Краткое содержание документа. Если вы готовы добавить свой текст просто щелкните здесь и введите его.]


Birinci mərhələ: Təhsil Sektorunun İnkişafı Layihəsi (2003-2007)



Yüklə 128,8 Kb.
səhifə14/23
tarix03.01.2022
ölçüsü128,8 Kb.
#50978
növüКраткое содержание
1   ...   10   11   12   13   14   15   16   17   ...   23
Təhsil islahatları zəruri edən səbəblər

Birinci mərhələ: Təhsil Sektorunun İnkişafı Layihəsi (2003-2007)

4. Birinci mərhələdə ümumi təhsilin yeni keyfiyyət mərhələsinə yüksəldilməsinə xüsusi diqqət yetirilmişdir. İkinci mərhələdə islahat tədbirlərinin coğrafiyası genişlənəcək və mərhələnin sonunda aşağıdakı nailiyyətlər əldə ediləcəkdir:

1) bütün uşaq və yeniyetmələrin keyfiyyətli ümumi təhsil almaq imkanı genişlənəcək;

2) orta məktəb məzunları bazar iqtisadiyyatının, ictimai və siyasi mühitin tələblərinə cavab verən bilik və bacarıqlara yiyələnəcək, yəni müasir dillə desək, zəruri kompetensiyalar əldə edəcək;

3) resurslardan, xüsusilə büdcə vəsaitlərindən və kadr potensialından daha səmərəli istifadə ediləcək;

4) texniki-peşə təhsilində və ali təhsildə islahatlara başlamaq üçün təhsil sektorunda möhkəm zəmin yaradılacaqdır.

5. Birinci mərhələ üzrə Layihənin inkişafetdirici vəzifələri aşağıdakılardır:

- İslahat Proqramının planlaşdırılması və idarəolunması sisteminin səmərəliliyini artırmaq məqsədilə imkanların gücləndirilməsi;

- monitorinq və dəyərləndirmə sahəsində islahatlar, o cümlədən təlim nəticələrinin qiymətləndirilməsində yeni mexanizmlərin yaradılması;

- üç pilot rayonunda ümumtəhsil məktəblərinin prioritet sahələrinə yüksək sərmayələrin qoyuluşu.

6. Kredit Sazişinə əsasən, Təhsil Sektorunun İnkişafı Layihəsinin həyata keçirilməsi üçün Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən 18 milyon ABŞ dolları məbləğində güzəştli Kredit ayrılmışdır. Dünya Bankının təsnifatına əsasən, mahiyyətcə bu, Proqrama Uyğunlaşdırılan Kreditdir. Azərbaycan Hökumətinin Layihədəki iştirak payı 2,8 milyon ABŞ dolları təşkil edəcəkdir. Donor təşkilatı kimi, Açıq cəmiyyət İnstitutu (Azərbaycan) öz maliyyə vəsaitinin qoyuluşu hesabına təxminən 200 min ABŞ dolları məbləğində Layihəyə texniki yardım göstərəcəkdir.

7. Təhsil Sektorunun İnkişafı Layihəsinin komponentləri:




Yüklə 128,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin