Краткое содержание документа. Если вы готовы добавить свой текст просто щелкните здесь и введите его.]


Təlim-tərbiyənin məzmununun təhsil alanların imkanlarına uyğun dövlətin, ictimaiyyətin və şəxsiyyətin tələbatı əsasında qurulması istiqamətində



Yüklə 128,8 Kb.
səhifə9/23
tarix03.01.2022
ölçüsü128,8 Kb.
#50978
növüКраткое содержание
1   ...   5   6   7   8   9   10   11   12   ...   23
Təhsil islahatları zəruri edən səbəblər

2. Təlim-tərbiyənin məzmununun təhsil alanların imkanlarına uyğun dövlətin, ictimaiyyətin və şəxsiyyətin tələbatı əsasında qurulması istiqamətində:

Ümumtəhsil, ali və orta ixtisas təhsili müəssisələrində təlim-tərbiyənin meyl, maraq, istedad və qabiliyyət əsasında qurulmasını təmin edən tədris plan və proqramları hazırlanıb tətbiq edilmişdir.

Ümumi təhsildə bu plan və proqramlar tətbiq olunmaqla: şəxsiyyətin formalaşması və inkişafını əsas tutan milli tədris proqramları və milli dərsliklərin yaradılması üçün real imkanlar açılmışdır; ayrı-ayrı təhsil sahələri üzrə şagirdlərə aşılanacaq zəruri bilik, bacarıq və vərdişlərin minimum həcminin müəyyənləşdirilməsinə zəmin yaradılmışdır; şagirdlərin həftəlik maksimum tədris yükünün azalması təmin edilmiş, I-XI siniflər üzrə həftəlik tədris yükü əvvəlki illərlə müqayisədə 330 saatdan 271 saata endirilmişdir; tədris planına şagirdlərin seçimi üçün saatların salınması onların meyl və maraqlarının ödənilməsinə əlverişli şərait yaratmış, tədris planlarında məktəb komponenti gücləndirilmişdir; fənlərin inteqrasiya olunmaqla tədrisinə, inteqrativ tədris proqramlarının və dərsliklərin hazırlanmasına perspektivlər açılmışdır; işçi tədris planlarında Azərbaycan dilinin dövlət dili kimi statusu möhkəmləndirilmişdir; seçmə saatların tətbiqi müəllimlərin icra məsuliyyətini artırmış, rayon təhsil şöbələrinin metodkabinetində, ayrı-ayrı pedaqoji kollektivlərdə şagirdlərin seçiminə görə müxtəlif sahələr üzrə proqram tərtibi vərdişləri yaranmışdır.

"Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında müvəqqəti Əsasnamə" təsdiq edilmiş, müvafiq Ali Baza Təhsil Proqramlarında dəyişikliklər aparılmış, eksperiment aparılacaq ali təhsil müəssisələri, istiqamətlər (ixtisaslar), qruplar və tələbələrin sayı müəyyənləşdirilmiş, müvafiq istiqamətlər üzrə yeni "Eksperimental Ali Baza Təhsil Proqramları" və bunlara müvafiq tədris planları hazırlanaraq təsdiq olunmuşdur.

1999-cu il sentyabrın 1-dən "Eksperimental tədris planları" və "Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında müvəqqəti Əsasnamə" eksperiment aparılan ali məktəblərdə (Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Naxçıvan Dövlət Universiteti) 10 istiqamət (ixtisas) üzrə tətbiq olunmağa başlanmışdır.

Sonrakı illərdə eksperimentin tətbiq dairəsi genişləndirilmiş, eksperiment aparılan dövlət ali məktəblərinin sayı 15-ə, istiqamətlərin sayı 40-a, ixtisasların sayı isə 80-ə çatdırılmışdır.

Uşaq və gənclərin fiziki, estetik, ekoloji, hüquq tərbiyəsini, texniki, bədii yaradıcılığını inkişaf etdirmək məqsədilə məktəbdənkənar müəssisələrin dərnək, klub və digər birləşmələri üçün 2002-2003-cü illərdə nümunəvi tədris proqramları, o cümlədən 28 adda "Ümumtəhsil məktəblərinin və məktəbdənkənar müəssisələrin ekoloji dərnək, klub və digər birləşmələrinin nümunəvi tədris proqramları", 23 adda "Məktəbdənkənar tərbiyə və təhsil müəssisələrinin texniki profilli dərnək, klub və digər birləşmələrinin nümunəvi tematik planları", 11 adda "Məktəbdənkənar tərbiyə və təhsil müəssisələrində turizm və diyarşünaslıq profilli dərnək, klub və birləşmələrin turizm tədris proqramları" təsdiq olunmuşdur.

Ali məktəblər üçün "Məktəb pedaqogikası", "Azərbaycan tarixi", "Kultrologiya", "Politologiya", "İqtisadi nəzəriyyə" və s. dərsliklər yazılıb nəşr olunmuşdur.




Yüklə 128,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin