Краткое содержание документа. Если вы готовы добавить свой текст просто щелкните здесь и введите его.]


I MƏRHƏLƏ 1. Təhsil sisteminin yeni normativ-hüquqi iqtisadi və informasiya bazasının yaradılması istiqamətində



Yüklə 128,8 Kb.
səhifə3/23
tarix03.01.2022
ölçüsü128,8 Kb.
#50978
növüКраткое содержание
1   2   3   4   5   6   7   8   9   ...   23
Təhsil islahatları zəruri edən səbəblər

I MƏRHƏLƏ

1. Təhsil sisteminin yeni normativ-hüquqi iqtisadi və informasiya bazasının yaradılması istiqamətində:

Təhsil Nazirliyi tərəfindən mövcud normativ-hüquqi bazanın təhlilini aparmaq məqsədilə 160 nəfərdən ibarət 16 işçi qrupu yaradılmışdır. İşçi qrupları tərəfindən təhsil sisteminin bütün pillələrini əhatə edən normativ-hüquqi sənədlər təhlil olunmuş, yaradılması zəruri olan normativ sənədlərin siyahısı müəyyənləşdirilmişdir. Buna müvafiq olaraq 150-dən artıq sənəd hazırlanmışdır. Onların əksəriyyəti təsdiq olunmuşdur.

Yeni Təhsil Qanunu layihəsinin hazırlanmasında Təhsil Nazirliyinin əməkdaşları yaxından iştirak etmişdir. O cümlədən digər Qanun layihələri ("Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Dövlət Gənclər Siyasəti haqqında", "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında", "Uşaq hüquqları haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikası Qanunları) və bunlara uyğun hazırlanmış "Gənc ailə", "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi", "Bədən tərbiyəsi və idmanın inkişafı haqqında", "Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə", "cənubi Qafqazda Narkotiklərə Nəzarət", "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair" Dövlət Proqramları) müvafiq təkliflər verilmişdir.

1999-cu ildə ümumi orta təhsilin dövlət standartları və bazis tədris planı təsdiq edilmiş, həmin bazis tədris planının əsasında ümumtəhsil məktəbləri üçün 1999-2005-cü illəri əhatə edən işçi tədris planları hazırlanıb təsdiq olunmuşdur.

Ali və orta ixtisas təhsilinin Dövlət Standartları və buna müvafiq olaraq bütün istiqamətlər (ixtisaslar) üzrə baza təhsil proqramları hazırlanıb təsdiq edilmişdir.

Təhsil sisteminin idarə olunmasının demokratikləşdirilməsi modelinin yaradılması istiqamətində Ümumi təhsil sahəsi üzrə bəzi rəhbər kadrların (məktəb direktoru və s.) təyin olunması, ali və orta ixtisas təhsili müəssisələrində strukturun müəyyənləşdirilməsi, ümumi təhsil müəssisələrində pedaqoji kadrların seçilib yerləşdirilməsi səlahiyyətləri və digər bu kimi tədbirlər əksmərkəzləşmə prinsipi əsas götürülməklə yerlərə verilmiş, ictimai idarəetməni gücləndirmək məqsədilə ümumtəhsil məktəblərində məktəb şuraları yaradılmış, təhsil müəssisələrində pedaqoji və elmi şuraların statusu artırılmış, ümumtəhsil məktəblərində valideyn komitələrinin rolu gücləndirilmiş, məktəb-valideyn əməkdaşlığının yeni modeli əsasında "Valideyn-Müəllim Assosiasiyaları" təşkil edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli Fərmanı ilə 6 aparıcı ali məktəbə (BDU, ADNA, ATU, ADİU, NDU, AKTA) özünüidarəetmə hüququ verilmişdir.

Təhsil müəssisələrinin fəaliyyətinin monitorinq və qiymətləndirilməsinin müasir mexanizmlərinin yaradılması istiqamətində uğurlu addımlar atılmış, bu məqsədlə Bakı şəhərində eksperimentlər aparılmış, bununla bağlı müvafiq sənədlər hazırlanmışdır.

Müəssisələrin fəaliyyəti ilə yanaşı, təhsilalanların da fəaliyyətinin qiymətləndirilməsi üzrə müasir modelin yaradılması istiqamətində görüləcək işlər Dünya Bankının II Kredit Sazişi Proqramına daxil edilmişdir. Buna uyğun olaraq Nazirliyin strukturunda yeni qurum - "Şagird nailiyyətlərinin qiymətləndirilməsi" şöbəsi yaradılmışdır.

Ümumtəhsil və ali məktəblərdə şagird və tələbələrin eksperiment qaydasında biliyinin qiymətləndirilməsinin çoxballı sisteminə keçilmişdir.

Təhsil Nazirliyi tərəfindən təhsil islahatının 10 illik strategiyası hazırlanmış, prioritet istiqamətlər müəyyənləşdirilmiş, hər bir istiqamət üzrə tədbirlər dəqiqləşdirilmiş və tələb olunacaq maliyyə vəsaiti hesablanmışdır.

Dünyanın ABŞ, Fransa, İngiltərə, Almaniya, Yaponiya, Türkiyə və Çin kimi aparıcı dövlətləri, o cümlədən bir sıra nüfuzlu beynəlxalq təşkilatları ilə aparılan səmərəli əməkdaşlığın nəticəsi olaraq Azərbaycanın təhsil müəssisələrinin təmiri, yenidən qurulması, müvafiq avadanlıqlarla təchiz edilməsi və yeni məktəb binalarının tikilməsi işinə milyonlarla ABŞ dolları həcmində əvəzsiz vəsait cəlb olunmuşdur.

Son illər Təhsil Nazirliyi ilə Yaponiyanın Azərbaycandakı səfirliyi arasında sıx əməkdaşlıq münasibətləri yaranmış, "Ot kökləri" qrant Proqramı çərçivəsində Yaponiya Hökuməti tərəfindən təhsil sahəsində bir sıra layihələr həyata keçirilmiş, 2000-2004-cü illərdə Azərbaycanın müxtəlif regionlarında 4020 yerlik 20 yeni ümumtəhsil məktəbi tikilib istifadəyə verilmişdir.


Yüklə 128,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin