii, elmi, publisistik) uyğun olmasına diqqət etmək vacibdir.



Yüklə 83,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin