Краткое содержание документа. Если вы готовы добавить свой текст просто щелкните здесь и введите его.]



Yüklə 128,8 Kb.
səhifə4/23
tarix03.01.2022
ölçüsü128,8 Kb.
#50978
növüКраткое содержание
1   2   3   4   5   6   7   8   9   ...   23
Təhsil islahatları zəruri edən səbəblər

2. Bütün növ və tiplərdən olan təlim-tərbiyə müəssisələrinin inkişafının təmin edilməsi və yeni tipli təhsil müəssisələrinin, mərkəzlərin, komplekslərin təşkili istiqamətində:

Azərbaycan Prezidentinin "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsili) haqqında" 19 iyul 2001-ci il tarixli, 540 nömrəli Fərmanı öz humanist mahiyyəti və vətəndaşların təhsil hüququnun qorunmasında müstəsna əhəmiyyətinə görə ümumi təhsil sistemində ötən illərin mühüm hadisəsi olmuşdur. Fərmanın icrası ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsəsan, 9 adda normativ-hüquqi sənəd hazırlanıb hökumət tərəfindən təsdiq olunmuş, respublikanın bütün rayon (şəhər) təhsil şöbələri nəzdində yeni əsasnaməyə uyğun psixoloji-tibbi-pedaqoji komissiyalar yaradılmışdır.

Ölkə Prezidentinin "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" 30 avqust 1999-cu il tarixli, 188 nömrəli Fərmanının yerinə yetirilməsi ilə əlaqədar Bakının Suraxanı və Nəsimi rayonlarında uşaq evi, Quba rayonunun Zərdabi qəsəbəsində xüsusi internat məktəb açılmışdır.

"Odlar Yurdu", "Qərb", "Xəzər" kimi özəl universitetlərin nəzdində ümumtəhsil məktəbləri, Müasir Təhsil Kompleksi, "XXI əsr" və sair kimi özəl ümumtəhsil məktəbləri yaradılmışdır. Bununla yanaşı, Türkiyənin Azərbaycanda fəaliyyət göstərən "ÇAĞ-Öyrətim" Mərkəzinin Bakı şəhərində və respublikanın ayrı-ayrı bölgələrində 11 lisey və onların filiallarının fəaliyyətinə lisenziya verilmişdir.

1999-cu ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə texniki peşə və orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin təkmilləşdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. Aparılan təhlillər nəticəsində bir bölgədə yerləşən eyni profilli təhsil müəssisələrinin bəzi ixtisaslar üzrə kadr hazırlığında paralelçiliyə və artıq maliyyə məsrəflərinə yol verildiyi, bir profilli orta ixtisas təhsili müəssisələrinin əksəriyyətinin yerləşdikləri bölgənin ixtisaslı kadrlara olan tələbatını heç də tam ödəmədikləri nəzərə alınaraq müəssisələrin şəbəkəsinin təkmilləşdirilməsinə dair Azərbaycan hökuməti qarşısında vəsatət qaldırılmışdır. Həmin vəsatətə uyğun olaraq, Nazirlər Kabinetinin "Orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin təkmilləşdirilməsi haqqında" 26 avqust 2002-ci il tarixli sərəncamına müvafiq olaraq texniki peşə və orta ixtisas təhsili müəssisələrinin şəbəkəsi optimallaşdırılmış, yeni tipli müəssisələr yaradılmışdır.

Ölkə Prezidentinin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13 iyun 2000-ci il tarixli fərmanına uyğun olaraq, bəzi nazirliklərin və dövlət qurumlarının tabeliyindəki ali təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilmiş, respublikada fəaliyyət göstərən bütün ali və orta ixtisas təhsili müəssisələrinin filialları ləğv edilmişdir.

Eyni zamanda bir sıra yeni ali məktəblər yaradılmış, bəzi ali təhsil müəssisələrinin statusu artırılmış və profilləri dəyişdirilərək universitetlərə çevrilmişdir. Belə ki, Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət, profilləri genişləndirilməklə Azərbaycan Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Dillər İnstitutunun bazasında Azərbaycan Dillər, Gəncə Dövlət Pedaqoji İnstitutunun bazasında Gəncə Dövlət, Azərbaycan Texnologiya İnstitutunun bazasında Azərbaycan Texnologiya, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun bazasında Azərbaycan Memarlıq və İnşaat Universitetləri yaradılmışdır.

Hər il ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun yekunları Təhsil Nazirliyi ilə TQDK-nın birgə keçirdiyi kollegiyada müzakirə olunur. Qəbul prosesinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilir. Bu təklifləri hazırlamaq üçün Təhsil Nazirliyi və TQDK mütəxəssislərindən ibarət işçi qrupu yaradılmışdır. Təkliflərin əksəriyyəti növbəti ilin tələbə qəbulunda nəzərə alınır. Belə ki, test imtahanlarında 4 fənni əhatə edən "ümumi fənlər bölümü"nün daxil edilməsi, test sualları ilə fənn proqramları arasındakı uyğunsuzluğu aradan qaldırmaq məqsədilə Nazirliyin Elmi-metodik şurasının müvafiq bölmələrinin rəhbərləri TQDK-da uyğun fənlər üzrə ilboyu fəaliyyət göstərən seminarların rəhbərləri təyin olunması və s. belə təkliflərdəndir.

2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Təhsil Problemləri üzrə Elmi-Metodik Mərkəz və Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun bazasında Azərbaycan Təhsil Problemləri İnstitutu yaradılmışdır.

Təhsil sisteminin idarəetmə strukturlarının təkmilləşdirilməsi, onlara daxil olan ümumtəhsil, peşə-ixtisas təhsili, təhsili idarəetmə orqanlarının şəbəkəsi optimallaşdırılır. Bu iş davam etdirilir.




Yüklə 128,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin