Kurs: 2 Qrup: F1-20 Fənn



Yüklə 83,91 Kb.
səhifə6/12
tarix29.12.2021
ölçüsü83,91 Kb.
#48680
1   2   3   4   5   6   7   8   9   ...   12
ifadəli oxu

Qlobal istiləşmə

BMT-nin iqlimin dəyişməsi üzrə dövlətlərarası ekspert qrupunun verdiyi və

Böyük səkkizlik” ölkələrinin Milli Elmlər Akademiyasının dəstəklədiyi elmi rəyə görə



Yer kürəsində havanın orta temperaturu sənaye inqilabının başlanması vaxtı ilə (1850ci illər) müqayisədə 0,7 dərəcə selsi qalxmışdır.

Son 50 ildə müşahidə olunan istiləşmə daha çox insan fəaliyyətinin və ilk növbədə istixana effekti yaradan qaz tullantılarının nəticəsidir. İqlim sahəsində çalışan alimlərin əksəriyyəti bu fikirlə razılaşır.

Qlobal istiləşmənin səbəbləri nədir? Elmi dəlillərə görə bu faktorlar arasında vulkan püskürməsi, dünya okeanında gedən proseslər (tayfunlar, fırtınalar və s.), Günəş aktivliyi, Yerin maqnit sahəsi və insan fəaliyyəti vardır. Bunların hər biri qlobal

istiləşməyə şərait yaradır.

Qlobal istiləşməni sübut edən faktlar hansılardır?

  1. Temperatur artımı. Bəzi alimlər deyirlər ki, istiləşmə 1976-cı ildən ̶ bəşəriyyətin sənaye fəaliyyətinin sürətli inkişafından sonra kəskin artmış və öz maksimal həddinə 90-cı illərin ikinci yarısında çatmışdır. Ancaq burada yerüstü və peyk müşahidələri arasında fərqlər nəzərə çarpır.

  2. Dünya okeanının səviyyəsinin qalxması. İstiləşmə və Arktika, Antarktida və Qrenlandiyadakı buzlaqların əriməsi ilə əlaqədar olaraq planetdə suyun səviyyəsi 10-

20 sm qalxmışdır.

  1. Buzlaqların əriməsi. Qlobal istiləşmə, doğrudan da, buzlaqların əriməsinin səbəbidir. Belə ki, 2002-ci ildə Antarktidada yerləşən və ümumi sahəsi 3250 kvadrat km, qalınlığı 200 m olan Larsen şelf buzlağından sahəsi 2500 kvadrat km olan aysberq qopmuşdur. Bu, faktiki olaraq buzlağın dağılması deməkdir. Bütün dağılma prosesi cəmi 35 gün çəkmişdir. Bu vaxtacan buzlaq 10 000 il idi ki (sonuncu buzlaq dövründən bəri), stabil dururdu.

Müasir elm üçün ən ağrılı mövzu – istiləşməyə insan fəaliyyətinin təsiri problemidir. Burada fikirlər ayrılır və hansı tənasübdə ayrıldığını demək çətindir.

Budur iki bir-birinə zidd mülahizə:

  1. Karbon qazının atmosferdə konsentrasiyası 1750-ci ildən bu yana 31 %

artmışdır. Bu səviyyəyə o, yüz min illər boyu çatmamışdı. Bu, əsas tullantısı elə karbon qazı olan sənayenin inkişafı ilə bağlıdır. Karbon qazı konsentrasiyasının artım qrafiki temperaturun artım qrafikinə uyğun gəlir.

  1. Dünya okeanının yuxarı səthində atmosferdən 57-60 dəfə çox karbon qazı həll olmuşdur. Bununla müqayisədə insanın təsiri heç nədir.

Alimlərin proqnozları necədir? Onların fikrincə, ən çox ehtimal olunan iqlim dəyişiklikləri aşağıdakılardır: daha intensiv yağıntılar, daha yüksək maksimal temperaturlar, Yer kürəsinin hər tərəfində isti günlərin sayının artması və şaxtalı

günlərin sayının azalması. Bu zaman kontinental iqlimli ərazilərin böyük əksəriyyətində isti hava axınları daha çox müşahidə olunacaq. Həmçinin küləklərin güclənməsi, tropik siklonların intensivliyinin artması (bu tendensiya hələ XX əsrdə qeydə alınmışdır), güclü yağıntıların çoxalması, sel riskinin və çaylarda daşqının artması, quraqlıq rayonların genişlənməsi, meşə yanğınlarının çoxalması və meşələrin məhsuldarlığının azalması və s. gözlənilir.

Bəzi tədqiqatçılar (məsələn, P.Şvars və D.Rendell) belə bir bədbin proqnoz verirlər ki, artıq XXI əsrin birinci rübündə gözlənilməyən istiqamətdə kəskin iqlim sıçrayışı mümkündür. Bunun nəticəsi isə yüz illər davam edəcək yeni buzlaq dövrü ola bilər.

S.Popov

Sonra şagirdlərlə aşağıdakı sualları müzakirə edərək “Müəllifdən soruş” üsulunun səmərəsini müəyyən edə bilərsiniz. Müzakirə:



  • Bu metod mətni daha yaxşı anlamağa kömək etdimi?

  • Mətnlə iş zamanı bu metoddan istifadə hansı nəticələri verir?

  • Üzərində işlədiyiniz mətnin hansı xüsusiyyətləri var?

  • Mətn üzərində bu cür iş ənənəvi oxudan nə ilə fərqlənir?


Yüklə 83,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin